Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   44

 
23
zonada kişilərin də vaxtı ilə «Halay» oyununda iştirak etməsi və 
onun aşıq sənəti ilə əlaqədar olması haqda məlumat vardır: 
«Halayda kişilərin iştiraki məsələsinə gəlincə deməliyik ki, bu 
oyunda kişilər daha çox iştirak edir və  həm də «Halay» oyununda 
bayatıdan tutmuş  aşıq  ədəbiyyatının bütün növlərindən istifadə 
olunur. Xüsusi ilə  «Bayatı», «Gəraylı», «Qoşma», «Təcnis, «Diva-
ni», «Müxəmməs» və s. oyunda qarşı-qarşıya duran kişilərin «Ha-
lay» oyunu mərasimində deyişmələri  əsasən qıfılbənd ilə  cəngi 
havalar üzərində oxunur. Oyun ərəfəsində  xalqın müdrik kəlamları 
nə qədər diqqəti cəlb etsə də, «Halay» oyununun ictimayi əhəmiy-
yəti diqqət mərkəzində durmalıdır» [24.s.141]. Müəllif «Halay» 
rəqs mahnıları  haqqında söylədiyi fikirlərində B.Hüseynliyə    irad 
tutaraq belə yazır: «Bizə elə gəlir ki, Bayram Hüseynli «Halay» rəqs 
mahnılarında ancaq ailə-məişət məsələləri ilə bağlı sahələri izləmiş, 
oyunda ifa olunan mahnıları yalnız  bayatı növü ilə məhdudlaşdır-
mışdır. ...Məsələn, o yazır ki, bayatı misraları öz bölgüsünə görə  7 
hecalıdır. Bəzən bu misralara heca, nida və bütöv kəlmə əlavə olun-
maqla hecaların sayı artır, yeni ritmli misra əmələ  gəlir. «Halay» 
mahnıları oxunarkən eşitdiyimiz  «ay», «hay», «ey», «hey», «hey-
hey», «belə», «bala», «yar hey», «yarnan», «ay gülüm», «a dağlar» 
və bu kimi sözlər musiqinin intonasiya – avaz quruluşundan doğan 
və musiqinin melodik xəttini tamamlamaq üçün ifaçılar tərəfindən 
oxunan əlavə, lakin zəruri sözlərdir. 
Göründüyü kimi müəllif hecaların sayının 8,9,10,11-ə  qədər 
artdığını deyir. Lakin bunu aşıq ədəbiyyatında işlənən bədii növlərlə 
bağlamaqdansa, «musiqi intonasiyası - avaz» ilə bağlayır. Şübhəsiz, 
buradakı musiqi intonasiyası və avaz zəruriyyəti vardır. Elə burada-
kı avaz zəruriyyəti, digər aşıq növlərinin oyunun gedişində ifa edil-
məsini məhz fakt qarşısında qoyan əsas amil deyilmi?» [24.s.142-
143]. Bu fikri müəllif dəqiqləşdirərək «Halay» rəqs mahnılarında 
hecaların daha geniş verilməsi və onu aşıq  ədəbiyyatında işlənən 
bədii növlərlə bağlaması, gələcək araşdırmaçılar üçün yeni tədqiqat 
sahəsinə  çevrilə bilər. 


 
24
Lənkaran-Astara bölgəsindəki toy mərasimlərinin ayrı-ayrı 
mərhələlərində ifa olunan «Halay» rəqs mahnılarının məzmununda 
məxsus olduğu etnik qrupun qədim adət -ənənələrinin izləri 
görünür. Bu yazdıqlarımıza misal olaraq bir neçə nümunəyə 
müraciət edək. Məsələn: bayram günü oğlan evi qız evi üçün xonça 
tutub bayram payı göndərirlər. Xonçaya kifayət qədər düyü, bir cüt 
quş  və yaxud çöl quşu, qaşqaldaq və  şirni, alma, fındıq qoyurlar. 
Balıq isə xonçada mütləq olmalıdır. Balığın ağzına keçmişdə hil 
qoyardılar, hazırda isə üzük qoyurlar. Novruz bayramı xonçaları qız 
evi üçün xüsusi olaraq hazırlanır. Bəy oğlan tərəfindən hazırlanan 
xonçaya düyü, xurma, qaysı, kişmiş, 40 ədəd çörək və qoğal 
qoyurlar. Bu çörək məmulatları cürbəcür adla mövcuddur və onlar 
müxtəlif cür hazırlanır. Buna misal: ziren çörək - yumurta sarısı, 
yağ, düyü unundan hazırlanmış ləvəngisi olan kətəyə oxşar uzunsov 
çörək növüdür. Bişi – yağda qızardılmış qoğal növüdür. Canquru – 
düyü unundan bişirilmiş qoğal növüdür.  Külçə - üstü naxışlı, girdə 
çörək növləri kimi məlumdur. 
Bayram xonçası ilə birlikdə  qız evinə  şirniyyat,  ətir, üzük, 
ayaqqabı və bayram paltarı aparılır. Bayram paltarını qız ata evində 
də geyinə bilər. Xonçaların üstünə  qırmızı  kələğayı örtərək mahnı 
deyə-deyə  qız evinə aparırlar. Göndərilən xonça ilə bağlı  bəyin 
adına rəğmən bir çox mahnılar oxunur. Buna misal olaraq yuxarıda 
qeyd etdiyimiz, Masallı rayon Mahmudavar kənd sakini, «Halay» 
folklor qrupunun  indiki rəhbəri Natavan Haşımovanın ifasından əl-
də etdiyimiz «Xonçaya düzdüm noğulu, badamı» «Halay» rəqs 
mahnısını göstərmək olar. 
 


 
25
 
 


 
26
Və yaxud nişantaxtı  mərasimində  qız evinə aparılacaq 
xonçaya isə qırmızı rəngə boyanmış yumurta və qırmızı alma, xına, 
şal, güzgü və nişan üzüyü qoyulur. Buna «şal-üzük» də deyilir. 
Hədiyyələr gəldikdən sonra qız evində «Qızbaşı toyu» edilir 
[53.s.40].Bu mərasimə  qızın  ən yaxın bacılıqları çağrılır. Həmin 
gecə  oğlan evində  də tay-tuşlar yığışır, «Bəybaşı toyu» edirlər. 
Baldız və ya qayınana oğlanın barmağına üzük taxır. Qızlar mahnı 
oxuyur: «Toyuna gəlləm, toyuna ay oğlan» 
 
 
 


 
27
 
 
 
Bəyoğlana müraciət, onun xoşbəxtliyinin arzu edilməsi, 
«Halay»da iştirak edən qadınların, qızların oxuduğu mahnıların 
məzmununda öz əksini tapır. Belə söyləmələr «Halay» rəqs 
mahnıları  şəklində icra olunur.Onların hamısı sanki öz adamına, 
qardaşa müraciət edir. Bu cür arzu olunma, «Halay»da iştirak edən 


 
28
hər bir fərdə xüsusi təsir edir,onlarda gözəl hisslər aşılayır. Bunun 
nəticəsi olaraq, oxunan «Halay» rəqs mahnılarında yeni bənd 
misraları yaranır ki, bu da «Halay» mahnılarının zənginliyinə  və 
rəngarəngliyinə səbəb olur. 
Deyilən bu fikirlərin  əyaniliyinə misal olaraq, Qəmərşah 
Cavadov «Talışlar» tarixi-etnoqrafik kitabında belə yazır: «Toy-
düyünlərdə  nənələrinin, ana və bacılarının mahnı ifaçılığını, rəqs-
etmə vərdişlərini izləyən qız-gəlinlər bir tərəfdən bu mahnıların söz 
dünyasına yiyələnmiş, digər tərəfdən onların ifa, rəqs sənətini mə-
nimsəmişlər. Məhz qeyd etdiyimiz amillər talışların adlarını çəkdi-
yimiz və xeyli nümunələri haqqında söz açdığımız mənəvi irsinin 
muasir dövrədək gəlib çıxmasına, yaşadılmasına səbəb olmuşdur»  
[12.s.323]. 
«Halay» rəqs mahnılarının etimologiyası, onun tarixi araşdı-
rılması, bu mahnıların daha qədim tarixə malik olmasını bir çox 
mənbələrdən topladığımız dəlillərlə əldə etmiş oluruq. Bu dəlillərin 
əsasında N.Rzayevin təqdimatı ilə belə məlum olur ki, «Halay» rəqs 
mahnıları  hələ eradan əvvəl «Yallı»ya oxşar, «Yallı» məzmununda 
olan prinsiplərə  əsaslanırmış. Qol-qola girib dövrə üzrə «Halay» 
tutaraq oxunan bu mahnıların mənşəyi, nümunəsi Qobustanda 
təsadüf olunan hörmədaş (kromlex) daxilində tunc dövrünün Günəş 
ayini mərasimlərilə əlaqələndirilir [50.s.42]. Burada iki dəstənin bir-
biri ilə deyişməsini iki nəfərin, iki aktyorun, iki aşığın və s. 
deyişməsinə bənzətmək mümkündür. Bu deyişmə şəklini həm də iki 
ordu  dəstəsi ilə də müqayisə etmək olar. Dəstələrin bir-biri ilə de-
yişməsi həmin «Halay» rəqs mahnılarının inkişaflı formada üzə çıx-
masına səbəb olur. Bu mahnıların xoreoqrafik düzümünün, melodik 
şəklin son dərəcə sadə olmasının və adicə əl çalmanın müşayiəti ilə 
ifa olunması «Halay» rəqs mahnılarının qədimliyini sübut edir. 
Bildiyimiz kimi, əl çalma musiqidə  ən qədim müşayiət ünsürüdür. 
«Halay» rəqs mahnıları son tarixi dövrlərdən başlayaraq zərb çalğı 
alətlərindən olan dəfin müşayiəti ilə ifa olunur. 
Topladığımız etnoqrafik materiallar göstərir ki, «Halay» rəqs 
mahnıları dövr, zaman keçdikcə dəyişmiş, yeni məzmun daşımışdır. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə