Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

 
29
Beləliklə, «Halay» rəqs mahnıları  əkinçilik, biçinçilik və digər 
zəhmət prosesində ifa olunan mahnılarla yanaşı, öz müasir şəklini 
həyat-məişət, sevgi, toy və bayram  mövzularında tapmışdır. 
«Halay» rəqs mahnıları talış etnik qrupunun musiqi mədəniy-
yətində özünəməxsus yer tutmuş və bu gün də bu xalqın yaddaşında  
yaşamaqdadır. Çünki bu mahnılarda xalqın həyatı, məişəti, etimolo-
giyası, etnopsixologiyası, mənəvi aləmi və adət-ənənəsi  əks olun-
muşdur ki, bu da xalqın  əbədi yaşarlığını sübut edir. Deməli talış 
folklorunda  xüsusi yeri olan «Halay » rəqs mahnıları bu gün də 
yaşayır. 
 
 
1.2. Lənkəran - Astara bölgəsində toplanılan 
«Halay» rəqs mahnıları 
 
Azərbaycan xalq folklorunda mövcud olan bir çox ənənəli 
musiqi və mahnılar  öz təcəssümünü Azərbaycanın cənub bölgə-
sində yaşayan talışların «Halay» rəqs mahnılarında da tapmışdır. 
Bunun da səbəbi təbiidir. Çünki zəngin bədii irsə malik olan bu 
etnik qrup nəinki Azərbaycan folklorundan nə isə  əxz etmiş, eyni 
zamanda onun mahnı yaradıcılığına da böyük təsir göstərmişdir. 
Bütün bunların nəticəsi olaraq, bu xalqların musiqisi bir-biri ilə elə 
qaynayıb-qarışmışdır ki, onları ayırd etmək bir qədər çətinlik təşkil 
edir. Əvvəlki bölümdə «Halay» rəqs mahnılarının bir ənənəvi sənət 
olaraq uzun illər,  əsrlər boyu nəsildən-nəslə ötürülərək günümüzə 
qədər gəlib çatdığı haqda geniş məlumat verdik. Bir tədqiqatçı kimi 
bizim apardığımız tədqiqatlar Azərbaycan Respublikasının Cənub-
Şərq hissəsində yerləşən Masallı, Lənkəran, Lerik və Astara 
rayonlarında olmuşdur.  Şərti olaraq Lənkaran-Astara bölgəsi 
adlandırdığımız bu dörd rayona təşkil etdiyimiz musiqi-folkloru 
ekspedisiyası zamanı topladığımız, talışlara məxsus «Halay» rəqs 
mahnılarında sezilən zərif çalarların olması  nəzər diqqətimizi cəlb 
etmişdir. Bu «Halay» rəqs mahnılarının musiqi nəzəri və poetik 
cəhətdən araşdırılması zamanı  əldə etdiyimiz ümumi nəticələr 


 
30
əhəmiyyətli dərəcədə  rəngarəng və maraqlı  cəhətləri özündə  əks 
etdirmiş olur. Dəyərli musiqi elementləri ilə  zəngin olan «Halay» 
rəqs mahnılarının toplanılması zamanı bir çox insanların, müxtəlif 
folklor kollektivlərinin bizə yaxından göstərdikləri dəstək, apardığı-
mız tədqiqatda böyük rol oynamışdır. Bütün bu yazdığlarımız Lən-
kəran - Astara bölgəsinə etdiyimiz musiqi folkloru axtarışları ilə 
bilavasitə bağlı olduğu üçün, bu ekspedisiyanı  təfərruatı ilə qeyd 
etmək istərdik. 
Ekspedisiya 21 avqust 2007-ci il tarixində Masallı rayonu Qı-
zılavar kənd sakini, ilk informator Xanəli Ağayevlə görüşlə başladı. 
Onun qısa tərcümeyi-halı belədir:  Xanəli Ağayev 02.03.1940-cı 
ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O ali 
məktəbi bitirdikdən sonra 1969-cu ildən doğulduğu Qızılavar kənd 
məktəbində tarix fənni üzrə dərs deməyə başlamışdır. Talış dilində 
cap olunmuş şer kitablarının müəllifidir. 
Xanəli müəllim bizə tarixi məlumat verdi, o həm də «Bəzək 
vurun gəlinə», «Ay ləli qurbanın olum» mahnılarının Talış dilində 
və Azərbaycan dilində oxunan variantlarını zümzümə edərək anlat-
mağa çalışdı. Söhbət əsnasında Xanəli Ağayev rus xalq yaradıcılığı-
na məxsus olan «çastuşka» ilə talış «Halay» rəqs mahnılarının icrası 
zamanı oxşar cəhətlərin olduğu barədə məlumat verdi. Ola bilsin bu 
məlumat tam dəqiqliklə deyildi, amma onun səhnəsinin quruluşuna 
görə (dəstəyə bölünərək deyişmə) eynilik təşkil edir. 
Xanəli Ağayev bu bölgənin toy adət - ənənəsi haqqında mə-
lumat verərkən onu da qeyd etdi ki, əvvəllər toya hazırlıq bir ay ön-
cədən baş verərmiş. Hər gecə yaxın qohumlar, qonşular, yeniyetmə  
oğlan və qızlar bəy oğlanın evinə yığılaraq mahnı oxuyar, səhnəcik-
lər göstərər, müxtəlif mətbəxt bacarığı ilə tanış olardılar. Əgər top-
lananlar arasında sənət adamları vardısa, onlar (zurnaçı, balabançı 
və s.) öz sənətlərini nümayiş etdirirdilər. Bu dönəmdə toy evində 
qadınlardan təşkil olunan «Əlolə» adlı  mərasimlər də keçirilərmiş.  
«Əlolə» sözünün mənası Azərbaycan dilinə  tərcümədə    «lalə» de-
məkdir. Bu mərasimdə  iştirak edən yeniyetmə  qızlar və qadınlar 
toya hazırlıq işləri ilə məşğul olarkən, eyni zamanda laylalar, mah-


 
31
nılar və «Halay» mahnıları da söyləyərmişlər. Bu mahnılar özündə 
məişətdə baş verən müxtəlif əmək formaları ilə bağlı, pastoral tipli, 
kənd həyatına həsr olunmuş əmək hadisələrini cəmləşdirir. 
Xanəli müəllimin verdiyi məlumata görə təxminən 50-ci illər 
ərəfəsində talış dilli aşıqlar da mövcud idi. Onlar toy şənliklərində 
iştirak edirdilər. Bu aşıqlar əsasən Lerik rayonundan dəvət olunar-
mışlar. Bu haqda Lerik rayonuna musiqi folkloru ekspedisiyasından 
danışarkən ətraflı məlumat verəcəyik. 
Qız toyunda çalğı olmazdı. Toy iki dəstəyə bölünmüş qızların 
deyişmə şəklində söylədikləri «Halay» rəqs mahnıları ilə keçərdi. 
Xanəli Ağayev talış mahnıları haqqında məlumat verərək 
“Zange yarım” mahnısının 60-cı illər  ərəfəsində  məşhur müğənni 
Rəşid Behbudovun ifasında daha gözəl səslənməsinin və onun 
radionun qızıl fondunda mövcud olmasını da qeyd etdi. Bir çox talış 
mahnılarında mətnlər talış dilində olsa da, musiqilərin Azərbaycan 
xalq mahnıları ilə uyğunluğu nəzər diqqəti cəlb edir. Bu da 
bölümün  əvvəlində qeyd etdiyimiz kimi iki xalqın musiqi 
mədəniyyətinin bir-biri ilə qaynayıb - qarışmasından xəbər verir. 
X.Ağayev öz anasının 1992-ci il 17 avqust tarixində çəkilmiş 
video lentini nümayiş etdirdi. Onun anasının oxuduğu «Dü-dü-dü» 
mahnısı ilə lent nümayiş olunmağa başlayır. Astaranın Pensər kənd 
sakini Zülfüqar Əhmədzadənin şeiri əsasında olan bu mahnı  (Dü-
dü-dü)  əslində  əmək mahnısı  sırasına daxil olub, çoban mahnısı 
kimi də qeyd oluna bilər. 1938-ci ildə    Xanəli müəllimin anası bu 
mahnını hələ orta məktəbdə oxuyarkən öyrənmişdir. 
Bundan sonra 10 dekabr 1998-ci il tarixdə çəkilmiş başqa bir 
video lenti izlədik. Bu video lent yazısında Xanəli müəllimin anası-
nın ifasında  söylənilən: «Gəlin, gəlin tez gəlin, gəlin verək əl-ələ» 
mahnısı və Z.Əhmədzadənin  şeiri əsasında yazılıb, uşaq mahnıları 
sırasına daxil olan «Sıpya kota ve xose» («Ağ pişik çox gözəldir») 
mahnısı da dinlənildi.Video lenti izlədikdən sonra Xanəli Ağayevin 
anası Xanım nənə ilə görüşmək çox maraqlı idi. Xanəli müəllimin 
də bizi anası ilə görüşdürmək təklifi tam yerinə düşdü. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə