İllər keçdikcə və ötən çağlardan uzaqlaşdıqca, istər-istəməz artıq



Yüklə 438,77 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü438,77 Kb.
#63868


Mir  Cəld 

^

dünyasından  sətirlər



İllər  keçdikcə  və  ötən  çağlardan  uzaqlaşdıqca,  istər-istəməz  artıq 

əlçatmaz uzaqlıqda  qalan və  ilğımlar arxasından  görünən  o  illərə  qa­

yıdır,  şəffaf  uşaq  baxışlarından  süzülüb  qəlbinə,  yaddaşına  həkk 

olunmuş  mənən  uca  insanları  xatırlayırsan,  o  saf və təmiz  dünyanın, 

o  unudulmaz  insanların  həsrətini  çəkirsən,  həyatda  o  cür  insanlarla 

rastlaşanda  (əlbəttə,  rastlaşırsan)  müdrik  babaların  hikməti  yada  dü­

şür:  dünya xali  deyil.  Bir də  onu  düşünürsən  ki,  belə  mənəviyyat,  əx­

laq və ucalıq örnəkləri olmasaydı,  dünya çox zalım,  amansız, subyek­

tiv və  haqsız olardı.

• •

Ö

mrümə  əbədi  daxil 

olmuş ideal insanla­

rın  bir  qismini  əvvəlcə 

əsərləri,  çıxışları  ilə,  haq­

qında  formalaşmış  müsbət, 

ictimai  rəylə  qiyabi  olaraq, 

uzaqdan  tanımışam  və  sev­

mişəm,  sonra  həyatda  gö­

rüşmüşük,  ünsiyyətdə  ol­

muşuq.  Mir Cəlal  müəllimi 

də  hələ  Zəngəzurun  kiçik

bir dağ kəndində - Maralzə- 

midə  m əktəbə  gedərkən 

"Bir  gəncin  manifesti"ndən 

tanıyır. Baharın acı taleyinə 

yana-yana  bu  əsərin  müəl­

lifini  dünyanın  ən  böyük 

yazıçılarından  biri  sayır­

dım.  Sonralar  anladım  ki, 

belə  əsərləri  Mirzə  Cəlil 

demişkən,  zəmanə  özü  ya­

radır  və  belə  əsərlər  yazı­

landa Tanrının əli  müəllifin 

əlinin  üstündə  olur.  Qonşu 

Lök  kəndində  dördüncü 

sinifdə  oxuyanda ədəbiyyat 

müəllimim  Əli  Əliyev  də 

öz  müəllimi  Mir  Cəlal  Pa­

şayevdən  öyünə-öyünə  da­

nışardı  və  açıqca fəxr edər­

di - Mir Cəlal Paşayev onun 

müəllimi  olub!  Əli müəllim 

o vaxt Zəngəzurda sadə  ca-



5

ı^ S IP -ln a a rif jurnalı  4 - 2008




maatm  təsəvvüründə  ikinci  növ 

ali  məktəb  hesab  edilən  (birinci 

Azərbaycan  Dövlət  Universiteti 

sayılırdı)  APİ-nin  (indiki  Azər­

baycan  Dövlət  Pedaqoji  Univer­

siteti)  qiyabi  şöbəsini  bitirmişdi. 

Mən  sadəlövh  uşaq  marağıyla

ondan  soruşanda  ki,  Mir  Cəlal 

müəllim  nə  üçün  universitetdə 

dərs  demir,  sualım  şübhəsiz, 

APİ-nin  məzunu  kimi  onun  xət­

rinə  dəydi.  İncik  və  bir  az  da 

hirslə:  niyə,  bəyəm  APİ  univer­

sitetdən  əskikdir?  -  dedi  -  Mir 

Cəlal  Paşayevdən  başqa  APİ-də 

Mikayıl  Rəfili,  Əbdüləzəl  Də- 

mirçizadə,  Əhməd  Seyidov,  İs­

mayıl  Şıxlı...  (adını  eşitmədiyim 

başqa müəllimlərin də adını çək­

di)  işləyir,  -  əvvəlki  cümləsini 

bir  də  qəzəblə  təkrarladı,  -  bə­

yəm  APİ  universitetdən  əskik­

dir? Sualım Əli müəllimin əm əl­

li-başlı  xətrinə  dəymişdi.  Mən 

onu  sakitləşdirmək  üçün  "bili­

rəm  onlar  görkəmli  adamlardır, 

ancaq  APİ-də  işlədiklərini  bil­

mirdim",  -  söylədim.  Bu  sözüm 

sanki Əli  müəllimin çöhrəsində­

ki qəzəbi bir andaca silib apardı. 

"Sən çox şey bilirsən,  ancaq hər 

şeyi  bilmirsən  -  deyərək  barışıq 

elan  etdi".  Aramız  düzələndən 

sonra  Əli  müəllimdən  xahiş 

edirdim  ki,  bir  az  Mir  Cəlal 

müəllimdən  danışsın  və  Əli 

müəllim  həvəslə bildiklərini  da­

nışırdı.  Ancaq  Əli  müəllim  də  o 

vaxtlar  mənim  kimi  bilmirdi  ki, 

Mir  Cəlal  müəllim  Azərbaycan

Dövlət 

Universitetinin 



pro­

fessorudur,  sadəcə,  vaxtilə  tələ­

bəsi  olduğu  APİ-dən  ayrılmaq 

istəmir,  orfda  da  kurslar  aparır, 

təkcə  Azərbaycandan  deyil, 

Zəngəzurdan,  Göyçədən,  Ağba- 

badan,  Loru-Pəmbəkdən,  Dər­

bənddən,  Borçalıdan,  Qaraçöp- 

dən...  ümumiyyətlə,  Qafqazın 

hər  yerindən  APİ-yə  gəlib  Əli 

müəllim kimi təhsil alan soydaş­

larımıza  ədəbiyyat  tariximizin 

zənginliklərini  çatdırmaq  üçün 

ADU-da  işinin  çox  olmasına 

baxmayaraq,  imkan  tapıb  bir 

vaxtlar  təhsil  aldığı  doğma 

institutda  tələbələrə  mühazirə­

lər  oxuyur.  Bu  tələbələr  öz 

kəndlərinə, öz evlərinə, öz mək­

təblərinə  ürəklərində  Mir  Cəlal 

şəxsiyyətinin  nurundan  nə  isə 

aparır  və  bu  gözəl  insanın  tələ­

bəsi  olduqları  üçün  Əli  müəllim 

kimi  fəxrlə  danışırdılar.

Uşaqlıq  illərimdə  bizim  kən­

dimizdə,  bütün Zəngəzurda  mə­

nim yaşıdlarım və məndən bir az 

böyüklər  içində  "Bir  gəncin 

manifesti"ni  dönə-dönə  oxuma­

yan,  yaxud  heç  olmasa  bir  -iki 

fəsil  oxumayan,  Mir  Cəlal  adını 

eşitməyən  şagird  tapmaq  müm­

kün  deyildi.  O  vaxtlar heç  Bakı­

ya da televiziya gəlməmişdi. Ha­

mı  yazıçıları  əsərlərindən  və 

mətbuatdan tanıyırdı.  Biz yazıçı­

larımızın şəklini  yalnız kitablar­

da  və  hərdən  qəzetlərdə  görə 

bilərdik.  Ancaq  ədəbiyyat  hə­

vəskarları  sevdikləri  yazıçının

portretini  xəyallarında  canlandı­

rırdılar.  Bəlkə  buna  görəydi  ki, 

mən  Mir  Cəlal  müəllimi  1963- 

cii  ilin  avqustunda  ADU-nun  o 

vaxtlar  Nizami,  49-dakı  korpu­

sunda  qəbul  imtahanı  vaxtı  gö­

rən kimi  tanıdım.  Məndən  imta­

hanı  o  vaxtlar  tanımadığım  baş­

qa müəllim götürürdü,  ancaq gö­

züm  Mir  Cəlal  müəllimdəydi, 

onun  reaksiyasını  duymaq  istə­

yirdim  və  bu,  həm  imtahan  gö­

türən müəllimin,  həm də komis­

siyanın  başqa  üzvlərinin  diqqə­

tindən yayınmırdı.  Mən suallara 

cavab  verdikcə  Mir  Cəlal  müəl­

limin  üzündə  ifadələrin  dəyiş­

mədiyini  görür  və  narahat  olur­

dum,  ancaq  cavabımın  sonuna 

yaxın  çöhrəsində  məmnunluq 

nişanələri  sezdim  və  rahat  ol­

dum.  Mir  Cəlal  müəllimi  ilk 

dəfə  onda  gördüm  və  imtahan 

verdiyim  15-20  dəqiqədə  səsini 

eşitmədim  və  ilk  təəssüratım  bu 

oldu  ki,  o,  heyrətamiz  dərəcədə 

sakit  və  təmkinlidir.  Universite­

tin  həyətinə  düşən  kimi  biri  so­

ruşdu:  Müəllimlər kimlərdir?

-Biri Mir Cəlal müəllimdir,  - 

dedim,  -  ikisini  tanımadım. 

Məndən  imtahan  götürən  müəl­

limi  də tanımadım.

"Mir Cəlal müəllim ordadırsa 

imtahan  düzgün  keçər"-  imtaha­

na  gələn  qardaşını  müşayiət 

edən  universitetin  üçüncü,  ya 

dördüncü  kursunda  oxuyan  hə­

min  tələbənin  sözləri  yadımdan 

çıxmayıb:  "Mir  Cəlal  müəllimi 

qəbula  salıblar  ki,  imtahan  düz­

gün keçsin...!"

Mir Cəlal müəllimin kafedra­

sı  indiyəcən  gözlərim  önündən 

getmir.  Kafedra  universitetin  o 

vaxtkı əsas binasında ikinci mər­

təbədə  pillələrin başında,  böyük

Mir Cəlal  müəllimi  hələ  Zəngəzurun  kiçik bir dağ 

kəndində  -  Maralzəmidə  məktəbə  gedərkən  "Bir 

gəncin  manifesti"ndən  tanıyır,  Baharın  acı  taleyinə 

yana-yana  bu  əsərin  müəllifini  dünyanın  ən  böyük 

yazıçılarından  biri  sayırdım.

ı^4SeKWiıaarif jurnalı 4 - 2008



6


bir  otaqda  yerləşirdi.  Bura  bir 

çox  görkəmli  alimlərin  iş  yeriy- 

di,  Mir  Cəlal  müəllimin  hərdən 

bu  böyük  otaqda  ahəstə-ahəstə 

var-gəl  eləməyi  vardı.  Bütün 

bunlarla  bərabər  burada  qəribə 

səssizlik, rahatlıq hökm sürürdü. 

Müəyyən  səbəblərdən  mənim 

də  bu  kafedraya  yolum  düşürdü 

və  mənə  elə  gəlirdi  ki,  sənət və 

elm  m əbədinə  daxil  oluram. 

Kafedrada  Əkbər  Tağıyev,  Əli 

Fəhmi,  Bəxtiyar Vahabzadə,  İs­

mayıl  Əlizadə,  Raifə  Həsənova, 

Əzizə  Cəfərzadə,  Fəridə  Vəzi- 

rova,  Camal  Əhmədov,  sonralar 

Abbas  Zamanov  kimi  o  vaxtlar 

geniş  tanınan  alimlər  -  pedaqoq- 

lar  çalışırdı.  Bir  çox  gənc,  iste­

dadlı tədqiqatçı müəllimlər vardı 

ki,  onların  hamısı  Mir  Cəlal 

müəllimin  yetirmələriydi,  elmin 

və  həyatın  çətin  yollarında  Mir 

Cəlal  müəllim  səxavətlə  onlara 

əl  tutmuşdu.  Həyatdan  vaxtsız 

getmiş  Firidun  Hüseynov  da, 

İnayət  Bəktaşi  də,  Vaqif  Vəli­

yev  də,  Abuzər  İsmayılov  da, 

Firuz  Sadıqzadə  də,  Kamil Mir- 

bağırov da,  bu gün tədqiqatlarını 

və  pedaqoji  fəaliyyətlərini  da­

vam  etdirən  Pənah  Xəlilov,  Cə­

lal  Abdullayev,  Gülhüseyn  Hü- 

seynoğlu,  Qara  Namazov,  Təh­

sin  Mütəllibov,  Azad  Nəbiyev, 

Abdulla Abbasov,  Xalid  Əlimir- 

zəyev  və  başqaları  da  Mir  Cəlal 

müəllimin kafedrasından çıxmış­

dılar.  Oxucu  düşünəcək  ki,  bu 

alimlər ədəbiyyatda başqa-başqa 

sahələrin,  dövrlərin  tədqiqatçı­

larıdır, məsələn, Əkbər Tağıyev, 

İsmayıl  Əlizadə  xarici  ədəbiy­

yat,  Abuzər  İsmayılov,  Gülhü­

seyn  Hüseynoğlu  rus  ədəbiyyatı 

mütəxəssisiydi,  Pənah  Xəlilov 

bugünkü  anlamda  MDB  və  Bal-

tikyanı  ölkələr  ədəbiyyatının, 

yaxud,  Firuz  Sadıqzadə  qədim 

və  orta  əsrlər  Azərbaycan  ədə­

biyyatının tədqiqatçılarıydı,  Rai­

fə  Həsənova və  Kamil  Mirbağı- 

rov  XİX  əsr  ədəbiyyatımızdan 

dərs verirdilər və s. və i. a.  Oxu­

cu  haqlıdır.  Məsələ  bundadır ki, 

təhsilimizin  flaqmam  Azərbay­

can  Dövlət  Universitetində  ədə­

biyyatla bağlı bircə kafedra vardı 

-  Azərbaycan  ədəbiyyatı  kafed­

rası!  Milli  ədəbiyyatımız  da,  xa­

rici  ədəbiyyat  da,  ədəbiyyatşü­

naslıq  da...  bu  kafedranın  için- 

dəydi,  sonralar Universitetdə ya­

ranan  bütün  ədəbiyyat  kafedra­

ları Mir Cəlal müəllimin məşhur 

kafedrasından  pərvəriş  qazandı­

lar.

Universitetdə 



Mir 

Cəlal 


müəllimə  böyük  hörmət və  mə­

həbbətlə  yanaşırdılar,  ən  başlı­

cası,  bütün  gənclər  -  tələbələr, 

aspirantlar,  laborantlar  onu  həd­

siz  sevirdilər  -  alim  kimi,  müəl­

lim  kimi,  ziyalı  kimi,  ağsaqqal 

kimi!  Belə  hörmət  və  ehtiramın 

nəticəsiydi  ki,  qismətinə  onun 

tələbəsi  olmaq  düşməyənlər ge­

dib  başqa  kurslarda  onun  müha­

zirəsini  dinləyirdilər.  Mən  də 

belələrindən  idim.  Bu  günün 

özündə  də  birinci-ikinci  kurslar­

da  oxuyanda  gedib  Mir  Cəlal

müəllimin  ədəbiyyatşünaslıq­

dan,  Ağamusa Axundovun ümu­

mi  dilçilikdən  mühazirələrini 

dinləməyimi  xoş  təəssüratla  xa­

tırlayıram.  Bu fənləri bizə də sa­

vadlı müəllimlər tədris edirdilər,

ancaq  Mir  Cəlal  müəllimin  bö­

yük yazıçı, alim və ziyalı şəxsiy­

yəti,  Ağamusa  Axundovun  iste­

dadlı  alim təfəkkürü və natiqliyi 

məni  özünə  çəkirdi.  Mir  Cəlal 

müəllimin  mühazirələrini  dinlə­

mək üçün  bizdən  bir kurs  yuxa­

rının  əlaçı  tələbəsi  Şaməddinə 

(aramızdan  vaxtsız  getmiş  iste­

dadlı  dilçi-türkoloq  alim)  müra­

ciətdən  sonra  o  mənim xahişimi 

Mir  Cəlal  müəllimə  çatdırıb, 

icazə  almışdı.  İkinci  mühazirə­

dən  sonra  Mir  Cəlal  müəllim 

mənə yaxınlaşdı:

-  Sizin kursa ədəbiyyatşünas­

lığı kim deyir? -  soruşdu.

-  Biz  hələ  ədəbiyyatşünaslıq 

keçmirik,-  dedim.

- Birinci kursdasan ? - Bir da­

ha dəqiqləşdirmək istədi.

-  Bəli,-  dedim.  -  Sizin  müha­

zirələrinizi  dinləmək  istəyirəm. 

Əgər  başqa  predmetdən,  məsə­

lən,  ədəbiyyat tarixindən  müha­

zirə  oxusaydınız da gələcəkdim, 

sadəcə,  sizi  dinləmək istəyirəm.

- Yaxşı.


Başqa söz demədi.

İkinci  kursda  ədəbiyyatşü­

naslığı  bizə  o vaxtlar cavan  olan 

Təhsin  Mütəllibov  deyirdi.  İlk 

dərsdə  ilk  sözü  bu  oldu  ki,  ədə­

biyyatşünaslığa aid indiyədək fi­

lan  dərsliklər,  kitablar  nəşr  olu­

nub.  Həmin  kitabların  dəyərini 

azaltmaq fikrim yoxdur, müəllif­

lərinə  də  hörmətim  var,  ancaq 

mən  sizdən öz  dediklərimi  soru­

şacağam.  Təhsin  müəllimin  də 

mühazirələri  özünəməxsus  və

Mir  Cəlal  müəllimə  hörmət  və  ehtiramın  nəticə­

siydi  ki,  qismətinə  bu  böyük  pedaqoqun  tələbəsi 

olmaq  düşməyənlər  gedib  başqa  kurslarda  onun 

mühazirəsini  dinləyirdilər.

7

rjÖ fe lılm a a rif jurnalı  4  -  2008




maraqlı idi.  Onda hələ Mir Cəlal 

müəllimin  Pənah  Xəlilovla  bir­

gə yazdıqları  "Ədəbiyyatşünaslı­

ğın əsasları"  kitabı nəşr olunma­

mışdı.  Bu  kitab  nəşr  olunandan 

sonra  vərəqlədim,  gördüm  ki, 

Təhsin  müəllim  hələ  1964-cü 

ilin  payızında  bizə  Mir  Cəlal 

müəllimin  dərsliyindən  danışır­

mış.


Ancaq  mənim  ədəbiyyatşü­

naslıq fənni  ilə bağlı  xatirələrim 

bununla  bitmir.  Həmin  1964-cü 

ilin  oktyabr  ayında  əsgəri  xid­

mətə  çağırıldım,  filologiya  fa­

kültəsinin  dekanı  Əlövsət  Ab­

dullayev,  müəllimlər  bu  xəbər­

dən çox narahat oldular,  dekanın 

təşəbbüsü və təklifi ilə qiyabiyə, 

özü də üçüncü kursa keçməli  ol­

dum.  Əlövsət  müəllim  dedi  ki, 

keç qiyabiyə,  ildə bir dəfə  dəvət 

edərik,  gəlib  imtahanlarını  ve­

rərsən,  həm  təhsilini  davam  et­

dirərsən,  həm  də  xidmət  edər­

sən.  Əmrini də üçüncü kursa ve­

rərik  ki,  bir  il  itirməyəsən  (filo­

logiya  fakültəsinin  əyani  şöbə­

sində  təhsil  5  il,  qiyabi  şöbəsin­

də  isə  6  il  idi).  Vaxt  azlığından 

ikinci  kursun bütün  imtahanları­

nı, yoxlamalarını, kurs işlərini 5- 

10  gündə  verməli  idim.  Verdim 

də.  Bircə  ədəbiyyatşünaslıqdan 

imtahan  verəndə 

müəllim lə 

aramda  indiyəcən  unutmadığım

"maraqlı  dialoq"  oldu.

Hələ birinci kursda oxuyanda 

gedib  başqa  kursda  Cəlal  müəl­

limdən dərs alsam da,  ikinci kur­

sun  əvvəllərində  Təhsin  Mütəl­

libovun  mühazirəsini  dinləsəm

də imtahanı başqa müəllim götü­

rəsi  oldu,  çünki  qiyabi  şöbədə 

bu  fəndən  başqa  müəllim  dərs 

deyirdi.  İkinci,  ya üçüncü sualda 

sözümüz  düz  gəlmədi.  Mən 

sualdan  -  süjetdən  danışırdım: 

"süjet  bədii  əsərdə  hadisələrin 

inkişaf xəttidir..." komponentləri 

sayırdım,  izah  edirdim.  "Başqa" 

müəllim  tez-tez  deyirdi:  "Mənə 

loru dillə izah et görüm süjet nə­

dir?  "  Mən  loru  dili  pis  bilmir­

dim,  kitab  dilində  bildiklərimi 

"loruya"  çevirirdim.  "Komso­

mol" 


poemasının, 

"Yevgeni 

Onegin"in  süjet  xətlərini  açaraq 

fikirlərimi  əsaslandırmağa  çalı­

şırdım.  O,  yenə  təkid  edirdi: 

"Loru  dillə  mənə  izah  et..." 

Axırda təngə gəlib mən sual ver­

dim:


-  Bəlkə  siz  mənə  loru  dillə 

izah edəsiniz görək süjet nədir?

"Başqa müəllim"  bunu gözlə- 

mirdi,  ətrafa  baxıb  çaşdı,  sonra 

özünü  ələ  almağa  çalışaraq  so­

ruşdu:


-  Bura haradır?

-  Bakı.  -Səsimdəki  istehzanı 

yəqin ki,  gizlətmək mümkün ol­

madı.


- Yox,  buranı  deyirəm,  -  qol­

larını  geniş  açdı,  işarə  etdi  ki, 

nəhəng binanı nəzərdə tutur.

- Universitet.

-  Hə,  sağ  ol,  -  elə  bil  süjetin

əsas mahiyyəti bu idi, - mən bur­

dan  vağzala  getməliyəm.  Həyə­

tə düşürəm,  hansı avtobusa min­

məliyəm?  -soruşdu,  mən  sus­

dum,  39  nömrəli  avtobusa mini­

rəm  (o  vaxtlar  39  nömrəli  avto­

bus  Nərimanov  prospektinin  so­

nundan  gəlir,  Baksoveti  keçir,  - 

dayanacağı  düz  universitetin  qa- 

bağındaydı, -  dəmiryolu vağzalı- 

nacan  gedirdi),  Akademiyanı... 

Sabir  bağını  keçirəm,  sonra  də­

niz  sahilinə  düşürəm...  Lenin 

muzeyinin  yanından  keçib... 

sonra  sola  dönürəm...  Gedib 

vağzala çatıram.  Bax,  bədii  əsə­

rin süjeti budur.

Mən  sakitcə  ayağa  qalxdım. 

Zaçot  kitabçamı  götürüb  pencə­

yimin qoltuq cibinə qoydum.

-  Otur,  hara  gedirsən?  -  təəc­

cüblə  soruşdu.

-  Əsgərliyə.

- Bu nə  deyir? -  Ətrafa baxdı, 

sanki  cavabı  məndən  yox,  baş­

qalarından gözləyirdi.

Yalnız  ayağa  qalxıb  qapıya 

tərəf  dönəndə  kafedrada  çoxlu 

adamın  olduğunu  gördüm.  De­

mə,  "başqa  müəllim"  "loru  dil­

də"  məni  sorğu-suala  tutanda 

tənəffüs  başlayıb,  müəllimlər 

kafedraya  qayıdıb.  Mir  Cəlal 

müəllim  də  gəlib  və  hamı  sakit­

cə  "başqa müəllimin"  mülahizə­

lərini  dinləyib.  Mənim  arxam 

qapıya  olduğundan kafedraya bu 

qədər  müəllim  toplaşdığını  gör­

məmişəm.


-  Qayıt,  mən  səni  yoxlayır­

dım,  -  "başqa  müəllim  "  əməlli- 

başlı əl-ayağa düşmüşdü.

Yuxarı  başdakı  mizinin  ya­

nında  ayaqüstə  dayanan,  yəqin 

ki,  bayaqdan  "loru  dilə"  qulaq 

asan  Mir  Cəlal  müəllim  tərəfə 

baş  əydim,  ehtiramla  "bağışla­

yın,  Mir  Cəlal  müəllim,"  deyib 

otaqdan  çıxdım.  Bir  az  sonra  o 

illərdə  cavan  olan  Cəlal  Abdul­

layevi  foyedə  gördüm,  gülə-gü­

lə:

-  Sənə  "beş"  yazdı,  "zaçotka-



Bir-iki  gün  sonra  Mir  Cəlal  müəllimi  dəhlizdə 

gördüm.  Mənalı-mənalı  gülümsəyirdi,  şübhəsiz,  o 

komik səhnəni  xatırlayırdı.

-maarif jurnalı 4 - 2008



8


nı"  apar imzalasın.

-  Mən  istəmirəm  mənim  "za- 

çotkamda"  onun imzası  olsun.

- Unut getsin, yaşlı adamdır.  - 

Cəlal müəllim şirin-şirin güldü.

- Artıq unutdum.

Mir  Cəlal  müəllim  uğunub 

getdi:


- Elə bu ona dərs olacaq.

Bir-iki  gün  sonra  Mir  Cəlal

müəllimi  dəhlizdə  gördüm.  M ə­

nalı-mənalı  gülümsəyirdi,  şüb­

həsiz,  o  komik  səhnəni  xatırla­

yırdı.  Sonra şirin təbəssümlə  so­

ruşdu:

-  Sənin  fərq  imtahanlarından 



çətinliyin yoxmu?

-  Xeyr,  Mir  Cəlal  müəllim,  - 

qətiyyətlə bildirdim.

-  Sessiyalara  gələndə  mənlə 

görüş.

-  Baş  üstə,  Mir  Cəlal  müəl­



lim.

Bu  sözləri  mənə  verilən  çox 

dəyərli  mükafat  kimi  qəbul  et­

dim və  həmişə də xoş  duyğular­

la xatırlayıram.

Bu epizodu niyə xatırladım:  o 

illərdə  filfakda  belə  "başqaları" 

da vardı,  ancaq Mir  Cəlal  müəl­

limin  nüfuzu,  səviyyəsi,  intel­

lekti  hər  şeyi  yoluna  qoyurdu, 

haqsızlığa,  ədalətsizliyə  şərait 

yaratmırdı.

Fərq imtahanlarını,  yoxlama­

larını,  kurs  işlərini  bir  həftədə 

qurtarıb  oldum  üçüncü  kursun 

tələbəsi,  getdim  kəndimizə  ki, 

ailəmizlə 

halallaşım, 

demə, 

məndən  böyük  qardaşımı  da  əs­



gər aparırlar, buna görə də mənə 

möhlət  verdilər  və  onun  yerinə 

məktəb müdiri təyin etdilər.  Be­

ləliklə,  1966-cı  ilin  martmacan 

Maralzəmidə  müəllim  oldum, 

sonra İrəvana  "Sovet Ermənista­

nı"  qəzetinə  dəvət  edilərək  ora­

da  işlədim.  Və  qışda  da,  yayda 

da sessiyaya gələndə mütləq Mir 

Cəlal  müəllimin  qəbuluna  ge­

dərdim.  Xülasə  İrəvanda  işlə­

yəndə  böyük  ədiblə  söhbətimiz 

çox  çəkərdi.  İrəvanda,  bütün

Qərbi  Azərbaycanda  soydaşları- 

mızla,  ədəbi  mühitlə,  xüsusilə 

erməni  millətçiliyi  ilə  çox  ma­

raqlanırdı, Bakıdan,  Moskvadakı 

görüşlərdən  şəxsən  tanıdığı  er­

məni  yazıçılarının  özlərini  necə 

apardıqlarını soruşurdu. Mən ge­

niş  məlumat  verirdim,  onu  İrə­

vana dəvət edirdim.  Deyirdi İrə­

vanda  son  dəfə  1953-cü  ildə 

olub,  sonralar  yolu  düşməyib. 

Əsli Azərbaycandan olan erməni 

yazıçılarını  soruşardı.  Onların da 

çoxunun  m illətçilik  vəbasına 

mübtəla  olduqlarını  deyirdim. 

Heyrətdən  doğan  ifadəsi  indi  də 

yadımdadır:  "Öz  çörəyimizi  ye­

yib özümüzə  daş atanlar...  "

Deyirdi  ki,  gəlmək  istəyir, 

xüsusilə  oradakı  soydaşlarımızla 

görüşmək  üçün.  Təəssüf  ki, 

onun sağlığında İrəvanda yaşadı­

ğım on  iki  ildə bircə  dəfə  də  ol­

sun gələ bilmədi.

Sonralar da Mir Cəlal müəlli­

min  kafedrasının  çox  professor­

ları  ilə, ümumiyyətlə, bu maraq­

lı ədəbi mərkəzlə əlaqələrim da­

vam  etdi.  Uzun illər bu kafedra­

da  ədəbiyyat  nəzəriyyəsinin, 

ədəbiyyat  tarixinin,  tərcümə  sə­

nətinin başlıca prinsipləri,  tədqi­

qat  istiqamətləri  hazırlanmışdı. 

Bu  prinsiplər  əvvəlcə  Universi­

tet  çərçivəsində  tətbiq  edilir, 

sonra  örnək  olaraq  Akademiya­

ya,  başqa  ali  məktəblərə,  ümu­

miyyətlə,  ədəbi  aləmə yayılırdı.

Mir  Cəlal  müəllim  belə  bö­

yük  elmi-filoloji  mərkəz  yarat­

mışdı.


Bir  maraqlı  məqamı  da  açıq­

lamaq  istəyirəm.  Bizim  kursa 

dərs  deyən  ədəbiyyat  müəllim­

ləri  yeri  gəldikcə,  Mir  Cəlal 

müəllimdən  sitatlar  gətirərdilər. 

Bu  sitatların  -  dəyərli  fikirlərin 

çap olunmuşu da vardı, çap olun­

mayam  da,  elmi  müzakirələrdən 

götürüləni  də  vardı,  adi  söhbət­

lərdən alınanı  da.  Hamısı  ibrəta­

miz  fikirlər  idi.  Ancaq  mənə  ən 

maraqlısı  o  idi ki,  həm tələbəlik 

illərində,  həm də  sonralar müəl­

limlərin  öz  kafedra  müdirlərin­

dən sitat gətirməsini,  onun fikir­

lərinə istinad etməsini nə eşitmi­

şəm,  nə  də  şahidi olmuşam.

Mir  Cəlal  müəllimin  böyük­

lüyünün  göstəricilərindən  və 

onu  rəhbərlik  etdiyi  kafedranın 

həm  yaşıdlarının,  həm  də  gənc­

lərinin  birmənalı  sevdiklərini 

təsdiqləyən  faktorlardan  biri  də 

bu idi!


Uzun  illər  Mir  Cəlal  müəllimin  kafedrasında 

ədəbiyyat  nəzəriyyəsinin,  ədəbiyyat  tarixinin, 

tərcümə  sənətinin  başlıca  prinsipləri,  tədqiqat 

istiqamətləri  hazırlanmışdı.  Bu  prinsiplər  əvvəlcə 

Universitet  çərçivəsində  tətbiq  edilir,  sonra  örnək 

olaraq  Akademiyaya, 

başqa  ali  məktəblərə, 

ümumiyyətlə,  ədəbi  aləmə yayılırdı.

cfəhi%ıaarif jurnalı  4  -  2008



Yüklə 438,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə