Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   2   3   4   5   6   7   8   9   ...   36

12 
 

gəlirlərin bölgüsü və yenidən bölgüsündə əhalinin sosial müdafiəsinin təmin 
edilməsi; 

məşğulluğun təmin edilməsi və işsizliklə mübarizə və s. 
        Problemləri  tam  əhatə  etməyən  sadaladığımız  bu  məsələlərlə  yanaşı  respub-
likamızın  müharibə  vəziyyətində  olması  və  xarici  iqtisadi  əlaqələrin  təsirini  də 
nəzərə  alsaq  gələcək  cəmiyyətin,  yeni  iqtisadi  sistemin  bu  gün  sağlam  təməlinin 
qurulmasının nə dərəcədə mürəkkəb iş olduğunu görərik. Son illərin elmi araşdır-
maları  və  dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  XX  əsrin  sonu  və  XXI  əsrin 
ə
vvəllərində  bəşəriyyətin  mütərəqqi  inkişafı  insanların  sosial  problemlərinin 
həllindən  çox,  dərəcədə  asılıdır.  Belə  ki,  cəmiyyətin  sosial  durumu  iqtisadi 
inkişafın  nəticəsindən  çox  onun  inkişafına  təkan  verən  və  ya  ləngidən  amilə 
çevrilmişdir.  Bu  bir  daha  göstərir  ki,  bu  gün  sosial  problemlərin  düzgün  və 
səmərəli  həll  edilməsi  aktual  olmaqla  yanaşı,  həm  də  gələcək  inkişaf  üçün  də 
ə
həmiyyətlidir.  Keçid  iqtisadiyyatının  xüsusiyyətlərini  nəzərə  almaqla  dövlətin 
sosial siyasətini müəyyənləşdirən amillər aşağıdakılardır: 
 

ə
halinin həyat səviyyəsinin təmin edilməsi və yüksəldilməsi; 

gəlirlərin  əhalinin  təminatında  yaratdığı  fərqlərin  dərinləşməsinin  qarşısının 
alınması; 

aztəminatlılıq və kasıblıqla mübarizə; 

inflyasiyanın məqbul səviyyəsinin saxlanılması; 

büdcə təminatlı sosial sahələrin iqtisadi səmərəliliyinin yüksəldilməsi; 

istehlak  malları  və  xidmətlər  sahəsində  milli  istehsalçıların  qorunması  və 
onlara dövlət köməyi; 

istehlak malları və xidmətlər istehsalına elmi-texniki dəstək və innovasiyanın 
təmin edilməsi. 
        Bildiyimiz  kimi,  keçid  iqtisadiyyatı  şəraitində  dövlətin  ən  vacib 
funksiyalarından  biri  bazara  keçidlə  əlaqədar  meydana  çıxan  bir  sıra  mühüm 
problemləri  həll  etmək,  əhalinin  həyat  səviyyəsinin  yaxşılaşdırılması  ilə  bağlı 
tədbirləri  həyata  keçirməkdir.  Dövlətin  iqtisadi  siyasətinin  əsasını  sosial  siyasət 


13 
 
təşkil  edir.  Dövlətin  sosial  siyasəti  cəmiyyətin  həyat  fəaliyyətinin  sosial-iqtisadi 
şə
rtlərinin  tənzimlənməsinə  yönəldilən  tədbirləri  kompleksindən  ibarətdir.  Məhz 
sosial  siyasət  vasitəsi  ilə  ilk  növbədə  əhalinin  dövlət  himayəsinə  ehtiyacı  olan 
hissəsinin vəziyyətini keçid şəraitində qismən yüngülləşdirmək mümkündür. 
       Sosial sahədə dövlət tərəfindən həyata keçirilən və əhalinin sosial müdafiəsinə 
xidmət  edən  əsas  tədbirlər  sırasına  təhsil,  səhiyyə,  ekoloji  problemlərin  həllinə 
yönəlmiş  iri  proqramların  işlənib  hazırlanması,  zəhmətkeşlərin  sosial  mühafizəsi 
və sosial təminatı (istehlak büdcəsinə uyğun olaraq əmək haqqının və pensiyaların 
minimum  səviyyəsinin  müəyyən  edilməsi,  inflyasiyanın  sürətinə  uyğun  olaraq 
gəlirlərin indeksləşdirilməsi və sair.) mexanizminin formalaşdırılması daxildir. 
       Azərbaycanda  sosial  inkişafın  özünəməxsus  xüsusiyyətləri  mövcuddur.  Bu 
qanunauyğunluqlar son illər daha çox nəzərə çarpır. Milyondan çox pensiyaçının, 
iki yüz minə qədər tələbənin və işsizliyin yuxarı olması xarakterik xüsusiyyətdir. O 
cümlədən, əhalinin yaş tərkibində son illərdə nisbi qocalmanın baş verməsi, hər bir 
işçiyə  düşən  işsizlərin  sayının  artması,  təbii  artımın  azalması  tempini  xarakterizə 
edir və digər  xüsusiyyətlər,  sosial təminat,  sosial  müdafiə,  sosial tənzimlənmənin 
özünəməxsus  qanunauyğunluqlarını  meydana  çıxarır  və  sosial  siyasəti 
formalaşdırır. Sosial siyasətə uyğun olaraq maliyyə, kredit, bölgü, mübadilə, vergi 
siyasəti formalaşdırılır. Sosial təminatın pulsuz və güzəştli xidmət istiqamətlərində 
formalaşmasının  tənzimlənməsi  mexanizmləri  həmin  sahələrdə  işləyənlərin  əmək 
haqqı,  bu  sahələrin  maddi-texniki  bazası  və  kadr  potensialının  inkişaf  etdirilməsi 
üçün zəruri olan maliyyə imkanları ilə məhdudlaşır. 
        Bu  sahələrin  inkişafının  əsas  maliyyə  mənbəyini  mərkəzləşmiş  formada 
dövlət  büdcəsi  təşkil  etdiyi  üçün  dövlət  büdcəsi  həmişə  sosial  yönlü  siyasət 
yeritməlidir. 
   Maliyyə  gərginliyi  şəraitində  sosial  tənzimlənmənin  əsaslarını  müəssisələrin 
özlərinin  təsərrufat  hesabı  vasitəsilə  işlənməsi  yolu  ilə  ödənilməsi  problemi 
meydana  çıxır.  Müasir  şəraitdə  təhsil  ocaqlarının  demək  olar  ki,  hamısında  pullu 
təhsil  sistemi  mövcuddur,  özəl  təhsil  ocaqları  inkişaf  edir.  Mülkiyyət 


14 
 
münasibətlərindən asılı olaraq maliyyəşdirmə mənbələri yeniləşir. Yeni ixtisaslara, 
xidmətlərə  ehtiyac  əhalinin  xidmətə  olan  alıcılıq  qabiliyyəti  ilə  müəyyən  olunur. 
Beləliklə,  bazar  iqtisadiyyatı  formalaşdıqca  sosial  inkişafın  yeni  formaları 
meydana çıxır. Bu strukturların təşkilatı-iqtisadi xüsusiyyətləri formalaşır. Maliyyə 
imkanları yeniləşir və tənzimləmədə indiyə qədər formalaşmış plan, mərkəzləşmiş 
mexanizmlərdən  fərqli  olaraq  çevik  bazar  mexanizmləri  meydana  gəlir.  Əlbəttə, 
sosial  tənzimlənmənin  bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  imkanları  daha  da 
gərginləşir.  Ona  görə  də  istər  respublikanın  daxili  imkanları  hesabına,  istərsə  də 
xarici  kreditlərin  hesabına  bu  gərginliyi  azaldan,  yumşaldan  tədbirləri, 
mexanizmləri  tətbiq  etmək  lazımdır.  Bu  baxımdan,  respublikada  sosial  müdafiə 
fondları,  kreditlər,  dünya  bank  sistemləri,  dünya  humanitar  təşkilatların  vasitələri 
hesabına sosial fondlar yaradılır. 

Azərbaycan  müstəqillik  qazanandan  sonra  çətin  problemlərlə  üzləşmişdir. 
Ə
hali müxtəlif təzadlar məngənəsində sıxılaraq hələ yaşayış tərzini tam müəyyən- 
ləşdirməmişdir.  Yeni  iqtisadi  sistemə  keçidlə  əlaqədar  respublikamızın  iqtisadiy- 
yatının iflic vəziyyətinə düşməsi xalqın sosial vəziyyətini ağırlaşdıraraq əhalini bir 
sıra  problemlərlə  üz-üzə  qoymuşdur.  Respublikanın  üzləşdiyi  Dağlıq  Qarabağ 
münaqişəsi  bu  problemlərin  sayını  artırmışdır.  Azərbaycanda  bir  milyondan  artıq 
qaçqın və məcburi köçkün olması, fabrik və zavodlarımızın avadanlıqlarının fiziki 
və  mənevi  cəhətden  köhnəlməsi,  cəmiyyətdə  gedən  inkişafı  ləngidir.  Bu  cür 
mürəkkəb  vəziyyətdə  sosial  siyasəti  formalaşdırmaq  çətindir.  Belə  şəraitdə 
ölkəmizdə  liberal  sosial  siyasət  meylləri  özünü  gösterir.  Liberal  sosial  siyasətin 
gerçəkləşdiyi dövlətlərdə iş yerləri yaradılır, kiçik biznesə üstünlük verilir, insanlar 
sahibkarlıqla  daha  çox  məşğul  olurlar.  Buna  görə  də  Azərbaycan  dövlətçiliyində 
bir nömrəli məsələ kiçik və orta biznesin inkişaf etdirilməsi və sahibkarlığa şərait 
yaradılmasıdır.  Əvvəllər  tənqid  atəşine  tutduğumuz  bazar  iqtisadiyyatı  insanların 
azad  və  firavan  yaşaması  üçün  əlverişli  quruluşdur.  Bu  gün  insanlarda  bazar 
iqtisadiyyatına xas xüsusiyyətlərin tərbiyə olunmasına səy göstərilməlidir.Son illər 
ə
rzində iqtisadi islahatlara paralel olaraq, sosial sahədə də islahatlar həyata keçirilir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə