Haciqabul şƏHƏR 8-sayli məKTƏBİn ixa SİNİF ŞAGİRDİ İslamova aysunun təQDİmati mövzum: sualti aləM



Yüklə 445 b.
tarix21.10.2017
ölçüsü445 b.
#6260


HACIQABUL ŞƏHƏR 8-SAYLI MƏKTƏBİN IXa SİNİF ŞAGİRDİ İSLAMOVA AYSUNUN TƏQDİMATI


Mövzum: SUALTI ALƏM



BALIQLAR: orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvanıdırlar.



Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir.

  • Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.



Kütləsi 15 qr–dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeanda  yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur. Balıqlar saatda 2 km-dən 130 km-ə kimi (qılıncbalıq)üzə bilir. Bəzi balıqlar (qızıl balıq, çay ilanbalığı və s.) həyatında bir dəfə nəsil verir, kürü tökdükdən sonra ölür. Bəzi balıqlar isə (sultan balığı, korifen adlı balıq) ölümqabağı rəngini dəyişir.



Ən böyük nərə balığı Volqa çayından tutulmuşdur, bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur. Bəzi balıqların xüsusi həyat mərhələsi vardır. Belə balıqlar çoxalma üçün uzaq məsafələr gedir və bəziləri kürü qoyduqdan sonra ölür. Avropanın və Şimalı Afrikanın müxtəlif su hövzələrində yaşayan çay ilanbalığı (ankvillər) kürü tökmək üçün dənizdən çaylara keçənə qədər 8 min km yol gedir.

  • Kürüdəm çıxmış balıqlar çay axarı dənizə, oradan Atlantik okeanının qərb sahillərinə gedir. Atlant siyənəyi, treska və bəzi başqa balıqlar da belədir. Uzaq Şərq qızıl balığı Aleut silsiləsində yetişir, kürü qoymaq üçün Amur çaylarının yuxarı hissələrinə keçir.



Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıq yaşayır. Bu balığın əslində iki gözü vardır. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, bu balıqlar dördgözlüdür. Görmə aparatının bu xüsusiyyəti balığa imkan verir ki, hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin, həmin balıqlar suyun dərin qatlarını da yaxşı görür.



Mişardiş balığın uzunluğu 30 m-ə çatır. Suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir. Bəzi növləri çayda çimən adamları həmin dəqiqə öldürür. Kirpi balığı Hind okeanında və Araliq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir. Püskürən balığın uzunluğu 20 sm-dək olur. Hind okeanının və Sakit okeanının tropık hissəsində yaşayır. O öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı "atıcı balıq " da adlandırırlar.



Bələdçi balıq tropik və subtropik sularda yayılmışdır, yırtıcıdır, uzunluğu 70 sm-ə qədərdir. Onların qəribə həyat tərzi vardır. Belə ki, bu balıqlar köpək balıqlarının yanında olur və onlar öz hərəkəti ilə gah köpək balığına, gah başqa balıqlara tərəf hərəkət edərək ovun olduğu yeri xəbər verir. Köpək balıqları, habelə başqa balıqlar onlara toxuna bilmir.

  • Hamıya məlumdur ki, balıqlar kürü qoymaqla çoxalır. Lakin bala doğan balıqlar da vardır. Belə balıqlara çəkic balıq, buynuzlu skat, qambuziya, mişar balığı, belyuqa, dördgözlü balıq, yarpaq balıq, dəniz ayğırı, köpək balığının bəzi növləri aiddir.



Buzz balıqlar zəhərlidir. Belə balıqlar cərrah balıq, ziyilli balıq, qızıl makrel, muren, sandıq, katran, buynuzbel, əjdaha balıq, əqrəb və dəniz pişiyi balıqları aıddir. Amazonka çayının sularında yaşayan elektrik ankvil balığının bədənində 650 volt gərginlik vardır. Bəzi balıqlar, məsələn, skat balıqları, naqqa, siyənək balığı və başqa balıqlar elektrik cərəyanından silah kimi istifadə edir. Onların batareyaları çox iri balıqları key edən və hətta öldürən elektrik cərəyanı buraxır.

  • Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənində sümükləri qığırdağlar əvəz edir. Elə buna görədir ki, sahilə çıxarılmış köpək balığı tanınmaz dərəcədə öz şəklini dəyişmiş olur.



Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur. Alyaska və Çukotkanın dibinə qədər donan su hövzələrində qəribə balıqlar yaşayır. Onlar qışda su ilə birlikdə donub buzun arasında qalır, yayda isə donu açılır. Belə balıqlara dabanbalığı, xanı balığı aiddir. Çox kürü buraxan balıq merina balığıdır. O, ildə 9 milyon kürü buraxır.

  • Durna balığı uzun ömrə malik olan balıq növüdür. Tarixdə 267 yaşı olan belə balığın ovlandığı qeyd olunmuşdur. Ağ balıq, durna balığı, karp 300 il yaşayır. Dünyanın ən şirin su balığı Filippin adalarında yaşayır.



Bacarıqlı balıqlar 1)Ən böyük dəniz balığı Bir balinanın uzunluğu təxminən 15 m.dır. Balina köpəkbalığının uzunluğu isə 12 m.dır. 2)Ən kiçik balıq Filipin adalarında yaşayan bir qaya balığı 1 sm boyundadır.

  • 3)Ən çox yaşayan balıq Qaradənizdə yaşayan Mersinmorinaların 120 il qədər yaşadığı görülmüşdür. Bu balıqların ağırlıqları bir tondan çoxdur.

  • 4)Ən az yaşayan balıq Afrika və Cənub Amerika çaylarında ən çox bir il yaşayan 26 cins balıq vardır. Yağışlı mövsüm sonunda çaylar quruduğu zaman ölərlər. Ölmədən əvvəl, quraqlığa dayanıqlı yumurtalarını yumurtlayarlar. Yağışlı mövsüm başladığı zaman yumurtalardan balalar çıxar. Bu balıqlar bir ildən daha az yaşayarlar.

  • 5)Ən sürətli balıq Yelkən balığının saatda 68 mil (109 km) sürətlə üzdüyü bilinməkdədir.

  • 6)Ən zəhərli balıq Hind Okeanında və Böyük Okeanda yaşayan taşbalıkları ən zəhərli balıqlardır. Son dərəcə acılıq verən zəhərləri altı saat içində ölümə səbəb olar. Lakin bütün soxmalar öldürücü deyil.



11)Ən böyük balıq sürüsü Siyənək balığı sürüsündə 300 milyon balıq tapılar. 12)Ən uzun adlı balıq adı? Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınar. 13)Balıq yağışı nədir? Qasırğa və xortumlarla dənizdən daşınan balıqlar, səmadan yağış kimi yağarlar. Bu vəziyyətə, balıq yağışı deyilir. 1806-da Almaniyanın Əssən şəhərində böyük bir dolu dənəsi tapıldı. Dolunun içində 4 sm uzunluğunda bir Sazan vardı. 2.7 kq. ağırlığında bir başqa balıq göydən, Hindistandakı Jelapura düşdü.

  • 7)Ən çox gərginliyi olan balıq Elektrikli ilanbalığında 550 voltluq elektrik vardır. 8)Ən yüksəyə sıçrayan balıq Bir Tarponun 5 m yüksəyə sıçradığı və 9 m yay etdiyi bilinməkdədir. 9)Ən bəzəkli balıq Ən bəzəkli balıq hind toyuğu balığıdır. 10)Ən çirkin balıq Ən çirkin balığın Taşbalığı olduğu deyilər.



14)Kılıçbalığını tanıyırsınızmı? Bir kılıçbalığı qılıncının; mis zirehi 10 sm lövhəni, 30 sm ağ palıd taxta-şalbanını, 65 sm sərt palıdı deşib keçdiyi bilinməkdədir. 15)Qarmaqla tutulan ən böyük balıq 1959-da Cənub Avstraliya açıqlarında 1.208 kq. ağırlığında bir böyük ağ köpəkbalığı tutuldu. 16)Köpəkbalıqlarında neçə dənə qəlsəmə tapılar? Hər nə qədər köpəkbalıqlarında beş dənə qəlsəmə yarığı varsa da bəzilərində altı qəlsəmə yarığı tapılar. Yeddi qəlsəmə yarıqlı köpəkbalıqları da vardır.

  • 17)Qəlsəmə nədir? Balıqların tənəffüs orqanıdır. Qəlsəmələrdəki incə dəri təbəqəsinin altında qan damarları tapılar. Qan ətrafındakı sudan oksigen götürər, artıq olan karbon 4 oksidi çölə verər.



18)Balıqlar suda necə hərəkət edir? Sandıkbalığı və Dənizatlarının xaricində bütün balıqlar bədənlərini və quyruqlarını yelləyərək üzərlər. Balığın bu hərəkəti, ilanın qurudakı hərəkətinə bənzər. Onun üçün buna ilanvari hərəkət deyilir.

  • İlan, yerdə hərəkət edərkən bədəninin fərqli qisimlərini yeyər üzərindəki kiçik çıxıntıları basdıraraq bədənini önə itələyər. Balıqlar da bədənini qıvırarkən suyu basdırar və beləcə özünü önə aparar.



Balıqların çoxu kürü tökməklə çoxalır.Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır.Ömründə bir neçə dəfə nəsil verənər və ömründə bir dəfə nəsil verənlər.

  • BalIqlarIn

  • çoxalmasI



Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur;Xəzər kilkələri,şəmayı,Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür.Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır. Cinsiyyət dimorfizmi(erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var.Bir qayda olaraq dişilər erkəklərdən iri olur,erkəklərin isə rəngi əlvandır.Sakit okeanda qızıl balıqların cırtdanerkəkləri var.

  • Balıqlarda yalnız nəsilvermə zamanıəmələ gələn Cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir.Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik,alt çənənin uzanması olur.





Balıqların Təsnifatı



BALIQLARIN XEYRİ "Archives of Neurology" tibb jurnalının dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur. Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.



az və ya çoxluğu və s. aslıdır.Onlar müxtəlif ekoloji qruplara bölünürlər: dəniz balıqları, şirin su balıqları, keçici balıqlar və yarımkeçici balıqlar.Hər bir balıq növünün istifadə etdiyi müəyyən qida mənbəyi vardır.

  • Balıqların ekologiyası Balıqların hamısı su heyvanlarıdır və buna görə də su onların əsas mühitidir.Onlar müxtəlif olaraq, dənizlərdə, okeanlarda, çaylarda, və s. kimi u mühitlərində yaşıyırlar. Balıqların yaşayış şəraitləri: şirin və ya duzlu suların dərinliyi, temperaturu, düşmənlarin



Bu baxımdan balıqlar: yırtıcalara və dinclərə ayrılırlar.Və bununla yanaşı onlar: tək halda və sürü halda qidalanan hissələrə bölünür.Və həmdə balıqlar miqrasiyaya malikdirlər.Balıqlar qidalanmaq,çoxalmaq və qışlamaq üçün bəzən uzaq məsafələrə köç edir.Balıqların çoxalma miqrasiyası iki mühüm səbəbdən baş verir.Miqrasiyaya səbəb balıq növünün mənşəyi və yem ehtiyatının azlığı ile bağlıdır.Əcdadı şırın sularda yaşamış balıqların sürfələri duzlu sularda yaşaya bimirlər.



Balığın daxili quruluşu istiqanlı ali heyvanların daxili quruluşuna çox oxşayır. Bir çox alimlərin fikrincə, bu oxşarlıq quruda həyatın dənizdən başlandığını isbat edir. Balıqlar nəfəs alır və qidanı həzm edir. Onların sinir sistemi var. Buna görə də ağrı hiss edir,  fiziki narahatlıq keçirir. Onlar çox həssasdır. Dad bilir. Ən həssas yeri dərisidir. Baş hissəsində yerləşən burun deşiklərində iki kiçik iybilmə orqanı var.  Balığın xarici eşitmə orqanı yoxdur. Gözləri onurğalıların başqa növlərində olduğu kimi olsa da,  daha sadə quruluşa malikdir.



Balığın insan orqanizminin funksiyalarına oxşayan  funksiyalarının işləməsinə imkan verən “sistemləri” var. Gəlin, bu sistemlərdən ancaq ikisini – həzm və qan dövranı sistemlərini ötəri gözdən keçirək. Balığın yeməyi qida borusundan qarın boşluğuna keçir. Qarın boşluğunda mədə vəzi  yerləşir. Həzm prosesi də burada başlayır. Həzm olunmuş qida bağırsağa keçir və sovrulur, yəni qan tərəfindən udulur. Müxtəlif növ balıqların həzm sistemləri də müxtəlifdir və  bitki tərkiblidən tutmuş digər balığa kimi müxtəlif növ yemək tiplərinə uyğunlaşıb. 



İnsan kimi balıq da qidadan eyni məqsədlə - həyat, inkişaf və hərəkət  üçün enerji mənbəyi kimi istifadə edir. Balığın qan dövranı sistemi qidanı və oksigeni bütün daxili orqanlara daşıyır. Onun qan dövranını tənzimləyən nasos da insanda olduğu kimi ürəkdir. Balığın ürəyi qəlsəmələrin arxasında, azacıq aşağıda yerləşir.

  • Üç-dörd kamerası olan balıq ürəyi insan ürəyi kimi yığılıb-açılır.   Minlərlə balıq növü var. Onların hər biri müxtəlif həyat şəraitinə uyğunlaşıb, amma  daxili orqanları, hiss və sistemləri bizimkinə oxşayır.



DİQQƏTİNİZƏ TƏŞƏKKÜR EDİRİK



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə