Microsoft Word Sosial inkisaf?n t?min edilm?sinin regional aspektl?ri docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/36
tarix05.12.2017
ölçüsü5,01 Kb.
#14124
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

36 
 
olunmuş  yaşayış  minimumu  ilə  ailənin  mövcud  gəliri  arasında  fərqi  təşkil 
edir.Sosial yardım aşağıdakı formalarda göstərilə bilər: 
       Nağd  və  nağdsiz  pul  ödənişləri  (  maliyyə  yardımı  müxtəlif  növ  güzəştlər), 
natural mədaxil (pulsuz yeməkxanalar,müvəffqəti yaşayış yerləri və s.) və pulsuz 
gözəştli xidmətlər ( təhsil, səhiyyə, və sosial xidmətlər və s. ) .  
     
 
     
1.3 Muasir dövrdə sosial inkişafın tədqiqindəki bəzi keyfiyyət fərqləri 
      
        Hər bir dövlətin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkə əhalisinin 
yüksək heyat səviyyəsini təmin etməkdən ibarətdir. Yüksək həyat səviyyəsi isə öz 
növbəsində  əhalinin  maddi  və  mənəvi  tələbatlarının  ödənilməsi  ilə  xarakterizə 
edilir.  Bu  tələbatların  ödənilməsi  dövlətin  sosial  siyasətinin  strateji  məqsədi  kimi 
qarşıya qoyulur. 
       Həyat səviyyəsi insanların fiziki, mənəvi və sosial tələbatının təmin edilməsi 
səviyyəsini xarakterizə edən sosial-iqtisadi kateqoriya kimi, bir tərəfdən insanların 
tələbatının inkişaf dərəcəsi ilə, digər tərəfdən də, onların tələbatının təmin edilməsi 
üçün istifadə olunan mühüm nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyəti ilə 
müəyyən  edilir.[33]  stehlak  olunan  maddi  nemətlərin  və  xidmətlərin  həcmi, 
məşğulluq  səviyyəsi,  əhalinin  gəlirləri,  ərzaq  və  qeyri-ərzaq  məhsullarının, 
xidmətlərin  istehlak  səviyyəsi,  əmək  və  mənzil  şəraiti,  təhsilin,  səhiyyənin, 
mədəniyyətin inkişafı həyat səviyyəsini xarakterizə edən mühüm göstəricilər hesab 
olunur.  Ümumiyyətlə,  əhalinin  həyat  səviyyəsini  müəyyən  etmək  üçün  bu 
göstəricilərin  hər  birinin  ayrı-ayrılıqda  təhlil  olunması  və  ümumiləşdirilməsi 
vacibdir. 
       Əvvəldə  qeyd  olunduğu  kimi,  həyat  səviyyəsini  xarakterizə  edən  ən  mühüm 
göstərcilərdən  biri  məşğulluqdur.  Məşğulluğun  təmin  edilməsi  hər  bir  dövlətin 
sosial-iqtisadi  inkişaf  strategiyasının  başlıca  şərtlərindən  biri  hesab  olunur.  Bu 
baxımdan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə məşğulluq probleminin 


37 
 
həllinə,  yoxsulluğun  azaldılmasına  və  həyat  səviyyəsinin  yüksəldilməsinə  daha 
çevik  təsir  göstərən  amil  kimi  baxılır  və  bu  sahədə  xüsusi  proqramlar  hazırlanıb 
həyata keçirilir. 
       Məşğulluq  əhalinin  pul gəlirlərinin  əsas  mənbəyi  hesab  olunur.  Məşğulluğun 
(tam və səmərəli) təmin edilməsi, həmçinin əhalinin gəlir əldə etmək imkanlarını 
genişləndirir. Bu da son nəticədə digər problemlərin həllini asanlaşdırır. Məşğulluq 
həmçinin  insanın  bilik  və  təcrübəsinin  artması,  cəmiyyətə  inteqrasiyası  və  s.  bu 
kimi bir sıra üstünlükləri ilə də xarakterizə olunur. 
Məşğulluq əmək bazarı və işsizlik problemlərinin həllində və ölkədə məşğulluq 
səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan amillərdən olduğundan ölkədə 
səmərəli  məşğulluq  səviyyəsinin  aşağı  olması  yoxsulluğun  yüksəlməsinə, 
cəmiyyətdə bir çox xoşagəlməz hadisələrin (aclıq, xəstəlik, oğurluq, quldurluq və 
s.) meydana çıxmasına təsir göstərir.  
   2012-ci  ildə  ülkədə  baş  verən  yüksək  artım  məşğulluq  göstəricilərinin 
yaxşılaşmasında da özünü biruzə vermişdir. 
    DSK-nın  məlumatına  görə  2012-ci  ildə  ölkədə  iqtisadi  fəal  əhalinin  sayı 
4688,4  min  nəfər  təşkil  etmişdir  ki,  onların  95%-ə  yaxın  iqtisadiyyatın  və  sosial 
bölmənin  müxtəlif  sahələrində  məşğul  olan  əhalidir.ilin  sonuna  olan  məlumata 
görə  muzdla  çalışan  işçilərin  1440,5  min  nəfəri  qeyri-neft  sektorunda,  37,2  min 
nəfəri neft sektorunda çalışır.[14] 
     Hesabat ilində 120,4 min yeni iş yeri açılmışdır ki,bunun 80%-ə yaxını daimi 
iş  yerləri  təşkil  etmişdir.Daimi  iş  yerlərinin  69,2%-i  fiziki  şəxslər  tərəfindən, 
21,3%-i mövcud, 9,5%-i isə yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə 
və təşkilatlarda yaradılmışdır. 
Qeyd etmək lazımdır ki, 2013-cü ildə məşğul olan əhalinin iqtisadi fəaliyyət 
növləri üzrə sayi kənd təsərrüfatı, ovçuluq və meşəçilik üzrə 39,5%, emal sənayesi 
üzrə  4,8%,  nəqliyyat,  anbar  təsərrüfatı  və  rabitə  üzrə  5,0%,  təhsil  üzrə  8,7%, 
səhiyyə və sosial xidmətlər üzrə 4,6% məşğul olmuşdur. 1995-ci illə müqayyisədə 
2004-cü  ildə  sənayedə  məşğul  olanların  xüsusi  çəkisi  9,8%-dən  4,8%-ə,  təhsil 


38 
 
sahəsində 10,3%-dən 8,7%-ə qədər azaldığı halda, müvafiq dövrdə kənd və meşə 
tesərrüfatında 30,0%-dən 39,5%-ə qədər yüksəlmişdir (Cədvəl 1.1 ).  
 
 
 
 
2008-2013-cü illərdə Azərbaycanda iqtisadiyyatın növləri üzrə məşğul əhalinin 
sayı                                                                                                         Cədvəl 1.1 
  
2008 
2009 
2010 
2011 
2012 
2013 
Cəmi 
4215,5 
4271,7 
4329,1 
4375,2 
4445,3 
4521,2 
Emal sənayesi 
211,4 
214,2 
208,9 
210,3 
215,6 
224,1 
Kənd və meşə təsərrüfatı 
1611,3 
1628,6 
1655 
1657,4 
1673,8 
1677,4 
Tikinti 
181,2 
183,6 
179,1 
181,8 
182,7 
183,8 
Ticarət 
26 
26,3 
46,9 
48,1 
48,9 
49,2 
Elektrik enerjisi,qaz və 
buxar istehsalı 
34,9 
30 
30,6 
30,8 
31,2 
32,3 
Səhiyyə və sosial xidmətlər 
192,4 
201,9 
170,3 
165,2 
165,4 
171,8 
Təhsil 
355,2 
361 
349,8 
349 
349 
366,2 
Maliyyə fəaliyyəti 
21,5 
21,8 
24,4 
26,3 
26,9 
30,6 
Dövlət idarəetməsi 
266,3 
269,8 
279,1 
281 
281,7 
282,3 
      
  
Xüsusilə son illərdə həyata keçirilən özəlləşdirmə məşğulluğa müəyyən dərəcədə 
müsbət 
təsir 
göstərmişdir. 
Məlumdur 
ki, 
sahibkarlıq 
fəaliyyətinin 
genişləndirilməsi,  yeni  sahibkarların  meydana  gəlməsi  yeni  iş  yerlərinin 
yaranmasına,  əhalinin  məşğulluğuna  və  həyat  səviyyəsinə  təsir  göstərən 
amillərdəndir.  Bu  baxımdan  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsinə  xüsusi 
diqqet  yetirilməlidir.  Hazırda  hökumət  birinci  məqsəd  kimi  sahibkarlıq 
         Qeyd: Cədvəl DSK-nın materiallarının ümumiləşdirilməsi    
ə
sasında müəllif tərəfindən tərtib edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə