54
Tam məşğulluqla yanaşı, səmərəli məşğulluq anlayışından da istifadə
edilir.Səmərəli məşğulluq əməyin ictimai məhsuldarlıq səviyyəsinin artımı
ə
sasında cəmiyyətin hər bir üzvünün sağlamlıq, təhsil və peşə səviyyəsini artırmaq
kimi tələbatını ödəyən kafi gəlirin əldə olunmasını təmin edən məşğulluqdur.Bu
cür məşğulluq bir sıra göstəricilərlə-əhalinin peşəkar əməklə məşğulluq səviyyəsi,
ə
mək qabiliyyətli əhalinin ictimai təsərrüfatda məşğulluq səviyyəsi, cəmiyyətin
ə
mək ehtiyatlarının ictimai faydalı sahələr üzrə paylanma nisbəti, işləyənlərin
iqtisadi sahələr üzrə rasional paylanması kimi göstəricilərlə səciyyələnir.
Məşğulluğun müxtəlif formaları arasında ikiqat məşğulluq da mövcuddur.Bu
ə
mək fəaliyyəti ilə məşğul olanların təkrar əmək fəaliyyətinə cəlb
olunmasıdır. kiqat məşğulluğun əsas səbəblərindən biri işçinin daha artıq gəlir əldə
etmək istəyindən doğur.
Azərbaycanda məşğulluqla bağlı dövlət siyasətinin öyrənilməsi “işsizlik” və
“işsizlər” anlayışlarının açıqlamasını tələb edir.Ölkədə işsizlik məsələsinin
öyrənilməsi və ümumi durumu ilk dəfə müstəqillik illərində öyrənilmə obyektinə
çevrilmişdir. şsizlik sosial-iqtisadi hadisədir.Bu zaman əmək qabiliyyətli,iqtisadi
cəhətdən fəal əhali özünün işçi qüvvəsini tətbiq etmək imkanına malik olmur.
2013-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4688,4
min nəfər olmuş, onlardan 4445,3 min nəfərini iqtisadiyyatın və sosial bölmənin
müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir.[14]
2013-ci ilin yanvar ayının 1-i vəziyyətinə məşğul əhalinin tərkib hissəsi olan
muzdla işləyənlərin sayı 1477,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət
bölməsində 899,1 min nəfər, qeyri-dövlət bölməsində isə 578,6 min nəfər təşkil
etmişdir. Eyni zamanda, iqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, qeyri-neft
sektorunda isə 1440,5 min nəfər çalışmışdır.
2013-cü il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən
ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,3 min nəfər olmuş, onların
41,9 faizini qadınlar təşkil etmişdir. şsizliyə görə müavinətin orta məbləği 252,3
manat olmuşdur.
55
şsizlik səviyyəsi 2011-ci ildəki 5.4 %-dən 2012-ci ilin yekunlarına əsasən
5.2%-ə enmişdir.
Yaranma səbəblərinə görə işsizliyi friksion,struktur və dövri işsizlik olmaqla
üç qrupa bölürlər.Friksion işsizlik işçinin bir müəssisədən digərinə keçid
prosesində müvəqqəti işsiz qalması hadisəsidir.Bu,məcmu əmək təklifinin ona olan
məcmu əmək tələbini üstələməsi halına uyğun gəlir.Friksion işsizlik halında olan
işçinin bilik bacarıqları istehsalatın və işəgötürənlərin tələblərinə uyğun gəlir. şçi
isə öz bilik və bacarıqlarının daha yaxşı tətbiqi ilə bağlı yeni iş yeri axtarır.
Struktur işsizlik əməyə olan tələbatının kifayət qədər olmamasısıdır.Bu məhsul
istehsalının aşağı düşməsindən irəli gəlir.Məhsula tələbatın və məcmu xərclərin
azaldılmasının nəticəsində baş verir.Struktur işsizliyə yaxın işsizlik növü texnoloji
işsizlik adlanır.Belə işsizlik istehsalatda yeni texnologuyanın tətbiqi ilə işçi
qüvvəsinin azaldılması prosesində baş verir.
nsanların məşğulluğunun təmin edilməsi və işləyənlərin əmək hüquqlarının
qorunması dövlətin qarşısında duranbaşlıca vəzifələrdəndir.Bu məqsədlə dövlət
məşğulluq sahəsində siyasəti həyata keçirir.Məşğulluqla bağlı dövlət siyasəti
ə
sasən aşağıdakıları nəzərdə tutur:
-işlə təminatda vasiyəçiliyi. şsiz və işaxtaran vətəndaşlara məşğulluq xidməti
orqanının vasitəçiliyi ilə münasib işin secilməsinə və işədüzəlməyə kömək
göstərilməsini;
-işçilərə ixtisası dəyişmə ilə bağlı köməkliyi;
-işi müvəqqəti itirməklə bağlı müavinət almağı;
-işdən çıxarmanı məhdudlaşdırmağı və işdənçıxarma üzərində nəzarəti və s.;
-vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq
təşəbbüsünün müdafiə edilməsi və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə
onlara kömək göstərilməsini;
-işsizlərin sosial müdafiəsinin təmin edilməsini;
-işə düzəltməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə
kömək göstərən xüsusi tədbirlərin görülməsini;
56
-sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəltməkdə çətinlik çəkən
vətəndaşlar üçün kvotanın müəyyən edilməsini;
-beynəlxalq əmək normalarına riayət olunmasını.
Ə
halinin məşğulluğunun sosial səmərəliliyinin təmin edilməsinə yönəldilən
dövlət məşğulluq siyasətinin formalaşması və əmək ehtiyatlarının səmərəli istifadə
edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il
tarixli, 1836 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”
təsdiq edilmişdir.
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi
üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı)
ə
halinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək,
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası
(2006-2015-ci illər)”nın ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.
Dövlət Proqramı işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli
işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini,
investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf
səviyyəsinin təmin edilməsini nəzərdə tutur.
Dövlət Proqramının məqsəd və vəzifələri:
2006-2015-ci illərdə Azərbaycan Respublikasında məşğulluq strategiyasının
ə
sas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli
məşğulluğunu təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı
vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
- sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın, əhalinin özünü
məşğulluğunun inkişafı üçün zəruri şərait yaratmaq;
- məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığını dəstəkləmək;
- işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək, qeyri-formal
ə
mək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
Dostları ilə paylaş: |