Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   44

 
158
Fərqli cəhətlərdən biri odur ki, «Halay» rəqs mahnısı rast, 
«Qaladan-qalaya» yallısının ikinci variantı isə  şur intonasiyalarına 
əsaslanır. Digər bir fərqli cəhət isə «Halay» rəqs mahnısının səs 
diapazonunun X

intervalı, «Yallı»nın səs diapazonunun isə  X
5
  
intervalı təşkil etməsidir. 
« Yarım ay aman, ay aman » halay rəqs mahnısının birinci və 
üçüncü xanələrinin melodik ritmik şəkilləri B.Hüseyinlinin yallılar 
məcmuəsindən toplanan «Hoynare» yallısının üçüncü xanəsində 
mövcud olan melodik ritmik şəkillər ilə uyğun olur [22.s.35]. Həm 
«Halay», həm «Yallı» burada şur intonasiyaları üzərində səslənir. 
«Hoynare» yallısı 
 
 
 
« Yarım ay aman, ay aman » halay rəqs mahnısı 
Fərqli cəhətlər kimi onu demək olar ki, bu «Halay» 
mahnısının səs diapazonu X
5
 intervalı, «Hoynare» yallısının səs 
diapazonu  X
4
 intervalı  həcmindədir. 
«  Gəlin gəldi deyirlər » «Halay» rəqs mahnısının onuncu 
xanəsində  olan melodik ritmik şəkil B.Hüseyinlinin topladığı 
yallılar məcmuəsində «Qaz-qazı» yallısının birinci, ikinci, üçüncü 
xanəsində olan melodik ritmik şəkillərlə uyğunluq  təşkil edir 
[22.s.37]. 
“Hoynare” yallısı 


 
159
«Qaz-qazı» yallısı 
 
 
 
«Gəlin gəldi deyirlər» halay rəqs mahnısı 
Buradakı «Halay» və «Yallı»nın hər ikisinin intervalı  X
4
 
həcmindədir və bunların hər ikisi şur intonasiyalarına  aid olur. 
«Gəl mənim  əziz qonağım » halay rəqs mahnısında isə biz 
melodik ritmik şəkillərin B.Hüseyinlinin tədqiqatlarında öz əksini 
tapan «Qaz-qazı» yallısının melodik ritmik şəkillər ilə uyğun 
olduğunu görürük [22.s.37]. 
«Qaz-qazı» yallısı 
 
 
 
«Gəl mənim əziz qonağım » halay rəqs mahnısı 


 
160
Bu uyğunluq «Halay»ın dördüncü xanəsilə «Yallı»nın birinci, 
ikinci və üçüncü xanələrində eynilik təşkil edir. Buradakı «Halay» 
və «Yallı» yenə  şur intonasiyalarına  əsaslanır. Fərqli cəhətlər 
«Yallı»nın səs diapazonunun X

intervalı,  «Halay» mahnısında isə 
səs diapazonu X
5
 intervalı olması ilə üzə çıxır. 
«Halay» və «Yallı»ların müqayisəsi onu göstərir ki, 
«Yallı»lar ölçü və ritmik şəkil baxımından «Halay» rəqs mahnıları 
ilə uyğunluq təşkil edə bilir. İstər sözlü, istərsə də sözsüz «Yallı»lar, 
bunların «Halay» mahnıları ilə oxşarlığı ritmik şəkillərlə özünü 
göstərir. Ritmik şəkillərlə uyğunluq təşkil edən «Yallı»lar və 
«Halay»lar eyni intonasiyaya aid ola bilir, həm də bu 
intonasiyalardan fərqlənir. Sözlü «Yallı»larda bayatı, gəraylı kimi 
misralar, bu misraların təşkil olunmuş  bəndlərə rast gəlinsə  də, 
onlar «Halay» mahnılarına nisbətdə azlıq təşkil edir. Çünki «Halay» 
mahnıları iki dəstənin deyişməsi şəklində, «Yallı»lar isə əsasən rəqs 
xarakterində  təzahür edir. «Halay»ların rəqs xarakterində olması,  
«Yallı»larla oxşar cəhətlər kimi xarakterizə olunur. 
Fəsli sona yetirərək belə bir qənaətə gəlmək olur ki, «Halay» 
mahnılarının Azərbaycan folklorunun bir qolu kimi mövcud 
olmasında bir neçə faktor özünü əhəmiyyətli dərəcədə sübuta 
yetirmiş olur. Bunlar «Halay» rəqs mahnılarının lad-məqam, 
intonasiya və musiqili poetik xüsusiyyətlərinin təhlili, «Yallı» 
rəqslərinin «Halay»larla oxşar və  fərqli cəhətlərinin meydana 
gəlməsi ilə özünü göstərir. «Halay» mahnıları melodiya, lad-məqam 
və intonasiya xüsusiyyətləri, tetraxord və trixordların tək-tək, 
birləşmiş  və yaxud maye pərdələrinə istinad olma prinsipləri ilə 
oxşarlıq ilk dəfə olaraq təqdim olunur. 
«Halay» rəqs mahnılarının poetik xüsusiyyətlərinə  gəldikdə 
isə demək lazımdır ki, bu cəhətlər Azərbaycan  şifahi xalq 
ədəbiyyatında mövcud olan bayatı, qoşma, gəraylı  şeir növ 
prinsiplərini  əks etdirir. Bu şeir növlərinin ayrı-ayrılıqda 
təkrarlanması  və qarışıq  şəkildə istifadə olunması «Halay»ın təsir 
gücünü daha da artırır. Təsadüfi deyil ki, «Yallı» rəqslərinin 
«Halay» mahnıları ilə uzlaşması, «Halay»ın universal, sinkretik bir 


 
161
sənət olmasını da sübuta yetirir. Bu universallıq onun həm «Yallı» 
rəqslərində, həm də musiqi poetik  xüsusiyyətlərlə uzlaşması 
şəklində meydana çıxır. 
«Yallı» rəqsləri ilə «Halay» mahnıları  əsasən melodiya, lad-
məqam və intonasiya xüsusiyyətləri baxımından və ritmik uyğunluq 
təşkil etmə  cəhəti ilə xüsusi əhəmiyyət kəsb edir. «Halay» 
ifaçılığında xor oxunuşunun deyişmə şəklinin və rəqsin də mövcud 
olması onun universallığı və sinkretikliyindən bir daha xəbər verir. 
 
 
 
 


 
162
 
NƏTİCƏ 
 
 
Azərbaycanın cənub bölgəsində mövcud olan «Halay» rəqs 
mahnıları öz təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. 
Ümumiyyətlə, «Halay»ların bir janr kimi mövcudluğu çox geniş 
sahədir. Azərbaycanda, eyni zamanda müxtəlif ölkələrin ərazisində 
mövcud olan belə mahnıların araşdırılması vacib tədqiqat obyektinə 
çevrilə bilər. Lakin təqdim olunan dərs vəsaiti Azərbaycanın Lən-
kəran-Astara bölgəsinə yönəlmiş, burada yaşayan talışların «Halay» 
rəqs mahnılarında vacib olan dəyərli elementlərin üzə çıxarılmasın-
dan ibarət olmuşdur. Bu elementlər həm «Yallı» rəqslərində, həm 
də Azərbaycan xalq musiqisinə  məxsus lad-məqam və intonasiya-
larının üzə çıxarılması və müqayisə edilməsi şəklində təzahür edir. 
«Halay» mahnılarının tarixi-etnoqrafik baxımdan araşdırılma-
sı bir çox tədqiqatçıların nəzər-diqqətini cəlb etmişdir. Bu mahnı-
ların Azərbaycanın cənub bölgəsində yaranması, yayılması və mən-
şəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bu baxımdan «Halay» 
rəqs mahnılarının dərs prosesində  tətbiqinə geniş ehtiyac duyul-
muşdur. 
«Halay» mahnılarının köklərinin qədim dövrələrə gedib çıx-
masının bizim eradan əvvəl II-III minillikdə baş verən hadisələrlə 
bağlı olması, xüsusən eramızdan  əvvəl XII-VII minilliyə aid olan 
«Yallı» rəqsləri ilə eyni intonasiya prinsiplərinə aid olması  nəzər 
diqqəti cəlb edir. «Halay»ların ağılar, laylalar, toy, novruz qabağı, 
novruz mərasimləri,  əkin-biçin nəğmələri, heyvandarlıqla  əlaqədar 
mövzuları özündə  əks etdirməsi dərs vəsaitinin məzmununda və 
elmi tədqiqatın aparılmasında mühüm əhəmiyyət kəsb etmişdir. 
Azərbaycanın talış folklorunda «Halay» rəqs mahnılarının 
tədqiqatı, onların Azərbaycanda dərin köklərə bağlı olması, mənşə-
yinin hələ bizim eradan əvvəl keçirilən ayinlərin müxtəlif  təbiət 
hadisələri, mövsüm mərasimləri, dini mərasimlərlə  və s. bağlı 
olduğu qənaətinə gəlmiş oluruq. Bu «Halay» rəqs mahnıları bir çox 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə