Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44

 
6
üzə  çıxarılması  və müqayisə edilməsi çox əhəmiyyətlidir. «Yallı» 
rəqsləri ilə «Halay» rəqs mahnılarını müqayisə etməyimiz heç də tə-
sadüfdən meydana gəlməmişdir. Naxçıvan yallılarını  tədqiq edən 
A.Ələkbərovanın fikrinə görə «Yallı» rəqsləri “musiqi-ifaçılıq xa-
rakterinə görə iki növə ayrılır: 1) “Yallı”, xorun müşayiəti və ya so-
lo ilə xorun ifası ilə; 2) “Yallı”, instrumental müşayiət ilə...” [63] 
bölgüsü nəzər-diqqətimizi cəlb etmişdir. «Halay» rəqs mahnılarının 
sözlü «Yallı»larla müqayisəsi tədqiqatımızda xüsusi əhəmiyyət kəsb 
edir. 
Bununla  əlaqədər olaraq Q.Cavadov öz tarixi-etnoqrafik təd-
qiqatında qeyd edir ki, «hər bir etnos başqa xalqlardan həm də özü-
nəməxsus ənənəvi xalq yaradıcılıgı mədəniyyəti ilə seçilir. Talışlar 
ta qədim zamanlarda xüsusi səs ritminə malik olan  «Laqquti» adlı  
alət ixtira etmiş və əsrlərlə ondan bir zərb musiqi aləti kimi istifadə 
etmişlər. Bu tezisimizin təsdiqinə digər nümunə talış qadınlarının 
heç bir musiqi aləti tətbiq etmədən, kollektiv şəkildə ifa etdikləri 
xalq mahnıları sayıla bilər. Maraqlıdır ki, geniş  məzmuna malik 
olan bu mahnıları qadınlar ancaq əl çalma, ritm tutma ilə ifa etmiş-
lər. Bu isə bizə onu deməyə  əsas verir ki, həmin mahnılar musiqi 
alətlərinin hələ meydana çıxmadıgı dövrlərin məhsuludur». [12 
s.308-309] 
Qədim «Halay» rəqs mahnılarının musiqişünaslıq aspektlərin-
dən araşdırılmasına ehtiyac və tələb, hər zaman aktual məsələlərdən 
biri olmuşdur. «Halay» rəqs mahnıları Azərbaycanın həm Lənkə-
ran-Astara, həm Naxçıvan bölgələrində  mövcuddur. Belə mahnılara 
nəinki Azərbaycanın bölgələrində, hətta Azərbaycanın sərhədlərin-
dən kənarda olan  İran, Türkiyə  və  başqa  ölkələrdə də  rast  gəli-
nir. «Halay» rəqs mahnıları haqqında ilk məlumat hələ XX əsrin əv-
vəllərində Ü.Hacıbəyli və M.Maqomayev yaradıcılıqlarından bizə 
bəllidir. Məhz bu professional bəstəkar və musiqişünaslar ilk dəfə 
«Halay» rəqs mahnılarından öz  əsərlərində istifadə etmişlər. Bu 
haqda B.H.Hüseynbalaoğlu və M.Talışlının «Lənkaran» kitabında 
belə yazılır: «Nümunə üçün bunu göstərmək kifayətdir ki, talış 
mahnılarından «Limo-limo, ay limo, Zardə  çəmə ay limo» adlı 


 
7
mahnının melodiyasını biz Ü.Hacıbəylinin «Arşın mal alan» 
operettasının eyni musiqi vahidlərində:  «Arşın malçı mal göstər, 
Bir-bir yerə sal göstər» şəklində eşitmişik. [55, s.333] 
M.İ.Həkimov «Azərbaycan  şifahi xalq ədəbiyyatına dair 
tədqiqlər»   kitabının dördüncü cildinin «Xalq mövsümləri və aşıq 
sənəti» adlı  məqaləsində «Halay» janrının bir xalq folklor sənəti 
olaraq dərindən araşdırılmasına ehtiyac olduğunu  bir gərəkli sahə 
kimi qeyd etmişdir”. [24s.141]
 
«Halay» rəqs mahnılarının  həm də özündə bir çox ədəbi-bədii 
və musiqi çalarlarını birləşdirməsi onu müxtəlif cəhətlərdən tədqiq 
etmək imkanı yaradır. Buna görə məhz sintetik bir folklor janrı olan 
«Halay» rəqs mahnılarının  tədqiqi bir çox cəhətdən özünə  cəlb 
etmiş, mövzunun aktuallıgını meydana çıxarmışdır. 
«Yallı» rəqslərinin «Halay» rəqs mahnıları
 
ilə yaxın olması və 
bu xüsusda araşdırılması da nəzər-diqqəti cəlb etmişdir. «Halay» 
rəqs mahnılarının sintetik bir janr olmasını  nəzərə alaraq, biz  bu 
mahnıların melodiya, lad-məqam, intonasiya, musiqili poetik 
xüsusiyyətlərini təhlil etmiş, onların  «Yallı» rəqsləri ilə bəzi oxşar 
və fərqli cəhətlərini araşdırmışıq. 
«Halay» rəqs mahnılarında melodiya, lad-məqam və intona-
siya xüsusiyyətlərinin, poetik xüsusiyyətlərlə  əlaqədə araşdırılması 
da tədqiqat mövzusunu aktual edən  problemlərdəndir. 
«Halay» rəqs mahnıları haqqında bir çox tədqiqatçılar musiqi-
etnoqrafik, musiqi-nəzəri və ədəbi-poetik təhlillər aparmışlar. Xalq 
mahnılarının öyrənilməsi və  təbliği sahəsində Ü.Hacıbəyli, M.Ma-
qomayev, sonralar B.Məmmədov, F.Əmirov, C.Cahangirov, S.Rüs-
təmov, B.Hüseynli, N.Məmmədov, Ə.İsazadə və digər bu kimi gör-
kəmli musiqi xadimlərinin  əməyi böyükdür. B.S.Şahsoylu, 
L.M.Ağayev, Z.Ə.Bağırov poetik-toplu şəklində «Halay» mahnıla-
rını toplayaraq, onların poetik məzmunu haqqında müxtəlif bilgilər 
vermişlər. [53] 
«Halay»ların poetik mətninin tədqiqi ilə  məşğul olan filolo-
giya elmləri doktoru, professor
 
M.İ.Həkimov «Azərbaycan  şifahi-
xalq  ədəbiyyatına dair tədqiqlər» adlı  məqalələr toplusunun 


 
8
dördüncü cildindəki «Xalq mövsümləri və aşıq sənəti» məqaləsində 
«Halay» rəqs mahnılarının  aşıq sənətinin musiqi-nəzəri baxımından 
olan bəzi oxşar və  fərqli xüsusiyyətlərinin araşdırılmasına zəruri 
ehtiyac duyulduğu haqqında bizə məlumatlar vermişdir. 
«Halay» rəqs mahnılarının nəşrindən söhbət açaraq onu qeyd 
etmək lazımdır ki, 1966-cı ildə B.Hüseynli Azərbaycanın Lənkəran-
Astara bölgəsindən topladığı «Halay» rəqs mahnılarını ilk dəfə 
toplu şəklində çap etdirmişdir. Bu topluda əks olunan «Halay» rəqs 
mahnılarının sayı on beşə çatır. [23].
 
1975-ci ildə isə  Lənkəran-
Astara bölgəsinə ekspedisiya tədqiqat qrupunda iştirak edən 
Ə.İsazadə və N.Məmmədov bu bölgənin «Halay» rəqs mahnılarını 
toplamışlar. Onların tədqiqatının nəticəsi «Xalq mahnıları  və oyun 
havaları» adlı topluda öz əksini tapır. [31]. 1979-cu ildə  Ağaddin 
Mənsurzadə bu bölgədə o zaman məşhur olan «Halay» qızlar  an-
samblı ilə görüşərək, bu ansambl və onların ifa etdiyi «Halay» rəqs 
mahnıları haqqında məlumat vermişdir. [40]. Toy və «Halay» mah-
nılarının ümumi mahiyyəti haqqında  məlumat verilən mənbələrdən 
biri də B.S.Şahsoylu, L.M.Ağayev, Z.Ə.Bağırovun topladıqları 
mahnıların mətnlərinin toplu şəklində çap edilməsidir. [53]. 
Bununla yanaşı «Halay» rəqs mahnılarının mənşəyi haqqında 
tarixi mənbələrə  də  nəzər salınıb. Bu baxımdan M.Seyidovun 
«Azərbaycan xalqının soykökünü düşünərkən», [52], B.H.Hüseyn-
balaoğlu və M.M. Talışlının «Lənkaran», [28], N.Xakimovun «Бор-
бад и художественные традиции народов центральной и перед-
ней  Азии:  история  и  современность» məcmuəsində yazılan 
«Вклад  иранских  народов  в  развитие  мировой  цивилизации» 
adlı məqaləsi
 
[115], İ.Abbaslı və B.Abdullanın tərtib etdiyi «Koroğ-
lu» eposu [4], Azərbaycan milli musiqisinin tədqiqi problemləri»  
məcmuəsində yer alan A. Abduləliyevin  «Halayın  əmək folkloru 
kontekstində  tədqiqinə dair» məqaləsi [3] bizim tədqiqatımız kon-
tekstində çox gərəkli mənbələr hesab oluna bilər. 
Biz Azərbaycanın cənub bölgəsinin «Halay» rəqs mahnıları-
nın melodiya, lad-məqam və intonasiya baxımından araşdırılması 
zamanı Ü. Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə