Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44

 
19
və s. yerlərində oynanılan «Yallı»  rəqslərində  də mövcuddur. Bu 
isə öz növbəsində «Yallı»lar və «Halay» rəqs mahnılarının bir- biri 
ilə daxili əlaqə vasitələrinin olmasından xəbər verir. 
«Halay» rəqs mahnıları Azərbaycanın xalq yaradıcılığında 
xüsusi yer tutur.Araşdırma apardığımız rayon və  kəndlərin fərdi 
informator və musiqi kollketivlərindən toplamış    və nota almış 
olduğumuz «Halay» rəqs mahnıları aşağıda göstərilən kiçik xəritədə 
əks olunmuşdur. Onu da bildirməliyik ki, «Halay» toplanılan 
ərazidə azsaylı talış etnik qrupu məskunlaşıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onu da qeyd etmək istərdik ki, başqa xalqların musiqi mədə-
niyyətində də «Halay» janrına oxşar xalq yaradıcılığına rast gəlmək 
mümkündür. Buna misal olaraq slavyanlara məxsus olan «xoro-


 
20
vod»u göstərmək olar. «Xorovod» rus dilində «xoр» və  «водить 
(birgə getmək)» sözlərinin birləşməsindən əmələ gəlmişdir. Maraqlı 
cəhətlərdən biridə odur ki,  «xorovod » da  «Halay »  janrı kimi eyni 
funksiyaları daşıyır. 
Ümumiyyətlə «Halay» mərasim rəqs mahnıları  şifahi xalq 
yaradıcılığının digər janrlarına da təsir etmişdir. XX əsrin  əvvəl-
lərində «Halay» rəqs mahnılarının inkişafı xüsusi yer tutmuşdur. 
Elə bu baxımdan 1930-cu ildə dahi bəstəkarımız Ü. Hacıbəyli dörd 
«Halay» rəqs mahnısını xor üçün işləmişdir («Ay lolo», «Aman 
nənə» və s.). 1938-ci ildə F.Əmirov xalq mahnılarını toplayarkən 
talış folkloruna xüsusi yer vermişdir. Daha sonra bəstəkar Bayram 
Hüseynli «Azərbaycan xalq rəqs melodiyaları» məcmuəsinin II 
dəftərini Lənkəran-Astara zonasının «Halay» 
 
mahnılarına həsr edə-
rək onları toplamışdır. [23] Əhməd  İsazadə    və N.Məmmədov isə 
«Xalq mahnıları  və oyun havaları» kitabında cənub bölgəsi üzrə 
«Halay» rəqs mahnılarının toplanılması  və  tədqiqi ilə  məşğul ol-
muşlar [31]. «Halay» qızlar ansamblının fəaliyyəti haqqında  isə ilk 
məlumatı
 
1979-cu ildə A. Mansurzadə vermişdir [40].
 
«Yallı»larla «Halay» rəqs mahnıları arasında böyük oxşarlığın 
olması, onların poetik mətni və xoreoqrafik quruluşu ilə bağlıdır. 
«Yallı»ların da «Halay»lar kimi qədim tarixi var. Tədqiqatçıların 
fikrincə, «Yallı» rəqs növü 8-10 min il bundan əvvəl yaranıb. 
«Yallı»larda əsasən yallıbaşı, yəni ifanı icra edən bir şəxs olur ki, o 
da «Yallı»nı idarə edir. «Halay» rəqs mahnılarında isə bu baxımdan 
halaybaşı  mərasimi idarə edir. «Halay»larda torpaqla, əkinçiliklə, 
şənliklərlə bağlı olan xüsusiyyətlər  əks olduğundan onlar məzmun 
cəhətdən heç də «Yallı»lardan fərqlənmir. «Yallı»larda da müxtəlif  
məişət və əmək mahnılarına həsr olunmuş rəqslər həm instumental, 
həm də söz ilə söylənilən şəkildə mövcud olduğundan və bir dəstə 
tərəfindən yallıbaşı ilə birgə icra edildiyindən, məzmun cəhətdən 
«Halay»lar ilə eyniləşir. Lakin, «Halay»lar bu xüsusda, iki dəstəyə 
bölünərək, deyişmə  şəklində olması ilə bu rəqs mahnılarının  əsas 
qayəsini təşkil edir. Bu baxımdan, talış folklorunda «Halay» rəqs 


 
21
mahnıları özünəməxsus xüsusi yer tutur. Bu mahnılar  şənliklərdə, 
mərasimlərdə, toylarda icra olunur.
 
«Halay» mahnılarında  əsasən məhəbbət, toy, əkinçilik, hey-
vandarlıq və s. mövzular  əsas əhəmiyyət təşkil edir. Əmək mahnı-
ları içərisində böyük məna və diqqət əkinçilik, bicar mahnılarına ve-
rilir. Heyvandarlıq və maldarlıq ilə bağlı mahnılar isə bicar mah-
nılarına nisbətən azlıq təşkil edir. Başqa məzmunda olan «Halay» 
rəqs mahnıları əsasən bayram, toy və toya qədər olan mərasimlərlə 
əlaqələndirilə bilər. Bayram günləri və ya toya qədər olan mərasim-
lərdən nişantaxtı, xınayaxtı  və s. zamanı  bəy evindən gəlin evinə 
göndərilən hədiyyələrin nümayişində «Halay» rəqs mahnılarının  
icrasının müxtəlif variantlarına rast gəlinir. Bu variantlar sadaladığı-
mız adətlərin icrası zamanı müxtəlif məzmunlarda özünü göstərir. 
Belə mahnılarda  şəhərlər, kəndlər, tarixi hadisələr haqqında da 
məlumatlar verilir. Bu isə «Halay» rəqs mahnılarının hər birinin 
hansı dövrə aid olması  barəsində təsəvvür yaradır. Belə mahnıların 
məzmunu kədərli, yumoristik, məhəbbət, iztirab və s. xarakterləri 
özündə  birləşdirir. «Halay» rəqs mahnılarının  icrası həm də ailə-
məişət mövzusunda təzə ailə quran qıza, oğlana nəsihət vermək xü-
susiyyətini özündə daşıyır. Adət-ənənələrdə geniş yayılan novruz və 
novruza qədərki mərasimlərdə «Halay» rəqs mahnılarının  müxtəlif 
məzmunda olması - əkinçilik, biçinçilik, təbiətin canlanması  və s. 
xüsusiyyətlərlə öz əksini tapır.
 
Ümumiyyətlə, talış folklorunda mahnıların yaranma səbəbləri 
müxtəlif məzmunlu adətlərin icra olunması ilə özünü göstərir. Yeni 
il  şənlikləri,  əmək fəaliyyəti, toy mərasimləri və s. həyata keçiril-
məsi zamanı, hər dəfə bu ayinlərin icra edilməsi özünə yeni çalarlar 
daxil edir. Məsələn, Beytulla Şahsoylu bu haqda yazaraq qeyd edir 
ki, «Küf dibi» mərasimləri zamanı  qızlar və  oğlanlar «küfə», yəni 
yelləncəyə bir-bir, iki-iki minib yellənirlər. Qızlardan biri küfdə tək 
yellənərkən, qalan qızlar çubuqla onun ayağına vurub və birgə oxu-
yaraq  tələb edirlər ki, adaxlısının adını desin. Qız adaxlısının adını 
deməyincə mahnı ifası və onun ayaqlarına çubuq vurma davam edir 
[53.s.14]. 


 
22
Bu gün isə  Lənkəran - Astara bölgəsindəki «Halay»lar bizə 
toy mərasim folklorunu xatırladır. «Halay» mahnılarının toy mərasi-
mi ilə bağlılığı qədim tarixi köklərə dayanır. Tədqiqatçıların fikrinə 
görə toy mərasimi qədim xalq teatr tamaşaları və oyunlarının tərkib 
hissəsi olmuşdur. Zaman keçdikcə ayrılaraq, müstəqil toy- tamaşa 
şəklini almışdır.
 
Toy və toya qədərki mərasimlər bir neçə hissələrə bölünür. 
Buraya  «ağsaqqal» toyu, «şirni» toyu, bayramxonçaları, «nişantax-
dı», «qızbaşı» və «bəybaşı», «xələtatdı», «paltarkəsdi» toyu, «qız 
toyu», «xınayaxdı» toyu və  s.  kimi  toy  mərasimləri aid ola bilir. 
Toylar bir neçə hissəyə bölündüyü kimi, ifa olunan mahnılar və 
rəqslər də həmin mərasimlərə uyğun olur. Yəni elçilikdən başlamış, 
qızın gəlin getdiyi evə  qədər olan mərhələlərinin hər biri «Halay» 
rəqs mahnılarında özünü göstərir. 
Bütövlükdə bu mərasimlərdə «Halay» rəqs mahnıları geniş 
icra olunur. «Halay» tutarkən qadınlar iki cərgəyə düzülür. Hər 
dəstənin başında halaybaşı durur:  dəstələr çəmənlikdə qoyulmuş 
xalça və ya həsir  ətrafında fırlanıb mahnı ilə yarışırlar [53.s.43]. 
Halaybaşı mahnını ifa etməyə başlayır, onun dəstəsindəki qadınlar 
da eyni melodiyanı  təkrarlayırlar. Bundan sonra ikinci dəstə eyni 
formada birinci dəstəyə cavab verir. Bu ifa tərzinin müxtəlif 
formaları da mövcuddur. Belə ki, bir sıra mahnılarda birinci dəstə 
mahnını söyləyir, o biri dəstə isə onlara halaybaşlığı ilə cavab 
verirlər.  Əsasən «Halay» iştirakçılarının geyim tərzləri sırğalar, 
boyunbağları, qolbağlar, paltarlara düzülmüş pullar, qırmızı  rəngli 
don (nimtənə, baharı), gödək köynək, qat-qat yığılmış tumanlar ilə 
əks olunur. Halaybaşılar  əlindəki qavalla həm mahnının ritmini 
tutur, həm də rəqs hərəkətinin tipini təyin edərək oynayıb oxuyurlar.
 
Beləliklə, «Halay» rəqs mahnıları  səslənir. Halaybaşılardan asılı 
olaraq mahnının tempi dəyişilir (ağırlaşır, tezləşir və s.). Belə bir 
temp  dəyişmələri ritmə də təsir edir. 
M.İ.Həkimovun fikirincə «Halay» rəqs mahnılarını Lənkəran-
Astara bölgəsində  əsasən qadınlar tərəfindən oxunur. Lakin, bu 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə