Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

48 
 
təbəqələrinin  keyfiyyətli  tibbi  xidmətlə  təmin  edilməsindən  ibarətdir.Qarşıya 
qoyulan  məqsədlərə  nail  olmaq  üçün  səhiyyə  sahəsində  dövlət  siyasətinin  əsas 
istiqamətləri aşağıdakılar olacaqdır: 

dövlətin  maliyyə  imkanları  çərçivəsində  pulsuz  səhiyyə  xidmətlərinin 
genişləndirilməsi və onun keyfiyyətinin artınlması; 

ölkədə tibbi sığorta; 

orta sisteminin yaradılması; 

səhiyyə  müəssisələrinin  dərman  və  avadanlıq  təminatının  yaxşılaşdırıl-
ması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin döv-
lət tərəfindən dəstəklənməsi; 

tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli 
dərəcədə yüksəldilməsi; 

ə
halinin  sosial  cəhətdən  ən  aşağı  təminatlı  təbəqələrinə  tibbi  yardımın 
göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi. 
Təhsil - əhalinin həyat səviyyəsinin yüksəldilməsinin və  nsan  nkişafı indek-
sinin ən mühüm amillərindən biri olmaqla ölkənin sosial və iqtisadi inkişafının 
sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iqtisadiyyatı şəraitində 
ölkədə təhsil səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsinin zəruriliyini 
qarşıya qoyur. 
Ə
halinin  həyat  səviyyəsini  xarakterizə  edən  göstəricilərdən  biri  də  təhsil 
səviyyəsidir. Belə ki, 2015-ci ildə Azərbaycanda büdcədən təhsilə çəkilən xərclər 
1711,2  milyon  təşkil  edir.  Bu  da  2014-cü  illə  müqayisədə  57,7  milyon  manat  və 
yaxud 3,5 faiz çox deməkdir. Ölkədə təhsilə ayrılan xərclər 2009-cu ildən etibarən 
hər il artır. Belə ki, həmin ildə 1147,9 milyon manat, 2010-cu ildə 1180,8, 2011-də 
1268,5, 2012-də 1511,5, 2013-də isə bir qədər az - 1 437,7 milyon olsa da, keçən il 
1653,4 milyon manat təşkil edib.[27] Məsələn, 2013-də Dünya  qtisadi Forumunun 
(D F)  2013-2014-cü  illərdə  qlobal  rəqabətqabiliyyətliliyə  aid  hesabatında  7  pillə 
yüksələrək  148  ölkə  sırasında  39-cu  pilləyə  çıxmağımıza  dair  şərhimizdə 
yazmışdıq  ki,  qeyd  olunan  nəticə  ölkəmizdə  yüksək  ixtisaslı  kadrların 


49 
 
hazırlanması,  yeni  iqtisadi  artım  mənbələrinin  yaradılması  məsələlərinin  həllini  - 
insan  kapitalını  inkişaf  etdirməyi  ciddi  vəzifə  olaraq  qarşıya  qoyur.  
 
       D F  hesabatı  hazırlayarkən  institutsional  vəziyyətə,  infrastruktura, 
makroiqtisadi sabitliyə, səhiyyə, ibtidai təhsil ilə ali təhsildə professional hazırlıq 
səviyyəsinə,  istehlak  mallarıyla  əmək  bazarının  səmərəliliyinə,  maliyyə  bazarının 
inkişafına, texnoloji səviyyəyə, daxili bazarın həcmiylə yanaşı, şirkətlərin rəqabət 
bacarığına, 

cümlədən 
innovativ 
potensiala 
diqqət 
yetirir.  
       Keçən ilki hesabatda isə Azərbaycan bir il əvvəlki göstərici ilə müqayisədə 1 
pillə  irəlilədi.  Bu  da  müsbət  nətisə  idi.  Ancaq  hesabatda  makroiqtisadi  stabitliyə 
görə  9-cu,  əmək  bazarının  effektivliyi  üzrə  33-cü  yeri  tutsaq  da,  biznesə  dəstək 
üzrə 80-ci, infrastruktur üzrə 70-ci, ali təhsilə görə 90-cı, tibb və ibtidai təhsil üzrə 
isə  104-cü  yerlərə  layiq  görüldük.    Halbuki  ölkəmizi  2020-ci  ilədək  daha  sürətlə 
inkişaf  etdirmək  üçün  iqtisadiyyatı  modernləşdirmək,  yüksək  texnoloji  avadanlıq 
və texnologiyalar cəlb etmək, innovativ inkişaf və ixtisaslı kadrların yetişdirilməsi 
insan kapitalından istifadə əsas hədəf olaraq seçilmişdir. 
 
Ev təsərrüfatlarının ailə başçısının təhsilinə görə gəlirlə
 Cədvəl 1.5 
  
Cəmi 
Ali 
  
Orta 
ixtisas 
 Ümumi, 
  orta  
Əsas 
 İbtidai və 
ondan 
aşağı 
Gəlirlər-cəmi 
100 
236,2 
217,6 
207 
196,6 
211 
Məşğulluqdan 
100 
128,2 
76,4 
50,8 
38,2 
34,4 
Özünüməşğulluqdan 
100 
36,1 
58,8 
62 
47,1 
39,9 
Kənd təsərrüfatından 
100 
15,2 
25,2 
35,8 
40,9 
44,8 
İcarədən gəlirlər 
100 
2,3 
1,7 
1,3 

1,2 
Əmlakdan gəlirlər 
100 
0,8 
0,5 
0,4 
0            - 
Alınmış cari transfertlər 
100 
33,5 
33,2 
34,5 
37,9 
57,8 
Pensiyalar 
100 
28,5 
29,3 
28,3 
34,7 
55,1 
Müavinət və sosial 
yardım 
100 
3,2 
2,5 

2,2 
1,3 
Naturada sosial 
transfertlər 
100 
1,8 
1,4 
2,1 

1,4 
Digər gəlirlər 
100 
20,1 
21,8 
22,3 
30,5 
32,9 


50 
 
Digər ailələrdən gəlirlər 
100 
15,1 
16 
16,6 
21,5 
20,7 
           
 Şəhər  və  kənd  yerlərində  2013-2014-cü  tədris  ilində  Azərbaycanda  1680 
məktəbəqədər  təhsil  müəssisəsi  olub.  Bu,  əvvəlki  ildəkindən  3  vahid  çoxdur. 
Rəsmi məlumata görə, 2001-ci ilin əvvəlində ölkədə 1790 uşaq bağçası və körpələr 
evi olub. Beləliklə, 13 ildə məktəbəqədər təhsil müəssisələrinin sayı 110 vahid və 
ya  6,2%  azalıb.  2012-ci  ildə  bu  müəssisələrdə  111  min.90,  ötən  il  107 699  uşaq 
(şəhərlərdə  –  75,2  min)  uşaq  təhsil  alıb.  2013-2014-cü  dərs  ilində  dövlət 
ümumtəhsil  məktəblərinin  sayı  4485,  şagirdlərin  sayı  isə  1283303  nəfər 
olmuşdur.Orta  ixtisas  məktəblərinin  sayı  59,tələbələrin  sayı  isə  61053 
olmuşdur.2013-2014-cü ildə isə dövlət ali məktəblərinin sayı  39, tələbələrin sayı 
isə 126672 nəfər olmuşdur. 
       Dövlət Statistika Komitəsinin 2014-cü ilin 3-cü rübünə olan məlumata görə, 
Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan internat məktəblərinin sayı 45, orta 
təhsil və tərbiyə alan uşaqların sayı isə 9 min 356 nəfərdir.[14] 
      Məlumata əsasən, 4 körpələr evində 163 uşaq, 6 uşaq evində isə 509 nəfər uşaq 
tərbiyə  alır.  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  xüsusi  internat 
məktəblərinin sayı 12, oradakı uşaqların sayı isə 2 min 653-dür.Əqli cəhətdən geri 
qalan  uşaqlar  üçün  internat  evlərinin  sayı  2,  tərbiyə  alan  uşaqların  sayı  isə  297 
nəfərdir. 
 Ümumi təhsil internat məktəblərinin sayı 21, uşaqların sayı isə 5 min 734 
nəfərdir
 
       Əhalinin həyat səviyyəsinin yüksəldilməsi yollanndan biri də mənzil şəraitinin 
yaxşılaşdırılmasıdır.  2014-cü  ildə  ölkədə mənzil  fondunun  ümumi  sahəsi 
166,4 milyon  kvadratmetr  təşkil  edib.  Bunun  112,2  milyon  kvadratmetri  yaşayış 
sahəsi olub. Orta hesabla əhalinin hər nəfərinə düşən yaşayış sahəsi 12,0  m2 (Bakı 
şə
həri üzrə bu rəqəm 11,6 m2-dir) qeydə alınıb. 2013-cü ildə isə həmin rəqəm 11,7 
m2  təşkil  edib.  Əslində  bu  rəqəmlərin  özü  əhalinin  mənzil  şəraitinin  hansı 
vəziyyətdə  olmasını  açıq  göstərir.  Məlumat  üçün  bildirək  ki,  xarici 
ölkələrdə əhalinin  hər  nəfərinə  düşən  yaşayış  sahəsi  ən  pis  halda  20 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə