Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

30 
 
vəziyyətidir. Sosila siyasətin əsas mövzusuna keçid aldıqda onu qeyd etmək olarki 
sosial siyasətin əsas mövzusu xalqın sosial vəziyyətidir. Sosial vəziyyət -əhalinin 
ümumən 
və 
ayrı-ayrı 
təbəqələrinin 
həyat 
fəaliyyətinin 
kompleks 
xarakteristikasıdır.Sosial vəziyyət cəmiyyətin struktur hissələrinin mövcudluğunun 
və inkişafının ictimai şəraitini təşkil edən mühüm amillər sisteminin nəticəsi kimi 
formalaşır. Sosial vəziyyəti formalaşdıran ictimai şərtlər:  
1. 
Cəmiyyətdə  rolların istismarçılara  və  istismar  olunanalara  əsas  yer  tutduğu 
ictimai qrum; 
2. 
Təsərrüfatda hakimiyyət ; 
3. 
Hakimiyyət cəmiyyətdə sosial sabitliyin vasitəsi kimi; 
4. 
Ekoloji təhlükəsizlik; 
5. 
Həyatı və inkişafı təmin edən iqtisadi şəraiti  təhsil səhiyyə mənzil məişət və 
s.daxildir; 
6. 
Sosial təhlükələrdən müdafiə (sosial müdafiə). 
          Sosial  siyasətin  subyektləri-real  şəkildə  sərbəst  və  həqiqi  fəaliyyətdə  olan 
sosial qruplar və onları təmsil edən orqanlar, təşkilatlar, instutlar, strukturlar, sosial 
qrupların  özlərindən  başqa  onların  maraqlarını  təmsil  edən  təşkilatı  strukturda 
sosial  siyasətin  subyektlərinə  aiddirlər.SSSR-i  dövründə  totalitar  cəmiyyətin  əsas 
xüsusiyyətini  onun  bir  çox  subyekt    passivliyi    və  formal  xarakter  daşıması  idi. 
Azərbaycanda  hal-hazırda  totalizimdən  uzaqlaşaraq  demokratiyaya  doğru  hərəkət 
edir və vətəndaş cəmiyyətinin yaratmağa çalışır.Vətandaş cəmiyyətində qəraraların 
hazırlanmasını,  qəbul  olunmasını  və  icrasını  yerinə  yetirən  bir-birindən  asılı 
olmayan  subyektlər  fəaliyyət  göstərir.Sosial  siyasətin  subyektləri-vətəndaşlar  və 
sosial  qruplar,bunları  təmsil  edən  instutlar,təşkilat  və  hakimiyyət  orqanları  sosial 
siyasətin  subyektləri  fəal  sürətdə  qarşılıqlı  fəaliyyət  göstərir,  yəni  vətəndaşların 
maraqlarını  formalaşdırır,təqdim  edir  və  müdafiə  edir.Konkret  olaraq  sosial 
siyasətin subyektlərinə ixtisaslaşdırılmış dövlət orqanları, qeyri dövlət təşkilatları, 
həvəskar xeyriyyə və digər xarakterli birliklər aidddir. Sosial siyasətdə son iqtisadi 
nəticələri və məqsədləri qeyd olunur.Bir tərəfdən o iqtisadi artımın məqsədi olur, 


31 
 
digər  tərəfdən  isə  faktoru  hansıki,artım  əməyə  motivasiyanı  artırır  o  cümlədən 
effektivliyini  eyni  zamanda  iqtisadi  artım  keyfiyyətinə  olan  təlabatı  artırır, 
mədəniyyətə,  fərdin  fiziki  və  ruhi  inkişafına  imkan  verir  ki  bu  da  sosial  sferanın 
gələcək  inkişafına  imkan  yaradır.Sosial  siyasət  bir  neçə  səviyyədə 
mövcuddur.Mikro  səviyyədə:firmanın,korparasiyanın,  müxtəlif  təşkilatların  eyni 
zamanda  xeyriyyə  təşkilatlarının  sosial  siyasəti.  Makro  səviyyədə:regional  və 
ümumudövlət  səviyyəsində. nter  səviyyədə  beynəlxalq  sosial  siyasət  reallaşır 
qlobal  ekoloji  problemlərin  ,iqtisadi  və  sosial  cəhətdən  geridə  qalmış  ölkələrə 
yardım  edilməsi  durur.Lazımi  səviyyədə  hazırlanmış  sosial  siyasət  özü-özünə, 
avtomatik  formalaşmır  o  ilkin  makroiqtisadi  şərtlərin  yaradılmasını  tələb 
edir.Tədqiqatçılar sosial siyasətin əsasən aşağıdakı funksiyalarını qeyd edirlər : 
1. 
Cəmiyyətin sosial sabitliyinin,sosial təhlükəsizliyinin təmin edilməsi; 
2. 
Hakimiyyətin siyasi sabitliyinin təmin olunması; 
3. 
Hakimiyyətin  ədalətli  bölgüsü,  yəni  hakimiyyət  bölgüsü  elə  təmin 
olunmalıdır ki,çoxları tərəfindən bu bölgü ədalətli hesab edilsin; 
4. 
Ə
halinin  böyük  əksəriyyətini  təmin  edən  iqtisadi  ehtiyatların  və  iqtisadi 
səmərəliliyə aid bölgü sisteminin yaradılması; 
5. 
Cəmiyyət  və  dövlət  tərəfindən  ekoloji  təhlükəsizliyin  zəruri  və  yetərli 
səviyyəsinin təmin edilməsi; 
6. 
Bütövlükdə  əhalinin,  hər  bir  sosial  qrupun  cəmiyyət  və  dövlət  tərəfindən 
lazımi səviyyədə sosial müdafiəsinin təmin olunması.[30] 
       Yerinə  yetirilmə  funsiyasından  asılı  olaraq  aşağıdakı  məsələlər  həll 
olunur:məşğulluq proqramının reallaşdırılması, sosial köməyə ehtiyacı olan əhaliyə 
yardım  edilməsi,  təhsil  sferasına  diqqətin  təmin  edilməsi,  səhiyyə,  sağlamlıq  və 
mədəniyyət.Sosial  siyasətin  nəticələrinin  göstəriciləri  əhalinin  həyat  səviyyəsi  və 
keyfiyyətində  özünü  göstərir.Həyat  səviyyəsi-insanların  maddi  və  mənəvi 
təlabatlarının  ödənilməsidir.Bu  təlabatların  lazimi  səviyyədə  ödənilməsi  fərdin 
ə
məyə  olan  motivinin  və  həyat  səviyyəsini  yüksəldən  addımdır.  Dövlətin  sosial 
siyasəti  cəmiyyətin  həyat  fəaliyyətinin  sosial  iqtisadi  şərtlərinin  tənzimlənməsinə 


32 
 
yönəldilən  tədbirlər  kompleksindən  ibarətdir.O  gəlirlərin  bölgüsündəki 
bərabərsizliyin  azadılmasına  bazar  iqtisadiyyatında    gəlir  və  mülkiyyət  sahəsində  
fərqlərin  zəiflədilməsinə  iqtisadi  fəaliyyətin  iştirakçıları  arasında  ziddiyətlərin 
yumşaldılmasına  və  cəmiyyətdə  sosial  ixtilafların  aradan  qaldırılmasına 
yönəldilmişdir.Bazar  iqtisadiyyatı  sistemində  sosial  siyasət  vasitəsilə  əhalinin 
ə
mlak  sahəsində  mövcud  olan  bərabərsizliyin  müəyyən  dərəcədə  aradan 
qaldırılmasını  nəzərdə  tutulan  və  əhalinin  bütün  təbəqələri  üçün  eyni  başlanğıc 
şə
rtlərinin təmin edən sosial ədalət prinsipləri reallaşır. 
       Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə 
mövcuddur.Birincisi,  iqtisadi  inkişafın  məqsədi  birbaşa  və  dolayı  yolla  sosial 
siyasətdə  birləşir.Aydındır  ki,  iqtisadi  fəaliyyət  cəmiyyətin  bütün  üzvləri  üçün 
ə
lverişli  yaşayış  şəraitinin  yaradılması  naminə  həyata  keçirilir. kincisi,  sosial 
siyasət  sahəsində  bir  çox  məsələlərin  həyata  keçirilməsi,  dövlətin  onların 
reallaşdırılması  üçün  yönəldilə  biləcəyi  iqtisadi  ehtiyatlardan  asılıdır.Üçüncüsü, 
sosial siyasətə iqtisadi amilin mühüm amili kimi baxmaq olar.Əgər iqtisadi inkişaf 
xalqın  həyat  səviyyəsinin  yüksədilməsinə  təsir  etmirsə,  insanların  həyat 
fəaliyyətilə  məşğul  olmasına,  iş  qüvvəsinin  keyfiyyətinin  artırılmasına  maraq 
azadılmış olur,cəmiyyətdə sosial gərginlik artır. 
       Sosial  siyasətin  xarakteri  və  məzmunu  sosial  proseslərin  idarə  edilməsinə 
dövlətin  müdaxilə  etməsi  səviyyəsindən  də  asılıdır.Bu  baxımdan  inkişaf  etmiş 
ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa 
bölmək olar. 
   Birinci  qrupu  şərti  olaraq  qalıq  prinsiplərinə  əsaslanan  sosial  siyasət 
adlandırmaq  olar.  Bu  halda  sosial  siyasət  bazarın  sosial  səviyyədə  tam  həyata 
keçirə bilmədiyi funksiyaları həyata keçirir.Bu öz miqyası və əhatə dairəsinə görə 
məhdud  sosial  siyasət  olub,  əsasən  passiv  və  kompensasiyalaşdırıcı  (bərpaedici)  
xarakter  daşıyır.Belə  sosial  nəzarətin  sosial  əsasları  liberal  bazar  iqtisadiyyatı 
modelinin  ideyaları  əsasında  formalaşır.Bu  variantın  tipik  nümunəsi  bazarın 
amerikan modeli ola bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə