Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

 
57
Bundan sonra Məmməd müəllim  aşıq  Əlibala haqqında 
danışaraq söhbətə davam etdi. O bildirdi ki, aşıq  Əlibala 1818-ci 
ildə anadan olmuş 1938-ci ildə isə doğulduğu Lerik rayonunda 
dünyasını dəyişmişdir. Məmməd Cəbiyev aşıq Əlibalanın böyük söz 
sərrafı  və hazırcavablığı barədə bizə maraqlı söhbətlər edərək bil-
dirdi ki, aşıq  Əlibalanın yolunu davam edən aşıq Qurbanəli də bu 
cür mahir ifaçılıq xüsusiyyətlərinə malik idi. 1888-1958-ci illər ara-
sında ömür sürən aşıq Qurbanəlinin apardığı toylar haqqındakı söh-
bətlər bu gündə insanların yaddaşında xoş xatirə olaraq qalmışdır. 
Aşıq Məmməd mahir zurna ifaçısı  həmyerlisi Sahil Quliyev 
haqqında verdiyi məlumatlar da çox maraqlı idi. 1898-ci ildə Lerik 
rayonunda anadan olmuş Sahil Quliyev 1938-ci ildə Moskvada 
keçirilən  Azərbaycan incəsənətinin birinci ongünlüyündə  iştirak 
etmişdir. Burada o, Ü.Hacıbəylinin  şah  əsəri olan «Koroğlu» 
operasında «Koroğlu cəngisi»ni  böyük məharətlə ifa etmişdir. 
Daha sonra Məmməd Cəbiyevlə toy mərasimi haqqında 
danışdıqda onu qeyd etdi ki, əvvəllər toy üç gün, üç gecə davam 
edərmiş.Toyların keçirilməsi üçün geniş bir yerdə mağar qurulardı. 
Qara zurnada səslənən «Cəngi»nin sədaları altında insanlar mağar-
dan eşiyə  çıxaraq, düzən bir yerdə dövrə vurub, rəqs edərdilər. 
Müxtəlif  at, güləş  və s. yarışlar da keçirilərmiş. Ustad aşıqlar isə 
toyu «Peşrev», «Ustadnamə» ilə başlar, «Müxəmməs»nən bitirər-
dilər. Aşıq Məmmədin öz ifasında bu dediklərinin  əyaniliyini   
göstərməsini xahiş etdikdə, o yaşının yetmişi haqlamasına 
baxmayaraq heyrətamiz səslə bizə «mahur» lad intonasiyalarına 
uyğun gözəl bir nümunə təqdim etdi: 
Gəl – gəl, gəl ay aman sinəm üstə 
Səni alım telli sazım 
Ürək açan tellərini 
Bir az çalım telli sazım 
Ataxan Rəhimov aşıq Məmməd Cəbiyevlə görüşümüzün sona 
çatmasını hiss edərək, bayaqdan əlində tutduğu kitabı bizə  təqdim 
etdi. Ataxan müəllim kitabın müəllifinin Lerik rayonunun tanınmış 
ziyalılarından olan Qəhrəman  Əliyev olduğunu bildirdi. Bu kitab 


 
58
2006-cı ildə Bakı  şəhərində «Ötən  əsrdən soraqlar» adı ilə çapdan 
çıxmışdır. Kitabla tanış olduqda Lerik haqqında lazım olan geniş 
məlumatlara rast gəldik [18]. 
Bununla da Azərbaycan Respublikasının  Cənub-Şərq hissə-
sində yerləşən Masallı, Lənkaran -Astara və Lerik rayonlarının həm 
tarixi, həm ictimai həyatı, həm iqtisadi-sosial vəziyyəti ilə tanış ola 
bilirik. Bizim səyyah müşahidələrimiz və topladığımız bilgilər söz-
süz ki, Lənkaran- Astara bölgəsinin bütün tarixi hadisələrini  əhatə 
edə bilməz. Məqsədimizin əsası bu bölgədə yaşayan talışların  folk-
lorunun ümumi mənzərəsini, etnik xüsusiyyətlərini və bu folklorda 
özünəməxsus yeri olan   «Halay» rəqs mahnılarını araşdırmaq oldu-
ğundan, bu sahəni daha çox işıqlandırmağa çalışdıq. Təbiidir ki, 
araşdırmamız Lənkaran bölgəsinin adət-ənənələri ilə bağlı  
müəyyən bir sahəni əhatə etmişdir. 
Yuxarıda qeyd etdiklərimizə  əsaslanaraq, belə bir nəticəyə 
gəlinir ki, «Halay» rəqs mahnılarının mənşəyi qədim dövrlərə gedib 
çıxaraq tunc dövrünün Günəş ayini mərasimləri ilə  əlaqələndirilir. 
Azərbaycan  ərazisində baş verən qədim «yuğ» mərasimində, aşıq 
sənətində, zərdüştliklə bağlı bir çox adət-ənənələrində,  Novruz 
mərasimlərində «Halay» rəqs mahnılarının izləri öz əksini tapmış-
dır. Bu mərasimlərin bəziləri «Halay» rəqs mahnılarının yaranma-
sının sonrakı dövrünə də aid olur. Azərbaycan xalqının qəhrəmanlıq 
dastanlarından biri olan «Koroğlu» dastanında Koroğlunun  «Bə-
yazid»  səfərində Halaypozan adına rast gəlinir [4.s.220]. «Halay» 
mahnılarının yaranması  və inkişafı  təkcə Azərbaycanın cənub 
bölgəsi ilə bağlı olmamışdır. Belə  «Halay» rəqs mahnılarına 
Türkiyə ərazisində, Naxçıvan bölgəsində və s. yerlərdə rast gəlinir. 
«Halay»larda rast gəldiyimiz iki dəstənin deyişmə  şəklində bir-
birinə üstün gəlmə xarakterində baş verən ifası bu mahnıların 
inkişafına səbəb olmuşdur. Araşdırmamızın nəticəsində «Halay» 
rəqs mahnıları, laylalar, beşik nəğmələri, toy, Novruz qabağı  və 
Novruz mərasimləri,  əmək və  əkin-biçin mahnıları heyvandarlıqla 
və əsasən kənd həyatı ilə bağlı olduğu mövzular bu mahnıların əsas 
qayəsini təşkil etmişdir. Bu mahnıların  arasında hər bir mərasimə 


 
59
xas xüsusiyyətlər ardıcıl  şəkildə  həyata keçirilərkən, mahnıların 
inkişafı  və müxtəlif poetik mətnlərin buraya daxil olması, bu 
mahnıları  daha da zənginləşdirmişdir. Araşdırmamızın mərkəzi 
Azərbaycanın Cənub-Şərq hissəsində yaşayan talışlara məxsus 
«Halay» rəqs mahnıları olduğundan belə bir qənaətə gəlmək olur ki, 
qədim «Halay»lar və müasir «Halay»lar melodik struktur cəhətdən, 
ənənənəvi mərasimin keçirilməsi baxımından eyni oxşar prinsipləri 
hal-hazırda da özündə daşımaqdadır.    Bu  baxımdan «Halay»lar 
«Yallı» rəqsləri ilə də müqayisə oluna bilir. I-II minilliyə (e.ə.) aid 
olan «Yallı» rəqsləri [22.s.8] bir yallıbaşı tərəfindən icra olunduğu 
halda «Halay»larda iki dəstəyə bölünmüş deyişən qrupların hər 
birinin ayrı-ayrılıqda halaybaşçısı adlanan rəhbəri mövcud 
olmuşdur. Buna görə də sözlə ifa olunan «Yallı»lar poetik  məzmun 
və melodik cəhətdən «Halay»lardan bir o qədər də  fərqlənmir. 
Lakin, «Halay»larda fərqli cəhət ondan ibarət olur ki, iki dəstəyə 
bölünmüş «Halay» qrupları poetik və melodik xüsusiyyətlərin 
vəhdətini öz ifalarında nümayiş etdirərkən burdon, polifonik səsaltı 
faktura elementləri meydana çıxır. Azərbaycanın Lənkaran-Astara 
bölgəsi «Halay» rəqs mahnılarının araşdırması onu göstərdi ki, 
«Halay» mahnıları tarixi inkişafı dövründə müxtəlif həyat hadi-
sələrindən, tarixi proseslərdən bəhrələnərək inkişafa səbəb olmuş-
dur. Bu «Halay» rəqs mahnılarının məzmunu dövrü hadisələrdən 
asılı olaraq inkişaf etmiş, inkişaf edir və etməkdədir desək yanıl-
marıq. Zənnimizcə «Halay» rəqs mahnılarının məzmununda tarixi 
şəraitin dəyişməsi çox mühüm rol oynamışdır. Bu mahnılar həm də 
qədim və müasir dövrün toy, bayram və s. mərasimlərində tarixi 
prosesin daşıyıcısı olmuşdur. Bu proseslər  bir daha göstərir ki, 
tarixi dövrlərin müxtəlif formasiyalarında «Halay» rəqs mahnıları 
həm mövcud olmuş, həm də interaktiv, eksponsiv xarakter daşımış-
dır. Bu baxımdan cənub bölgəsinin «Halay» rəqs mahnıları Azər-
baycan xalqının mədəniyyətinin ayrılmaz tərkib hissələrindən 
biridir. 
 
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə