Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44

 
16
Halaya bəzən  «Alay»da deyilir.  «Halay» («Alay») iki tərkib hissə-
sindən ibarətdir:  hal - al. 
1. Hal (Al) türk xalqlarının  (eləcə də dünyanın bir çox xalq-
larının) mifologiyasında mifik varlıqdır... Bu araşdırmalar öyrədir 
ki, hal Ana Günəşin - Odun antropomorfizmidir. O, ev-ocağın, 
ailənin qoruyucusudur, doğumun (hamilə, doğan, zahı qadınların, 
körpələrin), artımın-məhsulun hamisidir. Hal (al) bədniyyət ruhlara 
düşməndir,  şəri qovandır,  xeyirxah varlıqdır. 
2. «Halay»ın ikinci tərkibi «ay», türk xalqlarının dilində 
işlədilmiş, arxaik «aymaq»  (demək,söyləmək),  «aydır»  (dedi, söy-
lədi) fellərinin köküdür »[3.s.65-66]. Beləliklə tədqiqatçının fikrinə 
görə «Halay» - hal sözü, hal nəğməsi deməkdir. 
Apardığımız tədqiqat zamanı fərdi informatorlardan biri olan 
Lerik rayonu, Monidigah kənd sakini qocaman musiqiçi Ataxan 
Rəhimov Rzaxan oğlundan «Halay» haqqında aldığımız məlumatlar 
bizə daha da maraqlı  gəldi. Ataxan Rəhimov 1949-cu ildə Lerik 
rayonunun Monidigah kəndində anadan olmuşdur. 1976-cı ildən 
Lerik rayon incəsənət məktəbində müəllim vəzifəsində çalışmışdır. 
1985-ci ildə ali təhsil aldıqdan sonra bu işinə davam etmişdir. 
Qocaman müəllim bu gündə uşaqlara musiqinin sirlərini öyrətmək-
dən yorulmur. Ataxan Rəhimov «Halay»ın – talışca «haloğ» (alağ) 
sözü ilə bağlılığını bildirdi. «Haloğ» sözü talışca çəltik bitkisinin 
yetiştirilməsi zamanı, onun yabanı otlardan təmizlənməsinə deyilir. 
Bu mənada Ataxan Rəhimovun dediklərilə Kəmal Həsənovun 
1983-cü ildə Bakı  şəhərində çapdan çıxmış «Qədim Azərbaycan 
xalq rəqsləri» adlı kitabında yazıqları fikirlər üst-üstə düşürdü. O, 
yazır: «Azərbaycanın cənubunda yaşayan  əhali qədimdən düyü 
əkməklə məşğuldur. Əkinə qulluq edilməsi, düyü yetişdirilməsi ağır 
işdir, çox zəhmət tələb edir. Çıxıntılar görünəndən  10 – 16 gün keç-
dikdən sonra düyü kollarının dibi alaq otundan təmizlənir. Bu işlə 
də  ən çox qadınlar məşğul olur. Belə  təmizləmə prosesi «alaqvur-
ma» adlanır. Əmək prosesində həmin sözlə həmahənglik, səsuyğun-
luğu tərzində «Halay» mahnısı meydana gəlir» [27.s.47]. 


 
17
Cənub bölgəsində  çəltik bitkisi insanların qidasının  ən  əhə-
miyyətli tərkib hissəsi sayılmışdır. Bu, bu gündə belədir. «Halay»ın 
qədim əmək mahnısı olduğunu da nəzərə alsaq, sözün daha çoxşa-
xəli baxım nöqtələrinə ayrılmasını görə bilərik.
 
«Halay» rəqs mahnılarını ilk dəfə nota alan B. Hüseynli isə 
«Azərbaycan xalq rəqs melodiyaları. II dəftər» məcmuəsində «Ha-
lay»ı belə  şərh edir: «Halay məfhumu birinci mənada dairə, ikinci 
mənada isə iki dəstəyə bölünmək deməkdir. Xalq arasında «halay 
çəkmək,» «halay qurmaq», «halay vurmaq» sözlərinə təsadüf olunur 
ki, bu da dairə vurmaq,dayanmaq, dairə üzrə oturmaq mənasında 
işlənir. «halay gəlmək» sözü isə rəqs etmək üçün iki dəstəyə bölün-
mək deməkdir. Hazırda «Halay» iki dəstəyə bölünərək birlikdə 
oxuyub, rəqs etməyə deyilir» [23.s.8]. 
Yuxarda qeyd etdiyimiz kimi «Halay» iki dəstəyə bölünərək, 
təxmini 7 – 20 nəfərin iştirakı ilə  təşkil olunur. Birinci dəstə 
mahnının misralarını söyləyərkən, ikinci dəstə rəqs edir. Daha sonra 
rəqs edən dəstə mahnını oxuyur, o biri dəstə isə yenə də rəqs etməyə 
başlayır. «Yallı» rəqsində yallıbaşı olduğu kimi, «Halay»da isə hər 
dəstənin başında əlində qaval tutmuş halaybaşı durur . 
Ümumiyyətlə Azərbaycanda çox sayda rəqs havalarının olma-
sını  nəzərə alsaq, onda bu rəqslərin müxtəlif növlərdə olmasını da 
nəzərdən qaçırmamalıyıq. Bu rəqslərin növlərinə «Yallı», «Qay-
tağı» və s. daxildir. Maraqlı  cəhətlərdən biri də «Koroğlu»nun adı 
ilə bağlı  rəqslərin olmasıdır. Rəqslərin bu ya da digər adlarda 
olması bu rəqslərin kökünün eyni bir bağla bağlı olduğunu sübut 
edir. Məsələn: halaybaşı-«Halay»ı idarə edən  şəxsdirsə, Koroğlu 
dastanında koroğlunu Bayazid səfəri qolunda Halaypozan-dəstəpo-
zan, sıra pozan mənasında ifadə olunur [4.s.220]. 
Görünür ki, cənub bölgəsində yaşayan
 
talışların da vaxtı ilə 
lap geniş şəkildə inkişaf etmiş «Yallı» rəqsləri mövcud imiş. Lakin 
tarixin müəyyən dövrlərində müxtəlif dəyişkən həyat tərzinə məruz 
qalan talışlar, oturaq həyata üstünlük vermişdir. Talışların müasir 
mahnılarından da məlum olur ki, onlar oturaq həyat tərzi keçir-
mişlər. Bu cür həyat tərzinə malik olan xalqlarda əsasən hey-


 
18
vandarlıq, məhsuldarlıq, əkinçilik, maldarlıqla bağlı mahnılar geniş 
yayılmışdır. Elə buradan da əmək, bahar, toy və s. rəqs mahnıları 
meydana gəlmişdir. Bu mahnılar özündə xalqın mədəniyyətini, hə-
yat tərzini, əmək üsullarını və s. əks etdirmişdir. Mahnıların poetik 
ifadəsinə  nəzər yetirdikdə  biz talış dilinə  məxsus xüsusiyyəti 
müşahidə edirik. 
Bir tədqiqatçı kimi biz, Azərbaycanın cənub bölgəsinin Ma-
sallı, Lənkəran, Astara, Lerik şəhərlərini və bu bölgənin kəndlərini 
gəzərək, talış folkloruna məxsus «Halay» rəqs mahnılarını sistemli 
şəkildə toplamışıq. Talış dilinin dörd əsas şivəsi üzərində ifadələnən 
melodiyaların yığılmasına üstünlük vermişik. Buradakı  şivə 
qrupları, poetik mətnin formasına və ifadəliliyinə özünəməxsus 
tərzdə təsir göstərmişdir. Mahnıların oxunması zamanı onların lad-
intonasiya xüsusiyyətləri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 
apardığımız tədqiqatlar müxtəlif yerli kollektivlərlə görüşməyə 
səbəb olmuşdur. Müxtəlif kollektiv və  fərdi informatorlardan 
folklor nümunələrinin toplanılması bir daha göstərmişdir ki, bu 
kollektivlərin yaradılması təsadüfi deyildir. Hər bir kollektiv özündə 
həm oxşar, həm də  fərqli cəhətlərə malik olan xüsusi çalarları 
özünəməxsus bir tərzdə əks etdirir. 
Masallı, Lənkəran, Astara və Lerik rayonları üzrə 12 iyun 
2007-ci il tarixində aparılan  tədqiqat işi bizə bir daha əsaslı yaradı-
cılıq təkanı vermişdir. Belə ki, bu bölgədə mərasim tamaşaları, rəqs 
mahnıları, mövsüm mərasimləri,  əmək, toy mahnıları, yazqabağı 
mərasimlər, Novruz mahnıları və s. mahnıların mövcudluğu bəllidir. 
Lakin min illiklərdən xəbər verən tarixi izlərin qədim dövrüylə 
əlaqələndirilən «Halay» mahnılarının günümüzə  gəlib çıxması, bu 
«Halay»ların «Yallı»ya bənzər rəqs mahnıları, onların bir sıra türk, 
kürd, rumın, fin, eston və s. xalqların yaradıcılığı ilə oxşar mahnı 
rəqslərin olması nəzər diqqəti cəlb edən məsələlərdəndir. 
Azərbaycanın Cənub bölgəsində keçirilən toy mərasimlərində 
hələ də «Halay» tutaraq bir neçə yüz il əvvəl olduğu kimi mahnılar 
oxunur, xoreoqrafik mizanla rəqs edilir. Bu cür sinkretik musiqi 
üslublarına respublikamızın Balakən, Zaqatala, Qarabağ, Naxçıvan 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə