Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

 
77
Nümunə19. I və II sətr. 
    
 
Tetraxord 
 
 
 
 
 
 
 
 
Mayənin üst aparıcı tonu alterasiyalı  əksildilmiş  şəkildə 
özünün göstərir. Mahnıda əsasən kvarta sıçrayışı yuxarı istiqamətdə 
hərəkət edərək bir növ şur məqamının kadensiya xüsusiyyətlərini 
özündə daşıyır.
 
Bu qrupdan topladığımız digər bir «Halay» rəqs mahnısı 
«Xanım-xanım, xanım bəylər qızı » adlanır. Mahnı 
8
6
 ölçüdədir 
(Bax əlavə20). Mahnının melodik strukturu sual və cavab cümlələri 
ilə birlikdə bir period təşkil edir. «Halay»ın birinci dəstəsi 
tərəfindən oxunan melodiyanın son tonika səsini uzatması burdon 
şəkilli səsaltı polifonik səslənmə yaradır. Bu polifonik birləşmə 
ikinci dəstə tərəfindən ostinatolu səs üzərində oxunan fraza zamanı 
baş verir. Burada polifonik şəkil səslərin kəsişməsində K
3
 intervalı 
həcmində  əks olunur. Daha sonra ikinci dəstənin ostinatolu səs 
üzərində oxuduğu deklamasiya xarakterli şeir mətninə birinci 
dəstənin sual cümləsinin melodiyası təkrar əlavə olunur. Burada rast 
intonasiyaları  eşidilir. Bu intonasiyalar mi rast məqamının 
səssırasına uyğunluq təşkil edir. Yuxarıdan aşağıya enən melodik 
səs və sinkopların mövcud olması öz əhəmiyyətləri ilə seçilir. 


 
78
Nümunə 20. III və IV sətr. 
 
  Trixord 
 
 
 
 
 
 
 
Bu mahnının səs ardıcıllaşmasında rast məqamının üst 
tetraxordunun üst aparıcı tonu,  üst medianta və  üşşaq pərdəsi ilə 
fərqlənir.Burada trixord prinsipinin bütöv tonlarla verilməsi öz 
əksini tapır. 
Bacılar qrupunun repertuarında rast gəlinən «Aman ay bala 
ceyran» halay rəqs mahnısı 
8
6
 ölçüdə verilir (Bax əlavə 21). Bu 
«Halay» rəqs mahnısında bir cümlədən ibarət period şəkli öz əksini 
tapır. 
Nümunə 21. I və II sətr  
 
 
 
   
Trixord 
 
 
 
 
 
Burada birinci dəstənin melodiyasının sonluğu burdon 
şəklində uzanır.  İkinci dəstənin təkrar melodiyanı buraya daxil 
etməsi K

intervalını  əmələ  gətirir. Melodik xəttin tədricən pillə-


 
79
pillə qalxması  və enməsi, kiçik diapazona malik olması  və 
ostinatolu səslərin  əks olunması diqqəti cəlb edən cəhətlərdən 
biridir. Bütün mahnının diapazonunun  K
3
 intervalı  həcmində baş 
verməsi xüsusilə  fərqlənir. Ümumi mahnı segah intonasiyaları 
üzərində  səslənərək re# segah məqamının səssırası ilə uyğunluq 
təşkil edir. Burada re# segaha məxsus orta tetraxordun üst aparıcı 
tonu və üst mediantası öz əksini tapır. 
Bacılar folklor qrupundan əldə etdiymiz  «Kinəlim-kinəlim » 
halay rəqs mahnısı bir perioddan ibarət olub 
8
6
ölçüdədir (bax əlavə 
22). Sual cümləsinin  əvvəlində kvarta sıçrayışı cavab cümləsinin 
əvvəlində isə ostinatolu səslənmələr öz əksini tapır. «Halay»da 
birinci  dəstənin ifasının sonunda tonika səsinin uzadılması zamanı 
ikinci dəstənin buraya melodiyanı  təkrar olaraq daxil edir. Bu 
zaman səsaltı polifonik səslənmələr B
2
  həcmində birləşmə  əmələ 
gətirir. Mahnının ardıcıl hərəkət edən intervallar əsasında səs 
düzümünün  əmələ  gəlməsi X
5
 intervalı aralığında baş verir. 
Mahnıda  şur intonasiyaları  eşidilir. Bu intonasiyalar mi şur 
məqamına əsaslanır. Burada mi şur məqamına məxsus üst tetraxord 
və alt aparıcı ton öz əksini tapır. 
Nümunə 22. I və II sətr.  
 
              
Tetraxord 
 
 
 
 
 
 
X

sıçrayışı və unison səslənən səslər, yuxarıdan aşağıya enən 
və dalğavari səslənmə  yenə də diqqəti cəlb edən cəhətlərdən biridir. 


 
80
Separadi kəndində rast gəldiyimiz digər mahnı « Maştə-
maştə»(«Səhər-səhər»)  «Halay» rəqs mahnısı öz quruluşuna görə 
a+b kuplet formasına əsaslanır (Bax əlavə 23). Birinci dəstə a və b 
bölümünü bir dəfə unison şəkildə ifa edir. Burada birinci dəstənin 
melodiyasını bitirən zaman uzanan səs üzərinə, ikinci dəstə a və b 
bölümünə  əsaslanan melodik səslənmələri unison şəkildə 
təkrarlayır. Bu zaman səsaltı polifonik birləşmə  əmələ  gəlir. Bu 
səsaltı polifonik birləşmə K
3
 intervalı həcmində öz əksini tapır. 
«Halay» rəqs mahnısında qalxma və enmə, yüksək tesituralı 
notlar, yuxarıdan aşağıya doğru melodik istiqamət, kvarta 
sıçrayışları, səkkizlik və onaltılıq notların sinkopalı, unison 
səslənmələri  əks olunur. Bütün  mahnının səssırası  K
7
 intrevalına 
əsaslanır. Mayənin istinad dayaq pərdəsi kimi qəbul olunması, 
səslənən intonasiyaların  şur intonasiya üzərində olması  nəzər 
diqqəti cəlb edir. Bu intonasiyalar re şur məqamının səssırası ilə 
uyğunluq təşkil edir. Burada re şur məqamının orta tetraxordu
mayənin kvintası, mayənin alt aparıcı tonu və alt mediantası öz 
əksini tapır. «Halay» rəqs mahnısında sinkopalı notların 
mövcudluğu maraqlı  cəhətlərdəndir. Burada orta tetraxordun üst 
aparıcı tonu alterasiyalı əksildilmiş vəziyyətdə özünü göstərir. 
Nümunə 23. I və II sətr.                                       Tetraxord 
 
 
 
 
 
 
 
 


 
81
Bacıların ifasından  əldə etdiyimiz digər bir «  Ə sefi məstən 
vəyü»(«Almanı alma gəlin») «Halay» rəqs mahnısı 
8
6
 ölçüdədir       
( Bax əlavə 24). Bu mahnı kuplet  nəqarət  şəklində olan oxunuşa 
əsaslanır. Burada birinci periodun bitməsindən sonra ikinci period 
kuplet kimi daxil olaraq öz sonluğuna mövzu melodiyasının period 
sonluğundan götürülmüş frazanı submotiv kimi özünə daxil edir. Bu 
daxil olma imitasiyalı polifonik şəkil yaradır. Beləliklə a+b kuplet 
forma  şəkli  əmələ  gəlir. Buradakı frazalar variantlı  şəkildə özünü 
göstərir. «Halay» mahnısında birinci dəstə birinci periodun cavab 
cümləsini ifa etdikdən sonra, ikinci dəstə cavab cümləsinin ikinci 
frazasını təkrar olaraq ifa edir. Bu zaman b bölümünün melodiyası 
birinci dəstə  tərəfindən ifa olunmağa başlayır.  İkinci dəstənin 
melodiyanın sonluğunu uzatması ilə  səsaltı polifonik səslənmə 
yaranır ki, bu da K
3
 intervalı əmələ gətirir. Bütün mahnı boyu zabul 
intonasiyaları eşidilir. «Halay» rəqs mahnısının səssırası əksildilmiş 
kvinta olmasına baxmayaraq mayə  pərdəsinin istinad pərdəsi kimi 
qəbul olunması alterasiyalı re segah məqamının səssırası ilə 
uyğunluq təşkil edir. 
Nümunə 24. I və II sətr.  
 
 
 
       
Tetraxord 
 
 
 
 
 
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə