Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44

 
9
[19], M.S.İsmayılovun «Azərbaycanın xalq musiqisinin janrları» 
[29], «Azərbaycan xalq musiqisinin məqam və muğam nəzəriyyə-
sinə dair” elmi-metodik oçerklər, [30] R.Zöhrabovun «Azərbaycan 
təsnifləri» [81], «Muğam» [58], kitablarıına müraciət etmişik.
 
«Halay»ların həm də  rəqs tipində olması, «Yallı»larla oxşar 
və  fərqli cəhətlərinin araşdırılmasına səbəb olmuşdur. Bu zaman  
B.Hüseynlinin  «Azərbaycan xalq rəqs melodiyaları. (I dəftər)» [22] 
məcmuəsindən, sənətşünas-xoreoqraf Kamal Həsənovun «Qədim 
Azərbaycan xalq rəqsləri» kitabında qeyd olunan kütləvi rəqslər 
haqqındakı  məlumatlardan müqayisəli  şəkildə istifadə edilmişdir. 
[27]. 
Dərs vəsaitində Azərbaycanın talış folklorunda «Halay» rəqs 
mahnılarının yaranma mənşəyini, melodiya, lad-məqam və intona-
siya, musiqi-poetik xüsusiyyətlərini və «Yallı» rəqsləri ilə müqayi-
səli cəhətlərini öyrənməyi qarşımıza məqsəd qoymuşuq. Qarşıya 
qoyulan məqsəd aşağıdakı vəzifələri meydana çıxarmışdır: 
 «Halay» rəqs mahnılarının  tarixini və etimologiyasını öy-
rənmək; 
 Azərbaycanın talış folklorunda «Halay» rəqs mahnılarının 
ifacılıq, melodiya, lad-məqam və intonasiya xüsusiyyətlərini aşkar 
etmək; 
 «Halay» rəqs mahnılarının musiqili poetik xüsusiyyətlərini 
göstərmək; 
 «Halay» rəqs mahnılarının «Yallı» rəqsləri ilə bəzi oxşar və 
fərqli cəhətlərini müqayisə etmək. 
Bu «Halay» mahnılarının geniş tədqiqatı altı istiqamətdə apa-
rılmışdır. Bunlara «Halay» mahnılarının tarixi baxımdan araşdırıl-
ması,  melodiya, lad-məqam və intonasiya xüsusiyyətləri, musiqili 
poetik və «Yallı» rəqsləri ilə  bəzi oxşar və  fərqli cəhətlərinin mü-
qayisəli təhlili aiddir. 
İlk dəfə olaraq dərs vəsaitində «Halay» rəqs mahnılarının lad-
intonasiya və musiqili poetik xüsusiyyətləri açıqlanır. Bu «Halay» 
rəqs mahnılarının sinkretikliyi araşdırılır, xüsusən «Yallı» rəqsləri 


 
10
ilə oxşar və fərqli cəhətləri aşkarlanır və aşağıdaki müddəalarla üzə 
çıxarılır: 
  Azərbaycanın talış folklorunun «Halay» rəqs mahnılarında 
lad-intonasiya xüsusiyyətlərinin özünəməxsusluğu; 
  Melodiya, lad-məqam, intonasiyalarında və ifa prosesində 
burdon çoxsəsliliyinin aşkarlanması; 
  «Halay» rəqs mahnılarında aşkarlanan tetraxordların, 
trixord, dixord və s. şəkillərdə birləşməsi; 
  «Halay» mahnılarının poetik xüsusiyyətlərinin bayatı, 
qoşma və gəraylı şer növləri ilə müqayisəli təhlili; 
  «Halay» rəqs mahnılarının «Yallı» rəqsləri ilə oxşar və 
fərqli cəhətlərinin araşdırılması. 
Burada «Halay»ların lad intonasiyaları, musiqili poetik xüsu-
siyyətləri, «Halay» rəqs mahnılarının «Yallı»larla bəzi oxşar və 
fərqli cəhətləri ümumilləşmiş bir şəkildə «Halay» mahnılarında öz 
əksini tapmışdır.
 
«Halay» mahnılarının  araşdırılması müqayisəli və qarşılaşdır-
ma metoduna əsaslanır. Tarixi metoddan çıxış edərək etnoqrafiya və 
etnomusiqişünaslıq sahələrindən geniş istifadə edilmişdir. Eləcə də 
induktiv
 
və deduktiv metod burada öz əksini tapır. Tədqiqat işində 
metodoloji mənbə kimi rus musiqişünas-tədqiqatçılarından 
B.V.Asafyev və V.Vinoqradov, Azərbaycan musiqişünas-tədqiqat-
çılarından Ü.Hacıbəyli,  M.S.İsmayılov, R.Zöhrabov, G.Abdulla-
zadənin tədqiqatlarından da istifadə edilmişdir. 
Tədqiqatın tarixi-etnoqrafik baxımından araşdırılmasında 
M.M.Seyidov, B.H.Hüseynbalaoğlu, M.M.Talışlı, M.İ.Həkimov ki-
mi tədqiqatçıların elmi əsərlərindən, «Yallı» və «Halay» rəqs mah-
nılarının qarşılıqlı araşdırılması baxımından isə B.Hüseynli, 
Ə.M.Ələkbərovanın tədqiqatlarından geniş istifadə edilmişdir. 
Etnomusiqişünaslığın mühüm bir sahəsi olan azsaylı xalqların 
musiqi folklorunda janr xüsusiyyətlərinin özünəməxsusluğu və 
mövcudluğu dərs vəsaitinin predmetini istiqamətləndirir. Dərs və-
saitinin tədqiqat obyekti Azərbaycanın talış folklorunda  mövcud 


 
11
olan «Halay» rəqs mahnılarının tarixi və  nəzəri baxımından araş-
dırılmasıdır. 
Faktiki material kimi 2005-2007-ci illərdə Azərbaycanın 
cənub bölgəsində Masallı rayonunun Qızılavar, Mahmudavar, Mi-
yənkü, Lənkəran rayonunun Separadi, Lerik rayonunun Monidigah, 
Astara rayonunun  Kakalos kəndlərinə ekspedisiyalarımızda  əldə 
etdiyimiz materiallar lent şəklində, audio-video, VCD diskində 
toplanmışdır. Bu  bölgələrdə toplanan nümunələr nota salınaraq, 
«Halay» rəqs mahnılarının lad-intonasiya xüsusiyyətləri və poetik 
cəhətlərin araşdırılması baxımından müqayisəli  şəkildə  təhlil edil-
mişdir. Məhz bu özünəməxsus, spesifik musiqi və musiqili-poetik 
cəhətlər bizi Azərbaycanın cənub bölgəsindən toplanılan «Halay» 
rəqs mahnılarının öyrənilməsinə cəlb  etmişdir. 
Тягдим олунан дярс вясаити мусиги ихтисасы верян Али вя Ор-
та тящсил ожагларында Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi 
nəzdində etnomuzıkalogiya və folklorşünaslıq  сащясиндя  чалышан 
мцяллим вя тялябялярин masaцстц ядябиййатына чевриля биляр. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
12
 
I FƏSİL 
AZƏRBAYCANIN TALIŞ FOLKLORUNDA  
«HALAY» RƏQS MAHNILARININ  
BƏZİ XÜSUSİYYƏTLƏRİ 
 
 
1.1
 
. Talış etnosu və talış folklorunda  
«Halay» janrının tarixi və etimoloqiyası haqqında 
 
Uzun illər apardığımız araşdırmalar bir tədqiqatçı kimi bizi 
cənub bölgəsində yaşayan talışların musiqi folkloru ilə maraqlan-
mağa sövq etmişdir. Bu baxımdan tədqiqatımız özündə  ən ümdə 
cəhətləri birləşdirməklə Azərbaycanda yaşayan azsaylı xalqların 
ümumi folklorunda meydana çıxan mühüm xüsusiyyətləri özündə 
əks etdirir. Bu xalqlar öz ənənəvi milli mədəniyyətlərini qoruyub-
saxlamaqla yanaşı,  həm də Azərbaycan xalqının həyat və  məişə-
tində rast gəlinən xüsusi cəhətləri öz milli, mənəvi dəyələrinə daxil 
etmişlər. Eyni zamanda, bu xalqlar öz milli-mədəni keyfiyyətlərini 
Azərbaycan xalqının ümummilli mədəniyyətinə daxil etmişlər. 
Azərbaycanda  yaşayan ləzgi, tat, və s. xalqların da folkloru nəzər-
diqqəti cəlb edən cəhətlərdən biridir. Lakin bizim tədqiqatımız isə 
cənub bölgəsində yaşayan talışların xalq musiqisi ilə bağlıdır. Bir 
tədqiqatçı kimi bu xalqın maraqlı  və diqqəti cəlb edən musiqi 
folkloru Azərbaycanın cənub bölgəsinin həyat tərzini əks etdirir. 
Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində 
yerləşən müasir Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiya-
ların: əhəməni-sasani, roma - bizans, skif - xəzər, türk - oğuz mədə-
niyyətlərinin kəsişməsində  bərgərar olmuşdur. Lakin maddi və 
mənəvi dəlil kimi tarixi abidələrdə  təcəssümünü tapmış bütün bu 
mədəni simbioz və  rəngarəng  ənənələrlə yanaşı, Azərbaycanın çi-
çəklənməsi fenomeni onun etnogenezi ilə, bədii yaradıcılığın  ən 
müxtəlif sahələrində ecaskar incilər yaradan xalqla bağlıdır. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə