Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə64/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

 
253 
Ürdündə yaşayanların hamısı yerli, yəni Ürdün ərəbləri deyil. 
Burada Fələstin ərəblərinin sayı Ürdün ərəblərinin sayından az deyil. 
Fələstinlilərin işgüzarlığı,  əməksevərliyi, istedadlı olmaları  ərəb-
islam dünyasında hamıya bəllidir. Fələstin ailələrində  uşaqların, 
demək olar ki, hamısı ali təhsil (əsasən Qərb ölkələrinin 
universitetlərində) alırlar. 
Ölkənin ziyalı  təbəqəsini Fələstin  ərəbləri təşkil edir. Ölkə 
iqtisadiyyatının bir çox sahələri, xüsusilə biznes və ticarət onların 
əlindədir. Amma orduda, polisdə  və gömrükdə zabit vəzifələrinə, 
həmçinin Xarici İşlər Nazirliyində mütəxəssis kimi işə  qəbul olun-
murlar. Fələstinlilər bir çox məqamlarda yerli ərəblərdən seçilirlər. 
Məsələn, danışdıqları dil bir növ şəhər dili, yəni  əbədi dil kimi 
səslənir. Ürdün ərəblərinin danışdıqları dil isə  bədəvi (çöl) 
ərəblərinin dilinə yaxındır. Təbii ki, geyimlərində də fərq var. Ürdün 
hökuməti bütün fələstinlilərə Ürdün pasportu vermir. Məsələn, Qəzza 
bölgəsində yaşayanlara Ürdün vətəndaşı pasportu vermir. 
Ürdün  İslam ölkələri içərisində yeganə dövlətdir ki, burada 
köçəri həyat tərzi sürən  əhali arasında xristianlarda olub. Onlar 
özlərini XI-XII yüzilliklərdə bu yerlərdə hakimiyyəti  ələ keçirmiş 
səlibçilərin
*
 nəsilləri sayırlar. Ötən əsrin 90-cı illərinə qədər əhalinin 
təbii artımı 4 faiz təşkil edirdi. Sonrakı onilliklərdə  təbii artım bir 
qədər aşağı enmişdir (3-2,5 faiz). Ölkədə gözlənilən orta ömür 72 
yaşdır, o cümlədən kişilər üçün 72, qadınlar üçün 74 yaşdır. 
Dövlət dili ərəb dilidir. Əhali  ərəb dilinin Suriya dialektində 
danışır.  Şəhərlərdə yaşayanlar ingilis dilindən də istifadə edir. Ölkə 
üzrə orta sıxlıq hər km

60 nəfərdən artıqdır.  İordan çayının qərb, 
şimal  şərq sahilləri,  Əmman  şəhəri və  ətrafında  əhali sıx, səhra və 
yarımsəhra bölgələrində isə seyrəkdir. Ölkə əhalisinin təqribən üçdə 
iki hissəsi  şəhərlərdə yaşayır.  Əmman,  Əs-Zərqa,  İrbit, Nablus 
ölkənin ən böyük şəhərləridir. Ürdündə tarixi şəhərlər də az deyil. 
Ürdündə, xüsusilə onun paytaxtı  Əmmanda uzun müddət 
olmayan şəxs yenidən bu şəhərə gəlsə, gözlərinə inanmaya da bilər. 
                                      
*
 Səlib və ya xaç yürüşləri.1096-1270-ci illərdə Fələstindəki xristianlara 
məxsus müqəddəs yerlərin müsəlman asılılığından azad etmək şüarı altında 
katolik kilsənin təşəbbüsü ilə  Qərbi Avropa feodallarının Yaxın  Şərqdəki 
işğalçı müharibələri. 
 
254
Son illərdə burada salınmış, xarici görünüşü ilə seçilən, əsasən dörd 
mərtəbəli (hökumət  Əmmanda dörd mərtəbədən hündür ev tikməyə 
icazə vermir) villa – mülklər paytaxta xüsusi yaraşıq verir. Məsələ 
ondadır ki, Yaxın  Şərqin neftlə  zəngin olan ölkələrində 10-12 il 
işləyən Fələstinli  ərəb, topladığı  vəsait hesabına regionun nisbətən 
sakit və sabit şəhəri kimi tanınan, həm də tarixi vətəninin 
yaxınlığında yerləşmiş  Əmmanda mülk alıb, yaşamağa üstünlük 
verir. Bu cür mülklərin orta qiyməti 200-300 min ABŞ dollarına 
bərabərdir. Onlar bütövlükdə, ya da mərtəbə-mərtəbə satılır. Mülkün 
xarici divarına onun tikintisinə hökumətin rəsmi icazə verməsi barədə 
lövhə vurulur. 
Əhalisinin sayı 1,5 mln. nəfərə çatmış paytaxtın tarixi-arxeoloji 
baxımdan  ən görkəmli yeri Filadelfiya adlanan qədim hissəsidir. 
Burada isə ən gözəgəlimli, «turistlərin tələsi» hesab edilən yer Roma 
dövrünün xarabalıqlarının yerləşdiyi Haşimilər meydanıdır. Bu 
meydandakı 6 min oturacaq yeri olan qədim Roma teatrında 
indiyədək müxtəlif festivallar və digər musiqili-əyləncəli proqramlar 
keçirilir. Haşimilər meydanından qarşıdakı  təpə üzərindəki 
Herkules
**
  məbədinin və VII-VIII əsrlərdə  ərəblərin inşa etdikləri 
qala və bürclərin qalıqları aydın görünür. Qədim Roma kimi Əmman 
da yeddi təpə üzərində salınmışdır. Açıq səma altındakı tarixin 
yadigarlarını dövlət mühafizəsinə götürülmüşdür. 
Əmmandan cənubda yerləşən və dünyanın «səkkizinci möcü-
zəsi» sayılan qədim (e.ə. III əsrdə salınıb)  Petra  şəhəri diqqəti çox 
cəlb edir. Maraqlı burasıdır ki, bu şəhərdəki bütün yaşayış binaları, 
saraylar, qəbirlər və s. yalnız sal qayalardan yonularaq 
düzəldilmişdir. Petrada elə bir tikiliyə rast gəlmək olmaz ki, o bir-
birinin üzərinə qoyulmuş bir neçə daşdan düzəldilsin. Burada daş 
dövründə yaşamış insanların ev əşyaları, daş alətləri tapılmışdır. 
Qədim Nabatey çarlığının mərkəzi olan Petra, tədricən dövlətin  ən 
zəngin bir şəhərinə çevrilmişdir. Bu şəhərin var-dövlətini, sərvətlərini 
ələ keçirməyə çoxları can atsa da, şəhər hər tərəfdən yüksək qayalarla 
əhatə olunduğundan buna nail olmaq o qədər də asan olmayıb. Misir 
                                      
**
 Herkules (Herakl) – qədim yunan mifologiyasında fiziki cəhətdən ən 
güclü qəhramanlardan biri. Zevsin və Alkmenanın oğlu. Herkulesə sitayiş 
qədim Yunanıstan və Romada geniş yayılmışdır. 


 
255 
piramidaları kimi insanı heyrətə salan Petra xarabalıqları  əslində 
ölkənin rəmzinə çevrilmişdir. 
Ürdünün məşhur tarixi yerlərindən biri də paytaxtdan 40-45 
km aralı, yaşıl dərədə yerləşmiş  Geraş  şəhərinin qalıqlarıdır. 
Yunanlar tərəfindən salınmış bu şəhərin qədim adı yunan hökmdarı 
Antioxanın şərəfinə Antioxa adlandırılmışdı. Tarixi boyu bu şəhər bir 
çox hökmdarlar tərəfindən zəbt olunumuşdur. Makedoniyalı 
İsgəndər, Filadelfiyalı Ptolomey, Pompey və b. bu şəhəri  ələ 
keçirmişlər. E.ə. 63-cü ildə bu şəhəri zəbt edən Pompey onu 
romalaşdırmağa başlayır. Romalıların hakimiyyəti dövründə  şəhərin 
ərazisi təqribən iki dəfə böyüyür. Yunanlıların tikdirdiklərindən əlavə 
romalılar burada sütunlarla bəzədilmiş küçələr salır, üç teatr, bir cıdır 
meydanı, imperator Adrianın  şərəfinə  Zəfər tağı tikir, Artemida
*
 
məbədinin ucaldırlar. Eramızın I əsrində bu şəhərdə 16-18 min 
nəfərin yaşaması guman edilir. 
 Eramızın IV əsrində Roma imperiyası  zəifləyir və onun 
torpaqları Bizans imperiyasının  əlinə keçir. Bizanslılar da şəhərdə 
özlərinə xas olan abidələr, başqa tikililər ucaldırlar. VII əsrdə baş 
vermiş güclü zəlzələ bu abidələrin, tikililərin çoxunu yararsız hala 
saldı. Bu şəhərlərdə müxtəlif tarixi dövrlərdə yaradılan mədəniyyət 
abidələrinə ikinci böyük zərbəni xaçpərəstlər (səlib yürüşü 
iştirakçıları) vurur. İkinci Bolduinin rəhbərliyi altında  şəhərə daxil 
olan xaçpərəst  əsgərlər dini ainləri üçün nəzərdə tutulan yerləri 
kazarmalara, binaları isə istehkamlara çevirərək  şəhəri dağıdırlar. 
Şəhəri tərk edərkən onlar insan əli ilə yaradılan sənət nümunələrini 
yerlə yeksan etmişlər. Sonradan arxeoloqlar açıq səmada, qumların 
altında qalmış bu mədəniyyət izlərinin qalıqlarını aşkar edə bilmişlər. 
 
 
4. İqtisadiyyatı 
 
Ürdün orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkədir. Ürdün 
tarixən  əkinçilik və maldarlıq ölkəsi kimi formalaşmışdır.  İkinci 
Dünya müharibəsi illərində iqtisadiyyatda bir qədər dirçəliş 
                                      
*
  Artemida –  qədim yunan mifologiyasında məhsuldarlıq ilahəsi, hey-
vandarlıq və ovçuluğun himayəçisi. 
 
256
olmuşdur. O vaxt ölkəni idarə edən ingilis müstəmləkəçiləri hərbi 
şəhərciklər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir, 
məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu 
illərdə  sənaye sahələri birtərəfli inkişaf edirdi, yəni  əsasən kustar 
müəssisələrinə, yeyinti və toxuculuq sahələrinə nisbətən fikir 
verirlirdi. Məsələn, 1955-ci ildə Ürdünün sənayesi milli gəlirin cəmi 
10 faizini təşkil edirdi. Əhalinin 70 faizi kənd təsərrüfatı sahələrində 
çalışırdı. 
Milli müstəqillik 
əldə olunduqdan sonra hökumət 
iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır. 
İlk növbədə xarici mütəxəssislərin və xarici kapitalın köməyilə 
mədən sənayesinin (əsasən fosforit çıxarılması  və Ölü dənizdən 
müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdə 
ərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. Ötən  əsrin 
80-ci illərindən etibarən xarici turizm sahəsi də ölkəyə böyük həcmdə 
valyuta gətirməyə başlayır. Məsələn, 2005-ci ildə Ürdünə 2,9 mln. 
nəfər xarici turist gəlmiş  və bu sahədən əldə olunan gəlir. 441 mln. 
dollara bərabər olmuşdur. 
Əgər  əvvəllər sənaye müəssisələrinin  əksəriyyəti paytaxt 
yaxınlığında cəmləşmişsə  də sonrakı illərdə hökumət yeni-yeni 
mərkəzlər yaratmağa başlamışdır. Hökumət mövcud istehsal 
mərkəzləri yaxınlığında sənaye-şəhər peykləri yaratmağa fikir 
verməyə başlayır. Ölkədə ixtisaslı kadrların lazımi səviyyədə 
olmaması da iqtisadiyyatın, xüsusilə  sənayenin hər tərəfli inkişafına 
mənfi təsir göstərmişdir. Əmək qabiliyyətli əhalinin ölkədən getməsi 
xarici ölkələrdən fəhlə qüvvələrinin gətirilməsinə səbəb olmuşdur. 
Son 50 ildə Ürdün iqtisadiyyatı böyük nailiyyətlər  əldə edə 
bilmişdir. 2004-cü ildə ümumdaxili məhsulun dəyəri 23,0 mlrd. 
dollara çatmış, onun adambaşına düşən həcmi isə 4000 dollardan 
artıq olmuşdur. Son 10 ildə ölkə iqtisadiyyatının artım sürəti 4-5 
faizdən aşağı düşməmişdir. 
Dövlətin iqtisadi siyasəti təsərrüfatın bütün sahələrində bazar 
mexanizmlərinin aktivləşdirilməsinə yönəldilmişdir. Dövlət 
müəssisələrinin bir qismi özəlləşdirilsə  də, ölkədə  işsizlik problemi 
mövcuddur. 
İqtisadiyyatın  ərazi strukturunda xidmət sahələrinin payı 72, 
sənayenin payı 26, kənd təsərrüfatının payı isə 2 faizə bərabərdir. 
Sənayenin aparıcı sahələri. Yarım əsr əvvəl Ürdünün sənaye-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə