Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   2   3   4   5   6   7   8   9   10   ...   36

21 
 
zamanı işçilər və onlara müxtəlif xidmətlər həyata keçirilməsi sxemlərini və özünü 
işlə  təmin  edənlərin  fəaliyyətini  təşkil  edən  müxtəlif  inzibati  qurumlar 
yaradılmalıdır. 
«Bəzi  ölkələr,  əksər  hallarda,  qanun  statusu  daşıyan  ictimai  qruplar  yara-
dacaqlar  ki,  onlar  da  sosial  müdafiə  sisteminin  inzibati  idarə  olunmasını  həyata 
keçirəcəklər.  Sosial  müdafiə  ehtiyatlarının  yığılması  və  idarə  olunması,  eləcə  də 
yığılması  üzrə  məsul  olan  müxtəlif  fond  və  qurumların  mövcudluğunu  vurğu- 
lamalıyıq.  Onlar  içərisində  sosial  sığorta  məsələlərinin  inzibati  idarə  olunmasına 
görə məsul olan qurumlar da vardır». 
Məsələn, belə hallarda üstünlüyü işçilərdən təmsil olunmuş qruplar qazanırlar. 
ş
in  bu  qaydada  təmsil  olunması  üçün  siyasi  cəhətdən  məsul  şəxslər  inzibati 
öhdəlikləri  öz  aralarında  bölüşdürürlər.  Onlar,  həmçinin,  inzibati  qurumların 
tərkibinə təmsilçilərin təyin olunmasını da öz üzərinə götürürlər. Hərdən, məqsədli 
qrupların  sosial  müdafiə  sistemlərinin  spesifik  qurumlarına  birbaşa  cəlb 
olunmalarını da təmin edə bilərlər. Zərərçəkənlər üçün xidmətlərin təmin olunması, 
ə
lillər  assosiasiyalarının  yaradılması,  həmkarlar  ittifaqları  və  ya  tibbi  yardımı 
təmin edən istənilən digər birliklərin təsis edilməsi məsələsi həmişə ön planda olur 
və Fəaliyyətin ilkin mərhələsində səs çoxluğu ilə üstünlük qazanmış təmsilçilərin 
yarım  ictimai  qurumların  tərkibinə  təyin  edilməsi  prosesinə  başlanılır.  Bu  cür 
yarım  ictimai  qurumların  inzibati  tərkibləri  ya  tamamilə,  ya  da  hissə-hissə  sosial 
sığortalanmış, seçilmiş insanlardan təşkil oluna bilər. Sosial müdafiə seçimləri bu 
məqsədlərə nail olmaq üçün aparılacaqdır. Bir sıra ölkələr də mövcuddurlar ki, bu 
demokratik prinsiplər əsasında həyata keçirilir və müvəffəqiyyətlərə bu yolla nail 
olunur. 
Kommersiya və yaxud gəlirlə işləyən özəl qurumlara da, bəzən sosial müdafiə 
sistemlərinin  gələcəkdə  inzibati  idarə  olunmalara  cəlb  edilmələri  ilə  bağlı 
müraciətlər  ola bilər.  Özəl  sığorta  kompaniyalarının  cəlb olunmasına  yönəldilmiş 
bu  cür  funksional  qeyri-mərkəzləşmə  daha  çox  hallarda  sənayedə  baş  vermiş 
qəzalarla  bağlı,  risk  tələb  edən  hallardan  qorunmanı  təmin  edən  sistemlərdə  öz 


22 
 
ə
ksini  tapır.  Funksional  qeyri-mərkəzləşmənin  yuxarıda  qeyd  olunan  bütün 
hallarında  səlahiyyətlərin  ötürülməsi,  baş  vermiş  hadisə  ilə  əlaqədar  yaradılmış 
xüsusi  qurumlara  kreditlərin  verilməsi  və  ya  baş  vermiş  hadisə  ilə  bağlı  qeyri-
xüsusi  qurumlara  güzəştlərin  teqdim  olunması  ilə  müşayiət  oluna  bilər.  Sosial 
yardımın  inzibati  idarə  olunması,  əksər  hallarda  qeyri-xüsusi  ictimai  qurumları, 
məsələn bələdiyyələri də səlahiyyətlərlə təmin edə bilər. 
Ə
gər  işəgötürənlərin  nə  zamansa  «sosial  müdafiənin  inzibati  qurumu»  kimi 
rolu  olmasına  baxmayaraq,  bir  neçə  hüquq  və  öhdəliklərin  müvafiqliyinə  əsasən, 
qeyri-xüsusi qurumların kreditləşməsində bu işəgötürənlərə qeyri-mərkəzləşmənin 
digər növü kimi baxılır.  şəgötürənlər, çoxsaylı sosial sığorta sistemlərinin inzibati 
idarə olunması baxımından, onların həyatında çox böyük rol oynayırlar. 
şə
götürənlər  çox  zaman  sosial  tədiyələri  onların  işəgötürənləri  üçün  nəzərdə 
tutulmuş məbləğlərindən çıxır, bunu işəgötürənlərin tediyələrinə əlavə edərək sosial 
mudafiənin  inzibati  idarəolunma  qurumlarına  göndərirlər.  Beləliklə  də 
işəgötürənlər  sosial  müdafiənin  yığım  funksiyalarının  həyata  keçirilməsində  əsas 
rolu yerinə yetirirlər. 
Bütün  qeyri-mərkəzləşdirilmiş  ərazi  və  funksional  qurumlar  onlara  verilmiş 
səlahiyyətlərə  nəzarət  edən  orqanların  himayəsi  ilə  fəaliyyət  göstərirlər.  Həmin 
səlahiyyətlər  əvvəldən  də  işlənib  hazırlana  bilər.  Mənbələrin  istifadə  və  idarə 
olunması, fəaliyyətə cəlb olunmuş bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin 
müəyyən  olunması,  güzəştlərin  ödənilməsi  bütün  bunlar  ümumi  vəzifə  və 
öhdəliklərin  tərkibinə  daxil  edilə  bilər.  Qeyri-mərkəzləşmiş  ərazi  və  funksional 
qurumlar  özlərinə  həvalə  edilmiş  səlahiyyətlərlə  bağlı  tapşırıqların  yerinə 
yetirilməsi  üzrə  xərclərin  bir  hissəsinin  ödənilməsi  ilə  bağlı  maliyyə  məsuliyyəti 
daşıyır. 
Müasir  dövrdə  sosial  müdafiə  sistemi  cəmiyyətin  inkişafında  mühüm  rol 
oynayır.  qtisadi  problemlər  içərisində  sosial  müdafiə  problemi  əsas  rol  oynayır. 
Bütün  ölkələrdə  sosial  güzəştlərdən  asılı  olan  bir  sıra  insan  qruplarının  prob- 
lemlərinin bir hissəsinin həll olunduğu şəraitdə, büdcə kəsrlərinin mövcud olduğu 


23 
 
bir  durumda,  hökumət  sosial  müdafiə  üzrə  xərclərin  bir  hissəsini  öz  üzərinə 
götürməli  olur.  Sosial  müdafiə  sistemi  və  bu  sistemin  inzibati  idarə  olunması  və 
tənzimlənməsi  ilə  bağlı  öz  üzərinə  götürdüyü  öhdəliklər  ictimaiyyətin  bütün 
problemlərinə yönəldilməlidir. Bir məşvərətçi orqan kimi tərkibinə sosial, iqtisadi, 
dini  və  digər  qruplar  daxil  olan  qurumlar  sosial  müdafiənin  inzibati  idarə 
olunmasında  iştirak  etməsə  də,  onun  bir  üzvü  sayıla  bilər,  sosial  müdafiə 
məsələlərinə həsr olunmuş müzakirələrdə iştirak edə bilər, bununla da bu sistemin, 
fəaliyyətinin ictimaiyyət tərəfindən qəbul olunmasına şərait yaratmış olar. 
Beləliklə,  sosial  təminat  vətəndaşlara  və  onların  ailə  üzvlərinə  yaşayış  vasi- 
tələri  mənbəyini  itirdiyi  ve  ya  zəruri  yaşayış  minimumu  olmadığı  hallarda  sosial 
ə
həmiyyətli  əlavə  xərclər  çəkilməsi,  eləcə  də  tibbi  yardım  göstərilməsi,  ailəyə, 
uşaqların  saxlanılmasına  və  tərbiyə  edilməsinə  kömək  olunması,  digər  sosial 
xidmətlər  göstərməklə  ve  güzəştlər  müəyyən  etməklə  onların  tələbatını  ödəmək 
üçün  sosial  təyinatlı  vəsaitlərin  bölüşdürülməsi  üzrə  ictimai  münasibətlərin 
məcmusunu ehatə edir. 
Ə
n  mühüm  sosial  -  iqtisadi  problemlər  sırasında  əhalinin  pensiya  təminatı  və 
sosial ödəmələr məsələsi xüsusi yer tutur. 
Azərbaycan Respublikasının yeni «Əmək Məcəlləsi» Milli Məclis tərəfindən 1 
fevral  1999-cu  ildə  qəbul  edilmiş  və  iyulun  1-dən  qüvvəyə  minmişdir. 
Respublikamızda 1 milyon 271,5 min nəfərə qədər pensiyaçı vardır. Başqa sözlə, 
ə
halinin  hər  6  nəfərindən  biri  təqaüdçüdür.  Bu  problemlərin  həllinin  vacibliyi 
nəzərə  alınaraq  pensiya  təminatı  sistemində  islahatın  daha  səmərəli  aparılması 
məqsədi ilə Nazirlər Kabinetinin 23 fevral 1998-ci il tarixli sərəncamı ilə aidiyyəti 
nazirlik və orqanların rəhbər işçilərindən ibarət Dövlət Komissiyası yaradılmışdır. 
Azərbaycan  Respublikasında  pensiya  təminatı  sisteminin  islahat  konsepsiyasına 
uyğun  olaraq,  ilk  mərhələdə  keçid  dövrü  üçün  «Vətəndaşların  pensiya  təminatı 
haqqında»  Azərbaycan  Respublikası  Qanununun  30-a  qədər  maddəsinə  müvafiq 
dəyişiklik və əlavələr edilmişdir.[6] 
Pensiyaların artırılması dövlət büdcəsinin mədaxil hissəsinin dolması, gəlirlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə