Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
  1   2   3   4   5   6   7   8   9   ...   36



 
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  
АЗЯРБАЙЖАН ДЮВЛЯТ ИГТИСАД УНИВЕРСИТЕТИ 
 
MAGISTRATURA MƏRKƏZI
 
Ялйазмасы щцгугунда 
МЕЩДИЗАДЯ ЭЦЛНАР АРИФ ГЫЗЫНЫН 
 
«СОСИАЛ ИНКИШАФЫН ТЯМИН ЕДИЛМЯСИНИН РЕЭИОНАЛ 
АСПЕКТЛЯРИ»  МЮВЗУСУНДА 
 
МАЭИСТР ДИССЕРТАСИЙАСЫ 
 
Истигамятин шифри вя ады  060404                   Игтисадиййат 
     
 
Ихтисаслашма                                                  «Игтисадиййатын тянзимлянмяси»   
  
 
 Елми рящбяр 
 
 
                      Маэистр програмынын рящбяри 
(А.С.А., елми дяряжя вя елми ад)  
           (А.С.А., елми дяряжя вя елми ад)  
дос. Мащмудова И.М.                                       дос. Мащмудова И.М. 
___________________________                  ___________________________ 
 
 
 
 
 
    
Кафедра мцдири 
(А.С.А., елми дяряжя вя елми ад)                      и.е.д., проф. Ящмядов М.А.             
 
БАКЫ  - 2015 



 
 
 
 
 
                          
MÜNDƏRICAT
 
GIRIŞ
..........................................................................................
2-5
 
 
FƏSIL 1.DÖVLƏTIN SOSIAL SIYASƏTININ FORMALAŞMASININ 
NƏZƏRI ƏSASLARI.........................................................................................6-50 
1.1.  Dövlətin sosial siyasəti və sosial strategiyası..............................
6-25
 
1.2.  Sosial siyasətin formalaşma istiqamətləri..................................
25-34
 
1.3.  Müasir  dövrdə  sosial  inkişafın  tədqiqindəki  bəzi  keyfiyyət 
fərqləri................................................................................................
35-50
 
 
FƏSIL 2.DÖVLƏTIN SOSIAL STRATEGIYASININ IŞLƏNIB 
HAZIRLANMASI VƏ HƏYATA KEÇIRILMƏSI QAYDASI..................51-73 
2.1.     Dövlətin məşğulluq strategiyasında məşğulluq siyasətinin məqsəd 
və vəzifələri...............................................................
.............................51-60
 
2.2.     Sosial siyasətin təkmilləşdirilməsi istiqamətləri......................
61-65
 
2.3.     Dövlətin sosial strategiyasının normativ hüquqi əsasları........
66-73
 
 
FƏSIL 3.AZƏRBAYCAN IQTISADIYYATININ DAVAMLI INKIŞAFINDA 
SOSIAL YÖNÜMLÜ IQTISADIYYATIN TƏNZIMLƏNMƏSININ 
TƏKMILLƏŞDIRILMƏSI VƏ ONUN REGIONAL ASPEKTLƏRI
.....
74-111
 
3.1.  Cəmiyyətin  sosial  siyasətinin  prioritetləri  və  onun  strategiyasının 
təkmilləşdirilməsi istiqamətləri..........................................................
74-83
 
3.2.Azərbaycan  Respublikasının  sosial  inkişafında  yoxsulluğun 
azaldılmasına yönəldilən sosial siyasətin təkmilləşdirilməsi.............
83-99
 



 
3.3.      Regionların inkişafında Azərbaycanda muasir sosial siyasətin 
ə
sas aspektləri...................................................................................
99-111
 
 
NƏTICƏ.........................................................................................
112-113
 
STIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT.......................................
114-117
 
 
                                 
                                       Giriş         
 
    Mövzunun  aktuallığı.  Muasir  dövrdə  sosial  siyasət  anlayışı  təkcə  bu  sahə  ilə 
məşğul olan şəxslərin, alimlərin deyil, həm də cəmiyyətin bütün sosial təbəqələri 
və qruplarının gündəlik həyatına möhkəm daxil olmuşdur.Sovet dövründə siyasətin 
bölgüsündə  sosial  siyasət  demək  olar  ki,  fərqləndirilməmiş,çox  zaman  iqtisadi 
siyasətin tərkib hissəsi kimi qəbul edilmişdir.Lakin tarixi inkişaf prosesində sosial 
məsələlərə bu cür münasibətin yanlışlığı ortaya çıxmışdır. 
    Sosial  siyasət,  anlayış  olaraq  XIX  əsrin  ikinci  yarısında  Almaniyada  ortaya 
çıxıb.  lk  dəfə  sadəcə  fəhlə  və  kapitalist  sinfi  arasındakı  mənfəət  qarşıdurmasını 
nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra 
inkişaf  edərək  geniş  mənada  işlədilmişdir.  Bütün  sosial  sinif  və  qruplar  üçün 
dövlətin gördüyü tədbirlər bütününü əhatə etmişdir. Sosial siyasət müasir mənada: 
cəmiyyətdəki  bütün  sosial  sinif  və  qrupların  sosial  müdafiə,  sağlamlıq,  təhsil, 
məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər 
arasında  yaranan  mübarizə  və  münaqişələri  sosial  ədalət  prinsiplərinə  görə  həll 
etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin 
cəmidir.Bu  anlayış  hazırkı  mənanı  alana  qədər  uzun  bir  tarixi  inkişaf  mərhələsi 
keçmişdir.  Bu  mərhələlərdə  dövlətlər  öz  funkisiyalarını  dəyişdikləri  kimi  sosial 
siyasətin də mənasını dəyişdirib və onu daha da genişləndirmişdilər
.
 



 
     Sosial  siyasət  anlayışına  münasibətdə  müxtəlif  elmi  baxışlar  mövcuddur.Bu 
baxışların bir qismini nəzərdən keçirək.Son dövrlərdə sosial siyasətlə bağlı bir sıra 
tədqiqatlar aparılmışdır. 
     Görkəmli  alim  P.D.Pavlenka  dövlətin  sosial  siyasətini  cəmiyyətin  sosial 
inkişafını,sosial və digər qruplar arasında münasibətləri optimallaşdırmaq,dövlətin 
vətəndaşların həyati tələbatını ödəməsi üçün bu və ya digər şəraiti yaratması kimi 
qiymətləndirir.  
      .Q.Zaynışevə  görə,”Sosial  siyasət  dövlətin  daxili  siyasətin  tərkib  hissəsi  olub 
onun həyata keçirdiyi sosial proqramlarda,əhalinin sosial qruplarının marağını əsas 
götürərək cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. 
     Rus alimi M.Lavrenenkoya görə,”Sosial siyasət dövlət hakimiyyəti,qeyri-dövlət 
strukturları və şəxsiyyətin öz həyatının təminatı və insanın inkişafı naminə daimi 
bərpa olunan qarşılıqlı fəaliyyətidir”.
 
   
Beləliklə, müasir dövlətin sosial siaysəti ictimai həyatın ən mühüm tərəflərini 
ə
hatə  edən  məzmuna  malik  olmalıdır.Səmərəli  sosial  siyasət  əhalinin  öz 
tələbatlarını  ödəmək  imkanlarının  genişləndirilməsi,  cəmiyyətdə  sabitliyin 
qorunması,  hər  bir  vətəndaşın  sabaha  inamla  yaşaması,  sosial  gərginliyin 
azaldılması  və  bütövlükdə  cəmiyyətdə  təkrar  istehsal  prosesinin  normal  həyata 
keçirilməsini təmin edən sosial müdafiə sistemini qurmaqdan ibarətdir. 
  
 Tədqiqatın  məqsəd  və  vəzifələri.  Sosial  siyasətin  əsas  məqsədi  cəmiyyətin 
qarşıya qoyduğu məqsədlərə yardım etməkdir.Başlıca məqsəd yoxsulluğun aradan 
qaldırıldığı,  sosial  təzadların  olmadığı  və  ya  kəskin  münaqişələrsiz  həll  edildiyi 
yüksək  həyat  səviyyəsinə  malik  cəmiyyət  formalaşdırmaqdan  ibarətdir.Bu 
məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: 
   -Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına 
qoyduğu  ən  əsas  məsələlərdən  biri  milli  gəlirin  cəmiyyətdə  ədalətli  bölügüsü  ilə 
ə
laqədardır.  Dövlət  bu  yöndə  siyasətlər  həyata  keçirərək  siniflərarası  maddi 
uçurumun  qarşısını  alır  və  sosial  ədaləti  yaratmağa  çalışır.  Gəlirin  ədalətsiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə