Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

 
54
Gəlişimizin məqsədini bilərək talış folkloru ilə bağlı söhbətə 
başladıq. Mirhaşım Talışlının söhbətlərindən  belə  məlum oldu ki,  
o talış folklorunu dərindən öyrənərək, onları Azərbaycan dilinə 
tərcümə etmişdir. Söhbət  əsnasında o  bizə yaddaşında saxladığı  
gözəl folklor nümunəsi olan «Yar hey» mahnısını ifa etdi. Bir az 
sonra söhbətimizə Mirhaşım Talışlının qardaşı Böyükağa Hüseyn-
balaoğlu da qatıldı.İki qardaş  və iki böyük ziyalı bir-birinə  dəstək 
olaraq:
 
İki gözəl gördüm dünən bulaqda 
Biri al geyinib birisi ağda 
Qardaşdan soruşdum
 
hansını sevdin 
Dedi gözüm alda,ürəyim ağda 
sözlərindən ibarət olan  mahnını ifa etdilər. Mahnı bitdikdən 
sonra Mirhaşım müəllim Daşdəmir adlı bir adamın adını  çəkib 
söylədi ki, o vaxtı ilə bu mahnıları  oxuyub, mən isə onun sözlərini 
tərcümə etmişəm. 
M. Talışlı özü haqqında danışaraq qeyd etdi ki, 1926-cı ildə 
indi yaşadığı evdə anadan olub. Onun atası 1916-cı ildə «Lətaif» 
adlı  qəzet nəşr edib. «Lətaif» - lətifə deməkdir. Atası 20-ci illərin 
müəllimi olub. Amma xan nəslindən olduğu üçün onu bu vəzifəyə 
buraxmayıblar və  oğlu Mirhaşım artıq onu çilingər olaraq görüb. 
Mirhaşım Talışlı  Lənkəran Universitetində kafedra müdiri işləyir. 
Hal-hazırda Mirhaşım Talışlı prezident  təqaüdçüsüdür. Bu insan 
şair, ədəbiyyatşünas-alim, tədqiqatçı – Mirhaşım Talışlı daha sonra 
üç cilddən ibarət talış bölgəsinin folkloruna, mədəniyyətinə, adət-
ənənəsinə həsr olunan kitabları ilə bizi tanış etdi.  Mirhaşım Talışlı 
üç cilddə olan  kitabının iki cildini  və 1990-cı ildə Bakıda çapdan 
çıxmış «Lənkaran» kitabını bizə təqdim etdi. 
Mirhaşım müəllimlə görüşümüzü yekunlaşdırdıqda artıq gecə 
yarısına az qalırdı. Mirhaşım Talışlıdan  tədqiqatımıza lazım olan 
dəyərli məlumat və  məsləhətləri aldıqdan sonra dərin təşəkkürü-
müzü bildirərək onlardan ayrıldıq. Səhər Lerik rayonu və rayonun 
ətraf dağ kəndlərinə getməyi planlaşdırmışdıq. 


 
55
Ekspedisiyamızın son məkanı Lerik rayonu oldu (24 avqust 
2007). Buradakı yolların, dağların və meşələrin gözəlliyi bizi valeh 
etmişdi. Aşırımlı yollarla Lerikə doğru irəliləyərkən aşağılarda 
çəltik sahələrini və burada çalışan insanları görmək olurdu. Təbiət-
dəki «nağıla»   bənzər gözəllik insanın qəlbinə ruh verərək, sanki 
ondan qeyriixtiyari olaraq yeni mahnıların yaranmasını tələb edirdi. 
Bu mənzərəni seyr edərək, musiqi folkloru  ekspedisiyası zamanı 
topladığımız «Çəltik», «Səfalı dağlar», «Lənkaran yolları» və  s.   
mahnılarının təsadüfən yaranmadığının  əyaniliyini gördük. Bu bir 
daha onu göstərir ki, xalq mahnıları xalqın nümayəndələri tərəfin-
dən gündəlik həyat şəraitindən asılı olaraq yaradılmışdır. 
Lerikdə bizi maraqlandıran məlumatları  əldə etmək məqsədi 
ilə öncə rayon mərkəzinə yollandıq. Bir qədər araşdırma apardıqdan 
sonra xoş  təsadüf nəticəsində görüşdüyümüz qocaman musiqiçi 
Ataxan Rəhimov (əvvəlki bölümdə  bu şəxs haqqında geniş 
məlumat verilib) bizi dinlədikdən sonra  bu işdə bizə əlindən gələn 
köməyliyin  əsirgəməyəcəyini bildirdi. Böyük mədəniyyətə sahib  
olan bu insan,qonaqpərvərliyini göstərərək, Lerik rayonunun 
Mondigah kəndində yerləşən  evinə  dəvət etdi. Biz məmuniyyətlə 
razı olub və bu dağ kəndinə yollandıq. 
Ataxan müəllim bizi burada yaşayan oğlanlardan ibarət rəqs 
ansamblının nümayəndələri ilə, musiqiçilərlə, bir çox zəhmətkeş 
insanlarla tanış etdi. Bu insanların xalqın adət-ənənələrinə, musiqi 
yaradıcılığına olan maraqı bizi çox heyrətləndirmişdi. Onların bizim 
işimizi bu cür dəstəkləməsi, nəsildən-nəsilə keçən toy,bayram və s. 
mahnıların, beşik nəğmələrinin, «Halay» rəqs mahnılarının qorun-
masında biganə olmadıqlarından xəbər verirdi. Bunları izləyərək 
tam əminliklə demək olar ki,  Azərbaycanın folklor xəzinəsi  olan 
talış folkloru, dahi bəstəkarlarımıza, alimlərimizə və onların  yolunu 
davam etdirən tədqiqatçılara dəstək olan yerli əhalinin hesabına 
yaşayıb və  yaşayacaq. Çünki  xalqın dəstəyi olmasa  belə tədqiqat-
lar nəticəsiz qala bilər
.
 
Kəndin  uzunömürlü insanlarından biri də  Mötəbər nənə idi. 
Onun qısa tərcümeyi-halı belədir: Nuriyeva Mötəbər Xalıq qızı 


 
56
1912-ci ildə Lerik rayonu Mondigah kəndində anadan olmuşdur. Bu 
ağbirçək nənə ilə görüşümüzdən çox şey gözləyirdik. Lakin yaşının 
çoxluğundan yaddaşı dağınıq idi. Buna baxmayaraq o,bizə gözəl bir 
lay-lay oxudu. Mahnı talış dilində ifa olunduğu üçün  orijinalda da 
onun mətnini verməyi məqsədəuyğun sayırıq. 
Talış dilində                                 Azərbaycan dilinə tərcüməsi 
Nənə bəştı bıl-bılon                    Nənə qurban gülünə 
Bəştə bolə vıl-vılon                    Balamın gül-gülünə 
Bəştə bolə kordanə kon              Balam görən işlərə 
Kordə xəyli şoy – şoyun.            Sevinirəm şəninə 
Masallı rayonunda olarkən, Xanəli  Ağayevin dediyi : «toya 
aşıqlar Lerik rayonundan dəvət olunardı»  sözləri  bizi çox maraq-
landırmışdı. Odur ki, deyilən bu məlumatı yerindəcə araşdırmağa 
çalışdıq. Doğrudan da Xanəli müəllimin  verdiyi informasiya özünü 
doğrultdu. Sən demə  Lerik rayonunda  aşıq  sənəti çox qədim 
dövrlərdən mövcud imiş. Bu  rayonda aşıq Əlibala, onun oğlu aşıq 
Qurbanəli, peşəkar zurnaçı Sahil kişi və s. kimi tanınmış  aşıqlar 
haqqında bu gündə insanlar  böyük  heyranlıqla danışırlar. 
Ataxan Rəhimov  bu aşıqların layiqli davamçısı olan Məm-
məd Cəbiyevlə görüşməyimizi təklif etdi. Məmməd Cəbiyevlə tele-
fon əlaqəsi saxlayaraq, ertəsi gün onunla rayon mərkəzində  görüş-
məyi qərarlaşdırdıq. 
25 avqust 2007-ci il günorta saatlarında bizi Lerik ekspedisi-
yasında istiqamətləndirən Ataxan Rəhimovla birgə  rayon  mər-
kəzinə qayıtdıq. Buradan aşıq Məmməd Cəbiyevevin evinə yollan-
dıq. Gülərüzlə bizi qarşılayan  bu  insan gəlişimizin məqsədini artıq 
bilirdi. Yeni tanışlarla  talış folkloru haqda fikir mübadiləsi apardıq.  
Aşıq Məmməd bu zonanın tanınmış  aşıq və musiqiçilərindən 
danışaraq ilk öncə söhbətə atası Mütəllim kişidən başladı. Mutəllim 
kişinin gözəl muğam  ifaçısı olduğunu bildirərək qeyd etdi ki, onun 
ifasında  «Şüştər» muğamı bir başqa cür səslənirdi. 1985-ci ildə 90 
yaşında ikən rayonda keçirilən «Uzunömürlülər» bayramında ifa 
etdiyi xalq mahnısı bayramda iştirak edən xalq artisti Zeynəb 
Xanlarovanı da valeh etmişdir[18.s.45] 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə