Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

 
42
Onun haqqında qısa anket məlumatlar bundan ibarətdir: Məm-
mədova Vəsmə Nəsir qızı 1932-ci ildə Masallı  rayonunun Mahmu-
davar kəndində anadan olmuşdur.75 yaşlı  həvəskar folklorçu, 
rayonda keçirilən  ənənəvi tədbirlərdə  çıxış edərək rayon ictimaiy-
yətinin rəğbətini qazanmışdır. 
Vəsmə  nənə  qızıyla bərabər  oxumağa xüsusi hazırlaşaraq, 
dəfini götürüb bizim qarşımızda əyləşdi. Qavalını nümayiş etdirərək 
onlar böyük həvəslə bildikləri mahnıları    ifa  etməyə başladılar. 
Onların təqdim etdikləri mahnılar daha şux  və oynaq xarakter daşı-
yırdı. «Ay balam» və «Yar-yar»  mahnıları olduqca maraqlı idi. 
Ağbirçək nənənin oxuduğu muxtəlif  «Halay»  rəqs mahnılarının 
poetik məzmunu  sevgi, vətənpərvərlik və s. mövzuları əhatə edirdi.  
Daha sonra onun ifasında «A kinə  məşi» mahnısının başqa versi-
yasını dinlədik. Vəsmə  nənənin  oxuduğu «Halay» rəqs mahnıları 
içində «Gəlin aparan evin abadan olsun, evinə aparan toyun müba-
rək olsun»,   «Ay lolo», «A qırmızı nimtənə», «Oturun qızlar, otu-
run hey» daha çox diqqəti cəlb etdi. Məmmədova Vəsmə Nəsir qızı-
nın oxuduğu «Halay» rəqs mahnıları ilə yanaşı onun ifasında söy-
lənilən ağılara da rast gəlmək olar. Bir azdan bizə qoşulan Miənkü 
kəndinin digər sakini Ərəstə Nüsrət qızı Məmmədova «Yar-yar, yar 
hey» mahnısını oxudu. Bundan sonra yenidən Vəsmə nənə bir neçə 
mahnı ifa etdi. Bu mahnıların içində beşik mahnıları  da  var idi. 
Burada da «Əlolə» mərasimi və «Halay» rəqs mahnıları haqqında 
söhbətlər baş verdi. 
Yerli «Halay» folklor qrupu ilə görüşməyimiz artıq bu mahnı-
ların professional bir səviyyədə işlənməsi, kollektiv tərəfindən teat-
rallaşmış  şəkildə  təqdim olunması bizim tədqiqat istiqamətimizin 
yanlış olmadığını göstərdi. Mahmudavar kəndində yaranan və geniş 
miqyasda tanınan «Halay» qızlar ansamblının rəhbərləri olan Üm-
bülbanu Haşımova və onun qızı Natavan Haşımova ilə görüşümüz-
dən sonra Vəsmə  nənə ilə tanışlığımız rayon ərazisində müxtəlif 
insanların «Halay» rəqs mahnılarına  olan marağını və həvəsini bir 
daha təsdiq etdi. Bu o deməkdir ki,  mahnıların enpirik səviyyədən 


 
43
professional səviyyəyə qalxmasının inkişaf mərhələsinin  şahidi 
oluruq. 
Miənkü kəndində lazım olan materialları topladıqdan sonra 
Lənkəran rayonunun Separadi kəndinə  səfər təşkil olundu. Burada  
məşhur «Bacılar» folklor  ansamblı ilə görüşdük. Hal-hazırda onlar 
“Nənələr” qrupu adı ilə  fəaliyyət göstərir. Bu folklor ansamblının 
əsasını təşkil edən bacılardan Əzizova Xanımgül, Quliyeva Xanım-
zadə,  Əhədova Qızbəs  Allahverən qızlarını göstərmək olar. Bu 
qrup üzvlərinin hamısı Lənkəran rayonunun Separadi kəndində ana-
dan olmuşlar. 
Həmin məclisdə iştirak edən yerli informatorlardan Əmir Əy-
yubzadə isə Azərbaycan bəstəkarlarının musiqi tədqiqatlarında və 
işləmələrində talış mahnıları və «Halay»larından geniş istifadə olun-
duğu haqda məlumat verdi. R.Behbudovun «Z
a
nge yarım» mah-
nısını oxuması barədə  və mahnının sözlərinin yerli şair Heydər 
Əşrəfov tərəfindən yazıldığını bildirdi. O həm də digər mahnılarla 
yanaşı, talış dilində bir çox uşaq mahnılarının olması haqda da mə-
lumat verir. 
«Bacılar»  qrupundan biri isə «Lay-lay» mahnısını zümzümə 
etdi. Bacılar qrupunda görüşdüyümüz  Əzizova Xanımgül və onun 
gəlini də  məclisə  gəldi. Qədimdə toy mərasiminin keçirilməsi 
barədə diskusiya baş verdi. 
Bu zaman bacılardan biri dəfi əlinə götürərərək mahnı oxuma-
ğa başladı, digəri repertuarı müəyyən etdi. «Bacılar» qrupundan iki 
nəfər  əlində qaval eyni ritm üzərində beş  nəfərdən ibarət olan xor 
şəklində oxuyan qrupu ritmik müşayiəti ilə bir xətt üzrə saxlamağa 
çalışırdılar. Lakin birinci qavalçının eyni ritmik şəkildə nümayiş  
etdirdiyi mahnını oxuyan  zaman, digər qavalçının isə müxtəlif rit-
mik şəkillərinin təbii olaraq dəyişməsi də baş verirdi. Bu isə polirit-
mik bir şəklin üzə çıxması ilə bağlıdır.  İki qavalçının deyişməsi ki-
mi görünən bu səhnədə bir nəfər mahnıbaşıdır,  yəni halaybaşı mah-
nının ilk misra və ya beytini söyləyir, digərləri isə  həmin misranı 
unison, xor şəklində  təkrarlayırlar.  İlk misraları söyləyən  şəxs 
birinci musiqi cümləsinin sonunu uzatmağa başlayır, xor qrupu isə 


 
44
həmin uzadılan səs üzərində eyni melodiyanı təkrarlayaraq,  periodu 
başa vurur.  Bu isə səs altı polifonik səslənmələrin meydana çıxma-
sına səbəb olur. Halaybaşılar arasında tez-tez yer dəyişmələr baş 
verir. Bu bir növ «liedertafel» prinsipini meydana gətirir. Bizə ədə-
biyyatdan məlum olduğu kimi bu növ musiqilər daima harmonik və 
polifonik səslənmə xüsusiyyətlərinin meydana gəlməsinə  səbəb  
olur, bu cür səslənən nəğmələr hər bir xalqın folklorunda özunə-
məxsus formada əks olunur. Təsadüfi deyil ki, bir çox bəstəkarlar 
öz operalarında «Liedertafel» 
3
(Lied-mahnı, tafel-masa) xarakterli 
mahnıları istifadə etmişdirlər.  Bu baxımdan «Əlolə» mərasimi bir 
talış mahnı mərasimi kimi də böyük əhəmiyyətə malikdir. 
Halaybaşı yerli ifa ənənələrinin tələbinə görə musiqinin 
ritmini və musiqi xarakterini dəyişə bilər. O bir növ kollektivin 
konsertmeysteri vəzifəsini daşıyır. Mahnıları dinləyən zaman bu 
repertuarı aşağıda kimi izləyə bilərik: 
     Talışdilində halaybaşlığı                 Azərbaycan dilinə tərcüməsi 
1. A sefi məstən vəyü,             Almanı alma gəlin 
    Bıstən eməğand, vəyü,           Al yerə salma gəlin 
    Çəmə kədə sıxan bəbe,           Bizim evdə söz olar 
    Bə dıl dəməğand, vəyü.          Ürəyinə salma gəlin 
 
2. Bılbıli hande, nıznəme çande   
Bülbül oxudu, sanki yuxudur 
   Ha bılbıl bahand, aşığım bətı.  
A bülbül oxu, aşiqəm sənə. 
 
3. Ay şəvi şambəye kinə  
 
Ay gecənin çırağı qız 
   Nənə ğonəğə kinə, 
  Nənənin qonağı qız 
    Roi-rəvüşi ğıbon 
  Ağlına qurban olum 
    Vılə çanqəye kinə. 
  Bir 
dəstə gül tağı qız 
 
4. Osmonon ranqine 
 
 
Göylər tutqun rənglidir 
5. Voyi-voyi qınedə 
 
 
Xəfif-xəfif yel əsir 
     Sərqılə voyi qınedə   
 
Bar gətirən yel əsir 
6. Tı tolış, mı tolış 
 
 
Sən talış, mən talış 
    Çikı pəvəndiş 
 
 
Kimin yarısan 
                                           
3
 Liedertafel – Xorla masa arxası mahnı söyləmələri  


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə