Əbədiyyət nəğməsi
Ey xalqımın müdrik oğlu, uluların ulusu,
Başdan-başa məhəbbətsən, Sən ürəklər dolusu.
Bu torpağın hər insanı, oğlu, qızı, ulusu,
Zaman-zaman dünya görmüş ellər Səni unutmaz.
Alqış sənin qüdrətinə, şöhrətinə min kərə,
Endirilmiş bayrağımı Sən ucaltdın göylərə,
Sən çıxardın xalqımızı azad, xoşbəxt günlərə,
Bir-birindən gözəl gələn illər Səni unutmaz.
Dünyamızın sülh kəməri Bakı-Ceyhan adında,
Heydər baba, qürur duyur hər bir insan adında.
Sənin ölməz əsərin var, Azərbaycan adında,
Vətən adlı gülüstanda güllər Səni unutmaz.
Dəmir Gədəbəyli
Respublika. – 2008. – 10 may.