Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   2   3   4   5   6   7   8   9   ...   36

15 
 
və  əhalinin  sosial  problemləri  dövlətin  daima  diqqət  mərkəzindədir.  Bazar 
iqtisadiyyatına  keçid  və  keyfiyyətcə  yeni  iqtisadi  münasibətlərin  formalaşması 
sosial  müdafiə  sistemində  zəruri  islahatların  aparılmasını,  müasir  tələblərə  cavab 
verə  biləcək  çevik  işlək  mexanizmlərin,  əmək  hüquqlarının  qorunmasını  təmin 
edən tam əhatəli hüquqi və sosial təminatlar sisteminin yaradılmasını tələb edir. 
Bu  məqsədlərə  nail  olmaq  üçün  müvafiq,  həmçinin  beynəlxalq  normalara 
ə
saslanan  qanunverici  bazanın  yaradılması  zəruridir.  Məhz  bütün  bunlara  görə 
qanurwericiliym  təkmilləşdirilməsi  və  yeni  qanunların  yaradılması  istiqamətində 
lazımi işlər görülmüş, beynəlxalq normalara uyğun qanunlar, o cümlədən «Əməyin 
ınühafizəsi  haqqında»,  «Vətəndaşların  pensiya  təminatı  haqqında»,  «Əlillərin 
sosial  müdafiəsi  haqqında»,  «Minimum  istehlak  büdcəsi  haqqında»,  «Vətəndaş- 
ların  pul  gəlirlərinin  və  əmanətlərinin  indeksləşdirilməsi  haqqında», 
«Məzuniyyətlər  haqqında»,  «Kollektiv  müqavilələr  və  sazişlər  haqqında»  və  s. 
qanunlar hazırlanmış və qəbul edilmişdir. 
Azərbaycan Respublikası vetəndaşları sosial təminat hüquqlarından başqa digər 
vacib hüquqlara – əmək, istirahət, sağlamlığın qorunması, təhsil kimi hüquqlara da 
malikdirlər ki, bu da 12 noyabr 1995-ci ildə qəbul edilmiş Əsas Qanunda öz əksini 
tapmışdır. 
    Sosial  müdafiə  termini  ilk  dəfə  ABŞ-da  istifadə  olunub.1929-cu  ildə  dünyada 
hökm  sürən  Böyük  qtisadi  Böhranın  ABŞ-ın  və  digər  ölkələrin  sosial  müdafiə 
sisteminin  inkişafına  böyük  təsiri  olub.  Böhran  nəticəsində  Amerikada  işsizliyin 
səviyyəsi  yüksəlib  və  xalq  səfalətlə  üz-üzə  dayanıb.  Sosial  risklərə  qarşı  xalqın 
kifayət qədər qoruna bilməməsi prezident Ruzveltin başçılığıyla 14 avqust 1935-ci 
il  tarixli "Sosial müdafiə qanunu"nun qüvvəyə minməsinə səbəb olub. Daha sonra 
bu  anlayış  1942-ci  ildə  məşhur  ingilis  iqtisadçısı  Vilyam  Beveric  tərəfindən 
hazırlanan "Beveric hesabatı" ilə öz gerçək mənasını tapıb.  
    Dünyada qəbul olunmuş əsas sosial müdafiə modelləri - Bismark və Bevericin 
yaratmış olduğu modellərdir. 


16 
 
    Bismark  modeli  əmək  fəaliyyətinə  əsaslanan  sosial  sığorta  mexanizminə 
söykənir.  Fərdlər  gördükləri  iş  qarşılığında  sosial  müdafiə  ilə  əhatə  olunurlar. 
Modeldə  maliyyələşmə  sığorta  olunanların  ödədikləri  sığorta  haqqı  ilə  reallaşır. 
Bununla da işçi qazancına və ödədiyi sığorta haqqına düz mütənasib olaraq sosial 
müdafiə  hüquqları  əldə  edir.  Bu  səbəbdən  hər  kəs  sosial  müdafiə  ilə  əhatə 
olunmaya  da    bilər.  Bismark  modeli  dedikdə  həm  də    ağıla  ilk  olaraq    məhz 
pensiya sistemi gəlir. 
    Beveric modelini isə  universal sistem kimi xarakterizə etmək olar. Bu sistemdə 
fərdin sosial müdafiəsi onun işləməsindən asılı deyildir.  şləyən və işləməyən hər 
kəs, o cümlədən ölkənin bütün vətəndaşları, həmçinin ölkə daxilində hər bir şəxs, 
bir  sözlə,  bütün  əhali  sosial  müdafiə  ilə  əhatə  olunurlar.  Bu  sistemin  əsas  fərqli 
cəhətlərindən biri sosial yardım və sosial xidmət formalarının təqdim edilməsidir. 
Beveric modelinə ən uyğun ölkə  ngiltərədir.  ngiltərəni Almaniyadan sonra sosial 
rifahın    inkişafı  baxımından  ikinci  əsas  ölkə  hesab  etmək  olar.  Almaniyada 
reallaşdırılan sosial islahatlar sənayesi surətlə inkişaf edən  ngiltərəyə böyük təsir 
göstərmişdir.  II  Dünya  müharibəsindən  dərhal  sonra  ngiltərədə  sosial  sığorta 
ə
sasında  qurulan  sosial  müdafiə  sistemində  dövlət  işçi  və  işəgötürəndən  sonra 
üçüncü tərəf kimi iştirak etməyə başlamışdır. Bu sistem də  Bismark modeli kimi 
sosial sığortalar əsasında qurulmuşdur. Amma Beveric modelində ödənilən sığorta 
haqları    və  vergilər  yalnız  şəxsin  özünün  sosial  müdafiəsinə  deyil,  həm  də 
yoxsulların  sosial  rifahının  yaxşılaşdırılmasına  yönəldilib.  Sözün  əsl  mənasında, 
Bismark  modelində  sosial  siyasət  yalnız  işləyənlərin  sosial  vəziyyətini 
yaxşılaşdırmaqla  bağlıdır,  əhalinin  yoxsulluğunu  azaltmaq  və  əmək  qabilliyyəti 
olmayanların  sosial  vəziyyətini  yaxşılaşdırmaq  əsas  məqsəd  kimi  nəzərdə 
tutulmamışdır.  Məhz  bu  ,    iki  modeli  bir-birindən  fərqləndirən  əsas  cəhət  hesab 
olunur. 
    Digər tərəfdən, heç bir ölkədə bu modellərdən yalnız biri tətbiq edilmir. Hər iki 
model dünya ölkələri tərəfindən mənimsənilib. Bunlardan biri daha çox, digəri isə 
qismən  sosial  müdafiə  sistemində  yer  alır.  Bəzi  ölkələrdə  isə  hər  iki  model  


17 
 
paralel,bərabər  səviyyədə  həyata  keçirilir.  Məsələn,  ölkəmizdə  sosial  sığorta 
prinsiplərinə  əsaslanan  sosial  müdafiə  sistemini  Dövlət  Sosial  Müdafiə  Fondu, 
yoxsulluğun azaldılmasına yönəldilmiş sosial yardım və sosial xidmət formalarını 
isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reallaşdırır.  
    Sosial  təminat  sistemində  müavinətlər  mühüm  yer  tutur.  Əhalinin  aztəminatlı 
təbəqələrinin ünvanlı sosial müdafiəsinin təşkil edilməsi məqsədilə 22 may 1996-cı 
ildə  Azərbaycan  Respublikası  prezidenti  tərəfindən  imzalanmış  «Aztəminatlı 
ailələrə  verilən  müavinətlərin  artırılması  haqqında»  sərəncama  əsasən  müharibə 
ə
lillərinə,  şəhid  ailələrinə  ve  müddətli  herbi  xidmətdə  olan  hərbi  qulluqçuların 
uşaqlarına,  yetim  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların 
qəyyumlarına,  Çernobıl  qəzası  nəticəsində  əlil  olmuş,  yaxud  vəfat  etmiş 
valideynlərin  uşaqlarına  təyin  olunan  aylıq  müavinətləri,  uşağa  qulluğa  görə 
qismən ödənişli məzuniyyətdə olan şəxslərə müavinətlər, gəlirdən asılı olmayaraq 
uşaq  doğulması  və  dəfn  üçün  birdəfəlik  müavinətlərin  təyin  olunması  müəyyən 
edilmişdir.  şləyən aztəminatlı ailələrə müavinətlərin təyin edilməsi uşaqlara görə 
verilən aylıq müavinətlərin daha çox ehtiyacı olan ailələrə çatdırılmasını mümkün 
etmişdir. Əhalinin ən zəif təbəqələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə 
qaçqın  və  məcburi  köçkünlərdən  birinci  qrup  əlil  olan  ailələrə  əlavə  aylıq 
müavinətlər təyin edilmişdir. 
Respublikamızda  bir  çox  güzəştlərin  verilməsi  ünvanlı  xarakter  daşımadı-
ğ
ından,  həmçinin  güzəştlər  ölkənin  iqtisadi  inkişafına  mənfi  təsir  göstərdiyindən 
bəzi  kateqoriyalar  üzrə  güzəştlərin  aylıq  müavinətlərlə  əvəz  olunmasına  üstünlük 
verilmişdir.  
Müavinət  ciddi  məqsədli  təyinat  xarakterinə  malikdir.  Bir  sıra  müavinətlər 
üzürlü  səbəbə  görə  itirilən  qazancı  əvəz  etmək  məqsədilə  (müvəqqəti  əmək  qa-
biliyyətini  itirməyə,  işsizliyə  və  s.  görə)  digərləri  isə  sosial  yardım  göstərmək 
məqsədi  ilə  verilir  (uşaq  doğularkən  birdəfəlik  müavinət,  aztəminatlı  ailələrin 
uşaqlarına aylıq müavinət, dəfn üçün birdəfəlik müavinət və s.). 
Müavinətlərin  verilmə  müddətləri  müəyyən  zamanla  məhdudlaşdırılır.  Onları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə