Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

 
39

Mahnıların sözləri 
 
     Talış dilində  
 
 Azərbaycan dilinə tərcüməsi                    
1. Im vəyə mubarək  
Bu 
toy 
mübarək  
 
 
  Im vəyə mubarək 
            Bu toy mübarək  
   İqlə şəvi ğonəğe  
Bir 
gecənin qonağıdır  
 
  Im vəyə mubarək}2              Bu toy mübarək 
    
 
 
 
 
 
 
 
 
   
I  
 
 
 
I                                                     
Şəvi lampəye kinə,  
 
Gecənin lampası qız 
Zülfi şanbaye kinə,  
 
Zülfündə darağı qız 
Kəyiro vaşe ğıbon  
 
Evə qurban gətirdi  
 
Nənə ğonəğe kinə}2  
Nənənin qonağı qız 
Iştə nənə başdı ğıbon    
Anan sənə qurban 
İ şəvi ğonəğe kinə
  
 Bir 
gecənin qonağı qız 
   
 
 
              II                                               II 
Iştə pə səy barz  bıkə  
Ucalt 
atanın başın 
Iştə mo səy barz  bıkə  
Ucalt ananın başın 
Iştə eli dılədə 
 
  Öz 
elinin 
içində 
 
Iştə kə səy barz  bıkə}2  
Ucalt evinin başın 
   
 
 
 
 
Iştə nənə başdı ğıbon  
Anan 
sənə qurban 
İ şəvi ğonəğe kinə}2    
Bir gecənin qonağı qız 
 
Im vəyə mubarək   Bu 
toy 
mübarək    
Im vəyə mubarək   Bu 
toy 
mübarək    
İqlə şəvi ğonəğe  
 
Bir gecənin qonağıdır  
 
Im vəyə mubarək}2  
Bu 
toy 
mübarək  
 
 
 
2. Başinda ağ şalım var            3. Sonalar – sonalar 
Nananay nay nanay                      Bir dəstə reyhan bala-bala 
Ağ şala oxşarım var                     Yar yara heyran 
Gülüm ay nay nanay 


 
40
Özüm talış balası                     Əlin əlimdə deyil 
Nananay nay nanay                  Sonalar – sonalar 
Ceyrana oxşarım var                Şalın belində deyil 
Nananay nay nanay 
 
Bir dəstə reyhan bala-bala 
                                                 Yar yara heyran 
 
Ümbülbanu və Natavan Haşımovaların söylədikləri «Halay» 
rəqs mahnıları, halaybaşlıqları ilə yanaşı, heyvandarlıqla bağlı 
mahnıya da rast gəlindi. Bu mahnı nehrə hazırlanan zaman oxunur: 
Talış dilində                            Azərbaycan dilinə tərcüməsi 
Niyəm niyəm  niyəm boy  
Nehrəm, nehrəm, nehrəm gəl 
Bu ağılın rüyəm boy.   
Bu uşaqların yağı gəl 
Ümbülbanu xanım özünün vaxtilə tanınmış dirijor, maestro 
Niyazi ilə görüşməsi  və  «Pıçıldaşın  ləpələr»  mahnısını  ilk dəfə 
solist kimi oxuması barədə də məlumat verdi. Ümbülbanu Haşımo-
va onu da qeyd etdi ki, 1957-ci ildə ilk dəfə Niyazi, Əlibaba Məm-
mədov və  Şövkət  Ələkbərova  bu xanıma qulaq asmış, qızlar an-
samblını yaratmaq barədə təklif vermişlər. Ümbülbanu xanım «Ha-
lay» ansamblına qəbul olunan qızın rəqsi, yerişi, davranışı, oxu-
nuşu, səsi, xor oxunuşu, ansamblı izləmə
 
qabiliyyətinin olmasının 
vacibliyi haqqında danışdı. 
Həmən ansambl haqqında Ağəddin Mansurzadə öz kitabça-
sında belə tarixi məlumat vermişdir:1957-ci ildə yaranmış «Halay» 
qızlar ansamblı ilk dəfə tələbə və gənclərin birinci respublika festi-
valında  üç nəfərlik bir heyətdə cəmisi iki mahnı ilə çıxış etmişdir. 
Bu kiçik, lakin yadda qalan mahnı proqramı öz orijinallığı ilə diq-
qəti cəlb etmişdir. Münsiflər heyəti tərəfindən «Halay» qızlar qrupu 
festivalın diplomuna layiq görülmüşdür. O zaman «Halay»ın bütün 
repertuarının ilk tərtibini isə Ümbülbanu Haşımovanın anası 80 
yaşlı  Ağabacı nənə vermişdir [40.s.8]. 
Buradan başa düşmək olur ki, «Halay» rəqs mahnılarının  çox 
qədim yaşı vardır.  Əgər bəşəriyyətin qan yaddaşını  nəzərə alsaq, 
nəsildən-nəslə ötürülərək müxtəlif adət-ənənələrin mövcud olduğu 
danılmaz bir faktdır. Adət-ənənələrin yaranması, möhkəmlənməsi 


 
41
üçün uzun illər, qərinələr və bir neçə əsrlər tələb olunduği tarixi bir 
faktordur. Bu tarixi faktorun bir qolu isə xalqın qan yaddaşında 
yaşayan nəğmələrdir.Tədqiqatımızda «Halay» qızlar ansamblının 
rəhbərlərindən dialoq və ifa şəklində topladığımız bu mahnılar  
qeyd etdiyimizə gözəl bir misaldır.
 
Bundan sonra «Halay» qızlar 
ansamblının hazırki rəhbəri olan Natavan Haşımova kollektivin 
tamaşaya qoyduğu «Əlolə» mərasimi haqqında bizə  məlumat 
verərək aşağıdakıları qeyd etdi: 
«Əlolə» – toya hazırlıq mərasimidir. Ana balasına  laylay 
çalır. Yun didən ananın lay-lay mahnısına qoşulur.  İnteqrativ üsul 
olaraq yun didən, xonça düzəldən, düyü arıtlayan, nehrə çalan 
tədricən beşik nəğməsinə qoşulurlar. Beşik nəğməsinə  hərə öz 
poetik fikri ilə daxil olur. Beşik mahnısının melodiyası olduğu kimi 
qalır, lakin onun sözləri dəyişir. Bununla belə bir fikri təsdiq etmək 
olar ki, mahnının lay-lay xarakterində olması poetik fikirlərin isə 
müxtəlif səpkidə  əksi, melodiya ilə deyilən sözlərin xarakteri ilə 
uyğunsuzluq da təşkil edə bilir. Bu kiçik səhnəcik leytmövzu 
xüsusiyyətinə yaxın olur. Uşağa həsr olunan beşik nəğməsi beləliklə 
kupletləşərək arzu, istək xarakterində  də formalaşa bilir. Bu cür 
arzu, istək xarakterli poetik mətn mərasimdə iştirak edən insanların 
psixoloji durumundan asılı olur. Beşik nəğməsinin poetik mətni və 
sözlərinin təkraralanan hissəsi bütün kupletlərin nəqarətinə çevrilir. 
Beşik mahnısına oxşar intonasiyalarla müxtəlif mərasimlərin 
başlanğıclarını göstərmək mümkündür. Beşik nəğməsində birbaşa 
ritmik dəyişkənlik vasitəsilə toy mahnılarına keçmək adət halını 
almışdır. Vağzalı çalınır, gəlin qarşılanır.Sonra isə toy mərasiminin 
müxtəlif mərhələlərinə uyğun «Halay» rəqs mahnıları ifa olunur. 
Ekspedisiyanın uğurlu başlanğıcı olan bu günümüzü başa 
vurduqdan sonra Lənkərana yola düşduk. Azərbaycanın Cənub-Şərq 
rayonlarında keçirdiyimiz musiqi folkloru ekspedisiyasında  Lənkə-
ran şəhərini dayanacaq məntəqəsi kimi seçib, buradan ətraf rayon və 
kəndlərə  səfərlər təşkil edəcəyimizi öncədən planlaşdırmışdıq. 
Ertəsi gün  22 avqust 2007-ci il tarixində Masallı rayonunun  Miən-
kü kəndinə yetişdik. Bu kənddə Vəsmə nənənin evinə gəldik. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə