Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   28   29   30   31   32   33   34   35   36

109 
 
müdafiəsini  təkmilləşdirmək  məqsədilə  həssas  qrupların  ünvanlı  sosial  yardımla 
təmin  olunması,  əsas  təhsil  və  səhiyyə  xidmətləri  ilə  təminatın  yaxşılaşdırılması, 
qaçqın  və  məcburi  köçkünlərə  yardım  göstərilməsi  üçün  strateji  məqsədlərin 
dəstəklənməsi  istiqamətində  həyata  keçirilən  tədbirlərin  təkmilləşdirilməsi 
məqsədəuyğundur. Azərbaycan Respublikasında pensiya və ünvanlı sosial yardım 
sahəsində,  yəni  sığorta  olunanların  fərdi  uçotu  və  aztəminatlı  təbəqənin  ünvanlı 
sosial  yardım  alması  üzrə  aparılan  islahatların  dərinləşdirliməsi  prioritet 
istiqamətlərdən biri olmalıdır. Fikrimizcə, bu istiqamətlərdə inkişaf etmiş ölkələrin 
təcrübəsi  əsas  götürülməklə,  mərhələlər  üzrə  müvafıq  tədbirlər  həyata  keçirmək 
olar.
 
Ölkədə  davamlı  sosial-iqtisadi  inkişaf  istiqamətində  atılan  addımların  mühüm 
tərkib  hissələrindən  biri  də  təhsil  sahəsində  aparılan  islahatlardır.  Araşdırma 
göstərir ki, əhalinin təhsili ilə yoxsulluq riski arasında sıx əlaqə mövcuddur Yəni, 
təhsil səviyyəsi daha yüksək olduqda, ailənin yoxsullar kateqoriyasına aid edilməsi 
ehtimalı  daha  az  olur.  Ona  görə  də,  keyfiyyətli  təhsil  almaq  imkanının  olması 
ə
halinin  həyat  səviyyəsinə  müsbət  təsir  edə  biləcək  bir  amildir.  Bu,  qismən  daha 
yaxşı  təhsil  alaniann  əmək  bazarında  daha  çox  rəqabətə  qabil  olması  ilə  izah 
olunur.  Qeyd  olunanlan  nəzərə  aiaraq  təhsil  sahəsində  islahatların  keçirilməsi 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  islahatlar  nəticəsində  insan  inkişafının  əsas 
göstəricilərindən  olan  əhalinin  təhsil  səviyyəsi  yüksəlmiş,  təhsil  müəssisələrinin 
fəaiiyyətində, strukturunda və idarəetmə sistemində bir sıra əsaslı yeniliklər həyata 
keçirilməlidir. 
Məhz bu baxımdan ölkədə, o cümlədən regionlarda son illər ərzində yeni tipli 
məktəb-litsey  və  gimnaziyalar,  müxtəlif  təmayüllü  məktəb  və  siniflər  açılmışdır. 
Həmçinin,  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı  ilə  “Ümumtəhsil 
məktəblərinin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında” 2003-2007-
ci  illəri  əhatə  edən  məqsədli  proqram  təsdiq  edilmişdir.  Dünya  Bankının  layihəsi 
çərçivəsində  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  nəzərə  alınmaqla  hazırda  20 
nümunəvi ümumtəhsil məktəbində eksperiment aparılmaqdadır.
 


110 
 
Ümumiyyətlə,  təhsil  sahəsində  əsas  gostəricilərin  yaxşı  olmasına  baxmayaraq 
təhsilin  keyfiyyəti  ilə  bağlı  bir  sıra  məsələlərin  həll  olunmamış  qalması  təhsil 
sistemində  müəyyən  problemlər  yaradır.  Təhsilin  bütün  səviyyələrində,  xüsusilə 
ibtidai  və  orta  təhsildə  təlim-tərbiyənin,  ümumtəhsil  və  orta  texniki-peşə 
müəssisələrində maddi-texniki bazanın qənaətbəxş olmaması, dərsliklərin və tədris 
ləvazimatlarının  çatışmazlığı,  mövcud  məktəb  proqramlarının  və  tədris 
materiallarının müasir və bazar iqtisadiyyatının tələblərinə uyğun gəlməməsi, təhsil 
və  əmək  bazarı  arasında  qeyri-mütənasib  əlaqənin  mövcudluğu  göstərilən 
istiqamətlərdə işlərin gücləndirilməsini tələb edir. 
Hökumət  təhsil  sektorunda  1999-cu  ildə  təsdiq  olunmuş  Təhsil  sahəsində 
slahat  Proqramı,  Təhsil  Nazirliyi  tərəfindən  hazırlanmış  Onillik  Təhsil  islahatı 
Strategiyasının  layihəsi  (2003-2013)  və  Təhsil  Sektoru  üzrə  Siyasətə  dair 
Hökumətin  Məktubu  əsasında  sektor  islahatları  keçirməyi  öhdəsinə  götürmüşdür. 
Hökumət bu uzunmüddətli islahatların həyata keçirilməsinə köməklik göstərilməsi 
üçün  Dünya  Bankına  müraciət  etmişdir.  slahat  Proqramının  əsas  məqsədi  sektor 
üzrə bir sıra mühüm məsələlərə diqqət yetirməkdir və bu zaman həmin məsələlərin 
bəziləri  təhsilin  keyfiyyətini  yüksəltmək  və  bütövlükdə  təhsil  sektorunu 
yaranmaqda  olan  bazar  iqtisadiyyatının  və  sosial  şəraitin  tələblərinə 
uyğunlaşdırmaq  məqsədilə  əlavə  analitik  fəaliyyət  vasitəsilə  öz  əhəmiyyətlilik 
dərəcəsinə görə sıralanmalıdır 
Yerinə  yetirilməkdə  olan  layihənin  məqsədləri  ölkədə  təhsil  alan  bütün 
ş
agirdlərin  təlim  nəticələrini  bazar  iqtisadiyyatının  tələblərinə  cavab  verə  biləcək 
səviyyəyə çatdırmaq və həmçinin, orta təhsilin səmərəliliyini artırmaqdır. Şübhəsiz 
ki,  layihə  üzrə  nəzərdə  tutulan  tədbirlərin  həyata  keçirilməsi  daha  geniş  əhali 
təbəqəsinə  keyfiyyətli  təhsilə  əlyetərliliyə  imkan  yarada  bilər.  Bununla  yanaşı, 
qeyd  edilən  proqramın  səmərəli  icrası  üçün  onun  monitorinq  sisteminin 
yaradılması və zəruriyyət yaranacaq təqdirdə isə onun təkmilləşdirilməsi üzrə hər il 
müəyyən korrektələrin edilməsi məqsədəuyğundur. 


111 
 
Qeyd  olunanlarla  əlaqədar  yaxın  illər  ərzində  təhsilin  keyfiyyətinin  yüksəl- 
dilməsi 
məqsədilə 
ə
sas 
diqqət 
məktəblərin 
maddi-texniki 
bazasınm 
gücləndirilməsi,  ölkənin  regionlarında  məktəblərin  sayı,  ştatı  və  kontingentinə 
yenidən baxılması, onun strukturunun yerli şəraitə uyğunlaşdırılması, müasir tədris 
planlanının  tətbiq  edilməsi  və  müəllimlərin  ixtisasartırma  sisteminin  və  pedaqoji 
fəaliyyətin  effektivliyinin  artırılması,  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun 
olaraq  yeni  təhsil  texnologiyaların  tətbiq  edilməsi,  ölkə  əhalisinin  və  əmək 
bazarının  tələbatlarına  uyğun  olaraq  peşə-ixtisas  təhsili  müəssisələrinin 
strukturunun  və  tipinin  dəyişdirilməsinə  və  eləcə  də  ölkə  vətəndaşlarının  xaricdə 
təhsil almaq imkanlrının əldə edilməsinə yönəldilməlidir. Bununla yanaşı, pullu və 
pulsuz  ali  təhsil  müəssisələrinin  nisbətini  optimallaşdırılması,  aztəminatlı 
təbəqənin pulsuz ali təhsil almaq imkanlarının artırılması və s. bu kimi məsələlər 
də diqqət mərkəzində olmalıdır. 
Fikrimizcə,  Azərbaycan  Respublikasında  davamlı  iqtisadi  inkişafın  təmin 
edilməsinin  başlıca  mənbələrindən  birini  təşkil  edən  təhsilin  keyfiyyətinin 
yaxşılaşdırılması  üçün  ölkədə  bu  sahənin  keyfiyyətinin  yüksəldilməsi  ilə  yanaşı, 
vətəndaşların  xarici  ölkələrin  nüfuzlu  müəssisələrində  təhsil  almasına  zəruri 
şə
raitin yaradılması da xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycan  Respublikasının  Prezidenti  cənab  H.Əliyev  tərəfindən  imzalanan 
“Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli  strategiya”nın  təsdiq 
edilməsi  barədə”  fərmana  əsasən,  məhz,  ölkədə  və  xaricdə  yüksək  ixtisaslı 
kadrların  hazırlanması  və  həmçinin,  kadrların  professionallıq  səviyyəsinin 
artırılması  məqsədi  ilə  Dövlət  Neft  Fondunun  gəlirlərindən  istifadə  olunması 
nəzərdə tutulur

Qeyd olunanlarla yanaşı, digər bir vacib məsələyə də diqqət artırılmalıdır. Belə 
ki,  müşahidələrə  əsasən  əhalinin  müəyyən  bir  hissəsi  maliyyə  çətinlikləri 
ucbatından özünümüalicəyə və müalicəsiz keçinməyə üstünlük verir.  
   
Qeyd  etmək  lazımdır ki, ölkədə  sosial problemlərin  yaranmasının səbəblərindən 
biri  də  regionlarınn  qeyri-bərabər  inkişafıdır.  Bir  sıra  səbəblər,  xüsusilə 


112 
 
infrastrukturun  lazımi  səviyyədə  qurulmaması  müəssisələrin  fəaliyyətinin  bərpa 
edilməsini, yeni iş yerlərinin açılmasını, yerli sahibkarlığın inkişaf yolu ilə əhalinin 
həyat  səviyyəsinin  daha  da  yaxşılaşdırlmasına  mane  olur.  Bu  problemlərin  həlli 
məqsədilə neft gəlirlərindən, investisiya-vergi siyasətindən geniş istifadə edilməsi 
məqsədəuyğundur. 
Eyni  zamanda,  ölkədə  tibbi  xidmətlərin  istər  keyfiyyətinin  yüksəldilməsi, 
istərsə  də  əhatəliliyinin  genişləndirilmasi  baxımından  icbari  tibbi  sığorta  xidməti 
mexanizminin işlək vəziyyətə gətirilməsi də olduqca vacib məsələdir.
 
     Hazırda  öz  xalqına  yüksək  rifah  şəraiti  yaratmış  bir  çox  avropa  dövləti  sosial 
dövlət sisteminə üstünlük verir və sosial siyasət mexanizmlərindən istifadə edərək 
cəmiyyətdə baş verə biləcək sosial-iqtisadi problemlərin qarşısını almağa çalışır. 
 
                                              
 
 
                                           
 
 
 
 
 
 
 
 
 


113 
 
 
 
 
Nəticə
 
Araşdırmalar  göstərir  ki,cəmiyyətin  sosial  inkişafı,uğurlu  sosial  siyasətin 
həyata keçirilməsi ölkənin iqtisadi imkanlarından birbaşa asılıdır. qtisadi cəhətdən 
gücü  olmayan  dövlət  əhalinin  hərtərəfli  sosial  müdafiəsini  təmin  və  təşkil  edə 
bilməz.Ölkənin  iqtisadi  qüdrətinin  artması  əhalinin  sosial  vəziyyətinin 
yaxşılaşdırılmasında  mühüm  rol  oynayır. qtisadiyyat  sosial  siyasətin  qarşısına 
qoyulmuş məqsədlərə nail olmaq üçün bir vasitədir.Çünki iqtisadi inkişaf olmadan, 
yüksək  iqtisadi  göstəricilərə,  nailiyyətlərə  malik  olmadan  cəmiyyətin  sosial 
siyasətini  lazımi  səviyyədə  həyata  keçirmək,  bu  sahədə  istənilən  nailiyyəti  əldə 
etmək mümkün deyil. qtisadiyyatın yüksək inkişafı sosial siyasət sahəsində qarşıya 
qoyulmuş  məqsədlərə  nail  olmağın  əsasını  təşkil  edir.Beləliklə  sosial  siyasət 
iqtisadi  artımı  həm  ləngidə,  həm  də  stimullaşdıra  bilər.Bundan  əlavə  əminliklə 
demək olar ki, sosial rifaha nail olmadan iqtisadi artıma nail olmaq mümkün deyil. 
    Sosial  siyasət  özünün  məqsədyönlü  məzmunu,  tənzimlənən  sosial 
münasibətlərin  təşkili,  dövlətin  fəaliyyətinin  funksional  əhəmiyyəti,  həyata 
keçirilmə 
mexanizmi, 
sosial 
strukturların 
balanslaşdırılması 
və 
möhkəmləndirilməsi və s. bu kimi funksiyaları həyata keçirir. 
    Bəşəriyyətin  mütərəqqi  inkişafı  insanların  sosial  problemlərinin  həllindən  çox 
dərəcədə  asılıdır.Belə  ki,cəmiyyətin  sosial  durumu  iqtisadi  inkişafın  nəticəsindən 
çox  onun  inkişafına  təkan  verən  və  ya  ləngidən  amilə  çevrilmişdir.Bu  bir  daha 
göstərir  ki,  bu  gün  sosial  problemlərin  düzgün  və  səmərəli  həll  edilməsi  aktual 
olmaqla  yanaşı,  həm  də  gələcək  inkişaf  üçün  də  əhəmiyyətlidir.Keçid 
iqtisadiyyatını  nəzərə  almaqla  dövlətin  sosial  siyasətini  müəyyənləşdirən  amillər 
aşağıdakılardır; 


114 
 
-əhalinin həyat səviyyəsinin təmin edilməsi və yüksəldilməsi; 
-gəlirlərin  əhalinin  təminatında  yaratdığı  fərqlərin  dərinləşməsinin  qarşısının 
alınması; 
-aztəminatlılıq və kasıblıqla mübarizə; 
-inflyasiyanın məqbul səviyyəsinin saxlanılması; 
-büdcə təminatı sosial sahələrin iqtisadi səmərəliliyinin yüksəldilməsi; 
-istehlak  malları  və  xidmətlər  sahəsində  milli  istehsalçıların  qorunması  və  onlara 
dövlət köməyi; 
-istehlak  malları  və  xidmətlər  istehsalına  elmi-texniki  dəstək  və  innovasiyanın 
təmin edilməsi. 
    Qeyd  etmək  lazımdır  ki,  ailə  gəlirlərindən  asılı  olmayaraq  cəmiyyət  üzvlərinə 
bərabər  imkanların  yaradılması,  pulsuz  təhsil,  səhiyyə  xidmətindən  istifadə 
olunması,  vətəndaşların  hüquqlarının  qorunması,  əmək  bazarının  tənzimlənməsi, 
məşğulluq və işsizlik probleminin həlli və nəhayət ölkədə yoxsulluq səviyyəsinin 
həll edilməsi sosial yönümlü bazar iqtisadi sistemində sosial siyasətin əsasını təşkil 
edir. 
    Çevik  sosial  siyasətin  həyata  keçirilməsində  ən  mühüm  addımlardan  biri  də 
sosial  siyasətin  prinsiplərinin  işlənilməsi  və  həyata  keçirilməsi  ola  bilər.Bunlara 
ölkənin 
səhiyyə 
sisteminin 
möhkəmləndirilməsi;təhsilin 
səviyyəsinin 
yüksəldilməsi; məşğulluğun təmin edilməsi və s. aiddir. 
    Qeyd  etmək  lazımdır  ki,  məşğulluq  problemi  ümumi  məşğulluq  siyasətinin 
tərkib  hissəsidir  və  bazar  iqtisadiyyatı  şəraitində  əmək  sferasında  yaranan 
disbalansların  həlli  ilə  əlaqədar  olaraq  xüsusi  məsələləri  həll  etməyə 
yönəldilmişdir.Onun  əsas  məqsədi  işsizliyin  sosial-iqtisadi  xərclərinin  minimuma 
endirilməsi  və  iş  qüvvəsinin  çevikliyinin  və  rəqabətə  davamlılığının 
yüksəldilməsidir. 
    Səhiyyə  sahəsində  dövlət  siyasətinin  başlıca  məqsədi  əhalinin  sağlamlığının 
yaxşılaşdırılmasından,  orta  ömür  müddətinin  uzadılmasından,  əhalinin  bütün 
təbəqələrinin  keyfiyyətli  tibbi  xidmətlə  təmin  edilməsindən,  dövlətin  maliyyə 


115 
 
imkanları  çərçivəsində  pulsuz  səhiyyə  xidmətlərinin  genişləndirilməsi  və  onun 
keyfiyyətinin artırılması, ölkədə tibbi siğorta sisteminin yaradılmasından; əhalinin 
sosial cəhətdən ən aşağı təminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı 
tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsindən ibarət olmalıdır. 
stifadə edilmiş ədəbiyyat siyahısı:
 
1.Azərbaycan Respublikasının Konstitusiyası(Əsas Qanun), Bakı-2009 
2.Azərbaycan Respublikasında “Əhalinin Məşğulluğu haqqında”qanun,  
Bakı-2014 
3.Azərbaycan Respublikası”Əmək Pensiyaları haqqında”qanun.Baki-2006 
4.Azərbaycan Respublikası”Sosial müavinətlər haqqında”qanun,Bakı-2006 
5.”Azərbaycan Respublikasının Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 
Dövlət Proqramı”.2011-2015 
6.Azərbaycan  Respublikasında  “Vətəndaşların  pensiya  təminatı  haqqında”qanun, 
Bakı-1992, №305
 
7.Azərbaycan  Respublikasında  “Əlillərin  sosial  müdafiəsi  haqqında”qanun,  Bakı-
1992 
8.Azərbaycan Respublikasında “Minimum istehlak büdcəsi haqqında”qanun, Bakı-
1992 
9.Azərbaycan Respublikasında”Yaşayış Minimumu haqqında”qanun,Baki-2004 
10.Azərbaycan Respublikasında “Yaşayış Minimumu haqqqında”qanun, 
Bakı-2014 
11.Azərbaycan  Respublikasında  “Vətəndaşların  pul  gəlirlərinin  və  əmanətlərinin 
indeksləşdirilməsi haqqında”qanun,Bakı-1992 
12.Azərbaycan Respublikasında”Məzuniyyətlər haqqında”qanun,Bakı,1994 
13.Abbasov A.F.” Sosial bazar iqtisadiyyatı”.Bakı-1998 
14.Dövlət Statistika Komitəsinin göstəriciləri.Bakı-2014 
15.Əliyev  A.Ə.,Qasımov  N.Ə.  Azərbaycanda  əhalinin  həyat  səviyyəsinin 
yüksəldilməsinin aktual problemləri.Bakı-2000 


116 
 
16.Əşrəfova R.S.”Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasında sosial .yardım 
sisteminin rolu” Himayədar jurnalı.Oktyabr 2005 
17.Mehbalıyev S.S., skəndərov R.K.”Əmək bazarı və əhalinin sosial müdafiəsi”, 
Bakı-2002 
18.Nağıyev 
Ə
.T.,Mütəllimova 
V.A,Sosial 
inkişafın 
iqtisadi 
parametrləri”.Bakı,”Səda”-2003 
19.Nağıyev  Ə.T.,Mürşüdov  R. .Sosial  müdafiənin  təkmilləşdirilməsinin  əsas 
istiqamətləri,Bakı,”Səda
-
2002 
20.Nəsrullayev F.A. Məşğulluq və işsizlik.” qtisadi Nəzəriyyə”dərsliyi, 
Bakı-1999 
21.Rəhmənov F.R. Sosial sfera keçid iqtisadiyyatı şəraitində,Bakı,Gənclik-2002 
22.Səfərov S. Siyasət strategiyası,konseptual əsaslar.Bakı,Azərnəşr-2000 
23.”Azərbaycan  Respublikası  Yoxsulluğun  azaldılması  və  qtisadi  nkişaf  üzrə 
Dövlət Proqramı”. 2008-2015. 
24.”Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  üzrə  Dövlət 
Proqramı”. 2004-2008. 
25.”  Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  üzrə  Dövlət 
Proqramı”Bakı 2009-2013. 
26.Əlirzayev  Ə.Q.  Yoxsulluq  problemi  və  onun  Azərbaycanda  həlli  yolları, 
“Azərbaycan” qəzeti,Bakı-2001 
27.Azərbaycan  Respublikasının  2014-cü  il  və  gələn  3  il  üzrə  iqtisadi  və  sosial 
inkişaf konsepsiyası və proqnoz göstəriciləri.Bakı, Avqust-2013 
28.Azərbaycan  Respublikasının  2014-cü  ilin  dövlət  və  icmal  büdcələrinin 
layihələrinin təqdimatı.Bakı-2013 
29.”2008-2015”-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azladılması və 
davamlı  inkişaf  Dövlət  Proqramı”nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı. 
30.Rəcəbli.H”Azərbaycan Respublikasının sosial müdafiə sistemi”.Bakı-2012 


117 
 
31.Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış”Aztəminatlı ailələrə 
verilən müavinətlərin artırılması haqqında”sərəncam,Bakı-1996 
32. qtisadi  nəzəriyyə  dərsliyi,T.S.Vəliyevin,Ə.P.Babayevin,M.X.Meybullayevin 
ümumi redaktəsi ilə.Bakı-1999 
33.Quliyev C.B.”Müstəqillik illərində Azərbaycan Respublikasında əhalinin həyat 
səviyyəsinin 
dəyişilməsi 
meylləri 
və 
ona 
təsir 
edən 
amillərin 
qiymətləndirilməsi” qtisadiyyat,Humanitar və ictimai elmlər seriyası, 
Xəbərlər 1-2004 
34.Nağıyev Ə.T.”Sosial iqtisadi inkişafın metodoloji aspektləri.Bakı-2002 
35.Nağıyev  Ə.T.,Mürşüdov  R.T.”Sosial  müdafiənin  təkmilləşdirilməsinin  əsas 
istiqamətləri”Bakı-2002 
36.Quliyev 
C.B.Gənclərin 
peşə 
və 
ixtisas 
yiyələnmək 
imkanlarının 
genişləndirilməsi  əmək  bazarının  formalaşmasında  və  tənzimlənməsində  əsas 
şə
rtidir/Azərbaycan  gənclərinin  mənəvi  tərbiyəsinin  aktual  problemləri 
mövzusunda elmi-praktiki konfransda məruzələrin tezisləri.Bakı-2003 
37.Muradov A.N.Həyat səviyyəsinin yaxşılaşdırılmasında təhsilin rolu//AMEA-nın 
Xəbərləri.Humanitar və ictimai elmlər seriyası(iqtisadiyyat).2006,№1 
38.Timo 
Piiraynen.Azərbaycanda 
sosial 
iş 
Hissə 
1:Sosial 
işin 
ə
sasları.Bakı:Nurlan,2007 
39.Ünvanlı  sosial  yardım:Ədalətlilik,bərabərlik  və  ünvanlılıq  prinsipləri/ qtisadi 
tədqiqatlar mərkəzi.Bakı:CBS poluqraphic production,2006 
40.Доклад  о  мировом  развитии  2000/2001Наступление  на  бедность/Пер  с 
англ
.-М:Издательство»Весь мир»-2003 
41.Экономика США.Учебник для вузов/Суняка-СПБ,:Питер,2003 
42.K.Holden, K. Matthews, J.Thompson, “The UK Economy Today”, Manchester, 
Manchester University Press, 2004  
 43.N.G.Mankiw,  “Principles  of  Macroeconomics”,  Boston,  Harvard  University 
Press, 2012. 


118 
 
 44.P.A.  Lewis,  “Economics  as  Social  Theory  and  The  New  Economic 
Sociology”,London,  Routledge,  2004  45.R.Stryker,  “The  Future  of  Socio- 
economics  and
 
Society  for  Advancement  of  Socio-economics”, New-York, 
Hollingsworth press, 2002  
 
nternet resursları: 
46.
www.economy.gov.az
 
47.
www.stat.gov.az
 
48.
www.maliyye.gov.az
 
49.
www.edu.gov.az
 
50.www.financialtimes.com 
51.www.mlspp.gov.az 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


119 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə