Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44

 
13
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki
respublikamızın  əhalisinin 90%-ni təşkil edən azərbaycanlılardan 
başqa, bu etnosun
 
tərkibində əsrlərdən bəri müxtəlif azsaylı xalqlar 
və etnik qruplar iştirak etmişlər. Azərbaycanın cografi ərazisinə  
məxsus (azərbaycanlılar, tatarlar, mesxeti türkləri), həmçinin hind-
avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləz-
gilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), 
slavyan (ruslar molokanlar, ukraynalılar)  dil qruplarının təmsilçiləri 
vardır. 
Talışlar-Azərbaycanın azsaylı xalqlarından biridirlər.Bu xal-
qın dili İran qrupunun qərb qolunda  yerləşən hindavropa dil ailə-
sinə aid olunur.Tarixi və coğrafi ədəbiyyatda Azərbaycanın cənub-
şərq rayonlarına daxil olan Lənkaran ovluğu və Talış  sıra dağları 
talış epitetı ilə adlandırılıb. Tarixi-mədəni faktorlara əsaslanaraq 
etnoqraflar bu regionu
 
etnoqrafik Talış  məkanı kimi qeyd edirlər. 
Bu məkanda hələ qədim zamanlardan bəri talışlar və azərbaycanlılar 
məskunlaşmışdır. Talış etnoqrafik məkanına  beş inzibati rayon 
daxildir: Astara, Lənkaran, Masallı, Lerik, Yardımlı. Bu rayonlarda 
başqa millətlərlə yanaşı talışlar da yaşayırlar. Lerik rayonunun qərb, 
Yardımlı  və Masallı rayonun şimal-şərq hissəsində isə  əsasən 
azərbaycanlılar yaşayırlar.
 
[121] 
Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı «Lənkəran» 
adlı tarixi-etnoqrafik iqtisadi-sosioloji məsələləri özündə birləşdirən 
əsərində, talışların mənşəyi haqqında belə qeyd edir: 
«…Bu xalqın dili, ən qədim dövrlərdən cografi ərazisi, dağları 
və meşələri də  talış epiteti ilə adlanır.» [28.s.460]. 
Talış zonasında aparılan arxeoloji qazıntılar, bu vilayətdə 
yaşayan insanların  qədimdən torpağa bağlılığından xəbər  verir. 60-
70-ci illərdə Talış zonasında azərbaycan arxeoloqu F.Mahmudov  
tərəfindən aparılan qazıntılar nəticəsində bir neçə eneolit,son bürünc 
və ilk dəmir dövrünə aid olan tapıntılar aşkarlanmışdır. Bu arxeoloji 
qazıntılar metalın hələ  qədim zamanlarda emaletmə sirrinin aşkar-
lanmasından xəbər verir. Bütün bu faktlara  əsaslanaraq deyə bilərik 
ki, e.ə.II minilliyin axırı – I min.illiyin əvvəli  Talış-Muğan  zonası 


 
14
Zaqavqaziyanın ən böyük metalemaletmə mərkəzlərindən biri olub. 
Bu zonanın iqtisadi-sosial inkişafı və  coğrafi mövqeyi  Zaqavqazi-
yanın başqa regionları ilə,  Ön Asiya  və Şimali Qafkaz tayfaları ilə  
mədəni və geniş iqtisadi  bağlantılara imkan yaradırdı. [121] 
Talışların musiqi mədəniyyətindən danışarkən ilk növbədə 
mənsub oldugu xalqın tarixinə nəzər salmaq lazımdır. Dünya musi-
qi mədəniyyətinin inkişafında  Şumer, Midiya tayfalarının musiqi 
ənənəsi çox böyük rol oynamışdır. 
Midiya tayfalarının musiqi mədəniyyətinin kökü  kosmoloji 
miflərə, ənənəvi -  ritual təcrübəyə, epik qəhrəmanlıq ənənələrinə və 
dini təfəkkürlə bağlı olmuşdur.  Cənub bölgəsində yaşayan talışların 
Midiya dövlətinin ərazisində məskunlaşmasını nəzərə alsaq, bu fikri 
həm də o dövr tayfalarından biri olan talışların musiqi mədəniyyə-
tinə də aid etmək olar. 
Midiya musiqi ənənəsində vokal-instrumental yaradıcılığı ilə 
sıx bağlı olan aşıq musiqi ənənəsi (qosan-ozan) də mövcud olmuş-
dur [115.s.200-204]. Vokal-instrumental musiqi  kamanlı alətlərdən 
istifadə olunması faktı N.Həkimov tərəfindən təsdiq edilib. Midiya 
musiqi mədəniyyətinin inkişaf istiqamətlərinin araşdırılması onların 
saray vokal və instrumental musiqisi, dini və ritual musiqi janrları, 
məişət musiqi janrları, əkinçiliklə, heyvandarlıqla bağlı və b. folklor 
musiqi janrları öz inkişafını tapmışdır. 
Talış etnik qrupun musiqi mədəniyyəti ilə bağlı tarixi mənbə-
lərə nəzər saldıqdan sonra, diqqətimizi onların folklorunun bir qolu 
olan «Halay» janrına yönəltmək istərdik. 
Musiqişünas alim Səltənət Tağıyeva «Обрядовая культура и 
музыкальный  фольклор  тюркских  народов» adlı  əsərində belə 
qeyd edir: «Qədim dünya mədəni inkişafının bir neçə  mərhələ 
keçdiyini nəzərə alsaq, bu zaman onu ümumi planda aşağıdakı sxem 
şəklində göstərə bilərik: 
mif – ovsun mərasimi – ayin sinkretizmi – folklor. 
Qədim zamanlarda insanlar təbiətin gücünə inanaraq və 
özlərini onların bir hissəsi sayaraq, göyə, aya, günəşə, dağa, şimşək 
və ildırıma və s. təbii hadisələrə sitayiş edirdilər». [114. s.76] 


 
15
Təxminən e.ə. I minilliyin əvvələrində  qədim Azərbaycanda 
şamanizm ənənələri mövcud imiş. İbtidai qəbilə quruluşu dağıldığı 
dövrlərdə animistik əqidəyə, ruhların ayininə xidmət edən adamlar 
ortaya çıxır. Onlara şaman deyərmişlər. Şamanlar güya ruhlarla da-
nışa bilən, onlarla əlaqə saxlayan, onları öz iradələrinə tabe etməyi 
bacaran adamlar imiş.  Şamanlar keçirtdikləri ayinlərdə xeyrxah və 
bədxah ruhların «qüdrətinə» arxalanırdılar. Bu haqda  Nəsir Rzayev 
«Əsrlərin səsi» adlı kitabında geniş məlumat verərək belə yazır: 
«Animistik təsəvvürlərlə  əlaqədar olan bir çox qədim rəqs, 
mahnı, ayinlər şamanlar tərəfindən yaşadılmış və dövrümüzə qədər 
gəlib çıxmışdır. Onlardan kollektiv şəkildə icra edilən rəqs mahnısı 
«Halay» Azərbaycanın cənub rayonları üçün xarakterikdir. Bu rəq-
sin mənşəyini tunc dövrünün müqəddəs ocaq ətrafında icra edilən 
ayin rəqsləri ilə    bağlamaq lazımdır. Ona görə  də bu rəqsin adı 
«Halay» – dövrə  mənasını daşıyır ». [50.s.42] Deməli, müəllifin 
verdiyi məlumatlardan belə bir fikrə gəlmək olar ki, dövrə  vuraraq  
oxunan «Halay» rəqs mahnılarının mənşəyi tunc dövrünün Günəş 
ayini mərasimləri ilə əlaqələndirilir. 
«Halay» bir janr kimi ardıcıl  şəkildə kollektiv oxunub rəqs 
olunan, bir neçə rəqs mahnıları kompleksindən əmələ gəlmiş vokal-
xoreoqrafik formadır. Azərbaycanın Cənub bölgəsinə xas olan 
«Halay» kütləvi rəqs mahnıları xorla oxunmuş  və oxunmaqdadır. 
[23] B. Hüseynlinin söylədiyi bu fikirlər bizim mülahizələrimizlə 
üst-üstə düşür. 
Həqiqətən belə bir fikrə gəlinir ki, «Halay» bir janr kimi kol-
lektiv ifası və sinkretikliyi ilə seçilir. Burada rəqs, söz və melodiya 
bir-biri ilə qaynayıb – qarışmış olur. Bütün bu xüsusiyyətləri nəzərə 
alaraq bu janrın genezisi və etimologiyası haqda apardığımız araş-
dırmalar zamanı  bəzi alim və  tədqiqatçıların fikirləri nəzər diq-
qətimizi cəlb etmişdir. 
«Halay» sözünün işlənilməsi etimoloji baxımdan müxtəlif 
mənalar vermişdir. Bu haqda tədqiqatçı A. Abduləliyevin «Ha-
lay»ın  əmək folkloru kontekstində  tədqiqinə dair»  məqaləsində 
yazdığı fikirlər bizdə maraq doğurmuşdur.  O belə yazır: «… 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə