Azərbaycan Respublikası Konstitusiya Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2013-cü IL tarixli müraciətində göstərilmiş məsələlərin şəhri ilə bağlı Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının dosenti



Yüklə 236,07 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü236,07 Kb.
#65543


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2013 

 

 

 

 

UOT nömr

ə:342.9 

 

İNZİBATİ MÜBAHİSƏLƏRİN TƏSNİFATI 

 

N.Ə.BAXŞİYEVA  

Bakı Dövlət Universiteti 

n.r.007@rambler.ru

 

 

M

əqalədə inzibati mübahisələrin müxtəlif əsaslara görə təsnifatı aparılmaqla onun növ-

l

əri təhlil edilir. İnzibati mübahisənin əsas iki növü -inzibati orqanın qanuna uyğun olmayan 

aktı  nəticəsində  yaranan  inzibati  mübahisələr  və  inzibati  orqanın  hüquqazidd,  qanunsuz 

hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranan inzibati mübahisələr növləri fərqləndirilməklə 

onların  mahiyyəti  izah  edilir.  Müəllif  hesab  edir  ki,  Azərbaycan  Respublikasının  İPM-də 

inzibati hüquqi mübahisənin anlayışı və predmeti müəyyənləşdirilməlidir. 

 

Açar sözlər: inzibati akt, inzibati mübahisə, inzibati orqan, növ, subyektiv, səlahiyyət 

 

Təsnifat dedikdə ənənəvi olaraq təzahürlərin ümumi əlamətlərə müvafiq 



olaraq  siniflər  üzrə  bölgüsü  başa  düşülür.  Sinif  isə,  ümumi  əlamətlərə  malik 

olan təzahürlərin məcmusudur. Bu təzahürlərin bölgüsü isə mühüm əhəmiyyət 

kəsb  edən  müxtəlif  əlamətlərə  əsasən  aparılır  ki,  bu  cür  əlamətlər  elmi 

ədəbiyyatlarda əsasən “meyarlar” adlandırılır. Təbii ki, heç də bütün meyarlar 

deyil, yalnız mühüm əhəmiyyət kəsb edən meyarlar təsnifatın əsası kimi qiy-

m

ətləndirilə  bilər. Bəzi müəlliflər məhz bu səbəbdən  haqlı  olaraq  ümumiləş-



dirici termin 

olan “meyar”ın əvəzinə “təsnifatın əsasları” terminindən istifadə 

etm

əyi məqsədəuyğun  hesab  edirlər  (15, 13).  İnzibati  hüquqi  mübahisələrin 



təsnifatı  maddi-hüquqi  və  prosessual  xarakterə  malik  olan  kompleks  hüquq 

münasibətlərinin  xüsusi  növləri  kimi  çıxış  edir.  Təsnifat  meyarlarının 

müəyyənləşdirilməsi həm elmi, həm də təcrübi baxımdan vacibdir. Belə ki, in-

zibati mübahisələrin həlli qaydalarının, prossual müdafiə vasitələrinin, aidiyyat 

qaydalarının  müəyyənləşdirilməsində  növ  meyarları  mühüm  əhəmiyyət  kəsb 

edir. Hüquq 

ədəbiyyatlarında inzibati mübahisələrin vahid təsnifat sistemi 

mövcud deyildir. T

əsnifat mübahisənin subyekt tərkibi, predmetinin məzmunu, 

t

ərəflər arasındakı əlaqənin xarakteri, mübahisəli maddi hüquq münasibətinin 



iqtisadi v

ə ya qeyri-iqtisadi məzmuna malik olması və s. kimi çoxsaylı əsaslara 

əsasən aparılır.  

İnzibati  hüquq  nəzəriyəsində  predmetinə  görə  inzibati mübahisənin iki 

əsas növü fərqləndirilir: 

 

19 




1.

 

Obyektiv inzibati hüquq bar



ədə mübahisələr, yəni predmetini yalnız 

inzibati aktların qanuniliyi təşkil edən mübahisələr. 

2.

 

İnzibati orqanın səlahiyyət həddini aşması. 



İnzibati mübahisənin birinci növü olan inzibati aktların qanuniliyi təşkil 

ed

ən mübahisələrlə  bağlı  qeyd  etmək  lazımdır  ki,  hegemon  dövlətdən 



demokratik dövlətə keçidlə əlaqədar müasir dövrdə inzibati aktların məzmunu 

dəyişikliyə uğramışdır.  

“İnzibati  icraat  haqqında”  21  oktyabr  2005-ci  il  tarixli  Azərbaycan 

Respublikasının  Qanununda  inzibati  aktın  anlayışı  və  növləri  müəyyən 

olunmuşdur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati 

orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) 

məsələni  nizama  salmaq  və  ya  həll  etmək  məqsədilə  qəbul  edilmiş  və 

ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr 

yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (5, 3).  

Qeyd  olunan  Qanunda  konkret  icraatın  təşkili  və  həyata  keçirilməsi  ilə 

bağlı inzibati orqan tərəfindən qəbul edilən akt – “aralıq inzibati akt” (2.0.9-cu 

maddə), maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud 

onun  üzərinə  qoyulmuş  vəzifəni  (vəzifələri)  götürən  akt  –  “əlverişli  inzibati 

akt” (2.0.10-

cu  maddə),  maraqlı  şəxsi  hüquqdan  məhrum  edən  və  ya  onun 

hüququnu  məhdudlaşdıran,  yaxud  onun  üzərinə  müəyyən  vəzifə  (vəzifələr) 

qoyan  akt  isə  “əlverişsiz  (yükləyici)  inzibati  akt”  (2.0.11-ci  maddə)  kimi 

müəyyən olunmuşdur.  

İnzibati  hüququn  subyektləri  arasında  fikir  ayrılığı  yalnız  tənzimləyici 

inzibati hüquq münasib

ətlərindəki hüquq və  vəzifələr barədə  deyil, həm də 

normativ  aktların  üstün  hüquqi  qüvvəyə  malik  normativ  aktlara  uyğunluğu 

bar

ədə  məsələlərdən yarana bilər. Bu zaman tərəflər  arasındakı  fikir  ayrılığı 



əsas etibarilə pozitiv hüquqa dair məsələlərə aid olur və obyektiv hüquq haq-

qında  mübahisənin məzmununu təşkil  edir.  A.F.Yeftixiyev  belə  mübahisələri 

“obyektiv qanunçuluq bar

ədə” mübahisələr adlandırır (13, 313). 

Obyektiv inzibati hüquq barədə mübahisələr inzibati orqanların bu və ya 

digər  aktının  qanuniliyinin  qiymətləndirilməsindən  yaranır.  Onların  xüsusiy-

yətlərindən  birini  məhz qanunla qorunan  maraqlara  müdaxilə olunması təşkil 

edir.  Belə  mübahisələrdə  predmet  kimi  müstəsna  olaraq  obyektiv  hüquq 

xarakterli  məsələ,  yəni  mübahisələndirilən aktın  qanuniliyinin qiymətləndiril-

məsi çıxış edir. Beləliklə, mübahisələndirilən aktın özü obyektiv mübahisənin 

predmeti olur. 

V.M.Juykov obyektiv mübahis

ələrin  baxılması  üsulunu  “birbaşa 

mübahis


ələndirmə” və ya “xalis mübahisələndirmə” adlandırır (14, 116). Qeyd 

edək ki, ayrı-ayrı xarici ölkələrin inzibati hüququnda obyektiv hüquq haqqında 

mübahisə yalnız normativ xarakterli aktlara deyil, həm də administrasiyasının 

fərdi aktlarına şamil olunur. Buna daha çox fransız inzibati ədliyyə sistemində 

rast gəlinir. Onlar  ilk  növbədə  hakimiyyət səlahiyyətlərinin aşılması  ilə  bağlı 

verilən  şikayətlərdir.  Hakimiyyət  səlahiyyətlərinin  aşılmasından  verilən  iddia 

 

20 



ərizələri  fransız  sistemində  administrasiyaya  qarşı  yox,  konkret  hüquqi  akta 

qarşı  istiqamətlənən  protest  kimi  qiymətləndirilir.  Hesab  olunur  ki,  bu  cür 

hallarda  mübahisəli  hüquq  münasibətləri  yox, hüquqi səlahiyyətlərin aşılması 

ilə əlaqədar irəli sürülən obyektiv iddia mövcud olur (10, 456-457). 

İnzibati  mübahisənin ikinci növü kimi subyektiv inzibati hüquq barədə 

mübahis


ələr, yəni predmetini ümumi hüquq münasibətlərinin  iştirakçılarının 

subyektiv hüquq, v

əzifə və qanunla qorunan maraqları təşkil edən mübahisələr 

cıxış edir. 

Hüquqi dövlətdə insanın subyektiv hüquqlarının müdafiəsini təmin edən 

institutlar mühüm rol oynayır. Subyektiv hüquqlar bir tərəfdən dövlətin sosial 

rolunun gücl

əndirilməsinə, digər tərəfdən isə  vətəndaşların  şəxsi  maraqlarını 

t

əmin etməklə ümumi hakimiyyətin məhdudlaşdırılmasına yönəlir. Buna görə 



d

ə, ümumi hüquqların realizəsinin təminat tədbirləri mühüm əhəmiyyət daşıyır. 

Bel

ə təminatlardan biri də inzibati orqanların hərəkətlərinin, aktlarının inzibati 



m

əhkəmələrdə mübahisələndirilməsidir.  

Subyektiv inzibati hüquq bar

ədə mübahisənin spesifik xüsusiyyəti ondan 

ibar

ətdir ki, onun predmetinə inzibati orqanın aktının və ya hərəkətinin qanuna-



uyğunluğu barədə məsələnin daxil edilməsi həmişə mütləq şərt deyildir. Aktın 

(h

ərəkətin) qanuniliyinə dair məsələ yalnız o halda mübahisənin predmeti olur 



ki, hansısa aktın qəbulu və ya hərəkətin edilməsi ilə şəxsin subyektiv hüquq, 

v

əzifə və ya qanuni maraqları arasında əlaqə olsun. 



Yaranması  əsasından  asılı  olaraq  inzibati  mübahisənin  iki  növünü 

fərqləndirmək olar: 

1.

 

İnzibati  orqanın  qanuna  uyğun  olmayan  aktı  nəticəsində  yaranan 



inzibati 

mübahisələr. 

2.

 

Inzibati orqanın  hüquqazidd, qanunsuz  hərəkəti  və  ya  hərəkətsizliyi 



nəticəsində yaranan inzibati mübahisələr. 

İnzibati mübahisə - inzibati hüququn subyektləri arasında hüquq, vəzifə 

v

ə qanunla qorunan  maraqların  yalnız  inzibati aktlarla deyil, həm də  inzibati 



h

ərəkətlərlə (hərəkətsizliklə) pozulmasından və ya onların qanuniliyinin fərqli 

anlaşılmasından  irəli gələn və  hüquqi  əhəmiyyətli hərəkətlərdə  ifadə  olunan 

fikir  ayrılığıdır.  İnzibati  aktları  müvafiq  inzibati  orqanın  adından  iradə 

bildirm

ək səlahiyyəti olan şəxs qəbul edə bildiyi təqdirdə, inzibati hərəkətləri 



hər hansı bir dövlət qulluqçusu edə bilər. Bu səbəbdən inzibati hərəkətlər daha 

geniş  çeşidə  malikdir.  İnzibati  orqan  yalnız  inzibati  aktlarının  deyil,  həm  də 

inzibati hərəkətlərinin nəticələrinə görə məsuliyyət daşımalıdır. Qüvvədə olan 

“İnzibati icraat haqqında” qanunda isə inzibati aktların anlayışı verildiyi halda 

inzibati hərəkətlərin anlayışı verilmir.  

Fikrimizcə,  inzibati mübahisənin mühüm əsaslarından  biri kimi  inzibati 

h

ərəkətlərin qanunvericilikdə anlayışının və əlamətlərinin, mübahisələndirilmə 



qaydasının dəqiqləşdirilməsi məqsədəuyğun olardı.  

İnzibati  hüquqi  mübahisənin  əsası  dedikdə, öz hüquqi qüvvəsinə  görə 

mübahis

əli vəziyyətin müxtəlif  şəraitlərini ifadə  edən faktiki hallar  başa 



 

21 



düşülür. Bu  faktiki  halları  A.B.Zelentsov (15, 46) şərti olaraq bir neçə qrupa 

bölür: 


1.

 

Subyektl



ər  arasındakı  mübahisəli münasibətləri hüquqi cəhətdən 

xarakteriz

ə edən faktlar; 

2.

 



T

ərəfləri konkret inzibati mübahisənin  iştirakçıları  kimi 

əyyənləşdirən legitimləşdirici faktlar; 



3.

 

V



ətəndaşların  hüquqlarının  və  qanuni  maraqlarının  həyata keçiril-

m

əsinə  maneə  yaradan və  obyektiv  hüquq  qaydasının  normal 



f

əaliyyətinə mane olan faktlar. 

Hüquq 

ədəbiyyatında  inzibati  mübahisənin yaranma əsası  kimi  məhkə-



m

əyə  iddia ilə  müraciətin  olduğu  göstərilir (19, 201).  M.S.Aslanov isə  haqlı 

olaraq bu fikirl

ə razılaşmayaraq bildirir ki, bu mübahisə vətəndaşın subyektiv 

hüququnun  pozulduğu  andan  dərhal  sonra  meydana  çıxır  və  “gizli” xarakter 

daşıyır, sonradan isə vətəndaşın “incikliyi” şikayət ideyasına çevrilir (2, 113). 

Hesab edirik ki,  inzibati mübahis

ənin yaranmasına aşağıdakılar əsas ola 

bil

ər: 


1. Mübahis

əli inzibati aktlar; 

İnzibati  akt  hüquqi  nəticə  yaradır  və  bu  bilavasitə  hüquqi  faktlarla 

bağlıdır. İradəvi meyardan asılı olaraq hüquqi faktlar hadisələrə və hərəkətlərə 

bölünür.  Hərəkətlər  mübahisəli  hüquq  münasibətinin  yaranmasına  səbəb  ola 

bilən hüquqi faktlardır. Hüquqi faktlar dedikdə, hüquq normalarına uyğun ola-

raq  müəyyən  hüquqi  nəticələrin  baş  verməsinə  -  hüquq  münasibətlərinin  ya-

ranmasına, dəyişməsinə və xitamına səbəb olan konkret sosial hallar (hadisələr, 

hərəkətlər) başa düşülür.  

Mübahisəli aktlar həm hərəkət, həm də hərəkətsizlik formasında təzahür 

edə bilər. F.S.Mehdiyev haqlı olaraq idarəetmə orqanlarının susmasından və ya 

hərəkətsizliyindən yaranan inzibati hüquqi aktı “örtülü rədd qərarı” kimi qiy-

mətləndirir (6, 207). Həmçinin, M.Ə.Günday idarəetmə orqanlarının barəsində 

məhkəməyə  şikayət  verilə  bilən  aktlarının  qəbulu,  yaxud,  hərəkətin  edilməsi 

barədə  edilən  müraciətlə  bağlı  hərəkətsizliyini  “üstüörtülü  rədd  qərarı”  kimi 

qiymətləndirir (4, 11).  

Qanunvericilik də bu mövqedən çıxış edərək inzibati orqanların hərəkət-

sizliyini  vətəndaşların  inzibati  iddialarının  predmeti  kimi  müəyyən  etmişdir. 

İPM-də inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburet-

mə haqqında iddialar (İPM-in 2.2.2-ci maddəsi) və inzibati orqanların hərəkət-

sizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə 

dair iddialar nəzərdə tutulmuşdur (İPM-in 2.2.-ci maddəsi). 

2. 

İnzibati orqanın səlahiyyət həddini aşması. 



Məlum olduğu kimi, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən 

(konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və 

ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr 

yaradan  qərar,  sərəncam  və  ya  digər  növ  hakimiyyət  tədbirində  iradə  ifadə 

etmək  səlahiyyəti  olan  qurumlar  inzibati  orqanlardır.  Lakin  bu  hal  onların 

 

22 




istənilən məsələ ilə bağlı inzibati akt qəbul etmək səlahiyyətinə malik olduğuna 

dəlalət  etmir.  Təsadüfi  deyildir  ki,  “İnzibati  icraat  haqqında”  Qanunda  məhz 

inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti 

olan inzibati orqan 

inzibati icraatın iştirakçısı sayılır (5). 

İnzibati hüquqda “səlahiyyət” anlayışı ictimai qayda ilə birbaşa əlaqədar 

anlayış olub,  inzibati orqanların səlahiyyətlərinin qanun çərçivəsindən kənara 

çıxmamasını  nəzərdə  tutur.  İnzibati  orqan  iradəsini  ifadə  edərkən  öz 

səlahiyyətlərindən  çıxış  etməlidir.  İnzibati  orqanın  səlahiyyəti  dedikdə,  onun 

həm  baxılan  məsələnin  predmeti  baxımından,  həm  də  ərazi  aidiyyatı  baxı-

mından səlahiyyətli olması nəzərdə tutulur.  

Səlahiyyət həddinin aşılmasından irəli gələn tipik hallara vəzifə səlahiy-

yətlərindən  sui-istifadəni,  vəzifə  səlahiyyətlərinin  aşılmasını,  digər  orqanların 

işinə müdaxiləni, inzibati icraat qaydalarının pozulmasını, qanunsuz aktın qə-

bul olunmasını, vətəndaşın azadlığına qanunsuz müdaxilə olunmasını, qanunun 

müəyyənləşdirdiyi  vəzifələrin  yerinə  yetirilməməsini,  hərəkətsizliyi,  digər 

inzibati orqanlara və ya onların vəzifəli şəxslərinə təsir göstərilməsini və s. aid 

etmək olar.  

3. 

Diskresiyon səlahiyyətlərdən düzgün istifadə olunmaması. 



Qanunla  qorunan  maraqlar  hüquqazidd  əməllərlə  yanaşı  diskresiyon 

səlahiyyətlərdən sui-istifadə  nəticəsində də pozula bilər. Təsadüfi deyildir ki, 

hüquq ədəbiyyatında maraqların müdafiəsi diskresyon səlahiyyətlər sahəsində 

idarəetmənin  qərəzsizliyini  və  obyektivliyini,  onların  mümkün  səlahiyyət 

həddini aşmamasını təmin edən vasitə kimi qiymətləndirilir (11, 134). 

Hüquq  ədəbiyyatında  mülahizə  səlahiyyəti  –  çərçivəsi  qanunvericilikdə 

nəzərdə tutulmuş, lakin məzmunu bəzi imkansızlıqlar səbəbindən dəqiq müəy-

yən  edilməmiş  inzibati  proseduru  ifadə  edən  səlahiyyət  kimi  qiymətləndirilir 

(6, 79). 

A

.O.Abdullayev inzibati mülahizəyə idarəçilik sahəsində müxtəlif işlərin 



hüquqi cəhətdən həlli üçün iş üzrə səmərəli qərarın qəbul edilməsi məqsədilə 

idarəetmənin  subyektinə  verilmiş  məlum  müstəqillik  dərəcəsi  kimi  anlayış 

verir (1, 336). 

Əgər inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul 

edilərsə məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə 

bilməz (İPM-in 73.3.1-ci maddəsi). Lakin mülahizəyə əsasən fəaliyyət göstər-

məyi  özbaşınalıqla,  hüquq  normasının  pozulması  ilə  səhv  salmaq  olmaz. Bu 

səbəbdən qanunverici diskresion səlahiyyətlər əsasında qəbul edilmiş  inzibati 

aktların  yoxlanılması  və  ya  həmin  aktlar  üzərində  məhkəmə  nəzarətinin 

mümkünlüyünü də təsbit etmişdir.  

4. 

Qanunla  qorunan  şəxsi  maraqların,  həmçinin,  ümumi  tələbatlardan 



irəli gələn ictimai maraqların pozulması və s. Şəxsin ərizə ilə müraciət etməsi 

üçün aktın onun hüquq və maraqlarına toxunması subyektiv hüquq və vəzifələr 

barədə  mübahisənin  yaranmasına  səbəb  olmasa  da,  onların  qanunvericilikdə 

təsbiti ümumilikdə məhkəmə icraatı üçün mühüm əhəmiyyət kəsb edir. Şəxsin 

 

23 



aktın  qanuniliyinə  dair  mübahisənin  həllində  maraqlı  olması  məhkəmənin 

iddianı  qəbul  etməsinin  şərti  kimi  müəyyənləşdirilir.  A.Q.Hoyxbarq  haqlı 

olaraq  göstərir  ki,  iddiaçı  öz  iddiasının  həllində  maraqlı  deyilsə,  məhkəmə 

onun iddiasını qəbul etməməlidir (12, 109). Qeyd etmək istərdik ki, iddiaçının 

mübahisənin  həllində  maraqlı  olması  öz  təbiətinə  və  məzmununa  görə 

vətəndaşların hüquq və azadlıqlarına, qanuni maraqlarına toxunmayan aktların 

bahisələndirilməsinə yol verilməməsinə də xidmət edir.  



Demokratik cəmiyyətdə inzibati hüquqi mübahisələrin həcmi və növləri 

mütəmadi  olaraq  artır  və  məzmununa  görə  mürəkkəbləşir.  İPM-də  inzibati 

hüquqi  mübahisənin  leqal  anlayışının  verilməməsi  inzibati işlərin  aidiyyat 

meyarlarının  müəyyənləşdirilməsinə  öz  neqativ  təsirini  göstərir.  Aidiyyətin 

düzgün  müəyyənləşməsi  üçün  predmetin  dəqiq  müəyyən  olunması  vacibdir. 

Aidiyyat məsələsinin düzgün müəyyənləşdirilməməsi təcrübədə həm məhkəmə 

orqanları,  həm  də  iddiaçı  üçün  çətinliklər  yaradır,  vaxt  itkisinə,  mübahisənin 

həllinin uzanmasına səbəb olur. Bu məsələ ilə əlaqədar məhkəmə təcrübəsində 

bir  sıra  anlaşılmazlıqlar  yaranır.  Belə  ki,  bəzən  inzibati-iqtisad  məhkəməsi 

ərizəni  qəbul  edir,  sonra  isə  işin  onların  səlahiyyətinə  aid  olmaması  barədə 

vətəndaşa məlumat verir. 

Fikrimizcə,  inzibati  mübahisənin  anlayışı,  əlamətləri,  tərkib  elementləri 

qanunvericilik  səviyyəsində  dəqiqləşdirilərsə,  məhkəmələr  arasında  aidiyyat 

qaydaları ilə bağlı anlaşılmazlıqlara son qoyular. Hesab edirik ki, Azərbaycan 

Respublikasının  İPM-də  inzibati  hüquqi  mübahisənin  anlayışı  və  predmeti 

müəyyənləşdirilməlidir.  İnzibati  mübahisənin  anlayışı  formalaşdırılarkən 

yalnız inzibati hüquq münasibətlərindən deyil, publik hüquq münasibətlərindən 

irəli  gələn  mübahisələrin  də  əhatə  olunması  məqsədəuyğun  olardı.  Çünki 

inzibati  icraat  qaydasında  inzibati  orqanların  çıxardığı  inzibati  akt  yalnız 

inzibati hüquq münasibətlərinə deyil, ümumi (publik) hüquq sahəsinə aid olan 

müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədilə qəbul 

edilən hakimiyyət tədbiridir.  

A.Ş.Gözüböyük  predmetinin  məzmunundan  asılı  olaraq  inzibati  müba-

hisələri 3 növ üzrə təsnifləşdirir: 

1)

 

inzibati aktların ləğv olunması tələbinə dair mübahisələr; 



2)

 

bir hüququn pozulmasının əvəzində müəyyən hərəkətin edilməsini və 



ya  vurulmuş  ziyanın  əvəzinin  ödənilməsini  nəzərdə  tutan 

mübahisələri (tam mühakimə mübahisələri); 

3)

 

hüquq  normasının  təfsirindən  və  konkret  məsələyə  tətbiqindən 



yaranan 

mübahisələr (3, 303). 

Bu təsnifatı qəbul edən A.R.Uyanık yazır ki, ləğvetmə tələbinə dair mü-

bahisələrin predmeti ancaq inzibati aktlar olduğu halda, tam mühakimə müba-

hisələrinin  predmetini  həm  inzibati  müqavilələr,  həm  də  inzibati  hərəkətlər 

təşkil edə bilər (7). 

Müəlliflərdən S.N.Maxina isə inzibati mübahisələrin növlərini müəyyən-

ləşdirərkən  şikayət  olunan  aktın  normativ  yaxud,  qeyri-normativ  olmasına 

 

24 



əsaslanır (18, 172-173). Fikrimizcə, bu təsnifat daha çox nəzəri əhəmiyyət kəsb 

edir, aidiyyat qaydalarının, müdafiə vasitələrinin və s. müəyyənləşdirilməsində 

mühüm əhəmiyyət kəsb etmir. 

İ.L.Baçilo  subyektlər  arasındakı  münasibətlərdə  hakimiyyət-tabeçilik 

dərəcəsinə  görə  inzibati  mübahisələrin  subordinasiya,  koordinasiya  və 

reordinasiya kimi növlərini fərqləndirirdi (9, 178).  

Qeyd etmək istərdik ki, Ukraynada nəşr olunmuş “İnzibati hüquq” dərs-

liyində də inzibati mübahisələrin növləri müəyyən olunur. Ədəbiyyatda tərəf-

lərdən birinin digərinə münasibətdə sərəncam və ya nəzarət funksiyalarını hə-

yata  keçirtmək  səlahiyyətinə  malik  olduğu  münasibətlərdən  yaranan mübahi-

sələr “subordinasiya mübahisələri”, dövlət hakimiyyət səlahiyyətlərinin ümumi 

vəzifələrin  həlli  üçün  ictimai  həyatın  müəyyən  sahələrinə,  ümumi  fəaliyyətə 

yönəlməsindən yaranan münasibətlərdən irəli gələn mübahisələr “koordinasiya 

mübahisələri”,  idarəetmə  obyektinin  idarəetmənin  subyektinə  müəyyən  hərə-

kətləri  etməsi  üçün  müraciət  etmək  hüququna  malik  olduğu  münasibətlərdən 

yaranan mübahisələr isə “reordinasiya mübahisələri” adlandırılır (8, 68). 

Y.N.Starilov  inzibati  mübahisələri  məzmun  meyarına  görə  təsnifləndi-

rərək mühafizəedici və tənzimləyici mübahisələr kimi fərqləndirir (19, 387).  

Beynəlxalq  təcrübədə  inzibati  mübahisələrin  məzmunundan  asılı  olaraq 

iddia


ların,  bəzən  isə  hətta  məhkəmənin  çıxardığı  qərarların  növləri  fərq-

ləndirilir. Məsələn, Yaponiya qanunvericiliyində mübahisələrin məzmunundan 

asılı  olaraq  inzibati  iddiaların  dörd  növünün  olması  göstərilir:  “kokoku”, 

“todjişa”,  “xalq  iddiası”  (actions populares)  və  “kikan”  (yəni,  orqanlarla 

təşkilatlar arasında yaranan mübahisələr) (16, 90). 

“Kokoku”  və  “todjişa”  tərəflərin  hüquqlarının  və  qanuni  maraqlarının 

pozulmasından  irəli  gəlir  və  subyektiv  iddiaların  əsasını  təşkil  edir.  “Xalq 

iddiaları” və “kikan” adlı iddialar isə obyektiv hüququn qanuni göstərişlərinin 

səhv  icrasından  yaranan  mübahisələr  üzrə  qaldırılır  və  həmin  göstərişlərin 

dəqiq icrasına dair tələblə bağlı olur. 

Amerika  qanunvericiliyində  məhkəmə  nəzarəti  qaydasında  çıxarılan 

qərarlar  mübahisənin  növündən asılı olaraq  müxtəlif cür adlandırılır. Belə ki, 

“mandamus” adlı qərarı ilə məhkəmə inzibati orqanı təmsil edən vəzifəli şəxsə 

vətəndaşın  narazı  qaldığı  hərəkətsizliyinə  son  qoymağı  və  qanunla  nəzərdə 

tutulmuş vəzifəni yerinə yetirməyi əmr edir. “İndjankşn” adlı qərarla isə məh-

kəmə  inzibati orqana  və  ya  vəzifəli şəxsə qanunla səlahiyyətinə  aid olmayan 

müəyyən  hərəkətləri  etməyi  qadağan  edir  və  ya  müvafiq  hərəkətlərə  son 

qoymağı tələb edir (17, 123-125). 

Çexiya qanunvericiliyind

ə isə inzibati mübahisələrin növündən asılı ola-

raq inzibati m

əhkəmə icraatının daxilində aşağıdakı icraat növləri fərqləndirilir:  

-

qanunsuz inzibati aktların yoxlanılması üzrə icraat; 



hərəkətsizlikdən yaranan mübahisələr üzrə icraat; 

vətəndaşların  şəxsi  həyatına  hüquqazidd  müdaxilədən  yaranan  müba-



hisələr üzrə icraat; 

 

25 




vətəndaşların şikayətləri üzrə icraat; 

seçki  hüququnun  realizəsindən  yaranan  mübahisələr  üzrə  icraat  (16, 



126). 

Bel


əliklə,  aparılmış  tədqiqatlar istər qanunvericilikdə, istərsə  də  elmdə 

inzibati mübahis

ələrin müxtəlif meyarlara əsasən təsnifatının  aparıldığı 

n

əticəsinə  gəlməyə  imkan verir. Bu meyarlar hər bir ölkədə  mövcud olan 



idar

əçilik forması, siyasi rejim, hüquq düşüncəsi, hüquq mədəniyyəti, inzibati 

icraatın prinsipləri və s. asılı olaraq müəyyənləşdirilir. 

Fikrimizcə,  inzibati  mübahisənin  anlayışı,  əlamətləri,  tərkib  elementləri 

qanunvericilik  səviyyəsində  dəqiqləşdirilərsə,  məhkəmələr  arasında  aidiyyat 

qaydaları ilə bağlı anlaşılmazlıqlara son qoyular. Hesab edirik ki, Azərbaycan 

Respublikasının  İPM-də  inzibati  hüquqi  mübahisənin  anlayışı  və  predmeti 

müəyyənləşdirilməlidir.  İnzibati  mübahisənin  anlayışı  formalaşdırılarkən  yal-

nız  inzibati  hüquq  münasibətlərindən  deyil,  publik  hüquq  münasibətlərindən 

irəli  gələn  mübahisələrin  də  əhatə  olunması  məqsədəuyğun  olardı.  Çünki  in-

zibati icraat qaydasında inzibati orqanların çıxardığı inzibati akt yalnız inzibati 

hüquq münasibətlərinə deyil, ümumi (publik) hüquq sahəsinə aid olan müəy-

yən  (konkret)  məsələləri  nizama  salmaq  və  ya  həll  etmək  məqsədilə  qəbul 

edilən hakimiyyət tədbiridir.  

 

ƏDƏBİYYAT 

1.

 



Abdullayev A.O. İnzibati hüquq. Dərs vəsaiti. Bakı: Qanun, 2005, 252 s. 

2.

 



Aslanov M.S. Azərbaycanda inzibati ədliyyə. Bakı, 2009, 178 s. 

3.

 



Gözübüyük A.Ş. Yönetim Hukuku. Ankara, 1989, 244 s. 

4.

 



Günday M. İdare hukuku. Ankara: İmaj Yayınçılık, 1997, 348 s. 

5.

 



“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2012, 42 s. 

6.

 



Mehdiyev F.S. İnzibati idarəetmə hüququ. Dərs vəsaiti. Bakı: İlay, 2008, 429 s. 

7.

 



Uyanık A. İdari yargıda iptal davalarının degerlendirilmesi. Mevzuat dergisi. Yıl 6, sayı 

61, Ocak 2003 / http://www.mevzuatdergisi.com/ 

8.

 

Административное право Украины. Учебник / Под общей ред. С.В.Кивалова. X.: 



Одиссей, 2004, 880 c. 

9.

 



Бачило И.Л. Организация советского государственного управления. Правовые 

проблемы. М.: Наука, 1984, 237 c. 

10.

 

Брэбан Г. Французское административное право / Под ред. С.В.Боботова. М.: 



Прогресс, 1988, 488 c. 

11.


 

Гнейст Р. Правовое государство и административные суды Германии / Под ред. 

М.И.Свешников. СПб.: Тип. В. Безобразова и Ко, 1896, 380 c. 

12.


 

Гойхбарг А.Г. Курс гражданского процесса. Л., 1928, 317 c. 

13.

 

Евтихиев А.Ф. Основы советского административного права. Харьков: Юрид. изд-



во НКЮ УССР, 1925, 336 c. 

14.


 

Жуйков В.М. Проблемы гражданского процессуального права. М.: Городец, 2001, 

288 c. 

15.


 

Зеленцов А.Б. Теоретические основы правового спора. Автореф. дис. ... д.ю.н. М., 

2005, 42 

с. 


16.

 

Козырин А.Н. Административное право зарубежных стран. Учебное пособие. M.: 



C

парк, 1996, 229 c. 

17.

 

Лафитский В.И. Административная юстиция в США // ЖРП, 1997, № 7, c. 123-125 



 

26 



18.

 

Махина С.Н. Административный процесс: проблемы теории, перспективы 



правового регулирования. Воронеж: Воронеж: ВГУ, 1999, 232 с. 

19.


 

Старилов Ю.Н. Административное право. В 2 ч. Ч. 1. История. Наука. Предмет. 

Нормы. Воронеж: Воронеж. Ун-т, 1998, 397 с. 

 

КЛАССИФИКАЦИЯ АДМИНИСТРАТИВНЫХ СПОРОВ 

 

Н.А.БАХШИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье с помощью различных административных споров анализируется основы 

классификации  его  видов.  В  зависимости  от  образования  различают  два  вида  адми-

нистративных споров: споры в соответствии с незаконными актами административных 

органов в результате противоправных действий, бездействия или незаконные действия 

административных  органов.  Автор  считает,  что  в  АПК-се  должно  определиться 

административное правовое понятие и предмет спора. 

 

Ключевые слова: административный акт, административный спор, администра-

тивный орган, тип, субъективный, полномочия 

 

CLASSIFICATION OF ADMINISTRATIVE DISPUTES 

 

N.A.BAKHSHIYEVA 

 

SUMMARY 

 

The  article,  by means of various administrative disputes,  analyzes  the  bases of 



classification of the  types  of disputes.  Types  of administrative disputes  are distinguished 

depending on the education: disputes according to illegal acts of administrative bodies and as a 

result of illegal actions, inaction or illegal actions of administrative bodies.  The author 

considers that ALC has to define administrative legal concept and the subject of the dispute. 



 

Key words:  administrative act, administrative dispute, administrative body, type, 

subjective, powers 



 

 

 



 

27 

Yüklə 236,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə