Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   44

 
163
cəhətlərdən özündə xalqa məxsus müxtəlif  kultroloji  dəyərləri 
birləşdirmişdir. Xarakterik cəhətdən «Halay» mahnıları müxtəlif 
tarixi dövrlərdə müxtəlif hadisələrlə: məhsul yığımı, təbiət və qəhrə-
manlıq hadisələri, ritualların keçirilməsinə  rəğmən məzmunlaşmış, 
xüsusi forma prinsipinə inkişaflı  tərzdə nail olmuşdur. Bu 
«Halay»lar həm də özündə birlik, bütövlük rəmzini birləşdirmişdir. 
«Halay» mahnılarının digər bir xüsusiyyəti isə insanın həyat-
da rolu, arzu və istək ümidləri, daima realist düşüncənin özünə-
məxsus tərzdə ifadələnməsi prinsipini əks etdirməkdən ibarət olur. 
Melodiyaların dildən-dilə, ağızdan-ağıza ötürülməsi istər-istəməz  
həmin melodiyaların variantlarının yaranmasına səbəb olur. Bəzi 
vaxt qoşma, gəraylı  və yaxud bayatı  şəklində olan misralar, eyni 
məzmun və xarakter daşımasına baxmayaraq müxtəlif melodiyalar 
vasitəsilə variantlı  şəkildə dinləyiciyə çatdırılır. Belə mahnıların 
formalaşmasında toplu şəkildə deyişən «Halay» dəstələrinin bir-
birini ruhlandırması da səbəb olur. Bayatı söyləmələrinin həm 
laylalarda, həm ağılarda, həm də «Halay» rəqs mahnılarında möv-
cud olması bir əlaqə prinsipi yaradır. 
Biz ilk dəfə olaraq dərs vəsaitində «Halay» mahnılarında lad-
intonasiya xüsusiyyətlərini tədqiq etmiş, bu mahnıların melodik 
səslənmələrində meydana gələn müxtəlif  intervallar şəklində səsaltı 
polifonik birləşmələrin mövcudluğunu açıb göstərməyə çalışmışıq. 
«Halay» mahnıları müxtəlif prizmalardan təhlil oluna bilər. 
Bu mahnılarda  trixord və tetraxord səs ardıcıllaşmalarının həm bir-
likdə, həm də ayrı-ayrılıqda mövcud olan xüsusiyyətlərini görə 
bildik. 
«Halay» rəqs mahnıları  əsasən «allegro», «andante» temp-
lərində  və 
8
6
 ölçüdə  mövcud olan nümunələri geniş yayılmışdır. 
Bu templər arasında «moderato» tempinə  də rast gəlinir. «Halay» 
mahnılarının bir tempdə başlayıb və  həmin tempdə sona yetməsi 
onun xarakterik cəhətlərindəndir. «Halay» mahnılarının ölçüləri  
arasında 3/4, 2/4 ölçüyə  də rast gəlmək mümkündür. Ölçülərin 


 
164
melodiyalarda  əks olunması,  onların poetik mətnlə birləşərək hər 
hansı bir fikri ifadə etməsi müxtəlif xarakterlərdə təzahür edir. 
«Halay» qrup dəstələrinin deyişməsi və  bədahətən  şeir 
söyləməsi bu qrup dəstələrinin özünü bir instrumental musiqi aləti 
kimi tərənnüm edir. Bəlkə də biz bu hər qrup üzvünü ayrı-ayrılıqda 
dinləsək, onlar bədahətən belə  şeir demə xüsusiyyətinə malik 
olmazdılar. Məhz qrup şəklində mövcud olan kollektiv ansambl 
bayatı, gəraylı, qoşma üzərində söylənilən bəndlərin və misraların 
yaranmasına səbəb olur. Bu bəndlər və misralar özlərinə təkrarlanan  
sözləri, tərkib sözlərini, nidaları daxil edərək, bayatı, qoşma,  
gəraylı 
şeir növlərində söylənilən mətnlərin mənasını 
qüvvətləndirir. Qoşma misralarının bayatı, gəraylı bənd misraları ilə 
birləşməsi üsulu da «Halay» rəqs mahnılarının oxunuşunda çox 
aydın ifadə olunur. Bu isə söylənilən «Halay»ın bədiliyinin və 
məzmununun cəlbedici olmasına böyük imkan yaradır. 
Tərkib sözləri ilə «Halay» və halaybaşlıqlarının başlanmasını 
da görmək olar. Belə bir fikir yürütmək olar ki, «Halay» 
mahnılarının ifası zamanı halaybaşlığının müxtəlif xarakterdə ifadə 
olunması həm də «Halay»ın tipinin müəyyən edilməsində  mühüm 
rol oynayır. İntonasiyaların  şeir misralarına xidmət etməsi «Halay» 
melodiyalarının sadə, lakin cəlbedici və düşündürücü xüsusiyyətlə-
rini meydana gətirir. Lənkəran-Astara bölgəsində belə «Halay» rəqs 
mahnılarının yaranma strukturunun formalaşması xalqın həyat 
məişətində yaranan hadisələrin xarakterik xüsusiyyətlərinin müx-
təlifliyindən irəli gəlir. Bu xarakterik cəhətlər  sevgi, bicar, əmək, 
heyvandarlıq və s. mahnılarda təzahür edir. «Halay» mahnılarının 
uzun bir tarixi yol keçməsinə baxmayaraq, bu mahnıların formalaş-
ması həm də novruz qabağı nəğmələr,  Novruz, toy və s. mahnıları 
ilə  də  sıx  əlaqədardır. «Halay» mahnılarının tərkibində biz belə 
mahnıların mətninin ifadəsinə də rast gəlirik. 
Cənub bölgəsində rast gəlinən beşik nəğmələri içərisində 
laylalar da özünəməxsusluq təşkil edir. Mahnıların özündə  əks 
etdirdiyi məzmun müxtəlifliyi, Azərbaycanın cənub bölgəsinə məx-
sus qədim adət və  ənənələri də özündə  cəmləşdirir. Bu mətnlərin 


 
165
arasında həm də tarixi məlumatlar öz əksini tapır. Belə  məlumat-
ların «Halay»ın mətnlərində  əks olunması onun qədimliyindən bir 
daha xəbər verir. Bu növ «Halay»lar Azərbaycanın cənub bölgəsinə 
məxsus məlumatları mahnılar şəklində dinləyicilərinin yaddaşlarına 
həkk etdirir. 
«Halay» mahnılarının ifası zamanı meydana gələn sinkretik-
lik, həm oxunması, həm oynanılması istər-istəməz «Halay»lar və 
«Yallı» rəqsləri arasında da müqayisəli araşdırmanı da meydana 
gətirmişdir. Belə «Halay» mahnılarına Lənkəran-Astara bölgəsində 
tədqiqat apardığımız Qızılavar, Mahmudavar, Separadi və Kakalos 
və.s. kəndlərdə rast gəlinmişdir. «Halay» mahnılarının «Yallı»larla 
oxşarlığı xüsusilə  nəzər diqqəti cəlb edir. Yallıbaşı  və halaybaşı 
ifadələrinin hər ikisi dəstəbaşı ifadəsi kimi dərk olunmasına 
baxmayaraq, belə ifadələnmələr tarixi köklərlə bağlı olaraq müxtəlif 
dəstələrin, ordu dəstələrinin, kütləvi xalq dəstələrinin anlamını da 
ifadə edir. Bu prinsip əslində tarixin qan yaddaşını, kultroloji cəhət-
lərini və  cənub bölgəsinə  məxsus milli mənəvi dəyərləri özündə 
aşılamaqdadır. Deməli, «Halay»larda cəmləşən melodiya, lad-
məqam, intonasiya və poetik cəhətlərin ifadə oxşarlığı mühüm prin-
siplərə əsaslanır. 
Buradan belə  qənaətə  gəlmək olar ki, tarixi mədəniyyətin 
daşıyıcısı kimi Lənkəran-Astara bölgəsində yaşayan insanların gün-
dəlik həyat tərzini, ictimai həyatda yolunu dünya xalq musiqi 
mədəniyyətinin bir məfhumu kimi tarixdə yaşamış, yaşayır və 
yaşayacaqdır. «Halay» və «Yallı»lar arasında intonasiya oxşarlığı, 
ritmik  şəkil uyğunluğu, müxtəlif formalarda melodik ibarələr və 
motivlərin birləşməsində meydana gəlmişdir. «Halay»ların mahnı 
oxuyaraq  rəqs edilməsi, iki dəstənin və halaybaşıların deyişməsi 
şəklində, «Yallı»ların isə oxuyaraq rəqs edilməsi və yaxud musiqi 
müşayiəti ilə  rəqs edilməsi yallıbaşı  tərəfindən dəstənin və 
ayaqçının icra etdiyi rəqslərlə müşahidə olunur. 
Əgər «Halay» mahnılarının poetik mətnində bayatı, gəraylı, 
qoşma misraları  bənd  şəklində özünü göstərirsə, «Yallı»larda belə 
misralardan iki misra və yaxud təkrarlanan misralar prinsipi üzrə 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə