Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

 
32
Xanım  Əhmədovanın tərcümeyi halını anketləşdirərək aşağı-
dakı məlumatlar alınmışdır: Xanım Əhmədova  1920-ci ildə anadan 
olmuşdur.Eyni adlı  kəndin sakini və folklor nümunələrinin daşı-
yıcısıdır. 
«Axşam bazar yar hey», «Sıpya kota ve xose» («Ağ pişik çox 
gözəldir»)  mahnılarını dinləyərək, Xanım nənənin canlı ifasının 
şahidi olduq. 78 yaşlı Xanım nənə «Kinəlim» «Halay» rəqs mahnı-
sının başqa variantını oxudu. Söhbət əsnasında  Xanım nənə «Gila-
var» mahnısı haqqında  məlumat verdi. Ağbirçək nənənin  söylədiyi  
«Balalarım»  ağı mahnısı da nəzər diqqətimizi cəlb etdi. 
Rastlaşdığımız və adlarını qeyd etdiyimiz informatorlarla gö-
rüşümüz  Masallı rayonunda  «Halay»  rəqs mahnılarının yerli əhali 
arasında kütləvi surətdə nisbətən az istifadə olunması faktını qarşı-
mıza çıxartdı. Lakin, bu o demək deyildir ki, «Halay» rəqs mah-
nıları  ərazidə mövcud olan əvvəlki dövrlərdə  də öz inkişafı baxı-
mından zəif olmuşdur. Yerli əhali arasında rast gəldiyimiz ilk fərdi 
informator Xanəli Ağayev bizi «Halay»  rəqs mahnıları ilə  məlu-
matlandırmağa çalışsa da, onun söylədikləri tədqiqat işimizin məq-
sədi olan «Halay» rəqs mahnılarının yaranma mənşəyi, genişliyi
çoxluğu və s. ilə tanış edə bilmədi. Lakin, onun verdiyi istiqamət 
aparacağımız  tədqiqatın genişlənməsi prosesinə təkan verdi. Bu ba-
xımdan Masallının Qızılavar kəndində Xanəli müəllimin anası Xa-
nım nənənin zümzümə ilə oxuduğu «Halay»lar, mahnılar və dediyi 
tarixi informasiyalar «Halay» rəqs mahnılarının qədim köklərə bağlı 
olmasından  xəbər verirdi. 
21 avqust 2007-ci ildə  İşqədərə kəndində Rəhim Kərim oğlu 
Tağıyevin təşkil etdiyi 1963-1977-ci illərdə ictimai əsaslarla fəaliy-
yət göstərən 1978-ci ildə isə dövlət statusu almış Tarix – Diyar-
şünaslıq muzeyi ilə tanış olduq. 
Tarixi eksponatlar haqqında X.Ağayev tərəfindən məlumat 
verildi. Muzeydə  qədim qadın geyimləri və musiqi alətləri dəyərli 
tarixi eksponat kimi xüsusi yer tuturdu.  Bu alətlər sırasına dor, ney 
qını, ney, bırbık, lakkuti, sınədaşı, zəncir, təbil daxil idi. Masallı 
rayonunun  İşqədərə  kəndində R.Tağıyev adına  Diyarşünaslıq mu-


 
33
zeyi ilə tanış olmağımız, orada qədim Azərbaycan zərb və  nəfəsli 
alətlərinə rast gəlməyimiz bu bölgədə istifadə edilən həmin alətlərin 
qədimliyindən xəbər verirdi. 
Masallı rayonunun  Mahmudavar kəndinə yollanaraq, bu kən-
din sakini talış folkloru haqqında geniş  məlumatı olan Əbdülrza 
Əhmədovla görüşdük. 
Onun haqqında qısa anket məlumatlar bundan ibarətdir: 
Əbdülrza  Əhmədov 1930-cu ildə Masallı rayonunun Mahmudavar 
kəndində anadan olmuşdur.  1947-ci ildə Lənkəran  Pedaqoji texni-
kumunu  bitirdikdən  sonra müəllimlik  fəaliyyətinə başlamışdır. 
Hal-hazırda  Mahmudavar  kənd orta məktəbində tarix müəllimi 
vəzifəsində çalışır. 
Onun evində aparılan çəkilişlər (audio və video)  talış folklo-
runda özünəməxsus yeri olan  «Halay»lar  haqqında  geniş məlumat 
verirdi.   Bu görüşdən alınan «Halay»lar haqqında məlumatlar bizdə 
böyük maraq doğurdu. O, «Halay»  rəqs mahnılarını, bu mahnıların  
halaybaşlıqlarını  xüsusi  dəftərə  yazaraq  onları ardıcıllaşdırmışdır. 
Qocaman  müəllim  illərin  məhsulu  olan  bu  dəftəri  vərəqləyərək  
qeyd  etdiyi halaybaşlıqlarını  nəinki  zümzümə  edirdi, eyni zaman-
da  bu  mahnılar  haqqında məlumat  verməyə  çalışırdı. 
Əbdülrza müəllimlə  «Halay» rəqs mahnıları haqda fikir mü-
badiləsi apararaq o, M. Maqomayevin 1905-1911-ci ilə qədər bu zo-
nada işlədiyini qeyd etdi. Yadda qalan xatirələrinə görə Ü. Hacıbəy-
li 1937-ci ildə bu bölgəyə  gəlmiş    və «Halay» mahnılarını  topla-
mışdır. 
Ə.Əhmədov
 
bir çox «Halay» rəqs mahnıları haqqında 
danışarkən aşağıdakı halaybaşlıqlarını qeyd edir: 
 
1. Ay qız toyun mübarək  
    Bəstə boyun mübarək 
 2. Gəldi oğlan adamı nay narey nay 
     Ağam sındır badamı diri nar hey 
3. Qardaş toyuna qurban  
    Bəstə boyuna qurban 
4. Gəlin verən evin abadan olsun 
    Özündə bəy toyun mübarək olsun 
5. Arxalığı zər işidir gəlinin          
    Atası yaxşı kişidir gəlinin 
6. Xonçaya düzdüm noğulu badamı 
    Mübarək olsun gəlinin qədəmi 
7. Ay qız nışanlın gəlir,      
Qırmızı şalın gəlir. 
8. Ağlama ceyran balası, ağlama 
    Gedər gözlərinin qarası ağlama 


 
34
9. Basma-basma tağları  
   Saraldı yarpaqları 
               
10. Nanay nanay ay nanay 
      Gülüm  nanay  nanay 
11. Dəst eylər gül eylər                     
      A  gırmızı nimtənə
1
                   
12. Ay bivəfalı dağlar 
      Əcəb səfalı dağlar 
13.Oturun gızlar oturun hey             
     Aşığları gətirin hey                      
14. Hər aşiqin dövranı var 
      Hər gülün öz seyranı var 
15. Verin bizim gəlini                       
Qaynı bağlar belini                     
16. Nar-nar nargilə 
      Durun gedək yar gilə 
17.Yar üzü xallı ceyran                     
     Gəlsə yüz əlli ceyran                   
     Vermərəm bir baxışı                    
     Ləbləri ballı ceyran                      
18.  Ağac başı şingilə 
       Şin giləni kim bilə 
       Gündə yüz söz qoşaram 
       Sənin kimi yüngülə 
19. Bülbülüm ayıq deyil                   
      Ayıqdır sayıq deyil                     
      O  sözü sən söylədin                   
      Ağzına layiq deyil                       
20. Almanı alma gəlin 
      Al yerə salma gəlin 
      Evlərdə çox söz olar 
      Ürəyinə salma gəlin 
21.A yordu yordu yordu                   
    Görək kim kimi yordu                  
22. Ay bu toyun adamları 
      Sındırın şəkər badamları 
23.Bağçası barı                                 
     Meyvəsi narı                                
     Qardaş boyuna gurban                 
     Adaxlın hanı                                
 24. Ey gülüm maşallah 
       Ey gülüm maşallah 
       Yarım səfərə çıxıb 
       Gələcək inşaallah 
 
25.Can gülüm can can                  26.  Çalın,çağırın,vurun çilingə 
     Gəl gülüm yar hey                          Durub oynasın bəzəkli yengə 
 
27.Yol açın gəlin gəlir                   28. Yarim yar olsa 
      Şahı mərdana gəlir                          Günü neylər mənə 
       Ala göz gəlin gəlir 
 
29.Anam mən neyləyim dözə bilmirəm   30.   Ey gülüm maşallah 
      Yar yazan kağızı poza bilmirəm                Ey gülüm maşallah 
 Anam sənə qurban mən özüm sənə 
   Yarım səfərə çıxıb                          
Yar sənə aşigəm gəlin ol mənə                   Gələcək inşallah 
 
                                           
1
 Nimtənə - gödəkcə, məxmərdən hazırlanmış qız geyimi. Qolları və yaxalarında 
qızıl düymələri olan,qıraqları qızılla bəzədilmiş gəlin geyimi.  


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə