Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   44

 
151
ilə eynilik təşkil edir [22.s.37]. Həm «Halay», həm də «Yallı» 
səslənmələri şur intonasiyalarına tabe olur. 
 
«Qaz-qazı» oyun yallısı 
 
 
 
«Gedər bu dövran, daha gəlməz ələ» halay rəqs mahnısı 
Bu «Halay» və «Yallı»da səs diapozonu X
4
 intervalı 
həcmində oxşar cəhətlər kimi özünü göstərir. 
«Mən deyim sən yaz oğlan» halay rəqs mahnısının melodik 
motiv ritmik şəkilləri «Qaleyi» yallısının üçüncü variantının birinci 
xanə yarımmotivləri ilə  ritmik motiv cəhətdən uyğun olur [22.s.34]. 
Burada «Halay» və «Yallı»nın birinci xanələrində göstərdiyimiz 
cəhətlər üzrə  çıxır. Bu «Halay» və «Yallı» uyğunluğu  şur 
intonasiyalarına tabe olmaqla özünü göstərir. Digər bir uyğunluq isə 
bu «Halay» və «Yallı»da səs ardıcıllaşmalarının X
4
 intervalı 
həcmində olmasıdır. 
«Qaleyi III» yallısı 
 
 


 
152
«Mən deyim sən yaz oğlan » halay rəqs mahnısı 
 
 
 
«Mən deyim sən yaz oğlan » halay rəqs mahnısının ritmik 
şəkillərinin digər bir yallı «Hağışda» yallısının ritmik şəkilləri ilə 
uyğun olması birinci xanələrdə xüsusi ilə  nəzər diqqəti cəlb edir. 
Oxşar cəhətlərdən biri də  həm «Halay»ın, həm «Yallı»nın  şur 
intonasiyaları üzərində olmasıdır. Lakin bu «Halay»ın səs 
diapozonu X
4,
, «Yallı»nın isə  səs diapazonun X

intervalı  təşkil 
etməsi fərqli cəhətlər kimi üzə çıxır. 
Astara rayonunun Kakalos kəndində isə topladığımız «Halay» 
rəqs mahnılarından  “Yar hey” halay mahnısı melodik motiv ritmik 
şəkilləri B.Hüseyinlinin tədqiqatlarında öz əksini tapan «Qaz-qazı» 
və «Ləyli xani» yallılarının melodik ritmik şəkilləri ilə uyğun 
olduğunu görürük [22.s.35,37]. 
«Qaz-qazı» yallısı 
 
 
 
 
“Yar hey” halay rəqs mahnısı 
 


 
153
«Dillit-dillit, dil-dili» halay rəqs mahnısının melodik motiv 
ritmik  şəkilləri «Ləyli xani » və « Qaz-qazı » oyun yallılarının 
birinci xanələrində olan motiv ritmik şəkilləri ilə eynilik təşkil edir 
[22.s.35,37]. Burada yenə  də «Halay» və «Yallı»ların ritmik 
şəkilləri eyni xüsusiyyətlərə malik olur. Eyni zamanda qeyd 
etdiyimiz «Halay» və «Yallı»ların səs diapozonları  X
4
 intervalı 
həcmində olaraq eynilik təşkil edirlər. Fərqli cəhətlər isə bu 
«Yallı»ların  şur, «Halay»ın isə rast intonasiyaları  üzərində olması 
ilə üzə çıxır. 
«Ləyli xani» yallısı 
 
« Qaz-qazı » yallısı 
 
 
 
 
«Dillit-dillit, dil-dili» halay rəqs mahnısı 
 


 
154
 
«Çəltik» halay rəqs mahnısının melodik motiv ritmik şəkilləri 
«Ürfanı» yallısının xanələrdə mövcud olan ritmik şəkilləri ilə uyğun 
olur [22.s.32]. 
«Ürfanı» yallısı 
«Çəltik» halay rəqs mahnısı 
 
 
Bu uyğunluq «Çəltik» halay rəqs mahnısının birinci, ikinci və 
üçüncü xanələrində, «Ürfanı» yallısının üçüncü və onuncu 
xanələrində baş verən ritmik şəkillərlə meydana çıxır. Burada həm 
«Halay», həm «Yallı» şur intonasiyaları üzərində səslənir. «Çətlik» 
halay rəqs mahnısı  və « Ürfanı » yallısı  X
5
 intervalı  həcmində 
təzahür edir. 
« Ha kinə məşi » mahnısının son xanələrinin melodik ritmik 
şəkli və  melodik ritmik şəkillərin təkrarı «Köçəri» yallısının birinci 
xanəsinin  melodik ritmik şəkillərinin uyğunluğu ilə meydana çıxır 
[22.s.25]. «Halay» və «Yallı» burada şur intonasiyaları üzərində əks 
olunur. 
 


 
155
«Köçəri» yallısı II 
 
« Ha kinə məşi » mahnısı 
 
Bu «Halay» mahnısının səs diapazonu K
6
 intervalı həcmində, 
«Köçəri» yallısı isə  X
5
 intervalı  həcmində  olması ilə bir-birindən 
fərqlənir. 
« A yordu-yordu » halay rəqs mahnısında melodik ritmik 
şəkillərinin xanə sonluqlarının həm melodiyası, həm də ritmik şəkil 
uyğunluğu «Ürfanı» yallısının ikinci variantında öz əksini tapır 
[22.s.32]. « A yordu-yordu » halay rəqs mahnısının dördüncü xanəsi 
ilə « Ürfanı » yallısının dördüncü xanəsi eyni melodik və ritmik 
uyğunluqla üzə çıxır. 
« Ürfanı » yallısı 
 
 


 
156
« A yordu-yordu » halay rəqs mahnı 
 
Həm «Halay», həm «Yallı»  şur intonasiyaları üzərində 
səslənir. Bunlar diapazon cəhətdən X
5
 intervalına  əsaslanaraq 
eynilik təşkil edir. 
« Boyu bəstə gəlinin » halay rəqs mahnısının ilk xanələrində 
səslənən melodik ritmik şəkillər, «Köçəri» yallısının başlanğıc 
xanələrində rast gəlinən eyni melodik ritmik şəkillərlə oxşarlıq 
təşkil edir [22.s.25]. 
«Boyu bəstə gəlin» halay mahnısı segah, «Köçəri» yallısının 
isə  şur intonasiyaları üzərində olması  fərqli cəhətlər kimi üzə 
çıxır.Bu «Halay»ın səs diapazonu art
4
 intervalı, «Yallı»nın isə  səs 
diapazonunun X
5
  intervalı  təşkil etməsi bunları bir-birindən 
fərqləndirən cəhətlərdəndir. 
 
 
«Köçəri» yallısı 
 
 
 


 
157
 
 
«Boyu bəstə gəlin» halay mahnısı 
 
«  Dəst-dəst maral hey » halay rəqs mahnısı melodik ritmik 
şəkillərinin beşinci xanəsində  və daha sonra təkrarlanan motiv 
xanələrində B.Hüseyinlinin yallılar məcmuəsindən toplanan 
«Qaladan-qalaya» yallısının ikinci variantının birinci xanələrində 
eyni ritmik şəkillər üzə çıxır [22.s.29]. 
«Qaladan-qalaya II» yallısı 
 
 
« Dəst-dəst maral hey » halay rəqs mahnısı 
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə