Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

 
139
melodiyasının üçüncü xanəsində göstərilən ritmik şəkil «Ay nənəm 
o» halay rəqs mahnısının birinci xanəsi ilə uyğun olur. Lakin bu 
rəqs iki variantda verilərək Bayram Hüseyinlinin “Azərbaycan xalq 
rəqsləri” kitabında əks olunur[22.s.35].
 
 
 
 
 
Təbiidir ki, burada göstərilən «Hoynare» yallısının hər iki 
variant melodiyalarının gedişatında submotivlərin ritmik motiv 
cəhətdən «Ay nənəm o» halay rəqs mahnısı ilə uyğunluğu baş verir.
 
 
“Hoynare” yallısı 
 
 
 
 
 
Buradakı həm «Halay», həm «Yallı» X
4  
intervalı
 
diapazonuna 
əsaslanır. Lakin bu «Halay» rəqs mahnısı intonasiya xüsusiyyətinə 
görə «Hoynare» yallısından fərqlidir. Burada «Hoynare» yallısı  şur, 
« Ay nənəm o » halay rəqs mahnısı isə segah intonasiyaları ilə 
uyğunlaşır. 
Mahmudavar  kəndində rast gəldiyimiz digər bir mahnı 
«Nananay nay nanay» halay rəqs mahnısı B. Hüseyinlinin 
tədqiqatlarında öz əksini tapan «Ciran-ciran» yallısı ilə ritmik şəkil 
baxımından xanə yarımmotiv və submotivlərinin ritmik şəkillərinə  
uyğun olur [22.s.40]. «Halay»ın və «Yallı»nın birinci xanələri 
ritmik  şəkil cəhətdən uyğunluq təşkil edir. 
“Ay nənəm o” Halay rəqs mahnısı 


 
140
“Ciran-ciran” yallısı 
«Nananay nay nanay» halay rəqs mahnısı 
Bu kənddə  əldə etdiyimiz «In vəyə mubarəke» («Bu toy 
mübarək olsun») mahnısı isə “Ürfanı” yallısının ikinci variantına 
aid olan submotiv səslənmələri ilə uyğun olur [22.s.33]. 
Burada  əsasən “Ürfanı” yallısının dördüncü xanəsində 
səslənən melodik ritmik şəkil «In vəyə mubarəke» mahnısında 
motiv səslənmələrin ikinci xanəsində  səslənən melodiya ilə uyğun 
olur. 
“Ürfanı” yallısı 
“In vəyə mubarəke” halay rəqs mahnısı 
 
 


 
141
 
Fərqli cəhətlər isə «Halay» mahnısının səs diapazonunun 
triton, «Ürfanı» yallısının ikinci variantı isə X
4
 həcmində olmasıdır. 
Bu «Yallı» şur intonasiyalarına uyğun olur. 
« Sonalar-sonalar » halay rəqs mahnısı B. Hüseyinlinin 
tədqiqatlarında öz əksini tapan «Qaladan-qalaya» yallısının ikinci 
variantı ilə yenə ritmik şəkil etibarı ilə motivlərin uyğunluğu baş 
verir [22.s.28]. 
«Qaladan-qalaya» yallısı 
 
 
« Sonalar-sonalar » halay rəqs mahnısı 
Buradakı  səslənmələrin hər ikisi şur intonasiyalarına aid 
olur.Ritmik  şəkillərin uyğunluğu «Halay» rəqs mahnısının 
başlanğıc melodiyanın birinci xanəsində, «Yallı»nın isə birinci və 
dördüncü xanələrində öz əksini tapır. Buradakı  səs diapazonları 
«Halay» rəqs mahnısı X
5
, «Yallı»da isə K
7
 intervalı həcmində olub 
fərqli cəhətlər kimi üzə çıxır. 
Qızılavar kəndində rast gəldiyimiz « Axşam bazar » halay 
mahnısı    «Ürfanı» yallısının ikinci variantına intonasiya və ritmik 
şəkil baxımından uyğun olur [22.s.33]. Belə ki, «Axşam bazar» 
mahnısınınnın cavab cümləsi segah intonsiyasından  şur 
intonasiyasına keçdiyi halda «Ürfanı» yallısı isə  şur intonasiyaları 
üzərində səslənir. «Yallı»nın xanələrində motivlərin ritmik şəkilləri 
«Axşam bazar» yarımmotiv səslənmələrinin ritmik şəkli ilə 
uyğunluq təşkil edir. Buradakı ritmik şəkillərin uyğunluğu 


 
142
«Yallı»nın dördüncü xanəsi ilə «Halay»ın altıncı xanəsində 
səslənən melodiyaların yarımmotiv uyğunluğu ilə üzə  çıxır. Fərqli 
cəhət  səs diapazonlarının «Yallı»da X
5,  
«Halay»da isə X

intervalı 
həcmində olmaqla əks olunur. 
«Ürfanı» yallısı 
«Axşam bazar» halay mahnısı 
« Dü dü dü » mahnısının birinci, ikinci və üçüncü xanələrində 
mövcud olan melodik ritmik şəkil « Qaz-qazı » yallısının melodik 
ritmik şəkilləri ilə eynilik təşkil edir [22.s.37]. Burada «Dü dü dü» 
mahnısı segah, «Qaz-qazı» yallısı isə rast intonasiyaları üzərində 
səslənir. 
« Qaz-qazı » yallısı 
 
 
 
 
 
 
«Dü dü dü» mahnısı 


 
143
«Dü dü dü» mahnısının səs diapazonu K
3
, «Qaz-qazı» 
yallısının səs diapazonu isə  X
4
 intervalı  həcmində olmaqla fərqli 
cəhətlər kimi üzə çıxır. 
Mahmudavar kəndindən  əldə etdiyimiz « Xonçaya düzdüm 
noğulu, badamı » halay rəqs mahnısı ilə B.Hüseyinlinin topladığı 
yallılar məcmuəsində «Hağışda» yallısının uyğunluğu meydana 
çıxır[22.s.22]. 
« Hağışda » yallısı 
« Xonçaya düzdüm noğulu, badamı » halay rəqs mahnısı 
 
Bu «Halay» və «Yallı»
8
6
ölçüyə tabe olduğu halda, həm də 
onların ritmik şəkillərində eyni oxşar ritmik şəkillərə rast gəlmək 
mümkündür. Burada «Yallı» və «Halay» səslənməsi, hər ikisi şur 
intonasiyalarına  tabe olur. «Yallı»da və «Halay»da səs diapazonları 
X
5
 intervalı həcmində olaraq eynilik təşkil edir. 
«Kimin yarısan» halay rəqs mahnısı B. Hüseyinlinin topladığı 
yallılardan «Nənüke» yallısının II variantı ilə oxşar ritmik şəkillərlə 
uyğunluq prinsipi ilə meydana çıxır [22.s.37]. 


 
144
«Nənüke» yallısı 
 
 
«Kimin yarısan» halay rəqs mahnısı 
 
Burada yenə  həm «Yallı»nın, həm «Halay»ın intonasiya 
səslənmələri şur intonasiyaları üzərindədir.«Halay» rəqs mahnısının 
səs diapazonu X
5
 intervalı  təşkil etdiyi halda «Yallı»da bu səs 
diapazonu ardıcıllaşmış halda X
4
 intervalı təşkil edir. «Halay» rəqs 
mahnısında X

sıçrayışının yuxarı istiqamətdə, «Yallı»da isə  aşağı 
istiqamətdə baş verməsi onların fərqli cəhəti kimi izah olunur. 
«Yallı»da baş verən X
4
  aşağı baş verən sıçrayışlı  səs bir oktava 
yuxarı dönmə  şəklində baxsaq, o zaman səs ardıcıllaşmasının X
5
 
həcmində baş verməsini görərik. 
« Nar-nar-nargilə » halay  mahnısı, B. Hüseyinlinin yallılar 
məcmuəsindən toplanan «Çınq-çınq» yallısının oxşar ritmik xanə 
motivləri ilə uyğun olur[22.s.26]. 
«Çınq-çınq» yallısı 
 
 
 
 
« Nar-nar-nargilə » halay  mahnısı 
 
 
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə