Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

 
48
zaman atası müharibəyə getdiyindən qəmli, beş yaşında isə atası 
müharibədən qayıtdığından anası şən mahnılar oxumağa başlamışdı. 
Şadoğlan Bayramov  vaxtı ilə  Fərbiyə    Şabanovanın təşkil 
etdiyi  «Əvəsor» («Yeni il») folklor qrupunda tarzən vəzifəsində 
çalışmışdır. O, adını qeyd etdiyimiz kitabda «Əvəsor» qrupunun 
repertuarından götürdüyü mahnı  və «Halay» rəqs mahnılarını nota 
almışdır. Bu «Əvəsor» qrupu özündə toy mahnıları,  mərasim 
mahnılarının  icrasını əks etdirir[9]. 
Fərbiyə xanım  talış mahnıları,əmək nəğmələri, laylalar  və  
«Halay»  rəqs mahnıları  haqqında məlumat verərkən qeyri ixtiyari 
olaraq özünün  yaratdığı  «Əvəsor» kollektivinin «Toy tamaşası»nın 
necə icra olunması barədə bizə geniş  məlumat verdi. Bu tamaşada 
Fərbiyə  Şabanova öz nəvəsi Zülfiyyəyə  həsr olunan əzizləmə 
mənasında  bir neçə  mərhələli mahnılar söyləyir. Bu mahnıları bir 
növ aşıq sənətində olan «vücudnamə» və ya həsr olunan şəxsin 
həyatda göstərdiyi uğurlar kimi də  qəbul etmək olar. Bu barədə 
Fərbiyə xanım öz nəvəsi körpə Zülfiyyəni əvvəl beşik nəğməsi ilə 
əzizləyir, yeniyetmə yaşında isə onun bicara getməsini mahnı 
şəklində təsvir edir. Lakin hər mərhələdə intonasiya daşıyıcısı olan 
«Əloləm» sözü leytbaşlıq kimi yenə nəvəni əzizləyir, nənə nəvəyə 
«laləm, çiçəyim» deyə müraciət edir. Həm uşaq yaşında, həm 
yeniyetmə yaşında «əlolə» deyərək nəvə  əzizlənir. 
Fərbiyə xanımı dinləyərkən o öz nəvəsi Zülfiyyəni oxumaq 
üçün köməyə çağırdı. Artiq onlar «Toy» tamaşasının mərhələli 
prosesində yer alan mahnıları  bərabər oxumağa başladılar. 
Mahnıların silsilə  sırası bu şəkildə idi:
 
«Keynə babe» («Nə vaxt 
olacaq»), «Doy sədə qıle bıl-bıl» («Budaqda sarı bülbül»), «Ha kinə 
məşi» («Ay qız getmə»),«Nanana nanay nananay yar hey», 
«İstiotum, ispanağım, gəl mənim əziz qonağım»,«Ulduz ay aman», 
«Dəst-dəst maral hey»,«Dağlar hey»,«Boyu bəstə  gəlinin»,«Çağır 
oğlan anasın desin mübarək badey»,«Mübarək, ay mübarək», 
«Kəkili manqal oğlan, Mən ölüm sən qal oğlan».Daha sonra 
Fərbiyə  Şabanova  «Toy» tamaşısının  «Şəvi şanbəye kinə» («Bir 


 
49
gecənin qonağı  qız»), «Əylən gəlin,əylən gəlin» kimi mahnılarla 
sona yetdiyini bildirir. 
Fərbiyə xanımın öz böyük qızının «nişantaxtı» mərasimində 
audio lentə alınan «Halay» rəqs mahnılarını    təqdim etməsi isə 
bizim üçün bir tapıntı idi. Çünki burada Fərbiyə  Şabanovanın öz 
anasının və bibisinin talış xalq folklorunu dərindən bilərək «Halay» 
rəqs mahnılarını oxuması da bizim üçün xeyli əhəmiyyətli idi. 
Xınayaxdı  mərasimində  Fərbiyə xanımın vaxtı ilə  anası Xanım 
nənənin, Amana nənənin və bu mərasimdə iştirak edən digər şəxs-
lərin oxuduğu mahnıların audio lent yazısını dinlədik.  Bu lentdə 
həm də 76 yaşlı    Pitan  nənənin oxuduğu «Yarım hey»,«Laylay» 
mahnısını  eşitdik.Bu audio lentə  həm də    «Almanı alma gəlin», 
«Kəkili manqal oğlan», «A qırmızı nimtənə», «Dilit dilit dil-dili», 
«Can sənə qurban canım hey», «Şəvi şanbəye kinə» («Bir gecənin 
qonağı  qız»), «Vıli bordedamon, güli bordedamon», («Çiçəyi 
aparırıq, gülü aparırıq») «Nanana nanay nananay yar hey», «Dağlar 
hey», «İstiotum, ispanağım, gəl mənim  əziz qonağım» halaybaş-
lıqları ilə başlayan mahnılar da daxil idi. Dinlədiyimiz bu «Halay» 
rəqs mahnıları Fərbiyə xanımın təşkil etdiyi «Toy» tamaşasında da 
özünəməxsus qaydada istifadə olunur. 
Audio lenti dinlədikdən sonra Fərbiyə  Şabanova ilə yenidən 
«nişantaxtı»  mərasimi  haqqında söhbətimiz davam etdi. O nəvəsi 
Zülfiyyə ilə birlikdə nişanda oxunan «Dəst-dəst maral hey», 
«Gəlinə bax, gəlinə», «Kinəlim», «Voyi-voyi qınedə»(« Xəfif-xəfif 
yel əsir») mahnılarını oxudular. 
Daha sonra Fərbiyə xanım öz əmək fəaliyyəti haqqında danı-
şaraq qeyd etdi ki, Astara rayonunda on bir kollektiv yaratmışdır. O, 
mədəniyyət  şöbəsinin rəhbəri işləyən zaman bu kollektivlərlərin 
ayrı-ayrılıqda adları mövcud idi və  hər zaman respublikada 
birincilər sırasında olmuşlar.  Bu kollektivlərin adları yarandığı 
yerlərin adları ilə eyniləşirdi. Buna Pensər kəndindəki «Pensər 
vəyə», Kələdəhnədəki  «Xəzərin» (dəniz kənarında yerləşdiyi üçün)  
kollektivlərinin adını misal çəkmək olar. 


 
50
Söhbətimiz əsnasında Fərbiyə xanım istəyimizi nəzərə alaraq 
oynaq tempdə olan «Əvəsor» («Yeni il») mahnısını, bunun ardınca 
isə  bu mahnıya kontrast olan «Marze-marze»(«Lək-lək») mahnısını 
zümzümə etdi. Bu mahnı  çəltik  əkən zaman oxunur. Çəltik 
mahnılarına «Basma-basma tağları, saraldı yarpaqları» mahnısı da 
aiddir. Ümumiyyətlə bütün mahnılarda  əsas icra olunan hadisə 
nəqarətdə öz əksini tapır. Halaybaşı öz solosu ilə əkin vaxtı və ya-
xud biçin vaxtı və s. vəziyyətlərdə xüsusi olan anları solo şəklində 
melodik cümlə kimi ifadə edir. Zəhmət hadisəsinə yönələn fikir 
nəqarətdə öz əksini tapmağa başlayır.  Əsasən  əkinçiliklə bağlı 
qədim təqvim - əmək nəğmələrindən bicar mahnıları,talış folklorun-
da özünəməhsus yer tutur. Bu isə bölgənin torpağının münbitliyi və 
subtropik zonaya bağlı olması ilə bağlıdır. Belə bir təbii  şəraitin 
olması çəltik, çay, limon, portağal və s. bitki və tərəvəzlərin yetiş-
məsi üçün mühüm əhəmiyyət daşıyır.  Əmək,məhsul və  zəhmət 
mahnıları xalqın qan yaddaşına hopmuşdur. Bu gün də    çəltik 
Lənkəran - Astara bölgəsində daha çox əkilir. Bu isə bölgə 
insanlarının qidasının  ən  əhəmiyyətli tərkib hissəsi sayılan çəltiyə 
üstünlük verməsi ilə  sıx bağlıdır. Xalqın çəltik bitkisinin əkilməsi 
ilə bağlı, geniş təcrübələrinin olması həmin mahnılarda da öz əksini 
tapmışdır. Buna misal «Çəltik» bicar mahnısını göstərmək olar. 
«Çəltik» mahnısında çox zaman çəltiyin «Çiləy çəltiyi», «Xan 
çəltiyi», «Ambarbu çəltiyi» və s. növü, sortu haqqında xüsusi qeyd-
lər olunur. Halaybaşı - solist hansı növ çəltiyin əkilməsi, onun növü 
və  əkin zamanı hansı üsullardan istifadə olunması haqqında məlu-
mat verir. Halaybaşı mahnını başlayır, xor isə bu halaybaşının fikri-
ni daha da incə, düşündürücü və inkişaflı  tərzdə  əks etdirməyə 
çalışır. Bir növ xor əzizlənmə  mənasında olan fikri aşılamağa 
çalışır. Məsələn: «Basma-basma tağları, Saraldı yarpaqları» 
halaybaşlığı ilə başlanan mahnıda hər dəfə söylənilən misralarda 
yeni fikirlər meydana gəlir. Çox zaman onun fikirləri mifoloji süjet 
xətti ilə verilir. Bicar mahnılarında  əsas mövzu çəltik olmasına 
baxmayaraq, burada qızlar mahnını oxuyarkən onun melodik 
motivləri arasında sevgi mövzusu meydana gəlir. Buna «Biçin 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə