Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   2   3   4   5   6   7   8   9   ...   36

18 
 
ödənilmə  müddətindən asılı olaraq birdəfəlik, aylıq və cari kimi qruplara bölmək 
olar.  Pensiya  kimi  müavinət  də  ekvivalentsiz  əsaslarla  verilir.  Müavinətlərin 
maliyyələşmə mənbələri müxtəlifdir. 
Sosial təminatın mühüm növlərindən birini də ahıllara, tək və kimsəsiz vətən-
daşlara,  əlillərə  sosial  xidmət  göstərilməsi  təşkil  edir.  Sosial  təminat  sahəsində 
xidmətin fərqləndirici cəhəti onların ayrı-ayrı vətəndaşlara pulsuz və ekvivalentsiz 
həyata keçirilməsidir. 
    Sosial  xidmətin  tibbi  xidmət  və  müalicə,  müvəqqəti  əmək  qabiliyyətinin 
itirilməsinin  ekspertiza  edilməsi,  əlilliyin  səbəb  və  qrupunun  müəyyən  edilməsi, 
evdə sosial xidmət, qocalar və əlillər evində qocaların və əlillərin saxlanılması və 
s. növləri vardır. Sosial yardım sistemləri əhali təbəqələrinin ehtiyaclarına əsasən 
onlara  güzəştlər  təqdim  olunmasını  təmin  edir.  Yardım  sistemləri  hökumət 
fondlarının vəsaitləri hesabına maliyyələşdirilir. Bu sistemin tətbiq edilməsi isə test 
üsulları  ilə  sosial  yardımlara  ehtiyacı  olan  şəxslərin  müəyyənləşməsi  yolu  ilə 
həyata keçirilməlidir. 
Sosial  sığorta  ilə  sosial  yardım  arasındakı  fərq  aydınlaşdırılmalıdır.  Sosial 
riskli  şəraitin  yarandığı  hallarda  məqsədli  hüquqlara  malik,  sosial  cəhətdən 
sığortalanmış  tərəf  onlar  üzərində  test  yoxlanması  aparılmadan  güzəştlər  almaq 
hüququna  malik  olmalıdır.  Sığortalanmış  tərəf  onların  güzəştlərə  ehtiyacı  olub 
olmamasından asılı olaraq sığorta güzəştləri almaq hüququna malik olurlar. Lakin 
sosial  yardıma  ehtiyacı  olan  hər  hansı  bir  tərəfsə  hökumət  tərəfindən  onun 
müavinətlər  almaq  hüququ  olub  olmadığının  qiymətləndirilməsi  faktını  nəzərə 
almalıdır, bu zaman yaşayış üçün müvafiq vəsaitlərin olması imkanları da nəzərdən 
keçirilir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  son  4-5  ildə  sosial  sığorta  ilə  sosial 
yardım arasındakı məsafə çox qısalmışdır. 
Yəni bir tərəf məqsədli hüquqlara malik olmaqla sosial yardımlar ola biləcək 
tərəf  kimi  qəbul  edildiyi  halda,  digər  tərəf  sosial  sığorta  üzrə  güzəştlər  isə 
vəsaitlərin  testi  aparıldıqdan  sonra  onların  təqdim  olunması  artırılmaqda  davam 
edir.  Eyni  zamanda  pensiyaların  məbləği  aşağı  olduğu  üçün  Respublika  prezi-


19 
 
dentinin  fərmanıyla  dövlət  büdcəsindən  pensiyalara  əlavə  müavinətlər  təyin  edil-
mişdir. 
Hər  iki  hüquqların  bu  cür  bir-birinə  yaxınlaşması  sosial  müdafiə  anlayışının 
açıqlanması  üçün  onların  vahid  hala  gətirilməsini  tələb  edir.  Sosial  sığorta  və  ya 
sosial müdafiəyə aid olmasının aydınlaşması mümkün olmayan güzəştlərə «qarışıq 
güzəştlər» kimi baxılmalıdır. 
Sosial  sığorta  haqlarından  əlavə  sosial  yardım  sistemi  və  digər  milli  sosial 
müdafiə  sistemləri  sosial  müdafiə  müavinətlərin  digər  növlərindən  hələ  də  fərq-
lənməkdədir.  Bununla  əlaqədar  olaraq,  sosial  kompensasiyalar  sistemi  barədə  də 
məsələyə  toxunaq.  Bu  birgə  məxrəc  sistemlərinin  tərkibinə  daxil  olur  ki,  bu  da 
çətinliklərə və itkilərə məruz qalmış insanların problemlərinin həllində hökumət və 
ictimaiyyətin birgə həmrəyliyini nümayiş etdirir. 
Bu baxımdan əlillər, ahıl yaşlı və müharibədə ailə başçısını itirmiş və təcavüzə 
məruz qalmış, eləcə də insan hüquqları tapdanan vətəndaşların pensiya haqları və 
digər güzəştləri diqqət mərkəzində olmalıdır. 
Bir  çox  güzəştlər  nağd  ödənişlər  şəklindədir  və  əməyin  ödənilməsindən  kifa- 
yət  qədər  qazanc  əldə  etmək  iqtidarında  olmayan  və  məcburi  xərclərlə  üzləşən 
insanların  ehtiyaclarına  yönəlmişdir.  Başqa  sözlə  desək,  həmrəylik,  sosial  sığorta 
və sosial müdafiə sistemləri tərəfindən ifadə olunan ve sosial riskli şəraitə məruz 
qalan insanlara verilir. Həmrəyliyə ehtiyacı olan elə hallar olur ki, bunlardan biri 
də  əsas  gəlir  anlayışıdır.  Bu  elə  sistemlərə  aiddir  ki,  bütün  vətəndaşlar  hökumət 
tərəfindən,  insanların  işləməyə  marağı  olmasından  və  ya  ehtiyacları  olub 
olmadığından  asılı  olmayaraq  həmişə  müavinətlərlə  təmin  olunurlar.  Bu  cür  əsas 
gəlir  anlayışı  bütün  güzəştlərin  sosial  müdafiə  sistemi  tərəfindən  nağd  ödənişli 
formada  təqdim  olunmasına  səbəb  olur  və  gələcəkdə  bu  ödənişlərin  ünvanlarının 
artırılması əsas məqsəd sayılır. 
Sosial müdafiə müavinətləri sosial sığorta və ya sosial yardım üzrə güzəştlərə 
bölünə bilməz,  lakin  öz  tərkibinə  əsasən təsnifləndirilə bilər. Bununla  da, natural 
formada təqdim olunmuş güzəştlərə də toxunulmalıdır ki, onlar da mahiyyət etibarı 


20 
 
ile nağd formada olan güzəştlərdən və digər ödənişlərdən fərqlənir. 
Sosial  müdafiə  sisteminin  təsnifləndirilməsinə  nəzər  salaq.  «Bismark»  və 
«Beveriç»  ən  klassik  model  hesab  olunur.  Bu  sistemlərdə  yalnız  sosial  sığorta 
elementləri  nəzərə  alınır  və  ön  plana  çəkilir.  Sosial  sığortaya  «Bismark» 
sistemindən yanaşsaq görərik ki bu sistem işləyen əhaliyə xidmətlər göstərilməsinə 
həsr  olunmuşdur.  Burada  işçilərə  xüsusi  yer  ayrılır,  əhaliyə  təqdim  olunan 
güzəştlərin  həcmi  onların  iş  stajlarından  və  sosial  riskli  halların  baş  verməsindən 
öncə,  onların  əldə  etdikləri  gəlirlərdən  bilavasitə  asılı  olur.  Burada  sosial  sığorta 
sistemi məşğul əhalinin etdikləri ayırmalar və onların işə götürənlərinin ödədikləri 
tədiyələr hesabına maliyyələşdirilir. 
    «Beveriç» sosial sığorta modelində məqsəd bütün əhali təbəqələrini yardımlarla 
təmin  etməkdən  ibarətdir.  Burada  güzəştlər  birdəfəlik  ödənişlər  formasında 
müəyyənləşir  və  maliyyələşmə  vergi  sistemləri  vasitəsilə  həyata  keçirilir.  Hal-
hazırda  adları  çəkilən  hər  iki  sosial  sığorta  sistemlərinin  öz  mükəmməl 
formalarında  fəaliyyət  göstərə  biləcəklərindən  uzaq  olduqları  barədə  rəy 
formalaşmışdır ki, bu da onların milli sosial müdafiə sistemlərindən kifayət qədər 
uzaq olmalarından irəli gəlir. 
Skandinaviya ölkələrinin sosial müdafiə sisteminə öz xüsusi yanaşmaları var. 
Bu ölkələrdə məhkəmələrin sosial müdafiə problemlərinə əhəmiyyətli təsiri vardır. 
Bundan  əlavə,  elə  inzibati  tədbirlər  də  mövcuddur  ki,  hüquqi  normativ  aktlarla 
birgə  onlar  sosial  müdafiə  məfhumunun  açıqlanmasına  kömək  edirlər. 
Qanunvericiliyin bu problemləri daha az əhatə etdiyi şəraitdə bu açıqlamalara daha 
çox ehtiyac duyulur. 
Sosial  müdafiənin  milli  modelinin  hazırlanması  və  layihələşdirilməsi 
fəaliyyətin bir növüdürsə, məsələnin ikinci tərəfi bütün bunların həyata keçirilməsi 
üçün  müvafiq  inzibati  idarəetmə  strukturunun  yaradılmasına  olan  tələblərdir.  Bu, 
ə
n  azı,  bir  neçə  müxtəlif  sosial  müdafiə  sistemlərini,  müxtəlif  əhali  təbəqələri  və 
müxtəlif qruplar üçün sosial müdafiə tədbirləri həyata keçirən sistemləri idarə edən 
inzibati  qurumlar  olmalıdır.  Fəaliyyətin  professional  səviyyədə  təşkil  olduğu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə