Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   2   3   4   5   6   7   8   9   ...   36


 
bölgüsü  zamanı  yaranan  yoxsulluq  probleminin  həlli  də  sosial  siyasətin  ən  əsas 
vəzifələri sırasındadır. 
  -Fürsət  barəbərliyi:  liberal  fəlsəfəyə  əsaslanan  qanun  qarşısında  bərabərlik 
prinsipinin sosial-iqtisadi sahəyə  tətbiq  olunmasıdır.  Bərabərlik  prinsipi daha  çox 
təhsil və fərdin özünü inkişaf etdirəcəyi müəyyən sahələrə tətbiq edilir. 
 -Sosial Müdafiə: hər hansı bir sosial risk, qocalıq, xəstəlik, işsizlik, iş qəzalarına 
görə  vətəndaşın  gəlirinin  azalması  və  ya  ümumiyyətlə  dayanması  zamanı  onun 
digər  insanlardan  asılı  olmadan  yaşamasını  təmin  etmək  üçün  görülən  tədbirlər 
bütünüdür. 
  -Tam  məşğulluğun  təmin  olunması  və  işsizliklə  mübarizə:  bütün  vətəndaşların 
gəlir  əldə  edə  biləcəyi  bir  iş  yerinin  olması  sosial  siyasətin  əsas  məqsədlərindən 
biridir. 
  -Sosial nizam və sülhü təmin etmək: sosial dövlət insanlar arasında aid olduqları 
fərqli  sinif,  irq,  din,  məzhəb,  iqtisadi  vəziyyətə  görə  ayrı-seçkilik  salınmasının 
qarşısını  almağa  çalışır.  Cəmiyyətdə  müxtəlif  tip  insanların  sülh  içərisində 
yaşamalarını təmin edir. 
  - qtisadi  inkişafın  təmin  olunması:  dövlətin  iqtisadi  inkişafı  üçün  investisiyalara 
münbit  şərait  yaradır.  qtisadi  fəaliyyətlərdə  tam  məşqulluq  halını  təmin  etmək 
üçün buna uyğun fəaliyyətlər həyata keçirilir. 
  - şçilərin müdafiəsi: az yaşlı işçilərin müdafiəsi, iş vaxtının nizamlanması, iş yeri 
şə
raitinin tənzimlənməsi, haqsız yerə işdən çlxarılma hallarının qarşısının alınması, 
normal  əmək  haqqı  təminatı  və  s  bu  kimi  işçi  problemlərinin  həllinə 
istiqamətlənmiş tədbirlər görülür. 
     Tədqiqatın  predmeti.Tədqiqatın  predmetini  keçid  iqtisadiyyatı  şəraitində 
bazar münasibətlərinin formalaşması ilə keyfiyyətcə yeni məzmun kəsb edən sosial 
münasibətlər  sistemi  və  əhalinin  sosial  müdafiəsi  sisteminin  təkmilləşdirilməsi 
problemləri təşkil edir. 
      Tədqiqatın  obyekti.Tədqiqatın  obyekti  kimi  Azərbaycan  Respublikasının 
iqtisadiyyatında  sosial-iqtisadi  münasibətləri  səciyyələndirən  proseslər,  sosial 



 
institutların  fəaliyyəti,  dövlət  və  yerli  idarəetmə  səviyyəsində  əhalinin  sosial 
müdafiəsi seçilmişdir. 
    Tədqiqatın  nəzəri  və  metodoloji  əsası.  Tədqiqatın  nəzəri  əsasının  iqtisad 
elminin  klassiklərinin  müddəaları,  müasir  elmi  cərəyanların  müvafiq 
konsepsiyaları,  görkəmli  iqtisadçı  alimlərin  əsərləri,  Azərbaycan  dövlətinin 
qanunları və müvafiq qanunvericilik aktları təşkil edir. 
    Tədqiqatın  informasiya  bazasını  Azərbaycan  Respublikası  Dövlət  Statistika 
Komitəsinin,  Sosial  və  Müdafiə  Nazirliklərinin  məlumatları,  Qlobal  nternet 
şə
bəkəsinin informasiya resursları təşkil edir. 
     Dissertasiya işinin  quruluşu və  həcmi.  Dissertasiya  işi  giriş, üç  fəsil,  nəticə, 
ə
dəbiyyat siyahısı, 5 cədvəl və 1 şəkili özündə əks etdirən 117 səhifədən ibarətdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
I FƏSIL:DÖVLƏTIN SOSIAL SIYASƏTININ 
FORMALAŞMASININ NƏZƏRI ƏSASLARI
 
            
                            1.1 Dövlətin sosial siyasəti və sosial strategiyası 
     Bazar  münasibətlərinin  formalaşması  prosesində  respublikamız  əhali 
gəlirlərində ciddi differensiallaşma və kütləvi işsizlik kimi ağır sosial problemlərlə 
üzləşmişdir.  Prosesin  az  ağrılı  keçməsi  üçün  dövlətin  bu  problemlərə  diqqətinin 
artınlması  zəruri  idi.  Dövlətin  tədbirləri  müxtəlif  əhali  qruplarının  sosial 
müdafiəsinə  isliqamətlənmişdir.  Məsələni  mürəkkəbləşdirən  amillərdən  biri  də 
ondan  ibarətdir  ki,  sosial  müdafıəyə  yalnız  maddi  çətinliklərlə  üzləşənlərin deyil, 
demək  olar  ki,  bütün  bazar  subyektlərinin  böyük  ehtiyacı  vardi.  Yeni  iqtisadi 
sistemə  keçidlə  əlaqədar  təsərrüfat  subyektlərinin  mülkiyyətin  toxunulmazlığı, 
gəlirlərin  istifadəsində  sərbəstliyin  təmin  edilməsi,  fəaliyyət  növünün  azad 
seçilməsi  və  başqa  sahələrdə  dövlət  zəmanətinin  olmasına  ehtiyacı  duyulurdu. 
Aydındır  ki,  hamını  eyni  dərəcədə  kasıb  yaşamağa  vadar  edən,  «humanist» 
prinsiplərə  əsaslanan  gəlirlərdə  bərabərlik  yaratmaq,  maddi  təminatda  fərqləri 
aradan  qaldırmaq  kimi  başa  düşülən  «sosial  müdafiə»  bugünkü  reallığa  uyğun 
gəlmirdi.  Sosial  müdafiə  hər  kəsin  öz  əməyi,  istedadı,  mülkiyyəti  əsasında 
mövqeyi  müəyyənləşmiş  cəmiyyətdə  ayrı-ayrı  fərdlərin  imkan  və  qabiliyyəti  ilə 
ə
ldə oluna bilməyən, hamı üçün eyni olan vətəndaşlıq mövqeyinin təmin edilməsi 
zərurətidir.  Cəmiyyətin  ibarət  olduğu  kasıblar  və  varlılar,  işsizlər  və  işləyənlər, 
qocalar  və  cavanlar,  sağlamlar  və  əlillər  və  s.  I  ve  II  növ  vətəndaşlara  bölünə 
bilməzlər.  Belə  ki  hər  bir  şəxs  cəmiyyətdən,  işçi  kollektivdən,  ailə  üzvü  ailədən 



 
təminat  almalıdır  və  sosial  müdafiə  müvafiq  institutlar  dövlət,  müəssisə,  ailə 
tərəfindən  reallaşdırılmalıdır.  Məsələnin  bele  anlamında  sosial  müdafiə  iqtisad 
elminin  əhatə  dairəsində  geniş  məzmun  kəsb  edir  və  bir  çox  sosial  elmlərin 
predmeti  kimi  çıxış  edir.  Bununla  belə  sosial  müdafiə  hər  şeydən  əvvəl  iqtisadi 
hadisə olub iqtisadi inkişafla müəyyənləşir və deməli, iqtisad elminin predmetinə 
daxildir.  Sosial  müdafiəni  daha  çox  iqtisadi  cəhətdən  səciyyələndirən  amilləri 
nəzərdən  keçirək.  Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  cəmiyyətin  bir  çox  üzvləri 
məşğulluqla  özlərinin  yaşayışını  təmin  edə  bilməyənlərdir.  Buraya  sosial 
müdafiəsiz keçinə bilməyən əhali qrupları - əlillər, xroniki xəstələr, fiziki cəhətdən 
zəif  insanlar  aiddir.  Gəlirlərlə  təmin  olunan  məşğul  əhalinin  də  müxtəlif 
səbəblərdən  (xəstəlik,  işsizlik,  bədbəxt  hadisə,  əlillik,  qocalıq  və  s.)  sosial 
müdafiəyə  ehtiyacı  olanlara  çevrilməsi  ehtimalı  həmişə  mövcuddur.  ETT  və 
iqtisadi inkişafın yeni mərhələsinə keçid çox zaman mütəxəssisləri, müəyyən peşə 
sahiblərini, əmək qabiliyyəti və təcrübə toplamış insanları və onların ailə üzvlerini 
maddi  ehtiyac  qarşısında  qoyur.  Yeniləşmiş  mühitə uyğunlaşmaq  dövründə  ağrılı 
keçən bu prosesdə iqtisadi inkişafın doğurduğu sosial problemlər yaranır. 
Sosial  yönümlü  cəmiyyət  qurmaq  üçün  birinci  şərt  maddi  ehtiyaclarını  təmin 
etmək  məqsədi  ilə  hər  bir  insana  bazarın  imkanlarından  tam  və  azad  istifadə 
etməyə ilkin şərait yaratmaqdır. Buraya təhsil və ixtisas almaq imkanları, əmək və 
qabiliyyətinə görə istənilən (qanun çərçivəsində) fəaliyyət növü ilə məşğul olmaq 
və  gəlir  əldə  etmək,  dövlətin  sosial  köməyindən  istifadə  etmək  və  s.  aiddir.  Belə 
olduqda  hər  kəs  imkanları  daxilində  öz  maddi  imkanlarını  təmin  edər, 
cəmiyyətdəki  mövqeyini  müəyyənləşdirər  və  imkanları  xaricində  olan  sosial 
məsələlər  dövlətin  öhdəsinə  düşər.Keçən  əsrdə  yaranankonsepsiyalar  sosial 
tərəqqiyə  inkişafın  nəticələri  kimi  deyil,  inkişafın  amili  kimi  baxılması  ideyasını 
irəli sürürlər. Tükənməz yaradıcılıq qabiliyyəti olan insanın bioloji, iqtisadi, sosial 
varlıq kimi qiymətləndirilməsini əsas götürən bu konsepsiya (XIX əsrdə yayılmış 
sosial  təkamül  nəzəriyyəsinin  tənqidi  əsasında  yaranmışdır.  Sosial  tərəqqi 
nəzəriyyəsinin  tərəfdarları  (O.Kont,  Q.Spenser,  L.Morqan,  F.Tennis  va  s.) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə