Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

 
136
 
1.  oyun «Yallı»ları 
2.  rəqs «Yallı»ları 
Oyun yallılarına «Köçəri», «Qaz-qazı», «Çöp-çöpü», rəqs 
yallılarına isə «Dönə yallı», «Siyaqutu», «Tənzərə», «Ürfanı» və s. 
aiddir. 
«Yallı»lar  musiqi müşayiətinə görə də iki yerə bölünür: 
1.  Mahnı müşayiəti ilə ifa olunan «Yallı»lar 
2.  Musiqi müşayiəti ilə ifa olunan «Yallı»lar 
Mahnı müşayiəti ilə ifa olunan «Yallı»lar Azərbaycanın 
Naxçıvan bölgəsində Noraşen və  Şahbuz rayonlarında geniş 
yayılmışdır. Burada «Çöp-çöpü», «Ləyli xani», «Hoynare», 
«Nənüke», «Qaz-qazı» və s. yallılar mahnı müşayiəti ilə ifa olunur.
 
«Yallı»lar ilə oxunan mahnılar insanların əmək fəaliyyəti, gündəlik 
həyatı, cəsurluq və qəhrəmanlığından bəhs edir. Gənclərin özlərinə 
nişanlı seçmələri, küsüb-barışmaları, xüsusən mahnı müşayiəti ilə 
ifa olunan «Yallı»larda, yüksək bədii-poetik  məziyyətləri saxlamış 
qoşma və bayatılarla ifadə olunur[22.s.8].
 
Bu baxımdan «Halay» və 
«Yallı»ların  ifa tərzlərinin poetik cəhətdən yaxınlığı göz önünə 
gəlir. «Yallı»nı müşayiət edən mahnılar fərdi və xor şəklində icra 
olunur. Belə «Yallı»larda yallıbaşı mahnının bir bəndini oxuyur, 
«Yallı» gedənlər isə  həmin bəndi, xüsusən onun axırıncı misrasını 
xorla təkrar edirlər, yaxud «Yallı» gedənlər bu mahnını    əvvəldən 
axıra qədər xorla oxuyurlar. Bu baxımdan kütləvi oyunlarda və 
rəqslərdə  dəstə başçısı adları müxtəlif olmuşdur.Həmin insanlara 
verilən adlar yallıbaşı, halaybaşı, elbaşı, toybaşı, cəngibaşı  və s. 
adlarla mövcud olmuşdur. Bəzən çalğıçı dəstəsi olmayanda, «Yallı» 
gedənlər rəqsin melodiyasını sözsüz oxuyaraq onu  müşayiət 
edirlər. «Yallı»ların «Halay»larla fərqli cəhətlərindən biri də budur. 
«Yallı» dəstəsində  iştirak edənlərin sayı on nəfərdən yüz nəfərə 
çatdığı halda, «Halay» dəstəsində bu ifaçıların sayı, iki dəstəyə 
bölünmüş  şəkildə  hər dəstədə altı  nəfərdən otuz nəfərə kimi 
müşahidə oluna bilir. 


 
137
«Yallı»lar  əsasən zurna alətinin müşayiəti altında oynanılır. 
Zurnaçılar dəstəsi üç nəfərdən ibarət olur: 
1. Zurna (solo) 
2. Dəm saxlayan-züyçü 
3. Çubuq nağara 
Lakin maraqlı hallardan biri də odur ki, Şəkidə zurnaçılar 
dəstəsi öz tərkibinə görə başqa bölgələrdəki dəstələrdən fərqlənir. 
Burada zurnaçılar dəstəsi dörd nəfərdən ibarət olur: 
          1. Zurna (solo)   
 
2. Dəm saxlayan-züyçü 
3. Kos (böyük nağara)  
4. Bala nağara (kiçik nağara) 
[2.s.2]
 
Bu prinsip «Halay»larda iki «Halay» dəstəsinin təkrarlanan 
melodik xəttin kəsişmə nöqtəsində iki dəstənin ifası zamanı mövcud 
olur. Həm «Halay»larda, həm də «Yallı»larda 
8
6
 ölçünün mövcud 
olması və period şəklində cavab cümlələrindən təşkil olunma, oxşar 
cəhətlər kimi qeyd oluna bilər. Lakin fərqli cəhətlər «Yallı» və 
«Halay»lardakı      templərdə özünü göstərə bilər. Bu onunla izah 
olunur ki, «Halay»lar əvvəldən axıra qədər eyni temp üzərində ifa 
olunur, «Yallı»lar isə ifa hərəkətlərindən asılı olaraq temp 
dəyişiklikləri ilə müşahidə olunur. Əgər birinci hissə «moderato» 
tempindədirsə, o zaman ikinci hissə «allegro» tempində əks olunur. 
Əgər üç hissəli olarsa, o zaman birinci hissə «andante»- yəni ağır, 
ikinci hissə «moderato»-mülayim, üçüncü hissə isə «allegro» tez-tez 
tempində öz əksini tapır[22.s.9]. Həm «Yallı»ların, həm də 
«Halay»ların istifadə olunduğu melodik cümlədə 
səs 
ardıcıllaşmaları  əksidilmiş kvinta, kvarta və kvinta sıçrayışları ilə 
müşahidə olunur. Göstərdiyimiz cəhətlərə «Halay» mahnılarında da 
rast gəlinir. «Yallı» mahnılarında ritmik şəkillərin nisbətən sadə 
forması öz təzahürünü tapırsa, «Halay» rəqs mahnılarında bu 
prinsiplər variasiya şəklində  əks olunur. «Qaz-qazı», «Siyaqutu», 
«Çınq-çınq», «Çöp-çöpü», «Kürdün ağırı» kimi yallılar  şur 
intonasiyalarına aid olaraq, demək olar ki, tədqiq etdiyimiz «Halay» 
rəqs mahnılarının intonasiyaları ilə uyğunluq təşkil edirlər. 


 
138
Bütün bu qeyd etdiyimiz xüsusiyyətlər gəzdiyimiz bölgələrdə 
əldə etdiyimiz «Halay»ların  əksəriyyətində mövcuddur. İntonasiya 
və ritmik şəkil uyğunluğu «Halay»larda və «Yallı»larda üstün 
cəhətlər kimi izah oluna bilər. «Halay» və «Yallı»larda melodik  
xanələrin  motiv, submotiv prinsiplərə    uyğunluq  məsələsinə  de-
mək   olar ki, rast gəlinmir. Lakin  bəzi xanələrdə  belə xüsusiyyət-
lərin  uyğunluğunu  danmaq  olmaz. Tədqiqat  apardığımız  bölgə-
lərdə  «Halay» rəqs mahnılarının poetik   xüsusiyyətləri «Yallı»ların 
poetik xüsusiyyətlərindən fərqlidir. «Ləyli-xani», «Hoynare» 
«Nənüke», «Qaz-qazı» kimi yallıların  poetik  sistemləşməsi  
müxtəlif  cür  formada  özünü  göstərmişdir. Məsələn: «Ləyli-xani» 
yallı  rəqsində sözlü  «Yallı»  sinfinə aid olan  gəraylı şeir quruluşu  
öz  əksini tapır. Bu «Yallı»da  istifadə  olunan  gəraylıya  nəzər   
salaq: Ləyli, ləyli, ləyli xani.  2dəfə [22.s.35].
 
Yallıbaşı  gəraylı 
misrasının sözlərini bir dəfə oxuyaraq oynayır, xor və rəqqaslar isə 
həmin sözləri təkrar edərək eyni melodik səslənməni, bu intonasiya 
üzərində oxunuşu və  rəqsi davam etdirirlər [22.s.35].
 
«Hoynare» 
yallı  rəqsində isə yallıbaşı yeddi hecalı bayatı misrasını oxuyaraq 
rəqs edir, rəqqaslar isə bu oxunuşu xor şəklində  təkrarlayaraq 
ümumillikdə  rəqsi icra edirlər [22.s.35].  «Nənüke» yallı  rəqsində 
isə «Əz nənükim, yar nənükim» 8 hecalı gəraylı misrasından isifadə 
olunur. «Yar nənükim» sözlərini oxuyan yallıbaşı iki xanədən ibarət 
baglayıcı motiv səslənmələrindən sonra ayaqçı söylənilən hər bir 
misranı  təkrar edir və  təkrar melodik motiv xanələrindən sonra 
yenidən həmin sözlü motiv misraları  təkrarlanır [22.s.36]. «Qaz-
qazı» oyun yallısı isə 11 hecalı qoşma misrasına uyğundur.
 
Qaz-qazı, Qaz-qazı, 
Qadığım qazam 
Nazı-nazı, Naz-nazı, 
Nazdığım nazam[22.s.37] 
Bu iki misranın sonuna isə «nəye» tərkib sözü əlavə olunur. 
Mahmudavar kəndində rast gəlinən «Ay nənəm o» halay rəqs 
mahnısı öz ölçüsü və ritmik şəkil uyğunluğuna görə «Hoynare» 
yallısı ilə oxşarlıq təşkil edir. «Hoynare» yallısının başlanğıc 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə