2 mart 2017-ci il, cümə axşamı 10 MİNGƏÇEVİR: Uğurlar çox, vəzifələr isə böyükdür



Yüklə 105,19 Kb.
Pdf görüntüsü
tarix18.05.2018
ölçüsü105,19 Kb.
#44607


2 mart 2017-ci il, cümə axşamı

10

MİNGƏÇEVİR:

 Uğurlar çox, 

vəzifələr isə böyükdür

 

ˆ

Şuranın geniş iclasında  şəhər icra 



hakimiyyətinin başçısı Niyazi Bayramovun “2016-cı ilin 

sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran 

vəzifələr” barədə hesabatı dinlənildi.

Natiq qeyd etdi ki, 

mingəçevirlilər üçün 2016-cı 

ilin ən əlamətdar və yaddaqalan 

hadisəsi sentyabr ayında ölkə Pre-

zidenti İlham Əliyevin şəhərimizə 

səfəri olub: “Dövlət başçısı səfəri 

zamanı yeni binaya köçürülmüş 

Tarix Muzeyinin açılışında iştirak 

edib, Toxuculuq Kombinatının 

ərazisində inşa olunacaq  Sənaye 

Parkının təməlini qoyub, şəhər 

ictimaiyyəti ilə görüşüb. Şəhərdə 

aparılan abadlıq işləri ilə ta-

nış olmaq üçün əsaslı yenidən 

qurulan “Füzuli” parkına və 

genişləndirilən “Sahil” parkına ba-

xış keçirən dövlət başçımız görül-

müş işlərə yüksək qiymət verib və  

əhalini narahat edən problemlərlə 

maraqlanıb. Uzun illər təmirsiz is-

tismar olunan çoxmənzilli yaşayış 

binalarının dam örtüklərinin möv-

cud vəziyyətini öyrəndikdən sonra 

cənab prezident 100 binanın dam 

örtüyünün əsaslı təmirinə maliyyə 

yardımı ayrılması barədə müvafiq 

sərəncam imzalayıb”.

 Rayon rəhbəri qeyd etdi 

ki,  dövlət başçısının bilavasitə 

Mingəçevirdə olarkən verdiyi 

göstəriş və tapşırıqlar şəhər icra 

hakimiyyəti və aidiyyəti qurum-

lar tərəfindən gələcək fəaliyyət 

proqramı kimi qəbul olunub. Ötən 

ilin sosial-iqtisadi yekunlarına 

gəlincə isə, il ərzində abadlıq və 

quruculuq sahəsində kifayət qədər 

işlər görülüb. Məsələn, şəhərin 

Maqomayev, Xətai, Nizami, 

Sabir, Hacıbəyov, Vidadi, Vaqif və 

Dilarə Əliyeva küçələrinə,  1, 5, 

10 və 12 saylı məhəllələrdə yol və 

səkilərə  102 min kvadratmetr yeni 

asfalt örtük salınıb və 12 min metr 

uzunluğunda səki daşları düzülüb. 

Əhalinin çoxsaylı müraciətlərini 

nəzərə alaraq 13, 14, 16, 75, 87 

və 94-cü məhəllələrdə, Dilarə 

Əliyeva küçəsində və Səməd 

Vurğun meydanında işıqlandır-

ma sistemləri yenidən qurulub. 

Əsaslı təmir işləri aparılan 1, 7 və 

9 nömrəli  tam orta məktəblərdə 

işlər yekunlaşdırılıb.

 Prezident sərəncamına 

əsasən, 100 çoxmənzilli yaşa-

yış binasının dam örtüklərində 

əsaslı təmir işlərinə başlanılıb 

və hazırda işlər tamamlanmaq 

üzrədir. “Azərbaycan Respubli-

kası Regionlarının 2014-2018-ci 

illərdə sosial-iqtisadi inkişafı 

Dövlət Proqramı”nın Mingəçevirə 

aid bəndləri uğurla icra olunub 

və aidiyyəti qurumlara hesabatlar 

təqdim edilib.

İlin yekunundakı hesabat-

larda məlum olub ki,  şəhər üzrə 

353 milyon 370 min manatlıq 

ümumi məhsul istehsal edi-

lib. Bunun 211 milyon manatı  

sənaye müəssisələrinin payına 

düşür. İstehsal olunmuş sənaye 

məhsulunun 199 milyon manatı və 

ya 94 faizi elektrik enerjisi istehsal 

edən Azərbaycan İstilik Elektrik 

Stansiyası və SES silsiləsi MMC-

lərin payına düşür. Ümumilikdə il 

ərzində bu iki müəssisədə 7,3 mil-

yard kilovatsaat elektrik enerjisi 

istehsal olunub.

Əsas kapitala 51,8 milyon 

manat investisiya yönəldilib, 

43,6 milyon manatlıq tikin-

ti-quraşdırma işləri görülüb, 

nəqliyyat sahəsində 4,5 milyon 

manatlıq, rabitə müəssisələri 

tərəfindən 1,4 milyon manatlıq 

müxtəlif xidmətlər göstərilmişdir. 

Ticarət və xidmət sahələrində il 

ərzində istehlakçılara göstərilən  

xidmətlər müvafiq olaraq 90,4 

və 54,5 milyon manatlıq olub. 

Fəaliyyət göstərən digər sənaye 

müəssisələrində – “Azneftemaş”, 

“Mingəçevir İzolit” və “Akkord 

Mingəçevir Maşınqayırma  zavo-

du” ASC-lərdə ümumilikdə sabit 

iş rejimi təmin edilib və il  ərzində 

11 milyon manatlıq məhsul isteh-

sal olunub.

Xidmət sahələrinin 

fəaliyyətindən söz açan natiq 

dedi ki, Yaşıllaşdırma və Sani-

tar Təmizlik İdarəsi tərəfindən 

hesabat dövründə 4 mindən çox 

ağac, 18 min ədəd müxtəlif növ 

çiçək şitili əkilib, 1220 metr yeni 

suvarma xətləri çəkilib. İşıqlanma 

idarəsi tərəfindən  17 min metr 

uzunluğunda zədələnmiş kabel 

dəyişdirilib, şəhərin ərazilərinin 

lazımi qaydada işıqlandırılması 

təmin edilib.

Vurğulandı ki, ötən il Şəhər 

Elektrik Şəbəkəsi tərəfindən hesa-

bat ilində  8 yeni transformator qu-

raşdırılıb, 19 min metr SİP kabel 

çəkilmiş və zədəli naqil dəyiş-

dirilib, 198 ədəd dəmir-beton, 

466 ədəd metal dayaq basdırılıb. 

Əhalinin istehlak etdiyi elektrik 

enerjisinin haqqı tam ödənilib.

Qaz istismar sahəsi üzrə 

4,5 min metr yeraltı və yerüstü 

qaz xətti  çəkilib, 9 ədəd yeni 

qaztənzimləyici, 3 ədəd yeni 

siyirtmə quraşdırılıb, 4369 ədəd 

qaz sayğacı yenilənib. Hesabat 

dövründə əhali sektorunun isteh-

lak olunmuş qaza görə ödənişi 92 

faiz təmin edilib.

Şəhər həyatının bütün 

sahələri kimi, təhsil, səhiyyə və 

mədəniyyət müəssisələrinin də 

fəaliyyəti, inkişafı, maddi-tex-

niki bazasının gücləndirilməsi 

daim şəhər icra hakimiyyətinin 

diqqətində olub. Noyabr ayında 

şəhərin ümumtəhsil məktəblərinin 

40  şagirdi “Ölkəmizi tanıyaq” de-

vizi altında Quba, Qusar, Xaçmaz 

rayonlarına səfər edib. Azərbaycan  

Prezidentinin “Əhalinin tib-

bi müayinədən keçirilməsi” 

göstərişinə əsasən 76 mindən çox 

şəhər sakini  tibbi müayinədən 

keçirilib.

Niyazi Bayramov sonda 

qeyd etdi ki, cənab Prezidentin 

tapşırıq və göstərişlərini  əsas 

götürərək, cari ildə şəhər miq-

yasında  reallaşdırılacaq bütün 

işlərin icrasına diqqət artırılacaq. 

Bu sırada Sənaye Parkının  ilin 

sonunadək istifadəyə verilməsi, 

orada  işlərin sürətli və keyfiyyətli 

aparılması, “Asan həyat” idarəsinə 

inzibati binanın tikintisinə yaxın-

dan köməklik göstərilməsi, kiçik 

və orta sahibkarlığın inkişafında 

fiziki və hüquqi şəxslərə yardım 

edilməsi, işsizliyin azaldılması, 

istilik təchizatı sistemlərinin əhatə 

dairəsinin genişləndirilməsi, Mirzə 

Ələkbər Sabir və Səməd  Vurğun 

küçələrində çoxmənzilli yaşayış 

binalarının fasad hissələrinin 

və ümumi istifadə yerlərinin 

təmirinin sürətləndirilməsi, yaşa-

yış massivlərində görülən abadlıq 

və asfaltlanma işlərinin miqya-

sının genişləndirilməsi və digər 

tədbirlər vardır.

Rayon rəhbəri tənqid və 

özünütənqid şəraitində keçən top-

lantının sonunda dedi: “Bu gün biz 

şəhərdə 2016-cı ildə görülən işləri 

müzakirə edərək 2017-ci ildəki 

vəzifələr haqqında danışdıq. He-

sabatdan göründüyü kimi, görülən 

işlərlə yanaşı, həllini gözləyən 

problemlər də vardır. İştirakçılar 

tərəfindən söylənilən təkliflər 

ciddi nəzarətə götürüləcək, şəhər 

icra hakimiyyətindən, idarə, 

müəssisələrdən asılı olanların 

həllinə çalışılacaq, mərkəzi 

dövlət orqanlarından asılı olanlar 

barəsində müvafiq qaydada məsələ 

qaldırılacaq. Bir sözlə, bu il qarşı-

mızda daha ciddi vəzifələr durur”.

Yığıncaqda Prezident 

Administrasiyasının məsul işçisi 

Vəfadar Bağırov iştirak edib.



İlqar HƏSƏNOV, 

“Xalq qəzeti”nin 

bölgə müxbiri

Şirvanda iqtisadi inkişaf artan templə davam edir

 

ˆ

Şirvan Şəhər İcra Hakimiyyətində 2016-cı ilin 



sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran 

vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

İclasda çıxış edən RİH 

başçısı Mərdan Camalov bildirib 

ki, Azərbaycan Prezidenti İlham 

Əliyevin uğurla həyata keçirdiyi 

sosial-iqtisadi islahatlar ölkədə 

iqtisadiyyatın dinamik inkişafına 

və əhalinin həyat səviyyəsinin 

əhəmiyyətli dərəcədə yaxşılaşdırıl-

masına təkan vermişdir. Ölkəmizin 

iqtisadi inkişafı artan templə get-

miş, iqtisadi və müdafiə gücümüz 

daha da möhkəmlənmişdir. Ölkə 

iqtisadiyatının davamlı inkişafı 

Şirvan şəhərinin də sosial-iqtisadi 

inkişafına müsbət təsir göstərmiş 

və bu sahədə mühüm nəticələr əldə 

edilmişdir.

2016-cı ildə şəhər iqtisadiy-

yatında ciddi uğurlar əldə edilmiş, 

ümumi məhsul buraxılışı 379 

milyon 419,9 min manat olmuşdur. 

Məhsul və xidmətlərin həcminin 

əsas hissəsi, yəni 276 milyon 465 

min manatı və ya 72,9 faizi sənaye 

müəssisələrinin payına düşmüşdür. 

Digər sahələrin ümumi məhsulda 

payı 27,1 faiz təşkil etmişdir. 

İstehsal olunmuş məhsulun 37,3 

faizi mədənçıxarma sənayesində, 

25,3 faizi emal sahəsində, 36,6 

faizi elektrik enerjisi, qaz, buxar 

və kondisiyalaşdırılmış hava ilə 

təchizat sahəsində, 0,8 faizi isə 

su təchizatı sahəsində istehsal 

olmuşdur. Şəhərdə 237 min ton 

əmtəəlik neft, 7,7 milyon kubmetr 

əmtəəlik qaz və 4 milyard 795 

milyon kilovat-saat elektrik 

enerjisi istehsal edilmişdir. Əsas 

kapitala 9 milyon 161,7 min manat 

vəsait yönəldilmişdir ki, onun da 

8 milyon 379,7 min manatı və 

ya 91,5 faizi tikinti-quraşdırma 

işlərinin yerinə yetirilməsinə sərf 

olunmuşdur.

Şirvan şəhərində fəaliyyət 

göstərən Müdafiə Sənayesi Nazir-

liyinin tabeliyində olan “Teleme-

xanika” və “Araz” zavodlarında 

yeni istehsal sahələrinin yaradıl-

ması davam etdirilir. “Şirvan Araz 

zavodu”nda tikinti-quraşdırma 

işləri uğurla davam etdirilir. Artıq 

yeni “Alov-TA”, “Alov-BA” və 

“Alov-HA” obyektinin tikintisi 

yekunlaşmaq üzrədir. Zavodda 

3 yeni əsas istehsal sahəsi olan 

“Qartal”, “Maral” və “Aşırım” 

istismara tam hazır vəziyyətə 

gətirilmişdir. Həmin sahələrin cari 

ildə istifadəyə verilməsi nəzərdə 

tutulur. Zavodda yeni açılmış 

iş yerlərinə 122 nəfər işə qəbul 

edilmişdir.

Hesabat dövründə əhalinin 

normal elektirik enerjisi və təbii 

qazla təchizatı təmin edilmiş, 

şəhərin içməli su və kanalizasiya 

sisteminin yenidən qurulması 

və digər kommunal xidmətlərin 

həcminin və keyfiyyətinin 

yüksəldilməsinə diqqət artı-

rılmışdır. Əhalinin təbii qaza 

tələbatını ödəmək məqsədilə 

şəhərin qaz şəbəkəsində təmir və 

yenidənqurma işləri aparılmış, is-

tismara yararsız qaz kəmərləri ye-

nisi ilə əvəz olunmuşdur. Elektrik 

enerjisi ilə təminatı yaxşılaşdırmaq 

məqsədilə Şirvan Paylayıcı Şəbəkə 

Sahəsi tərəfindən şəhər ərazisində 

6864 metr müxtəlif diametrli kabel 

və naqil xətləri çəkilmiş, 20 ədəd 

dəmir, 30 ədəd dəmir-beton dayaq-

lar quraşdırılmışdır. 

Səhiyyə müəssisələrində 

əhaliyə göstərilən tibbi xidmətin 

səviyyəsinin yaxşılaşdırılması 

sahəsində bir sıra işlər görülmüş-

dür. Prezident İlham Əliyevin 

göstərişinə əsasən əhali ümumi 

profilaktik müayinələrə cəlb olun-

muş, 18 yaşından yuxarı 59 min 

139 vətəndaş müayinə olunmuşdur.

2016-cı ildə dövlət büdcəsinin 

Şirvan şəhəri üzrə yerli gəlirlərinin 

proqnozu 15 milyon 631 min 

manata qarşı 17 milyon manat və 

ya 108,8 faiz yerinə yetirilərək 

büdcəyə proqnozda nəzərdə 

tutulduğundan 1 milyon 371,3 min 

manat çox vəsait daxil olmuşdur. 

Faktiki olaraq hesabat dövrü 

üzrə daxil olmuş yerli gəlirlərin 

məbləği ötən ilin eyni dövrü ilə 

müqayisədə 146,2 min manat çox 

olmuşdur. Yerli xərclər tamamilə 

yerli gəlirlərdən daxilolmalar 

hesabına maliyyələşdirilmiş, 

qanunla müdafiə olunan və 

onlara bərabər tutulan xərclər, 

habelə digər xərclərin vaxtında 

maliyyələşdirilməsi təmin edil-

miş, əmək haqqı və ona bərabər 

tutulan xərclərin ödənilməsində 

gecikmələrə yol verilməmişdir. 

Əhaliyə əmək pensiyalarının, 

sosial müavinətlərin, aztəminatlı 

ailələrə ünvanlı dövlət sosial 

yardımlarının vaxtında verilməsinə 

müntəzəm nəzarət edilmişdir.

Kənd təsərrüfatı istehsalının 

inkişafına xidmət edən infrast-

rukturun maddi-texniki bazasının 

möhkəmləndirilməsi məqsədi ilə 

“Aqrolizinq”ASC-nin Şirvan Re-

gional Nümayəndəliyi tərəfindən 

2016-cı il ərzində kənd təsərrüfatı 

məhsulları istehsalçılarına 103 min 

manat dəyərində 70 faiz güzəştli 

qiymətlə 565,8 ton mineral gübrə 

satılmışdır. Tikinti-quraşdırma və 

abadlıq işləri davam etdirilmişdir. 

Şirvan şəhərində qarşıya qoyulmuş 

məsələlərin həlli istiqamətində 

uğurlu addımlar atılmış, abadlıq 

və yenidənqurma işlərinin həcmi 

genişləndirilmişdir. Qaçqınların 

və Məcburi Köçkünlərin işləri 

üzrə Dövlət Komitəsinin sifarişi 

əsasında “Tunel Metro” MMC 

tərəfindən şəhər ərazisindəki 

məktəblərdə məskunlaşmış 

məcburi köçkün ailələri üçün 

şəhərin Xaqani küçəsində 21 

mənzilli 3 mərtəbəli yaşayış 

binasının tikintisi başa çatdırılaraq 

istifadəyə verilmişdir. Qarabağ 

müharibəsi əlilləri və şəhid ailələri 

üçün Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyinin xətti ilə 

8 fərdi mənzil tikilib istifadəyə 

verilmişdir. Şəhərin küçə və park-

larında genişmiqyaslı yaşıllaşdırma 

işləri davam etdirilmişdir. Şəhər 

ərazisində 7 min 200 ədəd ağac 

və 22 min 150 ədəd gül kolları 

əkilmişdir.

“Azərbaycan Respublikası 

regionların sosial-iqtisadi inki-

şafına dair Dövlət Proqramı”nın 

icrası ilə bağlı Şirvan şəhərində 

nəzərdə tutulan tədbirlərin ardıcıl 

olaraq həyata keçirilməsi təmin 

olunmuşdur.

“Azərbaycan Respublikası 

regionlarının 2014-2018-ci illərdə 

sosial-iqtisadi inkişafı Dövlət 

Proqramı”nın icrasının üçüncü 

ilinin yekunlarına həsr olunan 

konfransda Azərbaycan Respub-

likasının Prezidenti cənab İlham 

Əliyev öz çıxışında regionla-

rın özünü maliyyələşdirməsi, 

mövcud iqtisadi potensialdan 

daha səmərəli istifadə olunması, 

idxalı əvəz edən və ixracyönümlü 

istehsal, emal və infrastruktur 

müəssisələrinin yaradılması 

istiqamətində müvafiq tədbirlərin 

reallaşdırılmasını tapşırmışdır. Bu 

məqsədlə İqtisadiyyat Nazirliyi 

tərəfindən Şirvan şəhərinin möv-

cud iqtisadi potensialına uyğun 

olaraq “Çörək zavodu”nun, “Zey-

tun emalı fabriki”nin, “3 ulduz” 

otelin, ixtisaslaşdırılmış “Yaşıl 

marketin”, “Müasir istixana” və 

“Zeytunçuluq təsərrüfatları”nın 

yaradılması məqsədə uyğun hesab 

edilmişdir.

2016-cı ildə RİH başçısı 

tərəfindən şəhərin müxtəlif ünvan-

larında 40 səyyar qəbul keçirilmiş, 

763 vətəndaş fərdi qaydada qəbul 

edilmişdir. Hesabat dövrü ərzində 

şəhər icra hakimiyyəti başçısının 

aparatına vətəndaşlardan 233 ərizə, 

təklif və şikayət daxil olmuş, hər 

bir müraciətə diqqətlə baxılmışdır. 

Tədbirdə Prezident Aparatının 

məsul işçisi Vəfadar Bağırov və 

Milli Məclisin deputatı Rafael 

Cəbrayılov çıxış etmişlər. 

Səməd HÜSEYNOĞLU,  

“Xalq qəzeti”nin 

bölgə müxbiri

NAFTALAN: 

Kurort şəhəri 

yeniləşmə yolunda

 

ˆ

Ölkəmizdə aparılan davamlı sosial-iqtisadi 



siyasət, regional inkişaf proqramının müddəalarının 

ardıcıl gerçəkləşdirilməsi nəticəsində kurort şəhəri 

Naftalanın da hərtərəfli inkişafı üçün son illərdə önəmli 

işlər görülmüşdür.

Ötən il qarşıya qoyulmuş 

vəzifələrin yerinə yetirilməsi  

şəhər həyatının bütün sahələrində 

uğurları təmin etmişdir. 2016-cı 

ildən Naftalanın da adı  xərclərini 

öz gəlirləri hesabına təmin edən 

rayon və şəhərlər sırasına daxil 

edilmişdir. Şəhər bu öyünc-

lü göstəriciyə  turizmi inkişaf 

etdirmək, dünya şöhrətli kurort, 

sanatoriya və sağlamlıq poten-

sialını müasirləşdirməklə nail 

olmuşdur.

Bütün bunlar barədə 

bugünlərdə keçirilən ümumşəhər 

toplantısında geniş söhbət açılmış, 

nailiyyətləri daha da artırmaq yol-

ları müzakirə edilmişdir. 2016-cı 

ilin sosial-iqtisadi inkişafının ye-

kunları və qarşıda duran vəzifələr 

barədə  hesabat məruzəsi ilə çıxış 

edən şəhər icra hakimiyyətinin  

başçısı Natiq Aslanov bildirmiş-

dir ki, Prezident İlham Əliyevin 

rəhbərliyi ilə ölkədə həyata 

keçirilən tərəqqi və yeniləşmə 

strategiyası digər regionlar kimi, 

uzun illərin problemlərindən 

əziyyət çəkən Naftalanı da 

hərtərəfli yeniləşmə və irəliləyiş 

yoluna çıxartmışdır. Bunu ötən 

ilin əsas sosial-iqtisadi inkişaf 

göstəriciləri daha aydın göstərir.

2016-cı ildə şəhər üzrə  

istehsal və xidmətlərin həcmi 

18 milyon 116,7  min manat 

olmuşdur. Sənaye istehsalı əvvəlki 

illə müqayisədə 16,8 faiz artaraq 

1 milyon 960,7 min manat, kənd 

təsərrüfatı məhsulları 4,7 faiz ço-

xalaraq 2 milyon 73,4 min manat 

təşkil etmişdir. Qaşaltı Qaraqo-

yunlu və Qasımbəyli kəndlərində  

175,38 hektardan 457 ton taxıl 

istehsal olunmuşdur. Şəhərdə 7 

milyon 321,7  min manatlıq tikin-

ti-quraşdırma işləri aparılmışdır. 

İl ərzində işsizliyin azaldıl-

ması daim diqqət mərkəzində 

saxlanılmalıdır. 149 yeni iş yeri 

açılmış və 146 nəfər işlə təmin 

olunmuşdur. Əmək yarmarkasında 

isə 30 işaxtaran daimi iş tapmış-

dır. Məşğulluq Mərkəzi 257 nəfəri 

peşəsinə uyğun işə yönəltmişdir. 

Orta aylıq əmək haqqı 262,1 

manata qalxmışdır.

Humanitar  və xidmət sfe-

ralarının ahəngdar fəaliyyətinin 

təmin edilməsindən söhbət 

açan başçı qeyd etmişdir ki, bu 

sahələrin gündəlik qayğıları daim 

diqqət mərkəzində olmuşdur. 

Təhsil müəssisələrində tədrisin 

keyfiyyətinin yaxşılaşdırılması 

məqsədilə bir sıra işlər görül-

müşdür. Ötən il şəhərin mədəni 

həyatı da zənginləşmiş,  mühüm 

tarixi hadisələrə, bayramlara  həsr 

olunmuş silsilə tədbirlər keçiril-

mişdir. Səhiyyə müəssisələrində 

əhaliyə göstərilən tibbi xidmətin 

səviyyəsinin yüksəldilməsi, 

sanitar-gigiyenik vəziyyətə 

müntəzəm nəzarət edilməsi, 

infeksion, parazitar xəstəliklərin, 

qida zəhərlənmələrinin qarşısının 

alınması istiqamətində zəruri işlər 

davam etdirilmişdir.

Dövlət proqramlarına 

uyğun olaraq, şəhərdə istilik, 

qaz, su-kanalizasiya təchizatının 

yaxşılaşdırılması sahəsində işlər 

tam başa çatdırılmışdır. Elektrik 

təchizatının yaxşılaşdırılması 

məqsədilə yerüstü xətlər yeraltı ilə 

əvəz edilmiş, bütün abonentlərə 

smartkart tipli sayğac quraşdırıl-

mışdır. 


Hesabatda göstərilmişdir ki, 

son illər şəhər infrastrukturunun 

inkişafına da diqqət artırılmış, 

geniş quruculuq və abadlıq işləri 

ötən il də davam etdirilmişdir. 

Başlanılan işlər çərçivəsində uzun 

illərdən bəri baxımsız qalmış 

çoxmənzilli yaşayış binalarının 

fasadı və dam örtükləri əsaslı 

təmir olunmuş, binadaxili və 

şəhərdaxili bütün kommunikasiya 

xətləri yenilənmişdir. Bu işlərin 

başa çatması ilə şəhərin estetik 

gözəlliyinin bərpasına başlanıl-

mışdır. 

Artıq şəhərin bir hissəsində 

yolların, səkilərin kənarlarına 

yeni yol və səki daşları düzülmüş, 

50 min kvadratmetr  yeni asfalt 

örtüyü salınmışdır. Qonaqların 

mənalı istirahəti və asudə vaxtla-

rının səmərəli təşkili üçün mini 

istirahət parkları və piyada yolları 

yaradılmışdır. Binaların qarşısında 

söhbətgahlar, basketbol, tennis və 

uşaq oyun meydançaları quraşdı-

rılmış, həyətlər işıqlandırılmışdır. 

Məhəllələrdə 1000-dən artıq çinar, 

Qələbə parkına 3 mindən artıq el-

dar şamı əkilmişdir. Özəl nar bağı 

salınması üçün 200 hektar torpaq 

sahəsi ayrılmışdır.

Qurban Namazəliyev adına 

yaşayış məhəlləsində yeni elekt-

ron avtomat telefon stansiyası  

quraşdırılaraq istismara verilmiş-

dir. Köhnə rabitə kabelləri xüsusi 

örtüklü, müasir standartlara cavab 

verən yeni optik kabellərlə əvəz 

edilmişdir. Təmir işləri aparılan 

çoxmənzilli yaşayış binaların-

da rabitə xətləri və paylayıcı 

qutular  yenilənərək borularla 

çəkilmişdir. Ötən il abonentlərə 

öncədənödəmə sistemli smart 

elektron su sayğaclarının quraş-

dırılmasına başlanılmışdır. Su və 

kanalizasiya xətlərində baş vermiş 

qəza halları qısa müddətdə aradan 

qaldırılmışdır. 

Şəhərdə 10 mərtəbəli, 42 

otaqdan ibarət yeni “Avtovağ-

zal Otel” kompleksində tikinti 

işləri davam etdirilmişdir. Əsaslı 

təmirinə başlanılmış Əlillərin 

Regional Bərpa Mərkəzində aparı-

lan tikinti işləri gecikmə ilə icra 

olunmuşdur.  

Məruzəçi daha sonra bildir-

mişdir ki, Prezident İlham Əliyev 

2014-cü ildə Naftalanda “Qarabağ 

SPA and Resort” otel kompleksi-

nin açılışında ictimaiyyətlə görüşü 

zamanı şəhərin inkişafı ilə bağlı 

verdiyi tapşırıq və tövsiyələrinin 

qısa müddətdə yerinə yetirilməsi 

nəticəsində Naftalan nadir 

müalicəvi xassəli nefti, müla-

yim iqlimi və burada yaradılan 

müasir turizm infrastrukturu ilə 

daha çox turisti özünə cəlb edir. 

Hazırda Naftalanda 3-ü beşulduz-

lu olmaqla fəaliyyət göstərən 10 

kurort-sanatoriya, turizm-istirahət 

mərkəzində gün ərzində 2100 

nəfərə yüksək səviyyədə xidmət 

göstərmək imkanı var.  

Ötən il Naftalanın sanatoriya-

kurort mərkəzlərinə üz tutan yerli 

və xarici turistlərin sayı son 5 

ildəkindən 4-5 dəfə çox olmuşdur. 

2016-cı ildə 25 min turist qeydə 

alınıb ki, bunun da 5200 nəfəri 

xaricilərdir.

Məruzə ətrafında çıxışlarda 

ayrı-ayrı sahələrdəki uğurlardan 

və həllini gözləyən məsələlərdən 

danışılmışdır.

Qəbul edilmiş qərarda cari 

ilin hədəfləri əksini tapmış, 

əminliklə qeyd olunmuşdur ki, 

2017-ci il də Naftalan şəhəri üçün 

uğurlu olacaqdır.

İştirakçılar adından  

Prezident İlham Əliyevə ün-

vanlanan müraciətdə Naftalana 

göstərdiyi diqqət və qayğıya 

naftalanlıların dövlət başçısına 

minnətdarlığı ifadə olunmuşdur.

Ziyəddin SULTANOV, 

“Xalq qəzeti”nin 

bölgə müxbiri

GƏDƏBƏY:

 Nailiyyətlər də var, 

həllini gözləyən məsələlər də

 

ˆ

 “2016-cı il Gədəbəy üçün uğurlu il olmuş, 



rayonun inkişafı, sosial infrastrukturun yaradılması ilə 

bağlı həyata keçirilən işlər davam etdirilmişdir.

Vətəndaşların çoxsaylı 

müraciətləri əsasında ra-

yon mərkəzində 156 nəfərlik   

“Mərasim zalı”, ümumi 

sahəsi 4500 kvadratmetr  olan 

yeni istirahət parkı, elektrik 

şəbəkəsinin, kənd təsərrüfatı və 

baytarlıq idarələrinin inzibati 

binalarının tikintisi başa çatdı-

rılmış, şəhərdəki dördmərtəbəli 

inzibati binaya aqlay üzlük 

vurulmuş və işıqlandırma sistemi 

quraşdırılmışdır. Hazırda 108 

şagird yerlik Şınıx kənd tam orta 

məktəbinin və Çalburundakı 

Qaraçay üzərindəki körpünün 

tikintisi davam etdirilir. Gədəbəy 

şəhərində  öz  gözəlliyi və müasir 

memarlıq üslubü ilə seçiləcək 

Heydər Əliyev Mərkəzinin 

tikintisinə başlanılıb.

Ölkə Prezidentinin 13 may 

2016-cı il tarixli sərancamı ilə  5 

yaşayış məntəqəsini birləşdirən, 

7 min nəfər əhalinin istifadə 

etdiyi 9 kilometr uzunluğunda 

olan Novosaratovka-Çobankənd-

Novoivanovka avtomobil yolunun 

tikintisi başa çatdırılmışdır. Eyni 

zamanda, Azərbaycan Kənd İn-

vestisiya Layihəsi-2 çərçivəsində 

rayonun 8 kəndində 102 kilometr 

kəndarası yollar təmir edilmiş-

dir...”

“Azərbaycan Respublikası 



regionlarının 2014-2018-ci illərdə 

sosial-iqtisadi inkişafı Dövlət 

Proqramı”nın icrasına başlanılmış 

və regionların inkişafına yönəlmiş 

3-cü Dövlət Proqramında rayonu-

muzun inkişafını təmin edən 17 

tədbirin icrası nəzərdə tutulmuş-

dur”.


Yuxarıda qeyd olunan faktlar 

və rəqəmlər Gədəbəy Rayon İcra 

Hakimiyyətinin başçısı Ramiz  

Yediyarovun 2016-cı ilin yekunları 

və qarşıda duran vəzifələrə həsr 

olunmuş məruzəsindən götürülmüş-

dür. Rayon rəhbəri hesabat verərkən 

demişdir ki, ölkə başçısı cənab 

İlham Əliyevin qarşımıza qoyduğu 

vəzifələri yerinə yetirmək üçün biz 

hələ çox iş görməliyik. Xüsusilə 

Gədəbəyin kifayət qədər torpaq 

sahələrinə malik olmasını nəzərə 

alaraq əhalinin məşğulluğunun 

artırılması və yeni iş yerlərinin ya-

radılması istiqamətində daha təsirli 

tədbirlər görməliyik. İl ərzində 

rayona 11845 min manat investisiya 

cəlb olunmuş və daha 2680 min 

manat investisiyanın cəlb edilməsi 

nəzərdə tutulur. İstehsal və xidmət 

sahələrinin fəaliyyəti nəticəsində 

220 iş yeri açılmış və daha 145 iş 

yeri yaradılacaqdır.

Rayonun iqtisadiyyatının 

əsasını əkinçilik və heyvandarlıq 

təşkil etdiyi üçün bu sahənin daha 

da inkişaf etdirilməsi istiqamətində 

işlər aparılaraq məhsul istehsal-

çılarına lazımi dəstək verilmiş və  

müvafiq kömək göstərilmişdir.

Kənd təsərrüfatı məhsullarının 

istehsalının artırılması ilə əlaqədar 

Azərbaycan Respublikası Preziden-

tinin Administrasiyasında yaradıl-

mış işçi qrupun keçən ilin iyununda 

rayona səfəri olmuş və Slavyanka 

kəndində fərdi təsərrüfatlara baxış 

keçirilmişdir. Tədbirin sonunda 

keçirilən müşavirədə mövcud 

vəziyyət və gələcək perspektivlər 

haqqında geniş müzakirə aparılmış, 

rayonda kənd təsərrüfatının inkişafı 

ilə bağlı təkliflər irəli sürülmüşdür.

2016-cı il ərzində rayonda 

109,1 min ton kartof istehsal 

olmuşdur ki, bu da 2015-ci 

illə müqayisədə 5 min ton və 

ya 3,9 faiz çoxdur. Qeyd edək 

ki, əsas ərzaq məhsulları ilə 

özünütəminetmənin səviyyəsi 

kartof, ət, süd və süd məhsulları 

üzrə 100 faiz, yumurta üzrə 61 faiz, 

tərəvəz üzrə 38 faiz, taxıl üzrə  25 

faiz təşkil etmişdir.

Dövlət Proqramına uyğun 

olaraq, hesabat ilində Miskinli, Ça-

naqçı və Samanlıq kəndlərinə təbii 

qaz verilmişdir. Hazırda qazlaşma-

nın səviyyəsi yaşayış məntəqələri 

üzrə 33, ev təsərrüfatları üzrə isə 

54,2 faiz təşkil edir.

Cari il ərzində rayonun 

Əlinağılar və Qalakənd kəndlərinin 

təbii qazla təchiz edilməsi nəzərdə 

tutulur.    

Gədəbəy şəhərinin su təchizatı 

və kanalizasiya sisteminin yenidən 

qurulması ilə bağlı işlər hesabat 

ilində sürətlə davam etdirilmiş, 

14,8 kilometr magistral su xətti, 

48,4 kilometr kanalizasiya xətti 

çəkilmiş, 276 ədəd hidrant,175 

ədəd siyirtmə və 2275 ədəd sayğac 

quraşdırılmışdır. Su anbarlarında 

tikinti-quraşdırma işləri davam 

etdirilir.

Kəndlərdə infrastruktu-

run yenilənməsi və bərpası 

istiqamətində işlərə daim diqqət 

yetirilmiş, bu məqsədlə müxtəlif 

təşkilatların rayonda fəaliyyəti 

üçün şərait yaradılmışdır. Nəticədə 

İkinci Azərbaycan Kənd İnvestisiya 

Layihəsinin maliyyə dəstəyi ilə ra-

yonun İnəkboğan və Səbətkeçməz 

kəndlərinə su çəkilmiş, Alnabat 

kəndində elektrik sistemi təmir 

edilmiş, Düz Rəsullu, Şınıx, 

Əlinağılar, Slavyanka və Çanaqçı   

kəndlərində abadlıq işləri aparıl-

mışdır. Eyni zamanda, Qırmızı Xaç 

Komitəsi ilə aparılan qarşılıqlı işlər 

nəticəsində rayonun sərhəd kəndləri 

olan Qaravəlilər, Hacılar və Göyəli 

kəndlərində 140 nəfər imkansız 

ailənin hər birinə 1100 manat 

olmaqla, 140 min manat maddi yar-

dım göstərilmişdir. Bundan başqa 

Qaravəlilər kəndində 240, Hacılar 

kəndində 154 ədəd elektirik dayağı 

yenisi ilə əvəz edilmiş və Aytəkin 

Məmmədov adına Göyəlli tam orta 

məktəbinə 900 metr məsafədən 

içməli su xətti çəkilmişdir. 

Rayonda əhaliyə tibbi xidmət 

121 çarpayılıq akademik Zərifə 

Əliyeva adına Gədəbəy Mərkəzi 

Rayon Xəstəxanası, 5 kənd 

xəstəxanası,19 həkim məntəqəsi, 

25 tibb məntəqəsi, Gigiyena 

və Epidemiologiya Mərkəzi 

tərəfindən göstərilir. Əhalinin 

sağlamlığı keşiyində 303 nəfər tibb 

işçisi  dayanır ki, onlardan da  77 

nəfəri həkim, 226 nəfəri orta tibb 

işçiləridir. 

Keçən il RİH başçısı 

tərəfindən yerlərdə 53 səyyar görüş 

keçirilmiş və bu görüşlərdə 8036 

nəfər iştirak etmiş, vətəndaşlar 

tərəfindən 232 təklif irəli sürül-

müşdür. 

Bu il Gədəbəy şəhərində 

abadlıq-quruculuq işlərinin 

davam etdirilməsi, o cümlədən 

rayon mərkəzində Dövlət Bayrağı 

meydanının yaradılması,  yaşayış 

məntəqələrində qazlaşma işlərinin 

sürətləndirilməsi, elektrik enerjisi 

təchizatı ilə bağlı infrastruktur 

layihələrin davam etdirilməsi, 

Heydər Əliyev Mərkəzinin tikintisi, 

Gədəbəy şəhərinin su və kanaliza-

siya sisteminin inşası  işinin başa 

çatdırılması  qarşıda duran mühüm 

vəzifələrdən biridir.

Hesabat yığıncağında Prezi-

dent Administrasiyasının məsul 

işçisi Əlibaba Əliyev çıxış edərək 

ölkədə görülən işlərdən, qarşıda 

duran vəzifələrdən danışmışdır.

Yığıncaq iştirakçıları 

Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevə müraciət 

göndərmişlər.



Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin 

bölgə müxbiri

10

Yüklə 105,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə