Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

 
125
bəndin həmqafiyəli misraları 4+3, sərbəst misrası 2+5, üçüncü 
bəndin ilk üç misrası 3+4, sonuncu misrası isə yenə 2+5 şəklində 
birləşir. 
Aşağıdakı təhlilə diqqət yetirək. 
 
Biçin çəltiyi, biçin 
 
5+2 
Yığın çəltiyi çin-çin 
 
5+2 

Biçini biçər, gələr   5+2 
Sərin su içər, gələr   5+2 
Yar yadına düşəndə  
4+3 
Quş kimi uçar, gələr  
5+2 
II 
Yarı gördüm biçində        
4+3 
Sarı sünbül içind 
 
4+3 
Bir də onu görəydim  
2+5 
Sarı sünbül içində   4+3 
III 
Xırmanda vurdum taya  
3+4 
Səs düşdü el-obaya 
 
3+4 
Qoymayın əskik olsun   
3+4 
Çəltik bizim obada 
 
2+5 
Özündə  həzin, həlim xarakteri daşıyan bu bayatıda yarın 
iztirablarından, onun biçin biçərkən öz yarının həsrətini çəkməsi 
eyni zamanda böyük əmək sərf etməsi, xırmanda işlənməsi, taya 
düzəltməsi, çəltik bitkisinə daha dərin rəğbət hissi öz əksini tapır. 
Bayatının məzmunu olduqca cəzbedici və rəngarəng xüsusiyyətlərə 
malikdir. Burada əmək nəğməsi və sevgi nəğməsi qarışıq  şəkildə 
formalaşaraq mahnının strukturunu  əks etdirir. 
« A yordu-yordu-yordu » halay rəqs mahnısı « A yordu-
yordu-yordu, görək kim-kimi yordu» halaybaşlığına  əsaslanır. Bu 
halaybaşlığının birinci misrası söylənilən bənd misraların hər 
birindən sonra təkrar olunur. Bütün «Halay» rəqs mahnısı 7 hecalı 
bayatıya əsaslanır. Bayatının  bütün misraları 3+4 şəklində  birləşir. 


 
126
Evləri burda yoxdur    
3+4 
Sapoğu burda yoxdur   
3+4 
Zəng vurun oğlan gəlsin 3+4 
Evləri burda yoxdur.   
3+4 
 
A yordu-yordu-yordu 
Görək kim-kimi yordu 
« A yordu-yordu-yordu, görək kim-kimi yordu » halaybaşlıq 
isə birinci misra 3+4, ikinci misra isə 2+5 şəklində birləşir. 
Bayatının birinci üç misrası eyni melodiya üzərində  təkrarlanır. 
Halaybaşlığının ikinci dəstə tərəfindən bağlayıcı motivlər  əsasında 
göstərilməsi təkrar olunan misranın və halaybaşlığının təkrar 
melodik səslənməsi ilə mahnı sona yetir. Burada sevgili yarın öz 
yarının həsrət çəkməsindən, dərdini rəfiqələrinə açmasından, yarın 
başqa bir yerdə olmasından söhbət açılır. 
«Ha kinə  məşi, tı  çımi pəvəndi» («Getmə ay qız, gəl ol 
nişanlım») başlığı ilə başlayan mahnıda 6 və 7 hecalı bayatıdan 
istifadə edilmişdir. Burada halaybaşlığının misraları 3+2, 3+3 
şəklində təzahür edir.                                                     
      
Talış dilində                                         Azərbaycan dilinə tərcümə 
Ha kinə məşi, (ha kinə məşi) 3+2  Getmə ay qız, getmə ay qız 
Tı çımı pəvəndi  
 
3+3 
Gəl ol nişanlım 
 

Ha kinə noz məkə 
 3+3 
 Ay 
gözəl naz eyləmə 
Dıli kəbob məkə  2+4 
 Ürəyim kabab eyləmə 
Az bətı aşiqim 
 
  3+3 
 Mən sənə aşiqəm 
Mıni peşmon məkə 
 
 2+5 
 Məni peşman eyləmə 
 
 
II 
Bılbıl nışte xolise 
 
2+5 
 
Bülbül qondu budağa 
Ceyran tıləy ovlisə   
 
2+5 
 
Ceyran qaçdı oylağa 
Boy bəmı noz məkə 
 
 3+3 
 Gəl mənə naz eyləmə 
Obəğətem dılisə 
  4+3 
 Saxlaram 
ürəyim üstdə 


 
127
Burada nəqarətin təkrarlanması halaybaşlıq söyləməsinə 
əsaslanır. Lakin halaybaşlığından sonra  səslənən bənd misraları  
ardıcıl olaraq mahnı oxuyanlar tərəfindən təkrar olunur. Buraya 
bayatının birinci iki misrası, sonra daha iki misrası daxil olunur. 
Halaybaşlıq təkrarlanması isə mahnı bayatısı sona yetdikdən sonra 
halaybaşlıq yenidən söylənilir. Halaybaşının və dəstələrin söylədiyi 
eyni melodiya burada öz əksini tapır. Bu «Halay» mahnısı    a+b 
kuplet quruluşuna əsaslanır. Digər bənd misraları isə bu prinsipinə 
uyğun olaraq təkrarlanır. Mahnının poetik məzmunu sevgi 
mövzusuna əsaslanır. 
«Novruz» mahnısında  11 hecalı qoşmadan istifadə edilmişdir 
Bu qoşma iki bənddən ibarətdir. Melodiyanın səslənməsi zamanı 
birinci bəndin birinci misrası sual cümləsinin iki dəfə təkrarı ilə əks 
olunur. Cavab cümləsi isə qoşmanın ikinci misrası  əsasında baş 
verir. Burada hər iki misra iki dəfə  təkrar olunaraq sual və cavab 
cümləsinin təkrarlanması  zəminində baş verir.Sual cümlə iki dəfə 
təkrarlansa da, cavab cümlə variantlı, genişlənmiş  şəkildə  əks 
olunmagla bir period əmələ gətirir. Burada hər bir bəndin misraları 
iki-iki bölünərək novruz mahnısının strukturunu periodik olaraq 
təşkil edir. Bütün misralar həmqafiyə  şəklində özünü göstərir. Bu 
misralardan sonra nəqarət tipli beyt halaybaşlıq  şəklində  səslənir.    
 
 
 
                        I 
Novruz qumru kimi eylədi cəngi   6+5 
Yumurta boyayın biçin çələngi  6+5 
Şadlıq eyləyərək atın fişəngi 
  6+5 
Novruzun gəlişi olsun mübarək   6+5 
Baharın gülüşü olsun mübarək 
  6+5 
II 
Gəlin gətirməyə xonça bəzərlər   6+5 
O xonçada noğul, nabat düzərlər   6+5 
Yaraşıqlı geyinərlər, düzərlər 
  4+7 
 
Novruzun gəlişi olsun mübarək                       6+5 
Baharın gəlişi olsun mübarək    
            6+5 


 
128
Birinci bənddə istifadə olunan misralar 6+5, ikinci bəndin 
birinci  iki  misrası yenə 6+5, üçüncü misraları isə 4+7 şəklində 
birləşir. Bu mahnı  əsasən novruz bayramına həsr olunmuşdur. 
Mahnının məzmununda yumurta boyamaq, xonça bəzəmək,  şirni 
paylamaq və s. öz əksini tapır. 
«  Dəst-dəst maral hey »  halay rəqs mahnısı 7 hecalı bayatı 
əsasında qurulub. Bu mahnı  aşağıdakı halaybaşlıq misraları ilə 
başlayır. 
Dəst-dəst maral hey 
Dəst-dəst maral hey 
A gülüm hey, a yarım hey 
Dəst-dəst maral hey 
 

İynə sancdım divara  4+3 
Elçi göndərdim yara  5+2 
Elçimə cavab oldu 
3+4 
Özüm elçiyəm yara 
5+2 
 
II 
Qapınızda var çinar 
4+3 
Yarpağı dinar-dinar 
3+4 
Qardaşım bir qız sevib  3+4 
Saxlasın pərvərdigar 3+4 
Buradakı  halaybaşlıq birinci  və ikinci dəstə tərəfindən eyni 
ilə  təkrar olunur. Daha sonra isə bayatının sözləri  ifa  olunur. 
Burada hər bayatının misrasından sonra halaybaşlıq səslənir. Bayatı 
misraları  və halaybaşlıq misrasından sonra frazaların təkrarları öz 
əksini tapır. Halaybaşlığının təkrarı mahnıya rondal xarakter verir. 
Bu cür forma quruluşunu aşağıdakı kimi görmək olar: a+b,a
1
+b
1

«Halay»da sevən oğlanın bacısının qardaşı ücün elçi getmək arzusu, 
həmdə öz rəfiqələri ilə qardaş toyunda rəqs etmək  istəyi və 
qardaşın sevdiyi qızın gözəl olması haqda məlumat verilir. «Dəst-
dəst maral hey» halaybaşlıq söyləməsi dəstə-dəstə qızlara müraciət 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə