Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   25

25 
 
deyil  ki,  həmin  dövrün  venesiyalı  diplomatı  Ottaviano 
Maco diplomatlara latın, yunan, fransız və ispan dilləri ilə 
yanaşı türk dilini də öyrənmələrini tövsiyyə edirdi
11

 
XVIII  əsrin  ortalarından  beynəlxalq  ünsiyyət  dili 
kimi  fransız  dili  qəbul  edilir  (bunun  digər  tərəflərin 
hüquqlarının  tapdalanması  kimi  başa  düşülməməsi  şərti 
ilə). Bütün Avropada diplomatik kadrların əsas təminatçısı 
olan  aristokratlar  sinfi  arasında  fransız  dilini  uşaq 
vaxtından  öyrənmək  bir  dəb  şəklini  alır.  Məsələn,  hətta 
Napoleon  Fransası  ilə  müharibə  apardığı  dövrdə  belə 
Rusiyada  fransız  dilini  öz  doğma  dilindən  yaxşı  bilən 
aristokratlar kifayət qədər çox idi. Oxşar vəziyyət Osmanlı 
imperiyasında  da  mövcud  idi.  Məhz  bunun  nəticəsində 
vaxtilə  Rusiya,  Türkiyə  və  Qərbi  Avropada  təhsil  almış, 
Azərbaycan  Xalq  Cümhuriyyətinin baniləri  fransız  dilində 
sərbəst  danışır,  yazır  və  mübaliğəsiz  söyləmək  olar  ki, 
Versal  sülh  danışıqları  prosesində  müvəffəqiyyətlə  dövlət 
                                                           
11
Eyyubov A. K. Diplomatiyanın əsasları. B., 2009, S. 14. 


26 
 
maraqlarımızı 
müdafiə 
olunmasında 
bu 
amilin 
özünəməxsus rolu var idi
12
.   
 
Birinci  Dünya  müharibəsindən  sonra  tədricən 
beynəlxalq  dil  qismində  ingilis  dili  möhkəmlənir.  Hal-
hazırda  da  beynəlxalq  ünsiyyətdə  ingilis  dilinin  müəyyən 
üstünlüyə  sahib  olmasına  baxmayaraq,  rəsmi  şəkildə 
dillərin  bərabərhüquqluğu  elan  edilib  və  rəsmi  yazışma, 
xüsusən də diplomatik sənədlər mübadiləsi hər ölkənin öz 
dövlət  dilində  aparılır.  Azərbaycan  dili  bir  diplomatik  dil 
olaraq  gənc  olsa  da,  artıq  müəyyən  təcrübəyə  və 
özünəməxsus xüsusiyyətlər və cizgilərə malikdir. 
Bəzən  ictimaiyyətdə  eyni  zamanda  həm  doğma 
dilini,  həm  də  xarici  dili  mükəmməl  səviyyədə  bilən  və 
tətbiq  etməyi  bacaran  kadrların  az  olması  ilə  bağlı 
məzəmmətlər,  narazılıqlar  səslənir.  Lakin  tarixən  gənc 
dövlətlərin əksəriyyəti, xüsusən də böyük bir imperiyaların 
parçası olmuş ölkələrin bir çoxu bu problemi yaşamışdır və 
bu  zamana  ehtiyacı  olan  təbii  bir  prosesdir.  O  ki  qaldı 
                                                           
12
Maraqlananlara nümunə qismində AXC yaradıcısı Məmməd Əmin Rəsulzadənin 
fransız dilindəki məqalələri və onlara rus dilində şərhləri olan kitaba müraciət 
etməyi məsləhət görürəm: М.Э. Расулзаде. Сборник произведений и писем. М., 
2010. 


27 
 
diplomatik  sənədlərin  düzgün  və  aydın  tərcüməsi 
məsələsinə…  Ümumiyyətlə,  hazırda  istənilən  ixtisas 
sahəsində  (hüquqi,  tibbi,  ədəbi  və  s.)  identik  tərcümə  ilə 
bağlı problemlər mövcuddur. Dilimizin adı ilə yanaşı, onun 
söz 
ehtiyatı 
və 
bu 
söz 
ehtiyatının 
inkişaf 
qanunauyğunluqları,  istiqaməti  və  hətta  sürətinə  dair  həm 
«sıravi»  vətəndaşlar,  həm  də  mütəxəssislər  arasında 
diskussiyalar  davam  etməkdədir.  Tibbi,  hüquqi  terminlər, 
ifadələr  kimi,  bəzi  diplomatik  ifadələr  də  bizə  bir  az  yad, 
qeyri-düzgün görsənə bilər. Əminəm ki, necə ki ilk illərin 
doğma dilində cümlə qura bilməyən bəzi diplomatlarımızı 
və rəsmi şəxslərimizi bu günün rəsmi şəxsləri ilə müqayisə 
etmək  olmaz,  eləcə  də  sabahın  mütəxəssisləri  bu  sahədə 
daha da peşəkar olacaqlar. 
2)
  Diplomatik dilin ikinci anlamına aid xüsusi 
termin  və  ifadələr  bizim  əsas  tədqiqat  obyektimiz 
olmadığına  görə,  onların  üzərində  ayrıca  dayanmaq 
fikrində  deyilik.  Sadəcə  qeyd  edək  ki,  diplomatik  dilin 
inkişaf tarixi onlara da təsir etmiş və bu terminlərin böyük 
ə
ksəriyyəti  latın  (ad  HOC,  akklamasiya,  de-yure, 


28 
 
delimitasiya, konsul, memorandum və s.), fransız (demarş, 
duayen,  aqreman,  denonsasiya  və  s.),  qismən  ingilis  (non 
paper,  centlmen  sazişi  və  s.  )  mənşəli  sözlərdir  və 
beynəlxalq  statuslu,  üstmilli  sözlər  olaraq,  demək  olar  ki, 
dəyişilmədən  dünyanın  əksər  dillərində diplomatlar,  rəsmi 
şə
xslər  tərəfindən  tətbiq  olunurlur.  Ümumən  dil  inkişaf 
etdiyi  kimi,  diplomatik  dil  də  inkişaf  edir,  bəzi  terminlər, 
diplomatik  ifadələr  öz  əhəmiyyətini  itirir  yaxud 
məzmununu dəyişir (məsələn, draqoman, «şimal sarayları» 
və  ya  Türkiyəyə  dair  «Porta»  sözündən  istifadə  və  s. 
13
), 
yeniləri  (assosiativ  üzvlük,  yumşaq  güc)  yaranıb  tətbiq 
edilməkdədir. 
3)
  Hər bir peşənin nəinki özünəməxsus termin 
bazası,  həmçinin  kənar  adam  üçün  adi  səslənən,  lakin 
həmin peşə dünyası daxilində ayrı məna kəsb edən ifadələr, 
cümlələr 
mövcuddur. 
Məsələn, 
həkimlər 
«ziyan 
vurmamaq»  prinsipindən  çıxış  edərək  pasiyentə  xəstəliyə 
ilə  bağlı  elə  ifadələrlə  məlumat  verirlər  ki,  sonuncu  çox 
vaxt vəziyyətinin nə dərəcədə pis olub-olmadığını anlamır 
                                                           
13
 Г.Никольсон. Дипломатия. – М., 1941. С. 88-89. 


29 
 
və  yalnız  «həkim  dili»  ilə  tanış  olanlar  real  vəziyyətin 
nədən ibarət olduğunu dərk edirlər. Diplomatlar da kəskin 
ifadələrdən,  «qapını  çırpmaqdan»  yayınmağa  çalışırlar, 
lakin  bu  heç  də  onların  eyni  məna  kəsb  edən  sətiraltı 
kəlmələrlərdən istifadə etmədikləri anlamına gəlmir. Gəlin 
bəzi nümunələrə nəzər salaq
14

 
Məsələyə etinasız yanaşa 
bilmərik 
 
Məsələyə mütləq müdaxilə 
ediləcək
 
Bu halda hökümət öz 
mövgeyinə yenidən 
baxmağa məcburdur 
 
Dostluq istənilən an 
düşmənçiliyə çevrilə bilər 
 
Mənim hökümətim hərəkət 
etməkdə tam sərbəstdir 
 
Diplomatik əlaqələrin 
kəsilməsi nəzərdə tutulur 
 
Hökümət bu hüququ özündə 
saxlamağı lüzum bilir 
 
Hökümət imkan 
verməyəcək 
 
Nəticələrə görə cavabdeh 
deyil
 
Müharibəyə səbəb ola 
biləcək hadisə törətməyə 
hazırdır 
 
 
                                                           
14
V. .Popov. Gösğ.əsər. S. 433. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə