İPƏk yolu, No. 4, 2017



Yüklə 400,59 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü400,59 Kb.
#55730
növüXülasə


 

 

İPƏK YOLU, No.4, 2017, səh.121-124 



 

 

121 



 

MƏTNİN QRAMMATİK KATEQORİYALARINDA  

İNTEQRASİYANIN ROLU 

 

Xatirə Hüseynova 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan 



e-mail: 

Khatira.huseynova@mail.ru

  

 

Xülasə.  Məqalədə  mətnin  qrammatik  kateqoriyalarından  biri  olan 



inteqrasiyadan  bəhs  olunur.  Mətnin  qrammatik  kateqoriyaları,  inteqrasiya 

anlayışı  izah  olunur,  mətni  formalaşdıran  qrammatik-leksik  vasitələr  təhlil 

olunur,  müxtəlif  dilçilərin inteqrasiya  ilə bağlı  araşdırmaları  və  fikirləri  yer 

alır.  Məqalədə,  həmçinin,  mətnin  qrammatik  kateqoriyalarından  sayılan 

retrospeksiya izah olunur, onun eksplisit və implisit formaları öyrənilir. 

 

Açar  sözlər:  kateqoriya,  integrasiya,  retrospeksiya,  koqeziya,  semantik-

tematik. 

 

INTEGRATION AS A GRAMMATICAL 



CATEGORY OF THE TEXT  

 

Khatira Huseynova 

Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract. The article deals with integration, one of 

the  grammatical  categories  of  the  text.  In  the 

article,  issues  such  as  the  grammatical  categories 

of the text, the concept of integration are analyzed; 

the  grammatical-lexical  methods  of  creating  the 

text  are  investigated;  the  ideas  and  researches  of 

different  linguists  on  integration  are  mentioned. 

The  article  also  describes  the  retrospection  –  one 

of  the  grammatical  categories  of  the  text,  its 

explicit and implicit forms. 



Keywords:  category,  integration,  retrospection, 

cohesion, semantic-thematic 



ИНТЕГРАЦИЯ  КАК ГРАММАТИЧЕСКАЯ 

КАТЕГОРИЯ ТЕКСТА 

 

Хатира Гусейнова 

Университет Азербайджан, Баку, Азербайджан 

 

Резюме. Статья посвящена одной из граммати-

ческих  категорий  текста-интеграции.  В  статье 

объясняются  грамматические  категории  текста 

и концепция интеграции, анализируются лекси-

ко-грамматические средства, а также представ-

лены  исследования  и  идеиразличных  линг-

вистов, связанные с интеграцией. В статье так-

же  представлена  ретроспекция  как  граммати-

ческая  категория  текста,  а  также  рассмотрены  

эксплицитные и имплицитные  формы. 



Ключевые  слова:  роман,  литература,  жанр, 

мировая  литература,  рассказ,  повествование, 

художественный анализ. 

 

 



Mətnin    kateqoriyaları  –  mətnin    elə    bir    əlamətləridir    ki,  adi    cümlə    ardıcıllığını  

“frazafövqi  bütövlüyü” nə, bu  bütövlüyü  isə  bütöv  bir  mətnə  çevirir. İnteqrasiya – mətni  

xüsusi  bir  yolla  vahid  bütövlükdən  ibarət, struktur  şəklində  xarakterizə  edir. İnteqrasiya 

–  yalnız  formal    qrammatik    əlaqə    vasitələrilə    deyil,  həm    də    semantik  –  tematik    əlaqə  

vasitələri  ilə reallaşır. 

İstənilən    mətnin    əsas    xüsusiyyəti    bu    və    ya    digər    informasiyanı    özündə  

birləşdirib  ötürmək  qabiliyyətidir. İnformasiya – sosial  və  mədəni  inkişafın  faktoru  kimi  

o  mövqeyi  tutur  ki, orada  mətn  ünsiyyət  vasitəsi  kimi  çıxış edir. 




İPƏK YOLU, No.4, 2017

 

Azərbaycan Universiteti 



 

 

122 



Mətnin    qrammatik    kateqoriyaları    üzvlənmə    ilə    asılı    şəkildə    qeyd    olunur. 

Üzvlənmə özü  mətnin  kateqoriyaları  sayılan  1) İnformasiya  2) İnteqrasiya  3) Koqeziya   

ilə  bağlıdır. 

Mətnin    bütün    kateqoriyaları    vacib    və    fakultativdir.  Nitq    prosesinin  böyük    bir  

vahidi  hesab  olunan  mətnin  analizi   yalnız  qeyri–ənənəvi  metodlara əsaslanmır. Burada 

diqqət    makrofaktorlara,  yəni    mətndəki    hadisələrə,  epizodlara,  fabulaya    daha    çox  

yönəldilir. Mətnin  analiz  metodları  ondan  ibarətdir  ki, bütün  bu  hissələri  izolyasiya  və  

qarşılıqlı    əlaqə    şəklində    götürülür.  Bu    metodu    inteqrasiya    və    ya    sintez    adlandırmaq  

olar. 

Mətn qrammatikasının müstəqil dilçilik sahəsi kimi meydana gəlmə səbəblərini T.M. 



Nikolayeva,  O.İ.  Moskalskaya,  L.İ.  Zilberman,  Ə.  Abdullayev,  Q.  Bəyzadə  öz  əsərlərində 

tədqiq  etmişlər.  L.İ.  Zilbermana  görə  mətn  qrammatikasının  meydana  gəlməsinin  əsas 

səbəblərindən biri  elmi-texniki inqilab və  “informasiya partlayışı” ilə  bağlıdır. O, hesab edir 

ki,  elmi-nəşrlərin  miqdarının  artması,  ədəbiyyatla  tanışlıq  zərurəti,  oxu  prosesində  elmi-

mətnlərdən  informasiya  almaq  metodlarını  işləyib  hazırlamaq  tələb  edirdi.  Bu  tələbat  bir 

dönüş yaradaraq kommunikativ aspektləri, mətn qrammatkasının inkişafını öyrənməyə doğru 

yönəltdi [10, s.98]. 

Mətnin  kateqoriyaları  –  mətnin  ümumi  və  mövcud  olan  əlamətlərini  əks  etdirir  və 

onun  qnesioloji,  ontoloji  əlamətlərinin  tanınmasını  təqdim  edir.  A.A.  Akişina  mətnin 

kateqoriyasını  bağlılıq,  əlaqəlilik,  bütövlük  adlandırır  [7,  s.73].  Z.J.  Turayeva  isə  mətni 

kateqoriyalarının bədii zamanlar və proqres kimi formalarını göstərir [9, s.91].  

Mətnin kateqoriyaları kompozision- nitq formalarında reallaşa bilər. Bu zaman mətnin 

bir hissəsi digərinə üslubi metodlar və dil vasitələri ilə tabe olur. Mətnin kateqoriyası cümlə 

kateqoriyası  ilə  üst-üstə  düşmür.  Bu  məslənin  tədqiq  olunmasına  İ.R.  Qalperin;  Avropa 

dilçilərindən R.Xarverq, X.Veynrix, V. Dressler xüsusi kömək etmişdir. 

 “İnteqrasiya” – latın  sözü  olub, “inteqratio” – bərpa, tamamlama, “ integer”  bütöv, 

vahid,  tam  deməkdir.  İnteqrasiya  –  mətndə    əlaqəli    olan    ayrı  –  ayrı    fərqli    hissələrin  

bütövləşmə, vahidləşmə  prosesidir. 

İnteqrasiyanı  üç  aspektdə  səciyyələndirmək  olar: 

1)

 



İnteqrasiya – prosesdir. 

2)

 



İnteqrasiya – bu  prosesin  gedişatının  nəticəsidir. 

3)

 



İnteqrasiya – mətnin  səciyyəvi  xüsusiyyətidir, yəni  onun  qabiliyyəti  bu  prosesin  

gedişatını  xülasələndirməkdən  ibarətdir. 

İnteqrasiyanın  bir  proses  kimi araşdırılması  mətnin  ayrı – ayrı  vahidləri  arasında  

bağlılıq  və  əlaqənin  qurulması  prosesini  izah  etməkdən  ibarətdir. 

Frazafövqi  bütövlüyünün  inteqrasiyası  aşağıdakı  kimi  xarakterizə  olunur. 

1)

 



Məntiqi  inteqrasiya – mətnin  məna  bütövlüyü  burada  ifadə  olunur. 


X. HÜSEYNOVA: MƏTNİN QRAMMATİK KATEQORİYALARINDA ... 

 

 

 



123 

2)

 



Kommunikativ    inteqrasiya  –  hər  bir  cümlə,  vahid  özündən    əvvəlkinə    bağlanır, 

onunla  əlaqələnir. 

3)

 

Sruktural   inteqrasiya  –  anaforik    əvəzliklərin, zərflərin  və    digər  dil   vasitələrinin  



istifadəsilə  formal  olaraq  təqdim  olunur. 

Mətndə  inteqrasiya  müxtəlif  yollarla  formalaşa  bilir. “Frazafövqi  birlik” – in  ayrı 

– ayrı  hissələrinin  mənasını, mətn  başlıqlarının  məzmununu  birləşdirərək, inteqrasiya  bu  

hissələrin  avtosemantikasını  neytrallaşdırır  və  onları  vahid  bir  informasiyaya  tabe  edir. 

İnteqrasiya  mətni  qrammatik  kateqoriyalarından  biri  olduğu  üçün  mətnin 

kateqoriyalarını araşdırmaq vacibdir.   

 

İnteqrasiya  mətn  səviyyəsində  mətn  vahidlərinin  qarşlıqlı  fəaliyyəti  və  birləşməsi 



prosesidir.  O,  mətni  formalaşdırma  funksiyasını  yerinə  yetirir.  İnteqrasiya  –FFB  (frazafövqi 

bütövlük)  səviyyədə  şərti  olaraq  local  inteqrasiya  adlanır  və  FFB-in  tərkib  hissələrinin 

məntiqi düzülüşünü müəyyən edir. İnteqrasiya – hədsiz dərəcədə geniş yayılmış anlayışdır və 

elmlər  arasında  müxtəlif  fenomenlərin  tədqiqində  istifadə  olunur.  İnteqrasiya  anlayışı  ilə 

bütövləşmə başa düşülür.  

Mətnin  qrammatik  kateqoriyalarında  biri  sayılan  retrospeksiya  onun  inteqrasiyasına 

xidmət  edir  və  mətnin  struktural  və  məna  bitkinliyini  müəyyən  edir.  O,  mətnin  hissələrinin 

daxili asılığını dərindən qavranılmasını, həm də inteqrasiyanı təmin edir [8, s.102].  

Qalperin retrospeksiyanı iki tipini müəyyən edir:  

1.

 



Subyekiv-oxucu retrospeksiyası - hökmlərin ardıcıllığının fərdi, bədii qavranılmasının 

nəticəsidir.  

2.

 

Obyektiv-müəllif  tərəfindən  irəli  sürülmüş  məqsədyönlü  hərəkətləri  və  ideyaları 



özündə biruzə verir.  

Retrospeksiyanın  məğzi  ondan  ibarətdir  ki,  o  əsərin  zaman  əlaqəliliyini 

inteqrasiylaşdırır.  Başqa  sözlə  desək,  retrospeksiya  mətnə  gələcəyin  müəyyən  şərtlərində, 

indiki və keçmiş zamanda baxılmasını tələb edir.  

Mətndə retrospeksiya cəmləşən  və dağınıq ola bilər.  

1.

 



Mərkəzləşən retrospekiya mətnin bir parçasını özündə  ehtiva edir.  Bura  bir və  ya bir 

neçə abzas daxildir.  

2.

 

Dağınıq retrospeksiya periodik olaraq bir neçə cümlənin və ya ayrıca sözlərin tərkib 



hissəsində rast gəlinir.  

İnformasiyanın mətndə görünməsinə görə eksplisit və implisit retrospeksiya fərqləndirilir: 

1.

 

Eksplisit  retrospeksiyanın  –  mətndə  öz  indikatorları  olur,  hansı  ki,  qrammatik  və 



leksik  ola bilər.  Temporal  göstəricilərin (ago, the previous  year və  s.) “xatırlamaq, 

xatirələr” sözünün mənasını verən (remember, recollection, look back upon) şübhəsiz 

olaraq oxucunu  informasiyanın mənbəyinə yönəldir.  

2.

 



İmplisit retrospeksiyanı müxtəlif üslubi vasitələrlə özünü vasitəli şəkildə ifadə edir. 


İPƏK YOLU, No.4, 2017

 

Azərbaycan Universiteti 



 

 

124 



Eksplisit  –ifadə  üsulu  implisit  üsula  əksdir,  hansı  ki,  mətn  informasiyanın  açıq,  aşkar,  gizli 

olmayan ifadəsidir. “İmplisit” latın sözü olub “implicitium” –sözündəndir; “ifadə olunmayan, 

gizli” deməkdir. İmplisit informasiyanın tapılmasının xüsusi metodları var.  

Mətnin  inteqrasiyasına  xidmət  edən  vasitələrdən  biri  formal-qrammatik  vasitələrdir. 

Bunlar  bağlayıcılar,  zərflər,  determinatlar,  ədatlar,  modal  sözlər  ola  bilər.  Məsələn;  zərflər 

cümlələr  və  ya  mətnin  digər  komponentləri  arasında  zaman,  ardıcıllıq,  qarşılaşdırma 

mənalarını  ifadə  edir.  Mətnin  inteqrasiyasına  xidmət  edən  digər  vasitələr  –  leksik  vahidlər, 

fonetik təkrarlar, söz sırası daxildir.  

 

 Ədəbiyyat   



1.

 

Abdullayev  K.,  (1999), Azərbaycan  dili sintaksisinin  nəzəri  problemləri, Bakı. 



2.

 

Abdullayev  Ə., (1998), Aktual  üzvlənmə  və  mətn, Bakı. 



3.

 

Abdullayev  Ə., (1999),  Mətni  anlama  modelləri, Bakı. 



4.

 

Cavadova  A.M., (1973), Mətn  və  cümlələrdə  söz  sırası, Bakı. 



5.

 

Абдуллаев  К.,  (1980), Обоснование  синтаксического  исследование  текста, Баку. 



6.

 

Абдуллаев  К., (1982), Лингвистика  текста, Баку.  



7.

 

Акишина А.А., (1979), Структура целого текста, Москва.  



8.

 

Гальперин  И.Р., (1974), О  понятии  текста, Вопросы  языкознания, Баку. 



9.

 

Тураева З.Я., (1981), К вопросу о категориях текста, Ленинград. 



10.

 

Зильберман  Л.И.,  (1988),  Лингвистика  текста  и  обучение  чтению  английской 



научной литературы, Москва. 

11.


 

Fillmore  Ch., (1973), The  case  for  case  in: Universals  in  Linguistic  Theory.  E.Bach  

and  semantic  review:  Journil  of  linguistics, 9. 

12.


 

Holiday M.A.K.,  Hasan R., (1976), Cohesion  in  English. London,  



 

 

 



Yüklə 400,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə