Dərs 20 review lent tabi review lent tabı Proofing, Language, Comments, Changes lent qruplarından təşkil olunmuşdur. Bu tab haqqında əvvəlki dərslərdə ətraflı məlumat verilib. • Proofing



Yüklə 9,86 Kb.
Pdf görüntüsü
tarix27.12.2023
ölçüsü9,86 Kb.
#161826
növüDərs
DƏRS 20




DƏRS 20 
REVIEW LENT TABI
Review lent tabı Proofing, Language, Comments, Changes 
lent qruplarından təşkil olunmuşdur. Bu tab haqqında əvvəlki dərslərdə ətraflı 
məlumat verilib. 
• 
PROOFING
lent qrupunda yazı qaydalarıyla əlaqəli işlər görülür ki, bu haqda da 
Word dərsində geniş-geniş danışmışıq.
• 
LANGUAGE
qrupunun əmri vasitəsi ilə sözlərin mənası izah edilir.
COMMENTS
qrupunun əmrlərinin funksiyaları xanaya şərh, rəy yazmaq, onlar 
arasında keçidi təyin etmək, onları ləğv etmək, görünüb-görünməməsini təmin 
etməkdən ibarətdir.
• 
CHANGES
qrupunun əmrləri isə işçi kitabı, işçi vərəqi mühafizə etməklə 
məşğuldur.
VIEW LENT TABI
View lent tabında beş qrup var: Workbook Views, Show, 
Zoom, Window, Macros
• 
WORKBOOK VIEWS 
qrupunun əmrləri işçi kitabın görünüş rejimlərini dəyişmək 
üçün istifadə olunur. Bu qrupun əmrləri ilə tanış olaq.
1) Normal görünüş rejimi işçi kitabın standart, adi görünüş rejimidir.
2) Page Layout görünüş rejimi işçi vərəqləri yanaşı səhifələr kimi göstərir.
3) Page Break Preview görünüşündə A1 xanasından sonuncu dolu xanaya qədər olan 
hissə diapazon kimi kəslib göstərilir.
4) Custom View rejimində istədiyimiz kimi fərdi görünüş rejiminə keçid edirik. 5) 
Full Screen görünüş rejimində işçi kitab tam ekran boyunca görünür.
• 
SHOW
qrupunda verilmiş elementlərin görünüb-görünməməsini seçmək şansı 
yaradılır.
• 
ZOOM
qrupunun köməyi ilə vərəqin miqyası ilə bağlı işlər görülür. Miqyas artırılır, 
100%-ə gətirilir və yaxud da seçilmiş hissəni ekran boyunca göstərir.
• 
WINDOW
qrupunda pəncərələr üzrə işlər icra olunur.
• 
MACROS
qrupunun əmri tez-tez işlənən əməliyyatları avtomatlaşdırır və həmin 
əməliyyatların tez yerinə yetirilməsini təmin edir, müraciət sürətini artırır. 




Yüklə 9,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə