Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

 
51
çəltiyi biçin,Yığın çəltiyi çin-çin» «Halay» rəqs mahnısı misal ola 
bilər [9. s.51]. 
Fərbiyə xanım həm də Azərbaycan dilində olan talış mahnıları 
haqqında məlumat verirərək qeyd edir ki, bu mahnıların  əsas 
məğzində  mətnin Azərbaycan dilində  səslənməsinə baxmayaraq 
onun daxilində olan poetik məna hiss və düşüncələr talış xalqının bu 
və ya digər şəkildə həyat tərzi ilə bağlı olur. 
Fərbiyə  Şabanova ilə söhbətimiz çox maraqlı idi. O öz 
həyatından danışarkən, vaxtilə onun atasının Pensər kəndindən 
gəldiyi və Kakalos kəndində məskunlaşdığı haqda məlumat verdi. O 
anası haqqında danışaraq  dedi: «Pensər kəndinə toya qonaq 
gedərdik. Gəlin gələn zaman anamı (Xanım nənəni) «Halay» rəqs 
mahnılarının gözəl bilicisi kimi mütləq oxudardılar». Fərbiyə xanım 
gəlininin anası Məhbubə nənənin də belə mahnılar oxumasını qeyd 
etdi.Əyanilik naminə biz Xanım nənənin, Amana nənənin və 
digərlərinin vaxtı ilə toy mərasimlərində oxuduqları audio lentinə 
qulaq asdıq. Bu mahnılar sırasına  «Ulduz ay aman ay aman ay», 
«A yordu yordu-yordu», «İstiotum, ispanağım, gəl mənim  əziz 
qonağım», «A yordu yordu-yordu» (variant), «Mübarək olsun 
gəlinin qədəmi», «Öyrən gəlin, əylən gəlin», «Ulduz ay aman», «A 
yordu, yordu», və s. mahnıları aid idi. Audio lentdə bəzi mahnıların 
tələffüzü aydın eşidilməsə  də «Boyu bəstə  gəlinin» «Halay» 
mahnısının başqa bir versiyada oxunması xüsusi maraq oyatdı. 
Fərbiyə  Şabanovanın bibisinin söylədiyi «Mübarək badey», 
«Novruz» mahnıları dua-mərsiyə tipli nəğmələr fonunda əks 
olunurdu. «Nar-nar-nargilə, yar gəlir gülə-gülə», «Yar əli, yar 
düymələri mərcan» halaybaşlıqları ilə ifa olunan «Halay» mahnıları 
toy, Novruz  bayram mərasimlərində oxunularaq, insanların öz arzu 
və istəklərini bu mahnıların poetik məzmunlarında izhar etməsi ilə 
bağlı olmuşdur. 
Daha  sonra  Fərbiyə  xanım  mövsüm mərasim  mahnıları  
haqqında  danışaraq «Novruz» mahnısını ifa etdi. Bu novruz mahnı-
sında döyüş təsvirləri, göyə atılan fişəng,  yumurta boyanması və s. 
haqqında məlumat verilir. Burada həm də baharın gəlişi, gəlinin 


 
52
gəlişi ilə müqayisə olunur. Novruzun gəlişi yeni gün olduğu kimi, 
gəlinin gəlişi də yeni  ailənin başlanğıcıdır. 
F.Şabanova Kakalos kəndi haqqında, «Kakalos» sözünün 
mənası haqqında bir çox məlumatlar verdi.O bildirdi ki, «ka» talışca 
tərcümədə «ev»,«los» isə  yığım mənasını ifadə edir. Kəndin adı 
Kakalos sözü isə ilk dəfə bir neçə evin toplu şəklində əks edilməsini 
bildirir. 
Sonra isə biz Fərbiyə xanımla birgə 08 aprel 1997-ci ildə 
video lentə  çəkilmiş toya baxdıq.  Burada biz toy mərasimi 
haqqında yazdıqlarımızın  əksəriyyətinin  şahidi olduq.Video lentdə 
gördüklərimiz əsil folklor səhnələrinə çox yaxın idi. 
Söhbət əsnasında biz talışların özünəməxsus mərasimlərindən 
biri olan Şəvnışt” (talış dilində  şəv-axşam, nışt-oturmaq) haqqında 
danışdıq. “Şəvnışt” zamanı insanlar axşam vaxtı bütün işləri bitir-
dikdən sonra çay dəstgahı təşkil edirlər. Bu çay dəstgahı əsasən hər 
hansı bir ailənin özü tərəfindən təşkil olunur. “Şəvnışt” mərasiminin 
iştirakçıları ailəyə mənsub olmayan qohumlar, qonşular və başqaları 
da ola bilər. Keçmiş dövrlərdə  “Şəvnışt” mərasimi  əsasən xalça 
üstündə çay içərək başlanardı. Mərasimdə insanlar bir-biriylə söhbət 
edir, dərdlərini danışıb, mahnı oxuyur və  səhnəciklər göstərə 
bilərlər. Bu bir növ kənd həyatının müxtəlif məzhəkəli anları, sevgi 
duyğuları, öyüd və nəsihətlər və s. bağlı olur. Tarixən məzhəkələrdə 
yadda qalan və  təkrarlanan anlar həm də özündə  kənd həyatını 
tərənnüm edən mahnılarla da bağlı olmuşdur. Bu mahnılar öz 
növbəsində  təkrarlanaraq yaddaşlara köçürülmüşdür. Təbiidir ki, 
«Şəvnışt» mərasiminin keçmiş vaxtlarda keçirilməsi haqda 
informasiya zəif olduğundan bizə az məlumat çatmışdır. Lakin, 
«Şəvnışt» mərasimi, onun rəngarəngliyi, özünəməxsusluğu
inkişafı, ümumi xalq məhsulu olması, daha mütəşəkkil formada 
həyata keçirilməsi, onun qədimliyi haqqında bizə geniş  təsəvvür 
verir. Fikrimizcə müasir dövrdə «Şəvnışt» mərasiminin zəifləməsi, 
mədəniyyətlər arası inteqrasiyası ilə də bağlı ola bilər. Yeni düşüncə 
tərzinin, qlobal problemlərin, müasir dünyanın xalqın həyat və 


 
53
məişətinə  təsiri «Şəvnışt» mərasiminin inteqrativ prinsiplərini də 
meydana gətirmişdir. 
Artıq axşam düşürdü. Astaranın subtropik iqliminə uyğun 
narın-narın yağış yağırdı. Fərbiyə xanımla söhbətimiz o qədər 
maraqlı idi ki, vaxtın necə tez gəlib kecdiyini  hiss etməmişdik. 
Söhbətimizin sonuna doğru bu ziyalı xanımdan özü haqda geniş 
məlumat verməsini xahiş etdik. O xahişimizi nəzərə alaraq öz 
fəaliyyəti dövründə  həm də bir tərbiyəçi – müəllim vəzifəsində 
işləməsi barədə bizə məlumat verdi. Sonra  Fərbiyə Şabanova onu 
da qeyd etdi ki, ilk vaxtlar kolxoz kənd məktəblərində musiqi, rəsm 
və əmək fənlərindən dərs vermişdır. O, XX əsrin 70 – 80-cı illərində 
özünün və müxtəlif insanların  əl işlərindən ibarət olan sərgilərini 
təşkil etmişdir. Onun təşkil etdiyi sərgilərə baxış keçirildikdən sonra 
F.Şabanova Astara rayonunun Mədəniyyət  Şöbəsinin müdiri 
vəzifəsinə  təyin edilmişdir. Fərbiyə xanım bundan sonra daha da 
fəaliyyətini genişləndirərək sadaladığı folklor kollektivlərini 
yaratmışdır. O rayonda bir orkestrin, bir musiqi məktəbinin, Şəkə-
ran kəndində  həmin məktəbin filialının açılmasına nail olduğunu 
qeyd etdi. Fərbiyə xanım  Şadoğlan müəllim haqda da danışdı. O 
qeyd etdi ki, Şadoğlan Bayramov həmin musiqi məktəbini  daha da 
təkmilləşdirmişdir. F. Şabanova öz fəaliyyəti dövründə gülçülük 
birliyi yaratmış, yüzlərlə dərnəklərin açılması üçün böyük əmək sərf 
etmişdir.  Onun yaratdığı «Qərənfil» teatr birliyi özündə    qiraət, 
teatr və kukla teatrını birləşdirirdi. O kukla teatrı üçün Rusiyanın 
Leninqrad  şəhərindən kuklalar gətirtmişdir.  Beləliklə biz 
tədqiqatımız üçün önəmli olan maraqlı informasiyaları aldıqdan 
sonra Fərbiyə  Şabanovagildən  xoş  təəssüratla ayrılaraq yenidən 
dayanacaq məntəqəmiz olan Lənkəran şəhərinə yollandıq. 
23 avqust 2007-ci ildə isə axşam Lənkərana yetişərək bu 
şəhərdə tanınmış ziyalı,  ədəbiyyatşünas - alim və  tədqiqatçı Hacı 
Mirhaşım Talışlı ilə telefon əlaqəsi saxlayıb, bizimlə görüşməyimizi 
xahiş etdik. Xahişimizi qəbul edən  bu böyük alim  bizi evində 
qarşıladı. O bizi öz iş otağına dəvət etdi. Mirhaşım müəllimin şəxsi 
kitabxanası öz böyüklüyü və zənginliyi  ilə diqqətimizi cəlb etdi. 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə