Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

24 
 
toplanması  və  vəsaitin  daxil  olması  ilə  birbaşa  bağlıdır.  2014-cu  ildə  ölkəmizdə 
orta aylıq əmək haqının məbləği 2013 illə müqayisədə 1,115 dəfə artmış və170,45 
min manat olmuşdur.[48] 
Pensiya sisteminin təkmilləşdirilməsi məqsədi ilə ölkə prezidentinin fərmanı ilə 
Pensiya islahatı konsepsiyası təsdiq edilmişdir. Pensiyaların minimum səviyyəsinin 
yüksəldilməsi, 
sosial 
sığortanın 
pensiya 
ödəmələrinin 
səviyyəsinə 
yaxınlaşdırılması, işçilərin fərdi hesab sisteminin yaradılması və s.nəzərdə tutulur. 
2005-ci ildə pensiyaların minimunun həcminin artırılması həyata keçirilmişdir. 
Xüsusi islahat konsepsiyasına görə üç pilləli pensiya təminatı sistemi tədricən 
tətbiq ediləcəkdir. 
Birinci  (baza)  pillə dövlət  tərəfindən  maliyyələşdirilən sosial  pensiya  olacaq. 
Bu  növ  pensiya  əmək  (sığorta)  pensiyası  olmaq  hüququ  əldə  etməyən,  əmək 
qabiliyyəti olmayan bütün vətəndaşlara əmək fəaliyyətindən asılı olmayaraq dövlət 
tərəfindən minimum səviyyədə təminat kimi veriləcək. 
Ayrı-ayrı  kateqoriya  pensiyaçılar  qrupuna,  məsələn,  uşaqlıqdan  əlil  olanların 
sosial pensiyasına xüsusi əlavələr edilməsi də nəzərdə tutulacaqdır. 
kinci (əsas) pillə əməyə görə (sığorta) pensiya, dövlət sosial müdafiə fondunda 
və  ya  müstəqil  sığorta  kompaniyalarında  yığılan  sosial  sığorta  üzvlük  haqqı 
hesabına maliyyələşdiriləcəkdir. Bu növ pensiya qanunvericilikdə nəzərdə tutulan 
vahid normalara görə zəruri (əmək) sığorta stajı olan şəxslərə, əmək fəaliyyətindən 
(qazancın  miqdarından  və  iş  stajından)  asılı  olaraq  fərqləndirilməklə  verilir. 
üçüncü  (əlavə)  pillə  -  xüsusi  pensiya  qeyri-dövlət  pensiya  fondu  hesabına 
maliyyələşdiriləcəkdir.  Bu  növ  pensiyalar  qeyd  edilən  pensiya  fondları  ilə  şəxsi 
sığorta  müqaviləsi  bağlayan  şəxslərə  veriləcəkdir.  Üzvlük  haqqı  işçinin  özü  və 
eləcə də işverənlər tərəfindən ödənilə bilər. 
Ə
lavə  pensiyanın  şərtləri  və  məbləği  sığorta  olunan  şəxslə  pensiya  fondu 
arasında bu sığorta növünün tipik nümunəvi müqaviləsinə əsasən bağlanmış fərdi 
müqavilədə müəyyən ediləcəkdir. 
Son  illərdə  dövlət  büdcəsinin  sosial  xarakterli  olması  ənənəvi  hal  olmuşdur. 


25 
 
Dövlət  büdcəsinin  xərclərində  sosial  müdafiə  və  sosial  təminat  xərclərinin  payı 
ildən-ilə artır. 2014-cu dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 
üçün  2072,2  mln  manat  vəsait  proqnozlaşdırılmışdırki,bu  da  2013-cu  illə 
müqayisədə 258,7 mln. manat və ya 14,3%,2012-ci ilin faktiki icra göstəricilərinə 
nisbətən isə 302,7 mln. manat və ya 17,1% çoxdur.[27] 
      Neçə  illərdir  ki,  respublikamızda  sosial  problemlərin  həllində  qaçqın  və 
məcburi  köçkünlərlə  əlaqədar  məsələlər  mərkəzi  yer  tutur.  Bu  sahədə  respublika 
prezidentinin  20-dən  çox  fərman  və  sərəncamları,  7  dövlət  qanunu,  50-dən  çox 
Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarının  olması  qaçqın  və  məcburi 
köçkünlerin  maddi  vəziyyətinin  və  yaşayış  şəraitinin  yaxşılaşdırılmasına  olan 
diqqəti  göstərir.  Qaçqınların  və  məcburi  köçkünlərin  sosial  problemlərinin  həlli 
məqsədilə  2011-ci  ildə  dövlət  büdcəsindən  təxminən  190  milyon  manat  vəsait 
ayrılıb:“110 milyon manat isə Dövlət Neft Fondundan ayrılıb. 
2011-ci ildə komitə qarşında duran vəzifələrə bunları aid edə bilərik: Ağcabədi 
rayonu  ərazisində  552  evdən  ibarət  qəsəbə  istifadəyə  verilib:  “Bu  qəsəbə  laçınlı 
köçkünlər  üçün  tikilib.  Goranboy  rayonunda  9-5  mərtəbəli  bina  tikilib.  Bura 
vaxtilə  Naftalan  santoriyasında  yerləşdirilən  bütün  qaçqınlar  köçürülüb. 
Mingəçevir şəhərində 10 ədəd 9 mərtəbəli 502 evdən ibarət qəsəbə salınıb. Ramanı 
qəsəbəsində bir ədəd 5 mərtəbəli 80 mənzildən ibarət bina tikilib”. 
Təhsil  sahəsində  büdcə  idaarəçiliyinin  səmərəliliyinin  artırılması,  təhsilin 
keyfiyyəti  və  əhalinin  təhsil  almaq  imkanlarının  daha  da  genişləndirilməsi  təhsil 
sahəsində qarşıda duran əsas məqsədlərdəndir. 
“Azərbaycan Respublikasının Təhsil Sahəsində  slahat Proqramı”na və “2013-
2021-ci  illərdə  Azərbaycan  Təhsilinin  nkişafı  üzrə  Milli  Strategiya”ya  uyğun 
olaraq  təhsilin  bütün  pillələrində  maddi-texniki  bazanın  gücləndirilməsi,tədris 
şə
raitinin  yaxşılaşdırılması,təhsil  sahəsində  informasiya  texnologiyalarının 
tətbiqinin  genişləndirilməsi  və  təhsilin  inkişafı  ilə  bağlı  digər  zəruri  tədbirlərin 
həyata  kecirilməsi,məktəb  kitabxanalarının  fəaliyyətinin  təkmilləşdirilməsi  təhsil 
sahəsinin inkişafı istiqamətində əsas prioritetlərdəndir. 


26 
 
Təhsil  xərcləri  üçün  1653,4  mln.  manat  2013-cü  illə  müqayisədə  123  mln. 
manat  və  yaxud  8%,  2012-ci  ilin  faktiki  icra  göstəricisinə  nisbətən  200,3  mln. 
manat vəya 13,8% çox vəsait ayrılmışdır. 
Son illər səhiyyənin inkişafı və əhalinin sağlamlaşdırılması istiqamətində xeyli 
işlər  görülmüşdür.  Dövlət  büdcəsi,  qeyri-dövlət  fondları,  Dünya  Bankı  və  başqa 
mənbələrdən  maliyyəşmə  hesabına  Respublika  klinik  xəstəxanası,  Artroloji 
mərkəz,  2N-li  uşaq  xəstəxanası,  «Ailə  sağlamlıq  mərkəzi»  və  başqa  səhiyyə 
ocaqları  yenidən  qurularaq  istifadəyə  verilmiş,  300-dən  artıq  səhiyyə 
müəssisəlerində əsaslı və cari təmir aparılmışdır 
Respublikamızda mədəniyyət sahələrinin inkişafına, idman və turizmin maddi- 
lexniki bazasının möhkəmləndirilməsinə sosial siyasətdə xüsusi yer verilmişdir. 
Bütün  bunlar  əhalinin  sosial  müdafiəsinin  daha  da  güclənməsi,  ölkə 
vstəndaşlarının  həyat  səviyyəsinin  yaxşılaşması  istiqamətində  Azərbaycan 
dövlətinin sosial siyasətinin uğurla reallaşmasının nəticəsidir. 
 
                        
1
1
.
.
2
2
 
 
S
S
o
o
s
s
i
i
a
a
l
l
 
 
s
s
i
i
y
y
a
a
s
s
ə
ə
t
t
i
i
n
n
 
 
f
f
o
o
r
r
m
m
a
a
l
l
a
a
ş
ş
m
m
a
a
 
 
i
i
s
s
t
t
i
i
q
q
a
a
m
m
ə
ə
t
t
l
l
ə
ə
r
r
i

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Sosial  siyasət-əhalinin,  ayrı-ayrı  sosial  qrupların  həyati  mənafeyinin  təmin 
olunmasına  ,  sosial  vəziyyətin  yaxşılaşdırılmasına  yönəldilmiş  konkret  tədbirlər 
sistemidir.[30]Hansı ölkədə yaşamasından asılı olmayaraq sosial siyasət insanların 
maraqlarına  uyğun  olmalıdır.Sosial  sferanın  siyasəti  dölətin  siyasətinin  bir 
hissəsidir,hansıki özününü istiqamətləri ilə cəmiyyətdə baş verən neqativ halların, 
sosial-siyasi  itkilərin  qarşısını  alır.  Sosial-iqtisadi  münasibətlərin  dövlət 
tənzimlənməsi  cəmiyyətin  iqtisadi  inkişafının  idarəedilməsinin  keyfiyyətinə 
nəzarət  edir.  Müasir  dünyanın  heç  bir  problemlərini  texnoloji  inovasiya  ilə  və 
iqtisadi  alətlərlə  həll  etmək  mümkün  deyil.  Sosial  fəaliyyətlərin  və  proseslərin 
öyrənilməsi  bütün  dünya  üzrə  aparılır.Sosial  sferanın  siyasətinin  subyekti    sosial 
sferanın əsası kimi dövlət durur:
 
 
• 
Dövlət müəssisələri; 
• 
Partiyalar və profsayuzlar; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə