Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə61/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

 
241 
iqtisadi inkişafı sürətləndirmək və müasirləşdirmək məqsədilə xarici 
amil və ehtiyatların hər vasitə ilə istifadə olunmasına şərait yaratmaq, 
ölkənin xarici məhsul və kapitalın azad hərəkəti üçün açıq elan 
edilməsi, idxalatı  əvəz edəcək ixracat istiqamətli sənayeləşmə 
modelinə kecilməsi və s. nəzərdə tutulmuşdur. Lakin Türkiyədə yeni 
iqtisadi model dövlət tərəfindən planlaşdırmanı aradan qaldırmır, 
milli marağı qoruya bilən bazar qüvvələri və dövlət tərəfindən nizam-
lanma, açıq iqtisadiyyat və proteksionist

tədbirlərin əlaqələndirilməsi 
yolları axtarılır. 
Ölkənin son illərdəki iqtisadi inkişafı Türkiyənin dünya 
təsərrüfatında «reytinqinin» artması ilə yanaşı getməsə  də daxili 
struktur irəliləyişlərə səbəb olmuşdur. Ötən əsrin 80-ci illərinin ikinci 
yarısından milli məhsul istehsalında sənayenin payı kənd təsərrüfatını 
üstələmişdir, halbuki əvvəllər kənd təsərrüfatı ÜMM-da üstün yer 
tuturdu. 
Bütövlükdə müasir Türkiyə iqtisadiyyatının inkişafı xarici 
təmayüllü inkişaf etməkdə olan ölkələrə aiddir. İşçi qüvvəsinin fəal 
emiqrasiyası, xarici ölkələrdə yerinə yetirilməli tikinti işləri, qonşu 
ölkələrlə  ənənəvi məhsullar: paltar, ayaqqabı,  şirniyyat, sənətkalıq 
məhsulları, geniş miqyasda xırda topdansatış ticarəti və s. 
Türkiyə sənaye – aqrar ölkədir. 2005-ci ildə ÜMM 8 faiz art-
mışdır (sənaye 27, kənd təsərrüfaı 15,7 faiz). 1997-ci ildə adambaşına 
ÜMM 3000 dollar olmuşdur. Sənayenin aparıcı sahələri hasilat 
sənayesi ötən  əsrin 80-ci illərində  sənaye məhsulunun cəmi 6 faiz 
vermişdir. Faydalı qazıntıların ixracatında  əsaslı irəliləmə olmamış-
dır. Xarici bazarda mühüm əhəmiyyət qazanmış xromit hazırda ixra-
cat strukturunda əvvəlki mövqeyini itirmişdir. Hasilat sənayesi 
kömür (3 mln. ton daş, 45-55 mln. ton qonur kömür cıxarır) və dəmir 
filizinə (4 mln. ton) olan tələbatı ödəmir, neft çıxarılması  tədricən 
artır (4 mln. ton). 
Emaledici sənaye 90-cı illərin  əvvəllərində  sənaye bölməsi 
məhsullarının dəyərcə 77 faizini ödəyirdi. Bunun əsas hissəsi yeyinti 
və yüngül sənayenin (35 faiz) payına düşür. Ölkədə emaledici 
sənayenin dəyərcə 18% yeyinti sənayesi verir. Toxuculuq sənayesi 
                                      
*
  Proteksionizm – kapitalist ölkələrindən gətirilən mallara yüksək 
kömrük qoymaqdan ibarət himayəçilik sistemi deməkdir. 
 
242
daha inkişaf etmiş sahə olub, istehsalın yüksək mərkəzləşdirilməsi, 
xüsusilə milli şəxsi iri kapitalın mövqeyini güclü olması ilə 
səciyyələnir. Bu sahənin məhsulları Avropa ölkələri ABŞ, Rusiya, 
Azərbaycan və digər ölkələrə ixrac olunur. Türkiyə ötən  əsrin 80-ci 
illərində Avropa İqtisadi Birliyi ölkələrinin toxuculuq məhsullarına 
olan tələbatının 1/3-ni ödəyirdi. Ümumi ixracat həcminin 1/3-ni 
toxuma malları və hazır paltar təşkil edir. 
Tikinti, qara və  əlvan metallurgiya, kimya - əczaçılıq, avto-
mobilyığma və digir sahələrlə bağlı sənaye sahələri inkişaf etmişdir. 
İstehsal vasitələri istehsalı  aşağı  səviyyədədir, müasir maşın və 
avadanlığa olan tələbat idxalat hesabına ödənilir. Türkiyə Avropa 
İttifaqının zəif inkişaf etmiş dövlətlərinə yaxınlaşmış (bəzi 
göstəricilərə görə onları ötmüş), Misir, Suriya kimi dövlətləri isə öt-
müşdür (adambaşına sement, qara metal, televizor və s. istehsalına 
görə). 
Energetikanın mühüm xammalı olan neft (enerji balansının 53 
faiz)  əsasən idxal edilir. 1980-ci ildə istehlak 16 mln. ton olmuşsa, 
90-cı illərin  əvvəllərində 30 mln. tonadək yüksəlmişdir.  İstehlakın 
10-12 faiz yerli istehsal hesabınadır. Neft Batman, Qılı, İzmir, Əliağa 
şəhərlərindəki ümumi emal gücü 33.5 mln. ton olan dövlət və Mersin 
şəhərindəki transmilli şirkətin iştirakı ilə qarışıq kapitala məxsus 
müssisələrdə emal olunur. 
İri «Petkin» (Yarımca) neft-kimya kompleksindən başqa 1985-
ci ildə  Əliağada ikinci neft-kimya kompleksi istifadəyə verilmişdir. 
Nəticədə neft məhsulları istehsalı 20 faiz artmışdır. Təbii qaz ölkədə 
80-ci illərdən çıxarılır. Qaza olan təlabat Ankara, İstanbul, İzmirdəki 
zavodlar və İzmir və Əliağadakı neft emalı zavodlarındakı maye qaz-
dan istifadə etməklə ödənilir. Türkiyə 1987-ci ildən sabiq SSRİ-dən 
(1991-ci ildən Rusiya), 2008-ci ildən Azərbaycandan qaz alır. 
 Energetika sahəsində ötən əsrin 80-ci illərində irəliləyişlər ol-
muşdur. On il ərzində elektrik stansiyalarının ümumi gücü 6 mln. 
kvt-dan 16-ya çatmışdır (o cümlədən 34,5 faiz SES-lərin hesabına). 
 1990-cı ildə Türkiyə qonşu ölkələrə (Bolqarıstan, Rumıniya, 
Albaniya, Gürcüstana 900 mln. kvt./s) elektrik enerjisi ixrac etmişdir. 
Yaxın Şərqdə iri sayılan istilik elektrik stansiyası – «Afşin-əlbistan», 
«Keban» və «Karakala» su elektrik stansiyalarının istehsal gücləri 
genişləndirilmişdir. 1990-cı ildə  Fərat çayı üzərində «Atatürk» 
bəndinin tikintisi başa çatdırılmış (ildə 8,9 mlrd. kvt/s elektrik ener-


 
243 
jisi), yeni su anbarı işə salınmaqla, iri suvarma massivi yaradılmışdır. 
Son 15 il ərzində ölkədə qara metallugiyanın inkişaf etdirmək 
Avropa və qonşu ölkə bazarlarına daxil olmaq məqsədilə Türkiyə 
inkişaf etmiş ölkələrdə qara metallurgiyanın ekoloji təhlükəsini 
məhdudlaşdırmaq meylindən istifadə edir. Polad istehsalı 1981-ci 
ildə 2,4 mln. tondan, 2005-ci ildə 12,7 mln. tona çatdırılmışdır. 
Bununla yarısı tam dövriyyəli 3 iri dövlət müəssisəsində Qaraböyük, 
Ereqli, İskenderunda qalan yarısı əsasən İzmir rayonundakı 15 xüsusi 
kiçik zavodlarda istehsal olunur. 
Polad və prokat Türkiyə ixracatında əhəmiyyətinə görə toxuma 
mallardan sonra ikinci məhsuldur. Başlıca metallugiya bazası Zon-
quldaq-Ereqli daş kömür hövzəsi (Qara dəniz sahilində) və  Qərbi 
Anadoluda boz kömür yataqları və İES-i ilə əlaqədardır. Seydişehirdə 
sabiq SSRİ-nin texniki əməkdaşlığı il tikilmiş alüminium zavodu 
fəaliyyət göstərir. 1989-cu ildə 200 min ton gil torpaq, 60 min ton 
alüminium istehsal olunmuşdur. 
Maşınqayırmada idxal olunan hissələrdən nəqliyyat vasitələri 
yığma və istehsalı mühüm əhəmiyyət kəsb edir. Türkiyədə avtomobil 
və traktoryığma sənayesində transmilli şirkətlər (Ford, FİAT, Reno, 
Mersedes, Daymler-Bents, Britiş Motor, Kraysler və b.) fəal iştirak 
edir. Transmilli şirkətlər yerli iri kapitalla əməkdaşlıq edir. Nəqliyyat 
vasitələri quraşdırılması bütövlükdə yüksək səviyyədə deyil və illər 
üzrə  tərəddüd mövcuddur. 90-cı illərin ortalarında xarici lisenziya-
larla 75 min yük avtomobilli və dartıcı, 5-7 min avtobus, 250 min 
minik avtomobili, 20 min traktor istehsal olunmuşdur. Quraşdırmanı 
başa catdıran 19 müəssisə  fəaliyyət göstərmişdir (İstanbul, Bursa, 
Adapazarı,  İzmir,  İzmit, Aksaray, Mersin). Türkiyədə  dəmir yol 
avadanlıqları zavodu SİDEMAŞ (Sivasda), yük və sərnişin vaqonları 
zavodu ADMAŞ (Adapazarda), ELMAŞ (Eskişehirdə) – lokomotiv 
istehsalı fəaliyyət göstərir. 
 Gəmiqayırma sənayesini inkişaf etdirmək və müasirləşdirmək 
üçün cəhd edilir. Bu sahəyə 10 dövlət və xüsusi bölməyə  məxsus 
müəssisələr xidmət edir. Ölkədə 8 iri tərsanə – Pendik, Gölçük, (su-
altı qayıq), Camialtı, Taşkizaq,  İsteniye, Xalic, Xasköy və Alaybey 
mövcuddur.  İstanbuldan 40 km cənub-şərqdə – Tuzluda müasir 
tərsanənin inşası başa çatdırıldığından gəmiqayırmanın  əsas bazası 
buraya köçürülmüşdür. Son illərdə Türkiyə özünün təyyarəqayırma 
sənayesini yaratmışdır (Eskişehr və Kayseri). Ankara yaxınlığında 
 
244
Myürteddə «F-16» təyyarəsi yığılır. Ölkədə vertolyotyığma zavodu 
da vardır. 
Kənd təsərrüfatının aparıcı sahələri.  Becərilən torpaqlarlın 
çox hissəsi (90 faiz) xüsusi mülkiyyətə  məxsusdur. Dövlət torpaq 
fondu – meşələr,  əkinə yararlı sahələr bir qayda olaraq kənd  əhali-
sinin ümumi mülküdür və onların istifadəsindədir. Torpaqların bir 
qismi vəqf (məscidlərin) xüsusi mülkiyyətidir. Aqrar münasibətlərdə 
feodal qalıqlar – pay ayırmaqla muzdurluq, su torpaq haqqını 
işləməklə ödəmə, borc asılılğı saxlanılır. Kəndlərdə siyasi mühiti 
sabitləşdirmək və aztorpaqlıların üstünlük təşkil etdiyi rayonlarda 
aqrar ziddiyyəti zəiflətmək məqsədilə 1984-cü ildə suvarılan tor-
paqlar haqda qanun qəbul edilmişdi. 
Kənd təsərrüfatından gələn gəlirin 2/3 hissəsi bitkiçiliyin pay-
ına düşür. İkinci yer heyvandarlığa məxsusdur. Meşə və balıqçılığın 
rolu zəifdir. Dənli bitkilər (əkin sahələrinin 82 faiz) xüsusilə 
əhəmiyyətlidir.  Əsasən buğda və arpa əkilir. Qarğıdalı, covdar, 
vələmir, darı, cəltik becərilir. Texniki bitkilər əkin sahələrnin 12 faiz-
ini tutsa da əhəmiyyəti böyükdür (yerli sənayeni xammalla təmin 
edir, bir qismi ixrac olunur). 1995-ci ildə ölkədə 20 mln.ton buğda, 
8,0 mln.m arpa, 2,0 min ton pambıq, 500 min ton fındıq, 250 min ton 
tütün yığılmışdır. 
Əkinçilikdən fərqli olaraq heyvandarlıq (quşçuluq istisna ol-
maqla) ekstensiv əsaslarla heyvanların sayını artırmaqla inkişaf et-
dirilir.  İribuynuzlu mal-qaranın sayı 20, xırdabuynuzlu 70, o 
cümlədən qoyunların sayı 50 mln. başdır (1995). 
Nəqliyyatı  və xarici ticarəti. Türkiyə inkişaf etmiş  nəqliyyat 
şəbəkəsinə malikdir. Daxili sərnişin və yükdaşımalar əsasən avtomo-
bil nəqliyyatı vasitəsilə  həyata keçirilir. Dəmir yollarının uzunluğu 
3,4 min km-dir, bərk örtüklü avtomobil yolları 60 min km-dir. 
Mühüm dəniz portları – İstanbul,  İzmir, Samsun, İskenderundur. 
Türkiyədə  nəqliyyat vasitələrinin sayı artır.  Əgər 1987-ci ildə 1000 
nəfərə 26 vahid nəqliyyat vasitəsi düşürdüsə, 2005-ci ildə bu 
göstərici 2 dəfə artmışdır. 1988-ci ilin iyulunda Bosfor üzərində 
ikinci asma körpünün istifadəyə verilməsi avtomobil nəqliyyatının 
inkişafında mühüm əhəmiyyətə malikdir, çünki Türkiyədə tranzit 
yüklərin daşınması valyuta gəlirini yüksəldir. Dəmir yol nəqliyyatının 
inkişafı avtomobil yolları ilə rəqabətə dözümlü səviyyədə deyildir. 
Dəniz gəmiçiliyi inkişaf etmişdir. Xarici ticarət  əlaqələrində 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə