Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   25

21 
 
hiddətləndirir:  erməni  millətçilərinin  «soyqırım»  sözünün 
işlədilməməsinə etirazları, yaxud, türk dünyasının «bu il də 
istifadə etmədilər» - deyə sevinmələri. 
 
Maraqlıdır 
Diplomatik  söz  oyunun  bariz  bir  nümunəsi  kimi 
Birinci  Dünya  Müharibəsinin  əvvəllərində  baş  vermiş  bir 
hadisəni  göstərmək  olar.  1914-cü  il,  avqust.  Müharibənin 
başlaması  ilə  əlaqədar  Almaniya  hərbi  sənayesinin  xarici 
sifarişləri  icra  etməsinə  qadağa  qoyulur.  Hələ  kimin 
tərəfində çıxış edəcəyini bəyan etməyən Yaponiyanın səfiri 
alman hökümətindən ölkədə saxlanılan Yaponiyanın sifariş 
etdiyi  silah  və  zirehlərin  istisna  hal  olaraq  çıxarılmasına 
icazə verilməsini xahiş edir. Səfirin «Yaponiya qüdrətli bir 
dövlətlə  müharibəyə  hazırlaşır»  sözləri  mənalı  gülüşlə 
şayiət  olunur.  Yaponiyanın  Rusiya  ilə  müharibəyə 
başlayacağını  düşünən  almanlar  xahişə  müsbət  cavab 
verirlər.    
Bir neçə gündən sonra yapon səfiri kobud ifadələrlə 
zəngin  olan  notanı  (notadakı  təhqiredici  ifadələrin 


22 
 
ə
ksəriyyəti 1895-ci ildəki Almaniyanın Yaponiya qarşı irəli 
sürdüyü  ultimatumdan  götürülmüşdü)  alman  hökümətinə 
təqdim edir: almanlardan Çində tutduqları əraziləri dərhal 
boşaltmaqları  tələb  edilir.  Alman  imperatoru  II  Vilhelmin 
yapon diplomatiyasının bu kələyindən hiddətlənsə də, qarşı 
tərəf  yalan  danışmadıqlarını  bildirdilər:  səfir  qüdrətli 
dövlətlə  müharibəyə  başlayacaqlırını  bildirdi.  Məgə
Almaniya qüdrətli dövlət deyil?!
9
 
 
Lakin  bu  kimi  hallar  diplomatik  sözün  nüfuzu  və 
gücünü inkar etmir. Diplomatik söz güllə kimi, qalxan kimi 
də  istifadə  olana  bilər.  Buna  görə  diplomat  dilini 
mükəmməl  səviyyədə  bilməli,  ondan  ən  səmərəli  şəkildə 
yararlanmağı bacarmalıdır. Və necə ki, söz dünyası ucsuz-
bucaqsız  bir  məkandır,  eləcə  də  diplomat  heç  vaxt  özünü 
tam kamil dil bilicisi saymamalı, daima mütaliə etməli, öz 
dili,  söz  ehtiyatı,  yazma  qabiliyyəti  üzərində  çalışmalıdır. 
Diplomatik  arsenaldakı  düşünülmüş,  cilalanmış  sözlər, 
kəlmələr – dövlətin «qızıl ehtiyatıdır». 
                                                           
9
Kovalyov A.Q. Göst. Əsər. S. 68-69. 


23 
 
Bəzən  diplomatiyada  nəinki  söz,  hətta  durğu 
işarələrinin  rolu  belə  əhəmiyyətli  olur.  Sovet  diplomatı 
A.Q.Kovalyov  L. .Brejnevin  dövründə  SSR   ilə  Fransa 
arasında əməkdaşlıq haqqında sənədlə bağlı ikitərəfli görüş 
zamanı son detalların müzakirəsinin gərgin keçdiyini qeyd 
edir.  Fransız  tərəfi  ifadələrin  birindən  sonra  vergülün 
qoyulmasına  qəti  etiraz  edirdilər.  Axırda  mübahisələrdən 
usanan SSR -nin xarici işlər naziri A.A.Qromıko «mən bu 
vergülü  fransızlara  hədiyyə  edirəm»  deyə  bildirir. 
Fransızlar  bu  təklifə  həmin  an  reaksiya  vermədilər. 
Sonradan,  L. .Brejnevin  Fransaya  rəsmi  səfəri  zamanı, 
ə
məkdaşlıq 
müqaviləsinin 
imzalanmasından 
öncə, 
danışıqların  sənəd  hissəsinə  cavabdeh  olan  A.Q.Kovalyov 
Fransa  X N  baş  katibinin  yanına  dəvət  edilir  və  sovet 
diplomatına  onu  «Qromıkonun  hədiyyə  etdiyi  vergülü 
qaytarmaq üçün» dəvət etdikləri bildirilir
10
.  
 
Zəngin  söz  ehtiyatından  diplomatik  yazışma 
çərçivəsində  məqsədəuyğun  şəkildə  istifadə  etmək  üçün 
diplomatik  dilə  yiyələnməli,  onun  üslüb  özəlliklərini 
                                                           
10
 Ковалев А.Г. Азбука дипломатии. М., 1993. С.41  


24 
 
öyrənmək,  mənimsəmək  lazımdır.  Elmi  dövriyyədə 
«diplomatik dil» dedikdə, aşağıdakılar başa düşülür: 
1)
  Diplomatlar  tərəfindən  beynəlxalq  müqavilələrin 
hazırlanması  və  bağlanmasında,  rəsmi  diplomatik 
danışıqlarda istifadə olunan dil; 
2)
  Tarixən  formalaşmış,  ümumi  diplomatik  lüğətin 
tərkibini təşkil edən xüsusi termin və ifadələr; 
3)
  Mürəkkəb vəziyyətlərdə diplomatların istifadə etdiyi 
ehtiyatlı, nəzakətli, sətiraltı məna daşıyan ifadələr. 
1)
  Orta əsrlərdə feodal pərakəndlilik şəraitində bir 
müddət dini institutlar dövlət qurumları üzərində üstünlüyə 
sahib  olurlar.  Bunun  nəticəsi  olaraq,  beynəlxalq 
münasibətlər sahəsində Avropada latın dili, islam Şərqində 
isə  ərəb  dili  hökmranlıq  edirdi.  Avropada  ilk  beynəlxalq 
sistemin təməlini qoyan Vestfal sülh sazişləri (1648 il) latın 
dilində  yazılmışdı.  XVIII  əsrin  ilk  yarısında  Avropada 
beynəlxalq müqavilələrin yazılması zamanı həm latın, həm 
fransız  dillərindən  istifadə  olunurdu.  Eyni  zamanda  islam 
Şə
rqində  Osmanlı  imperiyasının  hökmranlıq  etməsi 
şə
raitində  türk  dilinin  beynəlxalq  nüfuzu  artır.  Təsadüfi 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə