İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması



Yüklə 0,53 Mb.
səhifə1/15
tarix22.12.2023
ölçüsü0,53 Mb.
#154207
  1   2   3   4   5   6   7   8   9   ...   15
Türkan mühazirə


İnformasiyanın ölçü vahidləri və kodlaşdırılması
“İnformatika” - bir elm sahəsi kimi əsasən, son onilliklərdə formalaşmışdır. İnformatika termini İNFORmasiya və avtoMATİKA sözlərindən yaranmışdır. İnformatika sözünü ilk dəfə fransızlar 1960-ci ildə avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” sözü bəzi hallarda “Kompyuter texnikası” sözü ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanılması, emalı, dəyişdirilməsi, ləğvi və s.) kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnsanlar min illər ərzində çox böyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul və vasitələrlə saxlamışlar.
İnformatika – hesablama texnikası vasitəsilə informasiyanın qəbulunu, saxlanılmasını, ötürülməsini, avtomatlaşdırılmış məntiqi emalını öyrənən və bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olan texniki elmdir. ABŞ, Kanada və əksər ingilis dilli ölkələrdə bu elm “Computer Science” (hesablama texnikası haqqında elm) kimi də adlanır.
İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompyuterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyələri, riyazi statistika, riyazi məntiq, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyatlar sistemi, EHM-in arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.
İnformatika – informasiya kommunikasiya texnologiyaların-dan, xüsusən də İnternetdən istifadə etməklə əlaqəli olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.
İnformatika fənn və elmi istiqamət kimi kompyuterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənən elmdir.
İnformatikanın fundamenti (əsası) - hesablama maşınları və sistemlərinin, şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir. İnformatika verilənlərin emal sistemlərinin işlənib hazırlanması aspektlərinin layihələndirilməsini və yaradılmasını, həmçinin onların cəmiyyətin həyatına təsirini öyrənən kompleks elm və texniki fəndir.
İnformatika - fənninin tədrisinin əsas məqsədi və vəzifəsi cəmiyyəti ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq sahələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır
İnformasiyanı ölçmək üçün minimal informasiya vahidi kimi bit (binary digit- ikilik say) qəbul edilmişdir. Bit informasiyanın ən kiçik ölçü vahidi olub 0 və ya 1 ( məntiqi olaraq “hə” və ya “yox”) qiymətini alır. Kompyuterə daxil edilən hər hansı bir informasiya xüsusi proqramların köməyi ilə 0 və 1 – lərə çevrilir.
- Dibit - qoşa bit (4 müxtəlif vəziyyətli);
- Tribit - (8 müxtəlif vəziyyətli);
- Kvadrobit - (16 müxtəlif vəziyyətli);
- Hər bir yeni bitin əlvə edilməsi sistemin müxtəlif vəziyyətinin kombinasiyasını 2 dəfə artırır.
Praktikada isə əsasən, aşağıdakı daha böyük informasiya ölçü vahidlərindən istifadə edilir.
1 Bayt = 8 bit;
Əgər bir vərəqdə 1500 işarə olarsa , bir simvol bir bayt olduğuna görə bir vərəqdə olan informasiyanın tutumu 1500 bayt , onda 400 belə vərəqin informasiya tutumu 400 * 1500 = 600000 bayt olacaq. Məsələn, Zeynalov*Sahil ifadəsi kompyuterin yaddaşında 14 bayt (14*8=112 bit) yer tutur.
1 Kb = 1024 bayt = 210 bayt;
1 Mb= 1024 Kb = 220 bayt;
1Gb= 1024 Mb = 230 bayt;
1Tb = 1024 Gb = 240 bayt
1Pb (petabayt) =1024Tb=250 bayt
1Eb (eksabayt) =1024Pb=260 bayt
1Zb (zetabayt) =1024Eb=270 bayt
1YB (yotabayt) =1024Zb=280 bayt
Yadaşın bir söz saxlayan hissəsinə xana deyilir. Bir xanada 4 bayt və ya 32 bit informasiya saxlanılır.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə