Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə62/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

 
245 
nəqliyyatın bu növü mühüm rol oynayır. 1987-ci ildə dövlətə məxsus 
«Türk hava yolları» təyyarə şirkəti həm daxili, həm də xarici sərnişin 
daşımalarında mühüm rol oynayırdısa, hazırda ölkədə bir neçə xüsusi 
təyyarə şirkətləri yaradılmışdır ki, bunlar əsasən daxili sərnişin daşı-
maları ilə məşğul olur. 
Qərblə həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq 
regionu ölkələrinin ticarət-iqtisadi əlaqələrində Türkiyənin vasiticilik 
və əlaqələndirici rolu – Türkiyə ərazisindən tranzit daşınmaları, neft 
ötürülməsinin artması ilə genişlənir. Bu rol gələcəkdə İran, Qazaxıs-
tan, Türkmənistan, Azərbaycandan Avropa, Ukrayna və Baltikyanı 
ölkələrin yeni neft və qaz kəmərlərinin istifadəyə verilməsi ilə daha 
da artacaqdır. 
Azərbaycanla Türkiyə arasında magistral Bakı-Tbilisi-Kars 
dəmir yolunun tikintisinə 2007-ci il noyabrın 21-də üç respublikanın 
(Azərbaycan, Türkiyə, Gürcüstan) prezidentlərinin görüşündə start 
verildi. Bu yol bölgədə  təhlükəsizlik,  əməkdaşlığın, daşıma 
xərclərinin 30 faizədək azalacağına zəmanət verməklə yanaşı, iqtisadi 
və siyasi cəhətdən çox əlverişlidir; həm də  Şərq-Qərb dəhlizin açıl-
masıdır. 
Xarici ticarət. Xarici ticarət sahəsində bazar iqtisadiyyatı pro-
qramının həyata kecirilməsində daha böyük irəliləyişlər olmuşdur. 
1980–95-ci illərdə ixracat dəyər qiymətləri ilə 2,2 mlrd.-dan 21,6 
mlrd. dollaradək yüksəlmişdir (10 dəfə). İdxalatın artım sürəti aşağı 
olmuşdur: bu dövr ərzində 4.8 mlrd.-dan 33,7 mlrd. dollara, yəni 7 
dəfə yüksəlmişdir. Xarici ticarət dövriyyəsində defisit 5 dəfə artmış-
dır, bu kəskin problem hələ də həllini gözləyir. 
İxracatın 80 faiz emal sənaye məhsulları (toxuculuq, tikiş 
məmulatı – 27 faiz, qara metal – 12 faiz, meyvə və qoz 7 faiz, tütün – 
4 faiz) təşkil edir. İdxalatda neft, sənaye xammalı, maşın və 
avadanlıq üstünlük təşkil edir. Ticarət  əlaqələri Avropa İttifaqı 
ölkələri (ixracatın 60 faiz, idxalatın 50 faiz), regionun qonşu ölkələri 
(20 faiz), ABŞ (7 faiz və 12 faiz), MDB (6 faiz və 9 faiz) ilədir. Ru-
siya-Türkiyə arasında ticarət-iqtisadi  əməkdaşlığın yeni formaları 
haqda müqavilə imzalanmışdır. Türkiyə-Azərbaycan  əlaqələri 
əhatəlidir. Bu əlaqələrdə iqtisadi əməkdaşlıq və ticarət, xüsusilə 
əhəmiyyətlidir. 
1994-cü ildə bağlanmış neft müqaviləsinə görə  Xəzər nefti 
Gürcüstandan keçərək Türkiyəyə çatdırılmışdır. «Bakı-Tiflis-Cey-
 
246
han» adlanan bu neft kəməri 2006-cı ilin iyulunda istifadəyə ver-
ilmişdir. Hazırda Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan neft 
Aralıq dənizi sahilində yerləşən Ceyhan portundan tankerlərlə dünya 
bazarlarına çıxarılır. 
Türkiyənin təbii qaza olan və ildən-ilə artan tələbatını ödəmək 
üçün Xəzərin Azərbaycana aid hissəsindən çıxarılan təbii qaz “Bakı-
Tbilis-Ərzurum“ təbii qaz magistral kəməri ilə  Ərzurum  şəhərinə 
çatdırılması və oradan da başqa yerlərə nəql edilməsi planlaşdırılır. 
 
 
ÜRDÜN
*
 HAŞİMİLƏR MƏLİKLİYİ 
 
 
1. Coğrafi mövqe və təbiəti 
 
Coğrafi mövqeyi. Ərəbcə Məmləkə-Əl Ürdüniyyə adlanan bu 
dövlət Cənubi-Qərbi Asiyada Aralıq dənizinin şərqində yerləşmişdir. 
Sahəsi 89,2 min kvadrat km-dir. Sahəsinin böyüklüyünə görə dünya 
dövlətləri arasında 110-cu yeri tutur. Ölkə Suriya, İraq, Səudiyyə 
Ərəbistan və  İsraillə  həmsərhəddir.  Əslində Ürdünün Fələstinlə  də 
dövlət sərhədi olmalı idi. BMT-nin müstəqil Fələstin dövləti üçün 
hələ 1947-ci ildə ayırdığı torpaqları İsrail zəbt etdiyindən hələlik bu 
sərhəd rəsmi dövlət səviyəsində mövcud deyil. Ölkənin cənubdan 
kiçik məsafədə Qırmızı dənizin Əqəbə körfəzinə çıxışı var. 
Səth quruluşu və faydalı qazıntıları. Ürdünün təbiəti ilk bax-
ışda yeknəsək görünsə də onun özünəməxsus çalarları, gözəllikləri və 
qəribə təzadları vardır. Ölkə ərazisinin çox hissəsini əsasən şərqə do-
ğru alçalan səhra və yarımsəhralar tutur. Şərqdəki qumlu 
səhralaradan qərbə getdikcə relyef tədricən dəyişir, yəni hündürlük 
400-500 metrdən 1200-1800 metrə  qədər yüksəlir. Nisbətən hündür 
dağlar  ərazinin cənubundadır. Məsələn, Ram dağının hündürlüyü 
1754 m, Əş-Şəranın hündürlüyü isə 1734 metrə bərabərdir. 
                                      
*
  Ürdün sözü İordan çayının adından götürülmüşdür. Sami dilində 
«axın» və  «şırıldayan» mənasını bildirir. Toponimin ürdün sözündən 
yaranma ehtimalı da var. Ərəblər və digər müsəlman ölkələri  İordaniyanı 
Ürdün adlandırırlar. Ölkə 1946-cı ilin 25 mayınadək Transiordaniya 
adlanırdı. 


 
247 
Ölkənin səth qurluşundakı  təzadlardan biri də ondan ibarətdir 
ki, Şərq hissədəki səhra və yarımsəhralar zonasını, qərbdəki, qismən 
dağlıq ərazini şimaldan cənuba doğru meridian istiqamətində uzanan 
Qhor tektonik çökəkliyi ayırır. Bu çökəkliyin cənub davamını  əl-
Ərəb vadisi təşkil edir. Ölkənin, demək olar ki, yeganə çayı olan 
Ürdün bu çökəkliklə axır və dünya ədəbiyyatında məhşurlaşan Ölü 
dənizə tökülür. Qhor çökəkliyi planetimizin ən dərin çökəkliyi hesab 
edilir. Dərinliyi okean səviyyəsindən 793 metr aşağıdır. Eni 7-8 km, 
bəzi yerlərdə 20-25 km-ə çatır. 
 Ürdün  faydalı qazıntılarla o qədər də  zəngin deyil. Ölkə 
ərazisinin çox hissəsi, xüsusilə  şərq bölgəsində faydalı qazıntıları 
aşkar etməkdən ötrü geoloji kəşfiyyat işlərini aparmaq nisbətən 
çətindir, çünki bu bölgədə su mənbələri, demək olar ki, yox 
dərəcəsində olmaqla yanaşı mövcud yeraltı  sərvətlər yaşayış 
məntəqələrindən və ya magistral yollardan uzaqda yerləşmişdir. Buna 
görə  də ölkədəki təbii sərvətlər o qədər də yaxşı öyrənilməmişdir. 
Ölkənin  ən mühüm faydalı qazıntısı  ərazinin  əksər yerlərində rast 
gəlinən yüksək keyfiyyətli fosforit yataqlarıdır. 
Fosforit ehtiyatına görə Ürdün regionda birinci, dünyada isə 
beşinci yeri tutur. Ürdündə fasforiti «boz qızıl» adlandırırlar. Ölkənin 
ən böyük fosforit yataqları  Ər-Rüseyf,  Ən-Həsa və  Şeydidə 
cəmləşmişdir. Bu yataqlar içərisində  ən perspektivlisi Şeydi 
yatağıdır. Fosforitlə yanaşı ölkə mineral duzlar və tikinti materialları 
ilə  də  zəngindir. Ölü dəniz müxtəlif duz ehtiyatının xəzinəsidir. 
Burada duzun ehtiyatı 40 mln. tondan artıqdır. Ölü dənizin təbii 
sərvətlərindən səmərəli istifadə etmək məqsədilə 1982-ci ildə Lisan 
yarımadasında emaledici müəssisə tikilib istifadəyə verilmişdir. 
Ürdün tədricən dünyanın iri gübrə istehsalçılarından birinə çevrilə 
bilər. Fosfor və duzlardan əlavə ölkədə ehtiyatı böyük olmayan 
dəmir, mis, manqan filizləri və uran yataqları aşkar edilmişdir. 
İqlimi və hidroqrafiyası. Ürdün ərazicə kiçik dövlət olsa da, 
relyefinin müxtəlifliyi, həmçinin ölkənin yerləşdiyi coğrafi enlik 
burada yayı isti və quru, qışı yumşaq və nisbətən rütubətli keçən 
subtropik iqlimin formalaşmasına səbəb olmuşdur.  İlin təqribən 6-7 
ayında havalar çox isti və quru olur. Bəzi aylarda heç bir damla da 
yağış yağmır. Yağıntılara yalnız oktyabrdan-aprelə  qədər təsadüf 
edilir. Orta illik yağıntının miqdarı ərazinin şimal-qərbində 400-500 
mm, şərqində isə 100-120 mm-dir. 
 
248
Ölkənin müxtəlif rayonlarındakı iqlim şəraiti relyefin müx-
təlifliyi ilə izah olunur. Bu səbəbdən  şərq bölgədə havanın orta 
temperaturu yanvarda 7-9 dərəcə C (İordan çayının sahillərində 15-
16 dərəcə C), iyulda 28-38 dərəcə C (Qhor vadisində 48-50 dərəcə C) 
arasında dəyişir. Ölkənin  şərqindəki səhra zonasında bu iqlim 
göstəricilərinin kəmiyyəti bir qədər yüksək olur. Yəni sutkalıq və 
aylıq amplituda artdığından iqlim sərtləşir. 
Ölkənin bütün ərazisi üçün yay mövsümündə qeyri-müntəzəm 
və daima əsən qərb küləkləri səciyyəvidir. Ərəbistan yarımadasındakı 
səhralardan  əraziyə «Sirokko» adlanan qızmar külək  əsir. Sirokko 
otları,  əkinləri yandırır məhv edir, qum fırtınaları yaradır. Bu 
səbəbdən də ölkədə bitki örtüyü çox kasıbdır. Yalnız səth axınları 
olan yerlərdə xurma və zeytun plantasiyaları salınmışdır. Ölkədə 
həqiqi mənada su mənbəyi olan cəmi bir çay var. Bu, daimi axara 
malik olan İordan çayıdır. Bundan əlavə vadilər, quru dərələr, 
payızda yağışlar mövsümü zamanı sulu olurlar. Bu yağış sularını 
toplayıb suvarmada istifadə etmək ötrü ölkədə bəndlər tikilmişdir. 
İordan çayı ölkədə daimi axarlı su arteriyasıdır. Çayın ümumi 
uzunluğu 252 km-dir. Mənbəyini Hərmun dağ massivindəki Cəbəl-
əş-Şeyl silsiləsindən götürən çay Qhor cökəkliyi ilə axaraq Huma və 
Təbəriyyə göllərindən keçib Ölü dənizə tökülür. Çay öz axarı 
boyunca çoxlu astanalar əmələ  gətirmişdir. Bu çay üzərində su 
elektrik stansiyası da tikilmişdir. Maraqlı  cəhətlərdən biri də budur 
ki, xristianların və müsəlmanların müqəddəs yazılarında İordan çayı 
haqqında çoxlu əfsanələr, rəvayətlər mövcuddur. Xristianların 
müqəddəs yazılarında göstərilir ki, İsa Peyğəmbər (İisus Xristos) 
İordan çayında xaç suyuna salınmış, yəni xristianlığı qəbul etmişdir. 
Ürdünü məşhurlaşdıran təkcə  təbiətindəki müxtəliflik deyil, 
həm də milyon illərlə burada qərar tutan Ölü dənizdir.  İordan çayı, 
səthə çıxan bulaqlar və digər kiçik axarlar həyat mənbəyi, yaşıllıqlara 
təkan verən amil olduğu halda, ölkədəki nadir su hovuzu olan Ölü 
dəniz hər şeyi məhv edib duza döndərir. 
Ölü dəniz Cənub-Qərbi Asiyanın axarsız göllərindən biridir. 
Mənası öz adını ifadə edir. Cünki bəzi bakteriyalar istisna olmaqla 
onun suyunda heç bir canlı varlıq yaşaya bilməz. Ölü dənizdəki duz 
məhlullarının qalıqları dünya okeanı suyundan 7,5 dəfə artıqdır. 
Suyun səthində uzanan adamlar duzun xışıltısını eşidir. Ölü dənizdə 
suyun orta duzluluğu 260-270 promilldir. İordan çayındakı 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə