Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

 
45
7. Boylim ım ceyranı ço konco varde   Qardaş bu ceyranı hardan almısan 
    Lovə karde-karde bə boğı varde 
Yalvara-yalvara bağa salmısan 
 
8. Hey cone əmon yar bə boğ bome 
Hey canı aman yar bağa gələr 
 
9. Kinəlim-kinəlim, çiki pavande            Gözəlim-gözəlim kimin yarısan 
10. Balə məşi ıştı şə ro domane   
Bala getmə sənin yolun dumandır 
      Bəşdı bəoma ro conım  ğıbone Gələn yollarına canım qurbandır 
 
11. Donə mırvari omə   
 
Dənə mirvari gəlib 
      Donə mırvari 
 
  Dənə mirvari 
 
Azərbaycan dilində olan halaybaşlığları 
 
12. Oturun qızlar oturun hey 
 
13. Haralı maralı göndər bəri 
      Yardan xəbər gətirin hey                         Lənkəran gil-gilləri 
 
14. Aman ay bala ceyran 
 
15. Ey gülü manqal oğlan 
      Sənə qurban ollam yar  
                   Mən deyim sən yaz oğlan 
      Ceyran bala tərlan bala 
      Yar bala tərlan bala 
 
16.  Aman bağda gül oğlan 
17. Aman nənə, gözəl nənə, yar nənə                 
Güləmdanı al oğlan 
 
18. Anam ağla qəm saxlama      19. A bivəfalı dağlar 
                                                         Əcəb səfalı dağlar 
 
20. Hər bağının hər yaşını                        21. Bacım səni yola salım 
      Çağır gəlsin qardaşını                               Mən bacısız necə qalım 
 
22. Toy eylə gəlləm toyuna ay oğlan        23. Güllü çaydan su gəlir 
      Qaynanan qurban boyuna ay oğlan            Onu tutun yar-yar 
                                                                         Bizdən sizə gəlin gəlir 
                                                                         Əziz tutun yar hey 
24. Anam, bəzəkli oğlanın toyudur             25. Çal belə qurbanın olum, çal belə  
      Şəhərdə gəzən oğlanın toyudur                   Gedər bu dövran daha gəlməz ələ 
 


 
46
26.Xanım, xanım, xanım bəylər qızı     27. Anan mənə qurban mən özüm sənə 
                                                               Dolanım başına yar ne dedim sənə 
 
28. Ay lolo,  yar düymələri mərcan        29. Ya laylım 
 
30. Yar-yar 
İkidən çox eyni mövzuya həsr olunan mahnılar kollektivin 
repertuar səslənməsində, bir başlıq altında silsilə  şəklində birləşir. 
Repertuarın əsas başlığı müxtəlif şəkildə seçilə bilir. Məsələn: toy, 
bicar, beşik mahnıları, sevgi, ailə-məişət mövzuları. 
Ailə - məişət mövzusunda səslənən «Halay» rəqs mahnılarının  
poetik məzmunu  əsasən bayatı  şəklində ifa olunaraq silsilə 
formasında təzahür edir. Bu mahnılara aşağıdakılar misal ola bilər: 
«Bacım səni yola salım, mən bacısız necə qalım», «A boyu 
boyu sərfi», «Bizdən sizə  gəlin gəlir», «Yar hey», «Çağır gəlsin 
qardaşını». 
Sevgi mövzusuna isə  aşağıdakı «Halay» rəqs mahnılarının 
silsilə sırası daxil ola bilər: 
 
Talış dilində halaybaşlığı                           Azərbaycan dilinə tərcüməsi 
1. Tı tolış, mı tolış, çiki pəvəndiş              Sən talış, mən talış, kimin yarısan 
2. Kinəlim – kinəlim çiki pəvəndiş             Ay qız - ay qız, kimin yarısan 
3. Qardaş bu ceyranı hardan almısan 
    Oynada-oynada bağa salmısan 
 
Xınayaxdı  mərasimi  mövzusunda: «Oturun qızlar, oturun 
hey»,  «Haralı, maralı göndər bəri»  və s.  nümunə göstərmək olar. 
Buradakı söhbətdən məlum oldu ki, toy mərasimində  iştirak 
edən qadınlar iki dəstəyə bölünür və bir-biri ilə deyişərək bu cür 
silsilə «Halay» rəqs mahnıları ifa edirdilər.  Əsas mövzuya həsr olu-
nan «Halay» rəqs mahnılarının oxunuşundan sonra fasilə xarakterli 
iki-üç  dəqiqəlik tənəffüs və yaxud çay mərasimi baş verdi. 
Lənkəran rayonunun Separadi kəndində «Bacılar» folklor 
ansamblı ilə görüşümüz onu təsdiq edirdi ki, «Halay» rəqs mahnıla-
rının yaranma  strukturu laylay, bicar – yəni əkin-biçin prosesində, 
bu proseslərə tənqidi və xoş münasibət bəsləyərək estetik yanaşma 


 
47
tərzinin poetik cəhətlərlə birləşdirir. Bu xüsusiyyətlərin isə musiqi 
ilə birləşərək kuplet variant formalarda təqdim olunması, «Halay»  
rəqs mahnılarının öz daxilində musiqi forması ilə yanaşı poetik 
cəhətlərin bayatı, qoşma və s. növlərində yaranan mətnlərə  də 
əsaslanır. 
Lənkəran rayonunun Separadi kəndində həyat və məişətdə baş 
verən hadiəslərdən qaynaqlanan və poetik mətn formasında  əks 
olunaraq yaranan «Halay» rəqs mahnılarının  əhəmiyyətli dərəcədə 
fərqli olduğunu gördük. Separadi kəndində toy, bicar, beşik, sevgi, 
ailə-məişət mövzularına həsr olunan «Halay» rəqs mahnılarının 
müxtəlif  variantları, burada həmin mahnıların daha da inkişaflı, 
demək olar ki, hər bir insan tərəfindən oxuna bilən «Halay» rəqs 
mahnılarının yaranmasına səbəb olur.  Bu səbəblər dildən-dilə şifahi 
formada keçərək müxtəlif məzmunlu şeir formalarının yaranmasını 
xarakterizə edir. 
23 avqust 2007-ci il  tarixində «Halay» rəqs mahnılarının təd-
qiqi ilə bağlı Astara rayonuna  daxil olduq. Həmin gün Astara ra-
yonunun Mədəniyyət şöbəsinin müdiri Şadoğlan Bayramovla görüş-
dük.  Şadoğlan müəllim talış mahnıları, «Halay» rəqs mahnılarının 
topladığı  və nota aldığı kitabı bizə bağışladı[9]. O uzun illər bir 
yerdə çalışdığı  və  işlədiyi «Əvəsor» mahnı  və  rəqs ansamblının 
rəhbəri, folklorçu Fərbiyə Şabanova ilə görüşməyi təklif etdi. 
Astara rayonunun Kakalos kəndində yaşayan Fərbiyə Şabano-
vanın bir daha qonaqpərvər  insan kimi bizi qarşılamasının  şahidi 
olduq. 
Onun tərcümeyi-halını anketləşdirərək aşağıdaki məlumatlar 
alınmışdır: Fərbiyə Şabanova 1940-cı ildə Astara rayonunun Kaka-
los kəndində anadan olmuş, 1969-cu ildə  İncəsənət  İnstitutunu 
bitirmişdir. O vaxtilə rayonun mədəniyyət şöbəsinin rəhbəri vəzifə-
sində işləmiş, məkətəblərdə dərs demiş, eyni zamanda talış folkloru-
na məxsus mahnı  və «Halay»ların toplanması ilə  məşğul olan bir 
insandır. 
Fərbiyə xanım həm də talış mahnılarının  əksəriyyətini anası 
tərəfindən oxunmasını qeyd edərək deyir ki, o üç  aylıq  körpə olan 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə