Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 30,56 Kb.
tarix14.01.2018
ölçüsü30,56 Kb.
#20617

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki vəsait

Şuşam mənim”



2016

May

.shushi collection.jpg



O əfsanəvi Şuşa bir alınmaz qalaydı,
O, Günəşin nurunu əks etdirən bir Aydı,
Gərək zamanlar boyu o, əlçatmaz qalaydı!
Natəvanlar yetirən o torpağı unutma,
Şah Qacarla vuruşan o bayrağı unutma,
Sən, ey vətən övadı, Qarabağı unutma!
Sən ey vətən övladı, Qarabağı unutma


Şuşa – Azərbaycanda rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 26,7 min nəfərdir (01.01. 2006). İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır.8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuşdur. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.Qədim dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır.Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib.Feodalara müharibələri dövründə Şuşa bir neçədəfə möhkəmliksınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.


şuşa haqqında tarixi məlumatlar

Əbəs deyil Pənah xan adı Pənahabadda,
Nadir şahdan dərs alıb o, gəlib çıxdı taxta.
Həmişə abad olub, odur, Pənahabad da.
O özülü, təməli, o dayağı unutma,
Bu qədər yaxın ikən o uzağı unutma,
Sən, ey vətən övladı, Qarabağı unutma!

Şuşam Mənim” Ədəbi bədii gecə.



şuşa haqqında tarixi məlumatlar

I-ci oxucu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri 1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər. Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda suveren hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə xəyanət edən ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirdi.

Iı oxucu

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.

I-ci məktəbli

Qanını su tək içdi,sən qan uddur düşmənə,
Övladının qanını su yerinə tökənə.
İç qaniçən qanını, dayanma, dönə-dönə,
Bəsdir dözdün, yetişib qisas çağı, unutma!
Bədəndən ayrı düşmüş əl, ayağı unutma!
Sən, ey vətən övladı, Qarabağı unutma
!

8 may 1992-ci ildə Şuşa Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı. Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s.Dağıdılmışdı.

Əsir və girov götürülmüş 58azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.



I oxucu :Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi- dil yatağı hesab olunur.

II oxucu:
Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi möğqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı:
Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır. XIX-cu əsrin 40-cı illərindən Şuşanın mədəni həyatında xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli yüksəlir.
Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir.


Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur.
II məktəbli

http://shusha.az/wp-content/uploads/2012/pam/002.jpghttp://shusha.az/wp-content/uploads/2012/pam/003.jpg

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənilər   insanlığa sığışmayan   vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər. I məktəbli



Qarabağ tək gözəlin aqibəti bu imiş...
Qədrini bilməz isən, alçalar qızıl, gümüş.
O nisgilli sinənə çalınçarpaz çəkilmiş,
Sağalmaz yara vuran közü, dağı unutma,
Sən, ey vətən övladı, Qarabağı unutma
!

http://shusha.az/wp-content/uploads/2012/pam/003.jpg

Şəhərin  tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması  “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına,  “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına  ziddir.Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri 24 ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi dörd ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları muzeyləri talan edilmiş, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir.Biz əminik ki,torpaqlarımız tezliklə qaytarılacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.



Ən böyük Qələbən Qarabağdadır,
O da çox yaxındır, uzaqda deyil.
Az qalıb, düşmənlər məhv olmaqdadır,
Düşmən sənin qədər yaraqda deyil!


Metodika şöbəsi: Yarıyeva Səadət.
Yüklə 30,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə