Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

 
35
Talış dilində halaybaşlığı 
31.Dərostonə, çəmə vəyü co kinə-co kinə 
       
     Çəmə vəyü  toğabıni çokinə-çokinə                    
 
32. Hey badunan babordemun 
       Ne baduman babordemun 
 
Azərbaycan dilinə tərcüməsi 
Bizim gəlin bu binənin naxışıdır       Versənizdə apararıq 
Yetirmisən bizim gəlin yaxşıdır         Verməsəzdə apararıq 
 
Talış dilində halaybaşlığı 
33. Ha kinə pekırın qərdəni            34.Osmonon rangine 
      Oftovə-ləqən vardəni                     Çəmə kinə dıl ğamqine 
 
Azərbaycan dilinə tərcüməsi 
Ay gözəl dart gərdənin                  Göylər tutqun rənglidir 
Hanı avtafa-ləyənin                        Bizim qızın qəlbi qəmlidir 
 
Talış dilində halaybaşlığı 
35. Kinəlim, kinəlim nomış Gülüston            
       Kinəlim, kinəlim tı nozəş məkə 
       Takan zərinə məşo beşi bə buston           
       Az bətı aşiqim oşkorəş məkə 
       Kinəlim, kinəlim ğəndiş bomono             
      Az batı aşiqim bılbıl bə boği 
      Bəsə Maşğoni roy madiş bomono            
      Çə boği bılbıli avarəş məkə 
 
Azərbaycan dilinə tərcüməsi 
Gözəlim, gözəlim adı Gülüstan                
Gözəlim, gözəlim sən naz eyləmə 
Geyinib zərli ayaqqabı çıxıb bostana       
Mən sənə aşiqəm, aşkar eyləmə 


 
36
Gözəlim-gözəlim şəkərsən mənə              
Mən sənə aşiqəm, bülbül də bağa 
Maşxan yolunda göz dikərsən mənə         
Bu bağın bülbülün sən xar eyləmə 
 
36. Dadey dadey dadey dadey dad aldı məni 
       Almadı əmim oğlu yad aldı məni 
37. Ay qız adın Sitarə, cəhdibəyim 
      Geydiyin güllü xarə,cəhdibəyim 
38.Çal belə qurbanın olum çal belə 
     Gedər bu devran daha gəlməz ələ
2
 
Toy mərasimində  gəlin qaynana evinə daxil olarkən aşağıda 
göstərilən mahnı qaynata tərəfindən ifa olunurmuş. Bu mahnı get-
gedə daha da populyarlaşmış və onu qız gəlin köçən evə daxil olan 
zaman gəlinin rəfiqələri, kənd camaatı xor şəklində oxuyuraraq rəqs 
edərmişlər. 
39.Ey gülü xaş-xaşdır gəlin 
     Əsli qızılbaşdı gəlin 
     Evlisən, ev halı bil. 
     Ev sənə peşkəşdir gəlin 
40.Əsəd bala mirzə yar laley 
      Elçi göndər bizə yar laley 
      Əsəd bala mirzə yar laley 
      Bir gün yemiş yemişəm 
Əsəd bala mirzə yar laley 
Yara sözlər demişəm 
Əsəd bala mirzə yar laley 
Sözlər yara dəyməsin 
Əsəd bala mirzə yar laley 
                                           
2
 Bu Halaybaşlı haqqında Xanəli Ağayev aşağıdakı tarixçəni qeyd etdi:«XX əsrin 
əvvələrində bir türk generalı cənub zonasında əkin sahələri alır.Bir gün general öz 
köməkçiləri ilə əkin sahəsini gözdən keçirərkən bir talış qadın bu mahnı ilə ona 
tənə edir.Bunun müqabilində general bir növ həyat hadisələrindən ayılmış kimi 
təşəkkür əlaməti olaraq,aldığı torpaqlardan bir qismini qadına bağışlayır». 


 
37
Acıq üstdə demişəm 
Əsəd bala mirzə yar laley 
Elçi göndər bizə yar laley 
Ə.Əhmədov  qeyd  etdiyi  halaybaşlıqları ilə yanaşı, heyvan-
darlıq təsərrüfatının tərənnümünə həsr olunan mahnılar haqqında da 
danışdı. Bu mahnılar həm məzmun, həm forma cəhətdən öz rənga-
rəngliyi ilə seçilirdi. Buna misal inək sağılan zaman oxunan 
mahnını göstərmək olar: 
Püfü nənəm nənəm nənəm 
Püfü nənəm nənəm nənəm 
Əzizim sini sini 
Püfü nənəm nənəm nənəm 
Doldur ver sini-sini 
Püfü nənəm nənəm nənəm 
Mənə öz yarım gərək 
Püfü nənəm nənəm nənəm 
Neynirəm özgəsini 
Püfü nənəm nənəm nənəm 
 
Əbdülrza müəllim bu «Halay» rəqs mahnıları haqda danışar-
kən, söhbətə 1946-cı il təvəllüdlü Masallı rayonunun  Mədo kənd 
sakini, talış  şairi Allahverdi Bayrami də qoşuldu. O, öz yazdğı « 
Bəxt nəveydəm » («Bəxt axtarıram»)  şeir  kitabçasında yer alan 
«Ha kinə  məşiy» («Ay qız qetmə»)  şeirinin sözlərinə  bəstələdiyi 
mahnını ifa etdi. Bu mahnı özünəməxsus rəngarəngliyi nəzər 
diqqətimizi cəlb etdi [10.s.51]. 
Talış dilində                               Azərbaycan dilinə tərcüməsi 
Pebəmey həşi,   
 
        Gün doğar günüz 
Bəğətem təşi   
 
        Olaram susuz 
Bə honi beşiy   
 
        Çıx bulaq üstə 
Bınə bə duşi 
 
 
        Al çiyin üstə 
Kuzən, omeydəm, 
 
        Kuzə, gəlirəm 
Ha kinə, məşiy,  
 
        Getmə ey sənəm 
Azən omeydəm  
 
        Mən də gəlirəm 


 
38
Bu kənddə  məşhur  «Halay»  qızlar ansamblının keçmiş 
rəhbəri Ümbülbanu Haşımovadan çoxlu dəyərli məlumat əldə etmək 
mümkün oldu. Bu məlumatlardan aydın oldu ki, hal-hazırda  «Ha-
lay»  qızlar ansamblının rəhbəri onun qızı Natavan Haşımovadır.  
Ümbülbanu və Natavan xanımdan bir çox «Halay» rəqs mahnıları 
və halaybaşlıqları əldə etdik. Bu söyləmələrə diqqət yetirək: 
 
Halaybaşlıqları 
1.  Halay cərgə düzülsün           2. Ey gülü xaş-xaşdı gəlin 
      Xumar gözlər süzülsün             Əsli qızılbaşdı gəlin 
      Kim halaya gəlməsə                  Evlisən ev halı bil 
      Əli yardan üzülsün                    Ev sənə peşkəşdi gəlin 
 
2.Yaxshı bəzək vurun bizim gəlinə-gəlinə  
    Xırda mirvarilər düzün telinə-telinə  
 
3.  Xalça verərlər gəlinə 
      Dolça verərlər gəlinə 
 
4. Ağlama ceyran qadası ağlama       5.  Nar-nar nargilə 
    Gedər gözlərin qarası ağlama             Durun gedək yargilə 
 
6.  Nananay nay nanay               7. Bir dəstə reyhan bala-bala 
     Nay nananay nay nanay             Yar yara heyran 
 
8.  Ay nənəm o 
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə