Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

 
132
melodik cümlələr bayatının digər bənd misralarına  əsaslanaraq 
davam edir. Bu bənd misraları oxunarkən «boyu  bəstə  gəlinin» 
misrası  hər dəfə halayabaşlığı olaraq təkrar olunur. Bayatıdakı 
misraların həmqafiyəli heca birləşmələri  əsasən 3+4 şəklində, 
sərbəst misraları isə 4+3 şəklində ifadələnir. 
Bayatının məzmunu təzə  gəlin köçən qızın  şərəfinə  həsr 
olunur. Mahnıda boyu bəstə  gəlinin gözəlliyindən bəhs olunur. 
Əsər
8
6
 ölçüdə yazılmasına baxmayaraq burada əsasən cavab 
cümləsinin sonluğunda bəndin ikinci misrası  təkrar olunur. 
Misraların  əvvəlki bəndləri sinkopalı  səkkizlik notlara əsaslanır. 
Digər bənd misraları isə yenidən a+a
1
+a
2
 kimi təkrar olunur. 
« Yarım ay aman, ay aman » halay rəqs mahnısında 7 hecalı 
bayatıdan istifadə edilmişdir. 
Ulduz, ay aman, ay aman 
5+3 
Yarım ay aman, ay aman 
5+3 
 
Evləri Kokolosda 
 
3+4 
Mən gedim qalım orda  
3+4 
Qardaşım bir gız seçib   
3+4 
Özü talış gözəli 
  2+5 
Burada halaybaşlıq iki misra təşkil edərək 8 hecalı  gəraylı 
formasında yazılmışdır. Bayatının birinci üç misrası 3+4, sonuncu 
misrası 2+5, halaybaşlığının misraları isə 5+3 yarımmisraları 
üzərində birləşir. Halaybaşlıq melodiyasının verilməsi öz melodik 
strukturunu səsləndirdikdən sonra, bayatı misraları eyni melodik 
prinsip üzərində  hər dəfə təkrar olunur. Mahnı  özü halaybaşlıq ilə 
sona yetir. Halaybaşlığının  əvvəldə  və sonda təkrarlanması 
nəğməyə  çərçivəli quruluş verir. Burada «ay» tərkib sözündən 
istifadə olunur. Bu «Halay» rəqs mahnısnın halaybaşlığında ulduza, 
yara xitabən müraciət etməsi öz əksini tapır. Bir bənddən ibarət olan 
bayatının sevinc fərəh hissi, onun qardaşının öz sevgili yarını 
tapması ilə bağlı olur. 


 
133
« Dağlar hey » halay rəqs mahnısında 8 hecalı  gəraylı 
misralarından istifadə edilir. 
Dağlar hey, yarım inanma 
3+5 
İnanma yarım, inanma   
5+3 
Apardı getdi, inanma   
5+3 
İnanma yarım, inanma   
5+3 
Bu misralar 4 misradan ibarət olub, bir bənd  şəklində  əks 
olunur. Bəndin iki misrası bir yarımmisrası «inanma» sözü hər dəfə 
təkrar melodiyanın səslənməsi zamanı iki dəfə istifadə edilir. 
Burada bir misrada yarımmisra heca birləşmələri 3+5, digər 
misralar isə 5+3 şəklində birləşir. «Dağlar hey» yarımmisrası 
müraciət və  həyəcan xarakterində ifadə olunur. Sevən yar öz 
hisslərini dağlara söyləyir. Özünün təmiz və ülvi məhəbbətini, 
yarına sadiq olmasını dağlar ilə bölüşür. 
« Dilit-dilit dil-dili »  halay rəqs mahnısında  istifadə olunan 
bu halaybaşlıq tərkib sözü kimi verilir. Bu tərkib söz hər bir 
misrasının deyilişindən sonra istifadə olunur. Ümumiyyətlə 
mahnının poetik mətni 7 hecalı bayatıya əsaslanır. 
Bu bayatı misraları üç bənd təşkil edir. Bənd misraları 5+2, 
4+3, 3+4 şəklində heca birləşmələrinə əsaslanır. 

Suyun bəndinə 
qurban 
 
  5+2 
Qardaş kəndinə 
qurban 
  5+2 
Həyətdə at yəhərlə 
  3+4 
Sinə bəndinə 
qurban 
  5+2 
II 
Su içində nanəyəm 
  4+3 
Əl vurma pərvanəyəm 
  3+4 
Üç gündür yarım gedib  
 
3+4 
Dəliyəm pərvanəyəm 
  3+4 
III 
Qardaş, qardaş, quş qardaş  
4+3 
Cilovu gümüş qardaş 
  3+4 


 
134
Bacılar sənə 
qurban 
  3+4 
Düş atdan igid qardaş 
  3+4 
 
IV 
Çəpərimi əzdilər   4+3 
Fayton ilə gəzdilər 
  4+3 
Məni 
burda 
qoydular 
  4+3 
Gözəl üçün gəzdilər 
   
4+3 
 

Sandığ üstdə gəzərəm 
  4+3 
Sandığa gül bəzərəm 
  3+4 
Qardaşımın 
toyunda 
  4+3 
Mən doyunca süzərəm 
  4+3 
 
Ələkbər ay balam 
Dilit-dilit dil-dili 
Mahnının sonluğu kimi «Ələkbər ay balam dilit-dilit dil-dili» 
tərkib sözləri istifadə edilir. Burada sevən qızın yarın ona dönük 
çıxmasına baxmayaraq ,onun istək və arzularının optimist  xarakter 
daşıması öz əksini tapır. «Halay» rəqs mahnılarının təhlili onu 
göstərir ki, bu mahnılarda bayatı, qoşma, gəraylı kimi şeir 
bəndlərindən və yaxud onların misralarından istifadə olunur. Belə 
bir xüsusiyyətin «Halay»larda mövcud olması  aşıq musiqisinə  və 
aşıq sənətinə xas olan poetik cəhətlər kimi  «Halay» rəqs 
mahnılarında  əks olunmaqdadır. Çox zaman «Halay» rəqs 
mahnılarında bayatı söyləmələrinin çoxluq təşkil etməsi, onu şifahi 
xalq yaradıcılığının professional tərəfləri ilə  də bağlayır. «Halay» 
mahnılarının ifası zamanı bayatı, gəraylı  və qoşmanın 
ardıcıllaşması, misra yaxud bənd  şəklində qarışıq formalarda da 
təzahür edir. Bəzi vaxt müxtəlif poetik xüsusiyyətlərə malik olan bu 
şeir növlərinin istifadəsi müxtəlif melodiyalarda, «Halay»larda ayrı-
ayrılıqda rast gəlinir. Bu şer növlərinin istifadəsi zamanı «ay 
aman», «ay qız», «ay balam», «ay nənəm o», «dəst-dəst» (dəstə-


 
135
dəstə) və s. tərkib sözlərindən də istifadə olunur. Beləliklə «Halay» 
rəqs mahnılarının poetik xüsusiyyətlərinin müxtəlif rəngarəng və 
özünəməxsus cəhətləri diqqəti cəlb edir. 
 
 
2.3. Azərbaycanın digər bölgələrinin «Yallı» rəqsləri ilə 
Lənkəran-Astara bölgəsinin «Halay» rəqs mahnılarının 
ritmik və intonasiya xüsusiyyətlərinin müqayisəli təhlili 
 
«Halay» rəqs mahnılarının araşdırılması zamanı biz onların 
mövcud olduğu ərazi, xüsusi cəhətlərinin meydana gəlmə səbəbləri 
haqqında elmi bilgiləri göstərməyə  cəhd etdik. Bu araşdırmalar öz 
növbəsində «Halay» rəqs mahnılarının intonasiya, temp, xarakter, 
interval sıçrayışları, ritmik şəkillərin müxtəlifliyi, xarakterin 
rəngarəngliyi ilə  nəzər diqqəti cəlb etmişdir.  Əvvəla onu qeyd 
etmək lazımdır ki, intonasiya uyğunluğu «Halay» rəqs mahnılarında 
əsasən şur və rast məqamlarının səssıralarına uyğunluq təşkil edir. 
«Yallı»lardan danışdıqda isə, onu qeyd etmək lazımdır ki, 
«Yallı» rəqsləri Azərbaycanın Cənub bölgəsi  Şəki və Naxçıvan 
bölgəsində geniş yayılmışdır. «Yallı»lar öz adları və əhali arasında 
yayılmasına görə müxtəlif həyat və məişət hadisələrinə həsr olunur. 
Bu xüsusiyyətlərə  ən çox əmək, oyun, məzhəkəli və s. məzmunda 
rast gəlinir. 
Azərbaycanın Naxçıvan  bölgəsində yüzdən artıq,  Şəki 
bölgəsində isə səksəndən  artıq «Yallı»ların olmasını nəzərə alsaq, 
onda görərik ki, bu rəqslərin tədqiqi ayrı bir araşdırma mövzusudur. 
Biz isə  ilk əvvəl bu «Yallı»ların xarakterik cəhətlərini nəzərə 
alaraq, onların məhz «Halay»arla uyğun olan cəhətlərini göstərməyə 
çalışmışıq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Cənub 
bölgəsində mövcud  olan «Halay» mahnılarının araşdırılması  dərs 
vəsaitinin  əsas istiqamətlərindən birini təşkil etmişdir. Bu isə 
«Halay» rəqs mahnılarını geniş  işıqlandırmaya ehtiyac olduğu bir 
sahə kimi daima diqqət mərkəzində olmuşdur. Xoreoqrafik 
məzmunlarına görə «Yallı»lar iki qrupa bölünür: 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə